CÜMHURİYYƏT
QURUCULARI
48
Azərbaycan Respublikası Parlamentinin fevralın 5-də davam edən on ikin-
ci iclasında F.X.Xoyski müxalifət nümayəndələrinin tənqidini cavablandırdı. O,
qeyd etdi ki, hökumətə parlamentdə sorğu vermək ona bir köməkdir, lakin bə-
dxahlıq sorğuları ilə iş heç zaman irəli getməz.
F.X.Xoyski çıxışında dedi: “Siz bunu bilirsiniz ki, Azərbaycanın istiqlalı
hər dəqiqə təhlükədədir. Biliniz, indi elə vaxtdır ki, nəinki bez və çit, hət-
ta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər. Belə
mühüm zamanlarda hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək
olarmı? Bu məqamda bu cür sorğu verilir, aşkardır ki, bu, xeyirxahlıq fikri
ilə verilmiş xeyirxahanə sorğu deyildir”
19
.
F.X.Xoyski Azərbaycan Parlamentinin 1919-cu ilin 18 fevralında Bakıda Deni-
kin könüllüləri və ermənilərin fəallaşması ilə yaranan narahatlıqla da əlaqədar
çıxış etdi: “Hökumətin nə qədər imkanı var çalışır ki, xəta yetirən təşkilatlar bu-
radan rədd olsunlar və heç kəsin ixtiyarı olmasın bizdən iznsiz burada özbaşına
işlər görsün. Hökumət bu barədə tədbirlər görür və görəcəkdir”
20
.
Azərbaycan Parlamentinin 1919-cu ilin 6 martında keçirilən iclasında De-
nikin ordularının Dağıstana hücumu ilə əlaqədar yaranmış vəziyyət haqqın-
da F.X.Xoyski öz münasibətini bildirdi. O, çıxışında Azərbaycana yaxın dost və
həmdin olan Dağıstan Cümhuriyyətinə Denikin ordularının hücumu haqqında
məlumat verdi. O, general Tomsona bir məktub yazdığını və orada bu fikrə əsas-
landığını dedi: “Aşkardır ki, Dağıstan hökumətinə dəyən zərbə bizə dəymiş ki-
midir. Azərbaycanın nə Hökuməti, nə də Parlamenti qoymayacaqdır ki, onların
hüququ tapdalansın. Var qüvvəmizlə onlara kömək edəcəyik”
21
.
Azərbaycan Parlamentinin 1920-ci ilin 14 yanvarında Paris Sülh konfransı tərə-
findən Azərbaycan istiqlaliyyətinin tanınmasına həsr olunmuş təntənəli iclasında
F.X.Xoyski çıxış etdi və bu sözləri söylədi: “Möhtərəm məbuslar! May ayının 28-də,
1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdir. Məlum et-
məklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır. İstiqlalını
elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dörd
həqiqət özünün istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə
bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolana-
cağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki,
Avropa onun həqqini verməklə və istiqlalını təsdiq etməyə vadar oldu”
22
.
19
“Azərbaycan” qəzeti, 19 fevral 1919, №117.
20
Yenə orada, 24 fevral 1919, №121.
21
Azərbaycan Respublikası Dövlət Arxiv, f. 895, s. 1, i. 9, v. 44.
22
“Azərbaycan” qəzeti, 18 yanvar 1920, №14.
FƏTƏLİ XAN XOYSKİ
49
Azərbaycan Parlamentinin 1920-ci ilin 15 aprelində keçirilən iclasında
F.X.Xoyski İran və Azərbaycan arasında müqavilələrin imzalanması və bu müqa-
vilənin hər iki tərəf üçün faydalı olduğunu qeyd etdi.
F.X.Xoyski bildirdi ki, İranla altı müqavilə imzalanmışdır: ticarət, poçt və te-
leqraf, gömrük, tranzit və s. O, parlament üzvlərini məlumatlandırdı ki, İran hö-
kuməti artıq Azərbaycan istiqlalını tanıyır.
Qeyd edək ki, F.X.Xoyski parlamentin açılışından sonra formalaşdırdığı üçüncü
Hökumət kabinəsinin də fəaliyyətini yüksək səviyyədə təşkil etdi. 1919-cu ilin yan-
varın 5-də onun başçılığı ilə Azərbaycanın Paris Sülh Konfransındakı nümayəndəliyi
üçün təlimat hazırlandı. Həmin təlimatın 2-ci bəndində qeyd olunurdu: “Bütün güc
və bacarıqla Azərbaycanın tam müstəqilliyinə nail olub müdafiə etmək”.
F.X.Xoyski 1919-cu ilin fevralın 15-də Bakının Hərbi qubernatoru V.İ.Tomsona
ünvanladığı məktubda Könüllü Ordu və erməni xadimləri tərəfindən icazəsiz
döyüş hissələrinin yaradılmasına etirazını bildirirdi. O, qeyd edirdi ki, Könüllü Or-
dunun nümayəndələri olan Prijevalski və digərləri Bakının müxtəlif rayonlarında
müəyyən adamlara silahlar paylayır və onların fəallığı ilə döyüş hissələrində güc-
lü hazırlıq aparılır. O, Tomsonu məlumatlandırırdı ki, vaxtilə Azərbaycanın müsəl-
man əhalisinin qətlə yetirilməsində fəallıq göstərən erməni xadimi Amazasp
da erməni əhalisini qeydə alır, onları silahlandırır, hərbi güclər yaradır. F.X.Xoyski
cənab Tomsondan bu vəziyyətin qarşısını almağı xahiş edirdi.
1919-cu ilin martında F.X.Xoyski Nazirlər Şurasının Sədri vəzifəsindən uzaq-
laşdı və N.Yusifbəylinin başçılığı altında yeni hökumət formalaşdı. Yaradılan 4-cü
hökumətdə F.X.Xoyski nazir olaraq çalışmasa da, o, yenə dövlət quruculuğundan
kənarda qalmadı. F.Xoyski 1919-cu ilin 25 aprelində Tifl isdə keçirilən Zaqafqaziya
Konfransında iştirak etdi.
1919-cu ilin mayın 5-də F.X.Xoyski general Tomsonla görüşdü. Bu görüşdə
beş əsas məsələyə toxunuldu: 1) Dəmiryol. 2) “Azərbaycan” qəzetində siyasi
partiyaların Denikinlə mübarizə üçün Dağlı Hökumətinə kömək çağırışlarının
çap olunması. 3) Dağlı Respublikasının müstəqilliyinə münasibət 4) Ermənilərin
Naxçıvan ərazisini tutması. 5) Ordunun təchizatı.
General Tomson F.X.Xoyskiyə Azərbaycan hökumətinin dəmiryolu ilə bağlı
razılaşma imzalanmasını gecikdirməyindən narahatlığını və bunun nəticəsində
Azərbaycanın iqtisadi maraqlarına zərər dəydiyini söylədi.
İkinci məsələdə isə general Tomson Dağlı Hökumətinə kömək üçün
dəstələrin yaradılması çağırışlarından və bu dəstələrin bolşevizmi gücləndirə-
cəyindən narahatlığını bildirirdi .