CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

21 

 

Moskvada 2 nüsxədə imzalanmışdır. 30 sentyabr 1920-ci il 



 

 

Qeorqi 



Çiçerin 

    Behbud 

Şahtaxtinski 

 

Məhz Rusiyanın təkidləri və  təhdidləri nəticəsində bağlanmış bu müqavilədən sonra  Azərbaycan 



demək olar ki, hərbi və iqtisadi müstəqilliyini tamamilə itirdi. Artıq 13 oktyabr 1920-ci ildə RSFSR XTXK-nin 

Operativ Gömrük İdarəsinin işçisi M.M.İvanov Azərbaycan Respublikası ilə birləşmənin formalarını 

aydınlaşdırmaq üçün xüsusi mandat alır (№1417/II). 

Cənub Gömrük Dairəsinə 25 oktyabr 1920-ci ildə Azərbaycanla sərhəddə gömrükxanaların 

yaradılmasının dayandırılması haqqında teleqram daxil olur (həmin fond - vərəqə 28).  

Növbəti addım isə Azərbaycanla Rusiya arasındakı xarici ticarət əlaqələrini ölkə daxili əlaqələrə aid 

edilməsi haqqında atılan Xarici İşlər Xalq Komissarlığının iqtisadi-hüquq şöbəsinin xüsusi göstərişi yerlərə 

göndərildi (9 dekabr 1920-ci il, №1412/2099/II). 

Bu müqavilənin şərtlərinə görə Xəzər dənizi boyu və İranla sərhəddə aşağıdakı gömrük təşkilatlarına 

fəaliyyət göstərməyə icazə verilir (22.XII. 1920). 

 

İranla sərhəddə fəaliyyət göstərəcək gömrük təşkilatlarının siyahısı 



 

I. Xəzər dənizinin sahilində: 

1. Petrov gömrükxanası 

2. Dərbənd postu 

3. Bakı gömrükxanası  

4. Kür (Ust-Kurinski) postu 

5. Qızıl-Ağac postu 

6. Lənkəran gömrükxanası 

 

II. Quru sərhədi boyu 



1. Astara gömrükxanası 

2. Gilvəz zastavası 

3. Aruz zastavası 

4. Saturlu zastavası 

5. Biləsuvar zastavası 

6. Bəhram-təpə zastavası 

7. Altan zastavası 

8. Maralyan zastavası 

9. Cəbrayıl zastavası 

10. Ordubad zastavası 

11. Culfa postu 

12. Culfa gömrükxanası 

13. Bulqan zastavası 

14. Şahtaxtı gömrükxanası 

 

Artıq 1921-ci ilin əvvəllərində Azərbaycanın gömrük orqanları bütünlüklə Rusiyanın tabeçiliyində idi. 



İş o yerə çatmışdır ki, həm informasiya orqanları, həm də gömrük orqanları Azərbaycanın öz vətəndaşlarına, 

xaricə gedərkən  əşya aparmağa icazə verməyə  səlahiyyətinin olub-olmaması barədə  mərkəzə sorğular 

göndərilməyə başladılar. Heç bir şərh vermədən hər iki sənədin surətini sizlərə təqdim edirik (şəkil 16, 17). 

    


    

RSFSR XTXK-in Gömrük Nəzarət İdarəsi tərəfindən Rusiya Hərbi İnqilab Şurası Səhra Qərargahının 

Hərbi Senzura idarəsinə göndərilən cavabı daha maraqlıdır. 

 

21 mart 1921-ci il,  



№1351/577/II 

RSFSR Hərbi İnqilab Şurası Səhra Qərargahının Hərbi Senzura İdarəsinə 

Sizin 14 yanvar tarixli 246 saülı sorğuya cavab olaraq bildiririk:  

1) ASSR-in Xarici Ticarət təşkilatı RSFSR XTXK-in xüsusi qaydaları ilə qadağan olunan əşyaları 

çıxarmaq üçün icazə vermək səlahiyyəti yoxdur və 



22 

 

2) RSFSR XTXK tərəfindən indiyə  qədər çıxarılması isə, yalnız RSFSR XTXK-nın ASSR-də olan 



səlahiyyətli nümayəndəsi ilə razılaşdırıldıqdan sorra çıxarıla bilər. 

 

İdarə rəisi Xarkov. 



 

Nə az, nə çox. Birmənalı olaraq ölkə rəhbərliyi məcburi şəkildə Rusiyanın maraqlarının təmsilçisinə 

çevrildilər. Bu proses sonrakı illərdə də davam etmişdir. 

Nə az, nə çox. Birmənalı şəkildə ölkə rəhbərliyi məcburi şəkildə Rusiyanın maraqlarının təmsilçisinə 

çevrildilər. Bu proses sonrakı illərdə də davam etmişdir. 

12 noyabr 1920-ci ildə  “İdxal və ixrac mallarının qəbulu, saxlanılması  və buraxılması haqqında” 

RSFSR XKS Dekret qəbul etdi ki, bu da 1924-cü ildə qəbul olunmuş SSRİ Gömrük Nizamnaməsinin hüquqi 

bazasını təşkil etmişdir. 

1921-ci ilin əvvəllərində Bakı gömrükxanasının strukturu aşağıdakı kimi idi: 

1) Dəftərxana; 

2) Müsadirə şöbəsi; 

3) Mühasibat

4) Gəmi kontoru. 

Azərbaycan, 1922-ci il 31 mart tarixli dekretə görə 8 gömrük ərazisinin birinə - Zaqafqaziya dairəsinə 

daxil edilmişdir. 

Hakimiyyətə gələn bolşeviklər uzun müddət ölkənin iqtisadi siyasəti, xüsusilə də gömrük işinin təşkili 

və idarə edilməsi işi ilə məşğul olmadılar. Çünki onların əksəriyyətinin nə dövlətçilik təcrübəsi, nə də təhsilləri 

var idi. 

Kommunistlərin gömrük işi ilə bağlı bizdə olan sənədlərə görə yeni hökumət təxminən 23 ay sonra, 

yəni devirib yerinə gəldikləri musavatçıların bütün hakimiyyət ömrü qədər, gömrüklə bağlı ilk qərarını verdi. 

AKP MK-nın Rəyasət Heyətinin 27 mart 1922-ci ildə keçirilən iclasının 6 №-li Protokolunda göstərilir 

ki,  İclas Çaqin sədrliyi altında keçirilib. İclasın katibi İnozençsov, iştirak edənlər isə - Çaqin, Xanbudaqov, 

Musabəyov, Krılov və Bağırovdur. Gündəlikdə 17 məsələ var. Bu məsələlərdən 4-ü bilavasitə gömrük işinin 

təşkili ilə bağlı idi: 

1) Dəmir yolu ilə daşınan yüklərin fraxt ödəmələri; 

2) İrana aparılan və gətirilən yüklər barədə

3) RSFSR sərhədində nəzarət məntəqələrinin təşkili haqqında; 

4) Gömrük haqqında. 

Həmin iclasda gömrük haqqında aşağıdakı qərar çıxarılır: 

 

Qərara alındı: 



a) Xarici İqtisadi Əlaqələr Prezidentinin 25.03.1922-ci il tarixli gömrük ödənişi kimi daxil olan ərzaq 

və digər əşyaların paylanması haqqındakı qərarı təsdiq edilsin və bölgü aşağıdakı şəkildə aparılsın: ərzaq malları 

- 50%-i MK-ya, 50%-i isə  Ərzaq Xalq Komissarlığına; qalan digər məhsullar və  əşyalar bütünlüklə Xarici 

İqtisadi Əlaqələrin tabeçiliyinə verilsin. 

b) Gömrük komissarı Abdul-Bağı  vəzifəsindən çıxarılsın və MK-nın sərəncamına göndərilsin, 

katibliyə tapşırılsın ki, Musabəyovla birlikdə 3 gün ərzində yeni namizəd irəli sürülsün. 

 

AKP MK-nın katibi Çaqin 



 

Protokoldan çıxarış 29.03.1922-ci ildə 598 №-li göndərişlə XKS-nə ünvanlanmışdır. 

Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, məhz bu tarixdə keçirilən iclasda Bakı Dövlət 

Universitetində Hüquq fakültəsinin açılması barədə  qərar qəbul edilmişdir. Bu il mart ayının 27-də Hüquq 

fakültəsinin 75 illiyidir. Azərbaycanın gömrük orqanları üçün kadrların hazırlanmasında BDU-nun xüsusilə də 

bu fakültənin böyük xidmətləri vardır. 

Gömrük işi ilə bağlı ilk sənədlərdən biri də Azərbaycan SSR Xalq Komissarları Sovetinin Dekreti idi. 

25 avqust 1922-ci ildə qəbul olunan Dekret 11 bənddən ibarət idi: 

1) Azərbaycan Sovet Sosialist Respublikasının Gömrük orqanı Zaqafqaziya Gömrük İdarəsinin 

tərkibinə daxil edilir və onun vasitəsi ilə RSFSR gömrük orqanına birləşdirilir. 

2) Ümum Gömrük İdarəsi Azərbaycan SSR gömrük orqanları ilə işini Zaqafqaziya Gömrük İdarəsinin 

vasitəsi ilə həyata keçirir. ASSR Xalq Komissarları Soveti orqanları gömrük işinin inzibati və texniki tərəfinə 

toxunmamaqla, heç bir müdaxilə etmədən gömrük gəlirlərinin daxil olmasını müşahidə etmək hüququna 

malikdir. 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə