CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə34/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
114
Nəsrəddin”ə pənahlanmağa məcbur oldum”.
130
 
Bu illərdə o, Sabirlə daha yaxından tanış olur, onların arasındakı dost-
luq və yaradıcılıq əlaqələri daha da genişlənir. Konkret olaraq təsirlənmək 
məsələsinə gəldikdə isə Əli Razi yazırdı ki, “mən Sabirin şirvanlılara yaz-
dığı “Əşhədü bil-lahü Əliyül-əzim, Qayili-Quranam, a şirvanlılar!.” misra-
larından təsirlənərək gəncəlilərə müraciətlə satira yazdım”.
131
 Budur, o özü 
də böyük satirik şair M.Ə.Sabirdən təsirləndiyini təsdiqləyir. M.Ə.Sabir 
də “Yuxu” adlı şeirini 
heyvərəyə 
(“Heyvərə” 
Əli Razinin işlətdiyi 
gizli imzalardan biri-
dir - C.Q.) müraciətlə 
qələmə almışdır. Fikri-
mizcə, təsir məsələsini 
daha genişliyi ilə bura-
da aydınlaşdırmağa eh-
tiyac duyulmur və bu, 
ayrıca bir tədqiqatın 
mövzusudur. 
Yığıncaq iştirakçılarının demək olar ki, hamısı Əli Razi Şamçızadənin 
gənclərin inkişafına mane olduğuna, şovinistlik, millətçilik etdiyinə, 
yazıçılar və şairlər, eləcə də redaksiya ilə cəmiyyət arasında intriqa 
yaratdığına, gününü nərd-taxta oynamaqla keçirdiyinə, pul əsiri və 
vaxtilə molla olduğuna görə sinfi düşmən kimi ifşa olunmasını tələb 
edirdilər
.
Natiqlərdən biri çıxış edərək deyirdi: “Ədəbiyyat və sənətdən xəbəri 
olmayan, böylə küt və düşmən Ə.Razi sıralarımızda qalmamalıdır”.
132
 
Qərəzlə deyilmiş bu sözlərə laqeyd qala və öz münasibətimizi 
bildirməyə bilmərik. Məlumdur ki, bu illərdə Əli Razinin özünün 
təbliğə ehtiyacı yox idi. O, çoxdan özünütəbliğdən özünütəsdiqə 
keçmişdi və Gəncə kimi böyük bir şəhərdə yazıçılar ordusuna başçılıq 
edirdi. Bu illərdə o, artıq bir neçə kitabın müəllifi idi və həmin 
kitablarda ideya-sənətkarlıq, ictimai-siyasi mündəricat baxımından 
130   “Hücum” jurnalı. 1933, № 34.
131   Yenə orada
132   Ə.R.Şamçızadənin istintaq qovluğu, 1937-ci il , № PR-29861.
Müttəhim Əli Razi Şamçızadə


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
115
kifayət qədər bitkin poetik nümunələr vardı. Onun əsərlərinin böyük 
əksəriyyətinin əsas ideyasını və leytmotivini millətin ayılması, elm, 
ürfan sahibi olması təşkil edirdi: 
Ayıl, ey millət, əski zamanlar keçdi,
Millətin bəxtini cəhl ilə qazanlar keçdi,
Əsrimiz elm deyir, elmi dananlar keçdi,
Vəqtimiz həqq deyir, həqqi atanlar keçdi!
Onun bir şair kimi şöhrət və nüfuzu XX əsrin əvvəllərində 
Azərbaycanın hüdudlarını aşaraq çox-çox uzaqlara gedib çıxmışdı. 
Fikrimizcə, bir faktla kifayətlənmək olar ki, Əli Razi 1908-1912-ci 
illərdə “Eşq və məhəbbət”, “İslam qiraətxanası”, “Yaman qardaş”, 
“Nalələrim”, “Fəğanlarım”, eləcə də “Dabanıçatdaq xala” və “Heyvərə” 
adlı 6 kitab nəşr etdirmişdir. Bu da onun bir mollanəsrəddinçi şair 
kimi tanınmasına və sevilməsinə səbəb olmuşdur. Bu kitabların çoxu 
M.Ə.Sabirin sağlığında çap edilmiş və böyük Sabir həmin kitablara 
görə müəllifi alqışlamışdır.
Təsadüfü deyildir ki, “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil 
Məmmədquluzadə jurnal Təbrizdə nəşr edilərkən Əli Razini aramış 
və onun satirik şeirlərini çap etmişdir. Cəlil Məmmədquluzadə kimi 
böyük bir şəxsiyyətin Əli Razinin şeirlərindən istifadə etməsi artıq 
onun bir sənətkar kimi yetişməsindən soraq verirdi. Bütün bunlar bir 
daha göstərir ki, Əli Razi “ədəbiyyat və sənətdən xəbəri olmayan böylə 
küt sənətkar” deyil, əksinə fars və Azərbaycan dillərini mükəmməl 
bilən, bu dillərdə lirik-satirik şeirlər yazan, sənətin sirlərinə yaxından 
bələd olan və onların gözəl nümunələrini yaradan görkəmli sənətkar 
olmuşdur. Belə bir sənətkarı “küt, yaxud da ədəbiyyat və sənətdən 
xəbəri olmayan” adlandırmaq ən azı nadanlıqdır. 
Həmin iclasda çıxış edən həmkarlar ittifaqının nümayəndəsi 
demişdir: 
“Ə.Razi şəxsi tənqidlə heç də maraqlanmayaraq onu 
həmişə boğmuşdur. Partiyadan istifadə etmişdir. O, heç bir 
rəhbərlik etməyərək bir çox hallarda partiya tarixi dərsini 
mollalara oxutmuşdur”.
Nəhayət, iclasda son sözü partiya komitəsinin katibi Petrosyan 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
116
söyləmişdir: 
(təəssüf ki, siyasi repressiyalar zamanı Azərbaycanda 
ilk və son sözü çox vaxt ermənilər deyib) “Əksinqilabçı Əli Razinin 
partiyadan kənar olunması haqqında şəhər partiya komitəsinin 
qərarını təsvib etməliyik, eyni zamanda bu gündən vəzifədən 
rədd etməli, sovet yazıçıları sıralarından çıxarılması haqda ciddi 
iş aparmalıyıq. Onu maarif evi müdiriyyətindən bu gündən 
qovmalıyıq”.  Yığıncaq yuxarıda deyilənləri nəzərə alaraq aşağıdakı 
qərarı qəbul etmişdir:
“1919-cu ildən partiya üzvü Ə.Razi indiyə kimi özünün murdar 
surətini partiyadan gizlətmiş, ikiüzlülük edərək öz əksinqilabçı 
müsavatçılığını pərdələmiş, partiya və sovet hökumətinə 
düşmən olduğu halda bir sıra məsul vəzifələrdə işləmişdir. 
Ə.Razinin indiyə qədər ifşa olunmaması onun çalışdığı kültür 
cəbhədə bizim kafi qədər sayıq olmadığımızı göstərir. Ə.Razi 
bu sayqısızlıqdan istifadə edərək düşmən fəaliyyətini davam 
etdirmiş, Azərbaycanın böyük şairi Sabirin 25 illiyini şüurlu 
surətdə pozmuşdur. Dörd yerdə işləməklə qənimətçilik etmişdir. 
Ə.Razi apardığı vəzifələrinin heç birinin öhdəsindən gələ 
bilməmiş, xüsusən yaradıcılıq işi tələb edən Azərbaycan Sovet 
Yazıçılarının Kirovabad filialının işlərini dözülməz vəziyyətə 
salmışdır.
Ə.Razi küçə söhbətləri ilə məşğul olaraq gənc yazıçıları 
təşkilatdan uzaqlaşdırmışdır. Bütün bu faktar haqqında maarif 
şöbə və partiya üzvləri ilə birlikdə keçirilən partiya iclası qərara 
alır:
1.  Şəhər partiya komitəsi Ə.Razinin partiyadan çıxarılması 
haqqındakı qərarını təqdir və təsvib etmək. 
2.  Ə.Razinin Sovet Yazıçıları İttifaqından çıxarılması məsələsini 
Azərbaycan Sovet Yazıçıları İttifaqının qarşısında qoymaq.
3.  Ə.Razinin filial katibliyindən götürülməsini şəhər partiya 
komitəsindən xahiş etmək. 
4.  Filialın idarə heyətinin yenidən seçilməsini lazım bilmək.
5.  Yanvarın 12-də şəhər yazıçılarının ümumi iclasını çağırmağı 
Cəfər Bağır yoldaşa tapşırmaq.
6.  Filialın işlərini gücləndirmək, yazıçıları səfərbərliyə almaq, 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə