Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə38/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   34   35   36   37   38   39   40   41   ...   166

CÜMHURİYYƏT QURUCULARI

104


H.Ağayev Azərbaycan Parlamentinin üzvləri arasında. 1920-ci il.

H.Ağayev bu çıxışında parlamentin katibi vəzifəsinə ən cavan məbusun seçilməsi 

təklifini edərək Rəhim Vəkilovun namizədliyini irəli sürdü və təklif qəbul olundu. 

1919-cu ilin iyunun 27-də Azərbaycan Parlamentinin növbədənkənar ic-

lası keçirildi. İclasda çox əhəmiyyətli bir sənədin – Azərbaycan hökuməti ilə 

Gürcüstan hökuməti arasında bağlanmış olan hərbi müqavilə təsdiq edilə-

cəkdi. Bütün parlament üzvləri, nazir və nazir müavinləri, Gürcüstan siyasi nü-

mayəndələri və nazirləri də iclasda iştirak edirdi. Toplantını H.Ağayev açdıq-

dan sonra katib Əhməd Cövdət bəy müqaviləni oxudu. Sonra Xarici İşlər naziri 

M.Y.Cəfərov bu müqavilə münasibəti ilə bəyanatla çıxış etdi. Toplantıda Müsa-

vat adından M.Ə.Rəsulzadə, Y. Əhmədov, İ. Əbilov (sosialistlərdən), H.H.Əfəndi-

zadə (Əhrardan), gürcü nümayəndələrindən – Bakradze, Q.Qarabəyli (İttihad) 

hər iki dövlət arasında imzalanmış hərbi müqavilənin əhəmiyyətini qeyd etdilər.

H.Ağayev sonda bu məzmunda çıxış etdi: “Möhtərəm məbuslar! Bu gün 

Azərbaycan – Gürcüstan müqaviləsini bütün firqə və millətlər mütəhidil-rəy qə-

bul və təsdiq etməklə isbat etdilər ki, Ümumazərbaycan demokratiyası bilafərq 

din, dil və məsləki-siyasiyyə Azərbaycanın müqəddəratını və qonşu millətlərin 

və ümum Cənubi Qafqazın müqəddəratını gürcü və ermənilərlə bərabər təyin 

və müdafiə etmək istəyirlər.

Burada natiqlərin hamısı söylədilər və mən bütün qəlbimlə bu rəyə iştirak edirəm 

ki, ümidvar olmalıdır üçüncü millət də tək yaşaya bilməyəcəyini, hürriyyət və istiqlalını 



HƏSƏN BƏY AĞAYEV

105


təklikdə müdafiə edə bilməyəcəyini anlar, bu ittifaqa daxil olar. O vaxt bu millətlər 

müttəfiqən yaşar, lazım gördükləri müqavilənamə və ittifaqları əqd edib bu 

surətlə hürriyyət və istiqlallarını ümumi qüvvə ilə müdafiə edərlər

6

.



1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən ta-

nınması münasibəti ilə yanvarın 14-də Bakıda bayram tədbirləri keçirildi. Həmin 

gün gündüz saat 2-nin yarısında parlamentin təntənəli iclası oldu. İlk söz Xarici 

İşlər naziri F.X.Xoyskiyə verildi. 

F.X.Xoyskinin çıxışından sonra H.Ağayev bu fikirləri söylədi: “İndiyə qədər bi-

zim bir neçə təntənəli iclasımız olmuşdur. Lakin bu gün xariqüladə bir gündür. 

19 ay yarım çəkdiyimiz zəhmət və məşəqqətlər nəticəsi olaraq bu gün istiqla-

liyyətimiz təsdiq edilmişdir. Necə ki Fətəli xan Xoyski cənabları buyurdular ki, bu 

gün tək bizim bayramımız olmayıb, ümumislam aləmi bayramıdır. Bu gündən 

etibarən hökumətlər sırasında yeni, müstəqil bir islam hökuməti də vücuda gəl-

mişdir. Bu gündən etibarən bizi tanıdılar. Lakin tanınmaq üçün özünü tanıtdır-

maq lazımdır. İndiyə kimi nəzərə vəhşi verilmiş olan biz Azərbaycan türkləri bu 

bir il yarımın müddətində özümüzün vəhşi olmayıb da özümüzün mədəni və 

müstəqil yaşamağa qabil və layiq olduğu-       



H.Ağayevə parlamentdəki fəaliyyətinə 

görə verilən təşəkkür məktubu. 

1920-ci il.

muzu bütün aləmə bildirdik. Bunun üçün 

biz böyük imtahanlar verdik, böylə ki, də-

faətlə məmləkətimizə və paytaxtımıza 

gələn Avropa nümayəndələri bizim belə 

bir yüksək məqama ləyaqətli olmağımızı 

təsdiq etdilər. Biz bu səadətə və xoş-

bəxtliyə nail olmağımız üçün az qur-

banlar verməmişik, buna təxrib edil-

miş şəhər və kəndlərimiz, yüz minlərlə 

qaçqınlarımız və vətən uğrunda canla-

rından keçən şəhidlərimiz sübutdur. 

Bu gün o şəhidin ruhu şaddır. Onların 

ruhu bu gün bizə deyir ki, biz sizin üçün 

əziz və möhtərəm bir nemət qoymu-

şuq, o neməti möhkəm saxlayınız. Çün-

ki, iraq olsun əldən versəniz daha ala bil-

məzsiniz. Mən əminəm ki, biz onu fəda-

6

 “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918 – Aprel 1920). III c. B., 



2017, s. 255.


CÜMHURİYYƏT QURUCULARI

106


karlıqla müdafiə edəcəyik. Yalnız istiqlalı almaq kifayət deyildir. Onu davam et-

dirmək lazımdır. Bunun üçün də Məclisi – Müəssisan seçkisi lazım gəlir və 

əminəm ki, bu xüsusda biz artıq ciddiyyət göstərib, vətənimizin ən səmimi 

oğullarını işbu Məclisi-Müəssisana seçim edəcəyik”

7

.

Azərbaycan Parlamenti H.Ağayevin sədrliyi müddətində böyük fəa-



liyyət göstərdi. Bununla əlaqədar “Azərbaycan” qəzetində çap olunmuş “Azər-

baycan Parlamentinin birinci illiyi” məqaləsində geniş məlumatlar vardır. Məlum 

olur ki, bir il müddətində parlamentin 104 iclası keçirilmiş, 120-yə yaxın əsaslı və 

mühüm qanunlar qəbul edilmişdir. Bir il müddətində ən çox maliyyə nəzarətin-

dən parlamentə 82 qanun daxil olmuş, 55-i qəbul edilmişdir. Həmin qanunlar-

dan 19-u hazırda komissiyalarda müzakirə olunmuş, 5-i Parlamentdə müzakirə-

dədir, 3-ü isə qəbul edilməyib. 

“Azərbaycan” qəzeti yazırdı: “Ən çox maliyyə qanunlarının parlamentə gəl-

məsi göstərir ki, dövlətin həyati-ümumiyyəsində olduqca bir fəaliyyət mövcud-

dur. Çünki maliyyə qanunları, xüsusilə, hökumət maşınının başlıca bir çarxını təş-

kil etməsinə görə məmləkətin fəaliyyəti-ümumiyyəsində ona görə müqayisə 

etmək lazım olur”

8

.

H.Ağayevin Parlamentə sədrlik etdiyi bir il müddətində Ədliyyə nazirliyin-



dən 31 qanun layihəsi təqdim olunmuş, bunlardan 14-ü qəbul edilmiş, 6-sının 

müzakirə prosesində, 10-nun komissiyalarda olduğu, 1-nin isə geri qaytarıldığı 

qeyd olunmuşdur.

Bu müddətdə Daxiliyyə nəzarətindən 24 qanun layihəsi daxil olmuş, bun-

lardan 14-ü qəbul edilmiş, 1-i müzakirə olunmuş, 6-sının komissiyalarda olduğu, 

3-nin geri qaytarıldığı bildirilmişdir.

Eyni zamanda Xariciyyə nəzarətindən 2 qanundan biri, Səhiyyə nəzarətin-

dən (Səhhəti ümumiyyə) 2 qanundan biri, Poçt və Teleqraf Nazirliyindən 5-i, Yol-

lar nəzarətindən 2 qanun layihəsi, Ticarət və sənaye nəzarətindən 2 qanundan 

biri, Nafiə nəzarətindən 7 qanundan 2-si, Hərbiyyə nəzarətindən 9 qanundan 

7-si, Maarif nəzarətindən 19 qanundan 7-si, Təftişat nəzarətindən 1 qanun daxil 

olmuş və o da komissiyalarda müzakirədə idi, Ziraət və əmlak nəzarətindən 11 

qanundan 3-ü, Əmək nəzarətindən 1 qanun qəbul edilmişdir.

Azərbaycan Parlamentinin bu fəaliyyətində H.Ağayevin böyük xidmətləri 

vardı. “Azərbaycan” qəzeti 1919-cu ilin 9 dekabr sayında yazırdı: “Parlamentin sə-

7

 “Azərbaycan” qəzetində Parlament hesabatları və şərhlər (noyabr 1918 – Aprel 1920). I c. B., 



2015, , s. 275-276.

8

 “Azərbaycan” qəzeti, 9 dekabr 1919-cu il, №340.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə