CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə35/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
117
yaradıcılıq işlərini günün tələbləri səviyyəsinə qaldırmaq 
məqsədilə bu işlərin öhdəsindən gələ bilən bir adamın ezam 
edilməsini şəhər partiya komitəsinin qarşısında qoymaq. 
7.  Filial üçün yararlı bina ayrılmasını şəhər sovetindən xahiş 
etmək məsələlərini qaldırır. 
8.  Kirovabad filialı maskalanmış düşmən Ə.Razinin ifşasından 
dərs alacaq, bu mühüm sahədə öz bolşevik sayıqlığını 
artıracaq, yazıçıları Stalin epoxasının böyük vəzifələri 
ətrafında toplayacaq və bununla partiya və hökumətimizin, 
şəxsən ulu Stalinin qayğısını doğruldacaqdır”. 
Araşdırmalar göstərir ki, yığıncağın yanvarın 16-da keçirilməsinə 
baxmayaraq, Ə.R.Şamçızadə 1937-ci il yanvarın 2-də partiya 
sıralarından çıxarılmışdır. 1937-ci il yanvarın 6-da Kirovabad şəhər 
komitəsi bürosuna, 1937-ci il yanvarın 8-də isə şəhər komitəsi 
bürosunun məsul katibi Mustafayevaya yazdığı ərizəsində o, 
(özünün 
iştirakı olmadan - həmin vaxt Şamçızadə həbs edilmişdi - C.Q.) keçirilən 
iclasda partiyadan çıxarılmasının əsas səbəbini Petrosyanla olan şəxsi 
münasibətlərində görmüşdü. 
Beləliklə, Şamçızadə Əli Razi Azərbaycan Sovet Yazıçıları 
və partiya sıralarından kənarlaşdırıldı. Bu qərar çox kiçik bir 
auditoriyada qəbul olunmuşdu və Şamçızadəni tamamilə məhv 
etmək üçün, görünür, bunlar kifayət deyildi. Ona görə də ikinci 
addımı atmalı, çıxışlarda səsləndiyi kimi “onu tamamilə ifşa etməli 
idilər”. Yuxarıların diktəsi ilə Kirovabadda çıxan “Kirovabad 
bolşeviki” qəzetinin 1937-ci il 19 fevral tarixli 42(1624)-ci sayında 
“düşmən axıradək ifşa edilməlidir” adlı məqalə çap edildi və həmin 
məqalədə iclasda səslənən məsələlər bir az genişliyi ilə öz əksini tapdı: 

Düşmən maskalanmışdır. O, əlaltı hərəkət edir. O, müxtəlif 
yollarla partiya və hökumət siyasəti əleyhinə çıxır. O, öz murdar 
sifətini gizlətməyi bacarır. Budur, Kirovabad kombinatında, 
dəmir yolunda və MTS-də kontrevalisyon, trostskiçi ünsürlərin 
ifşası ilə bərabər, kültür cəbhədə çalışaraq öz murdar sifətini 
maskalamış Əli Razi kibiləri dəxi ifşa edilmişdir. Bu alçaq 
düşmən mollalıqdan başlamış dəllallığa qədər enmiş, özünün 
“Müsavat” xəfiyyəçisi olduğunu partiyadan gizlətmiş, partiya 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
118
üzvü kimi şərəfli bir ad altında gizlənərək düşmən ideolojisini 
yürütmüşdür. Əli Razi son zamanlar Azərbaycan Sovet 
Yazıçılarının Kirovabad filialının katibi idi. O, burada özünün 
bütün düşmən fikirlərini yürütməyə var qüvvəsi ilə çalışmışdır. 
Təşkilatın bütün yaradıcılıq işləri unudularaq iş dedi-qoduya, 
küçə söhbətinə çevrilmişdir. Bu “Müsavat” xəfiyyəsi, qara 
müsavatın bu yaramaz bayquşu, gənc kadrların yetişməsinə, 
inkişaf etməsinə böyük zərbə endirmişdir. O, gənc və talantlı 
yazıçıları təşkilatdan uzaqlaşdırmış, ümid verən yazıçılardan 
Əhməd Cəmili, Zeynal Xəlili və başqalarını nüfuzdan salmış, 
onların yaradıcılıq inkişafına imkan verməmişdir”.
133
 
Maraqlıdır ki, iclasda çıxış edənlərin və diktə ilə məqalə yazanların 
bir çoxu da “sədaqətinə inandığı bir ölkənin” vətən xaininə çevrilərək 
həbs və sürgünlərə məhkum edilmişdir. 
Məlumdur ki, Əli Razi sovet hakimiyyəti illərində cəmi 1 kitab 
çap etdirmişdir. Haqqında danışdığımız böhtan dolu cızmaqarada 
bu kitabı da ona çox görür və kitabın çıxmasına köməklik göstərən 
Ə.Triniçi də ittiham edirdilər: “Azərnəşr” özünün keçmiş düşmən 
rəhbəri Ə.Triniçin simasında Ə.Razinin “Dabanıçatdaq xala” kitabını 
buraxmışdır. Tənqid bu kitaba qarşı susmuşdur. Ə.Razi 1930-cu ildə 
yazdığı şeirlərinin altına 1900-1915-ci illərin tarixini qoyaraq çapa 
vermiş, Ə.Triniçin rəhbərlik etdiyi Azərnəşr isə bu yalan kitabın 
buraxılmasına razı olmuşdur”.
134
 
Müəlliflərdən biri “Ədəbiyyatda bolşevizm” adlı məqaləsində
135
 
bir az da “qabağa gedərək” yazırdı: 
“Əli Razi (həqiqətdə isə Molla Əli) 
1919-cu ildə kontrazvedkada çalışmış, vaxtilə müsavat orqanı 
“Azərbaycan” qəzetində daimi müxbirlik etmiş, kontrazvedkanın 
naçalniki Şeyxzamanovun ən yaxını, dostu, məşvərətçisi olub, 
Azərbaycan xalqını soymaq işində milli qırğını qızışdırmaqla 
bu murdar quldurlara, müsavat juliklərinə vaizlik etmişdir. Bu 
düşkün və xalq düşməni yazıçı maskası altında xeyli müddət 
Yazıçılar İttifaqının Kirovabad filialına rəhbərlik etməyə 
müvəffəq olmuşdur”.
133   Düşmən axıradək ifşa edilməlidir. //  “Kirovabad  bilşeviki” qəzeti, 1937, 19 fevral, № 42 (1624)
134   Yenə orada
135   “Kommunist” qəzeti, 17 mart 1937-ci il, № 64.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
119
Bunlar Şamçızadəni məhv etmək üçün hazırlıq rolunu oynayırdı 
və bu Xalq Daxili İşlər Komissarlığının 
(NKVD) əsas məhvetmə 
üsullarından biri idi. Əli Razi Şamçızadə AXC dövründə müsavat 
əks-kəşfiyyatındakı xidmətlərini Azərbaycan K(b)P-nin sıralarına 
keçərkən gizlətdiyinə görə Azərbaycan SSR Cinayət  Məcəlləsinin 
(CM) 75-ci maddəsi ilə təqsirkar bilinərək, 1937-ci il yanvarın 2-də 
imzalanan 67 saylı orderə əsasən, Kirovabad şəhərində həbs edildi. Bu, 
onun Azərbaycanın sovetləşməsindən sonra ilk həbsi idi və istintaq 
işindəki sənədlərdən məlum olur ki, o, sovetləşmədən əvvəl də iki dəfə 
(1906-cı ildə İran inqilabında iştirakına və 1914-cü ildə müharibə 
əleyhinə yazdığı şeirlərə görə) həbs olunaraq sürgün olunmuşdur.
Maraqlıdır ki, Ə.R.Şamçızadə iki dəfə də 1920-ci illərdə həbs 
edilmişdi. O, həbsxanada olarkən həyat yoldaşı Zümrüd Şamçızadə 
M.C.Bağırova məktub yazaraq ərinin həbsxanadan azad olunmasını 
xahiş etsə də, onun məktubdan görünən göz yaşlarına əhəmiyyət 
verən tapılmamışdı.
1937-ci il yanvarın 2-si, 13-ü və fevralın 2-də dindirilərkən 
müstəntiq Ə.R.Şamçızadəni daha çox ƏMT-dəki xidmətlərini 
kommunist partiyasına keçərkən gizlətdiyinə görə ittiham etmişdi. 
Müstəntiqin bu məsələ ilə əlaqədar olaraq verdiyi suallara cavabında 
o bildirmişdi ki, mən partiyadan “Müsavat” əks-kəşfiyyatındakı 
xidmətimi danmamış və kommunist partiyasının sıralarına daxil 
olarkən ƏMT-də xidmət etdiyimi partiyadan gizlətməmişəm.
136
 
Bundan sonra gətirilmiş sitatlar Şamçızadənin bu istintaq işindən 
götürülmüşdür.
Doğrudan da, o, həmin təşkilatda iştirakını gizlətməmişdir. 
Sənədlərdən məlum olur ki, Əli Razi Şamçızadə 1919-cu ilin yanvar 
ayında İranın Qəzvin şəhərindən 
(o, Qəzvinə 1918-ci ilin mayında getmiş 
və bir müddət orada işləmişdir - C.Q.) Bakıya qayıtmış və Xalq Təhsil 
Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, ona ixtisasına 
uyğun iş verməmişlər. Təxminən 4 ay işsiz qalan Şamçızadə qohumu 
Nağı bəy Şeyxzamanova müraciət edir. Yeni yaranan təşkilatın (ƏMT) 
milli kadrlara böyük ehtiyacı olduğundan 1919-cu ildən onu həmin 
təşkilata kargüzar köməkçisi vəzifəsinə qəbul edirlər. O, kargüzarlıq 
136   DTX-nin arxivi, Ə.R.Şamçızadənin istintaq qovluğu, 1937-ci il, № PR-291861.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə