CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
108
M.Səfikürdiskinin istintaq işindən məlum olur ki, (tərkibində çoxlu
gimnaziya tələbələrini birləşdirən “Yaşıl qvardiya” təşkilatının üzvləri)
1917-ci ilin sonu və 1918-ci ilin əvvəllərində Rusiyadan Azərbaycana
göndərilən silah dolu qatarları tərk-silah etmək, Gəncədəki gərginliyi
yatırmaq və əhalinin təhlükəsizliyini təmin etməklə məşğul olmuşlar.
1918-ci ildə Gəncə, Şamaxı və Qarabağda ermənilərin törətdiyi
qırğınları da nəzərə alsaq onda qatarlardakı silahların kimə göndərildiyi
və bu təşkilatın gördüyü işin böyüklüyü daha aydın şəkildə görünər.
Səfikürdiski bu məsələ ilə bağlı 1921-ci il yanvarın 12-də müstəntiqə
verdiyi ifadəsində bildirmişdi:
“Sual: 1915-1919-cu illərdə siz harada və hansı vəzifələrdə
çalışmısınız?
Cavab: 1915-1916 və 1917-ci ilin mayına qədər Gəncə gimnaziyasında
oxumuş, 17-ci ilin may-iyul aylarında rumın cəbhəsində olmuş, iyul
ayından Gəncə quberniyasında anarxiya başlanana qədər təhsilimi
davam etdirmişəm. Gəncə quberniyasında anarxiya başlandığına görə
müsəlman əhalisi əziyyət çəkirdi. Buna görə də Gəncə əhalisi tərəfindən
mühafizə olunmaq üçün “Yaşıl qvardiya” yaradılmışdı ki, o da əsasən
tələbələrdən ibarət idi. Mən həmin təşkilatda sədr müavini idim. Bu
vəzifədə mən xəstələnənə qədər, yəni 1918-ci ilin təxminən fevral ayınadək
fəaliyyət göstərdim...”.
126
M.Səfikürdiski 1919-cu ildə Gəncə gimnaziyasını bitirdikdən
sonra ay yarım Gəncə dairə məhkəməsində müstəntiqliyə namizəd
vəzifəsində işləmişdir. O, vaxt və zaman etibarilə az olan müddətdə
hüquqşünaslığın bəzi məsələlərini öyrənə bilmişdir.
M.Səfikürdiski 1919-cu ildə gimnaziyanı bitirdikdən sonra da
təhsilini davam etdirmək fikrindən çəkinməmiş, elə həmin il Bakı
Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Mahmud
Səfikürdiskinin ailə vəziyyəti o qədər də yaxşı olmadığından təhsil
almaqla yanaşı, həm də işləmək məcburiyyətində qalmışdı. Belə
olduğu halda o, Azərbaycan dövlətçiliyinə xidmət etməyin mümkün
ola biləcəyi bir iş yeri aramış və bu məqsədlə ƏMT-nin rəisi Nağı bəy
126 DTX-nin arxivi, M.Səfikürdiskinin istintaq qovluğu, № PR -1752.
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
109
Şeyxzamanova müraciət edərək həmin təşkilatda işə götürülməsini
xahiş etmişdir. Fikrimizcə, Nağı bəy Mahmud Səfikürdiskini yaxından
tanıdığından böyük etimad göstərmiş, Azərbaycan dövlətçiliyinin
keşiyində dayanan bir təşkilatın rəis köməkçisi kimi mühüm bir vəzifəni
ona tapşırmışdır. O da unudulmamalıdır ki, M.Səfikürdiski bolşevik
idi və “Hümmət” təşkilatının təqdimatına əsasən işə götürülmüşdü.
1919-cu ilin noyabr ayından 1920-ci ilin əvvəllərinə qədər ƏMT-
də rəis köməkçisi vəzifəsində çalışan M.Səfikürdiski bir sıra mühüm
dövlət işləri ilə məşğul olmuşdur. Məlumdur ki, həmin illərdə bəzi
xarici dövlətlər müstəqil Azərbaycanı məhv etməyə və öz təsiri altına
salmağa səy göstərir, bu çirkin niyyətlərini həyata keçirmək məqsədi
ilə müxtəlif təxribatlar törətməyə çalışırdılar. Bu işdə ermənilər daha
fəal iştirak edirdilər. Bütün bunlardan xəbərdar olan Səfikürdiski də
ermənilərlə mübarizə aparmış, onların təxribatlarının qarşısını almağa
çalışmışdır. Bu faktdan istifadə edən ermənilər Səfikürdiskinin həbsi
zamanı onun üzünə duraraq millətçilik etdiyini sübuta yetirməyə
çalışmışdılar. Ermənilərdən biri ifadə verərək bildirmişdi ki,
M.Səfikürdiski mənim qardaşımdan 300 min manat rüşvət istəmiş,
lakin həmin məbləğ ödənilmədiyindən onu güllələtdirmişdir.
127
İstintaq işində bu tipli böhtan və yalanlar az deyildir. Həmin
uydurmalardan biri də 1920-ci il dekabrın 4-də Fövqəladə
Komissiyanın sədri
(o, həmin vəzifədə 19.10.1920-ci ildən 19.02.1921-
ci ilədək işləmişdir) Eyyub Xanbudaqova göndərilən məxfi yarlıqlı
sənəddir. Həmin sənəddə göstərilir ki, AXC dövründə M.Səfikürdiski
əks-kəşfiyyat rəisinin köməkçisi olarkən təxminən 1922-ci il noyabrın
12-13-də əks-kəşfiyyatın rəisinin cangüdəni Allahqulu Tarverdi oğluna
və Seyid Həsənova bir nəfər bolşeviki öldürmək tapşırığı vermişdir
(maraqlıdır ki, məlumatı verən şəxs həmin bolşevikin adını bilmir).
Tapşırığa əsasən həmin kommunist Bayıl türməsinə aparılmalı idi.
Lakin onlar onu dəniz kənarında öldürərək meyiti ora atıb getmişdilər.
Bunu etməkdə məqsəd o idi ki, guya həmin kommunisti bunlar deyil,
kənar adamlar öldürüblər.
Fikrimizcə, bu böhtan və uydurmaları geniş şərh etməyə ehtiyac
yoxdur.
127 Yenə orada
CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
110
ƏMT-də işlədiyi zaman ermənilər və bolşeviklərlə apardığı
mübarizəyə görə M.Səfikürdiski sovetləşmə dövründə hesabat
verməli olmuşdur. Belə ki, Qızıl Ordunun Azərbaycanı işğal
etməsindən sonra yaradılan Azərbaycan Fövqəladə Komissiyasında
kadr çatışmadığından ƏMT-nin əməkdaşlarını və bəzi hümmətçiləri
də işlə təmin etdilər. Belə əməkdaşlardan biri də ayda 5 min manat
maaş verməklə işə götürülən Mahmud Səfikürdiski idi.
Bir müddətdən sonra, 9 noyabr 1920-ci ildə M.Səfikürdiskini
işləmək üçün Gəncə qəzasına göndərirlər. Elə həmin gün onun
barəsində Az. ÇK-ya bir raport daxil olur. Raportda göstərilirdi
ki, M.Səfikürdiski “Müsavat” hökuməti dövründə ƏMT rəisinin
köməkçisi işləmiş və Nikoloyevski küçəsində yerləşən fəhlə klubunu
dağıtmış, kommunistlərə qarşı pis münasibətdə olmuşdur.
Göründüyü kimi, bolşeviklər hakimiyyəti ələ alandan dərhal sonra
heç bir demokratik prinsipə əməl etmədən kommunist olmayanlara
qarşı çox amansız olmuş, “Kommunist deyilsənsə, bu millətin
düşmənisən” devizini əldə rəhbər tutaraq başqa partiyaya mənsub
olanları
(hətta bitərəfləri, bir qədər sonra isə kommunistlərin özlərini)
müxtəlif vasitələrlə məhv etməyə çalışmışlar. Ona görə də insanların
bir çoxu bolşevik təhlükəsindən yaxa qurtarmaq üçün bəzən yalan
danışmaq məcburiyyətində qalmışdır. Kommunistləri incitməkdə
ittiham olunan M.Səfikürdiski yazdığı izahatında bildirirdi ki, mən
bolşevikləri incitməmişəm, əksinə həbs olunan kommunistlərə
köməklik göstərmişəm. Mənim bu dediklərimi Qasım İsmayılov
da təsdiq edə bilər. M.Səfikürdiskinin güvəndiyi və kömək umduğu
Qasım İsmayılov isə 1920-ci il noyabrın 22-də verdiyi ifadəsində
bildirmişdi ki, Səfikürdiski kommunistləri sevmir və onları həbs
edirdi.
Bu araşdırmalardan sonra 1920-ci il noyabrın 22-də onun
mənzilində axtarış aparmaq və həbs etmək barədə 1096 saylı order
imzalanmışdı. Həmin orderə əsasən M.Səfikürdiskini 1920-ci il
noyabrın 23-də Qubada həbs edib, tərtib olunan sənədlərlə birlikdə
Bakı şəhərinə göndərmişdilər. Şahid sifəti ilə dindirilən Solomon
Yakovleviç Qeftler 1920-ci il dekabrın 7-də verdiyi ifadəsində
bildirmişdi ki, M.Səfikürdiskini 7-8 ildir - Gəncədə gimnaziyada
Dostları ilə paylaş: |