CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   2   3   4   5   6   7   8   9   10   ...   32

15 

 

funtadək, çay - 0,25 funtadək, qənd və kürü - 1 funtadək, yumurta 10 dənə, çaxır və digər içkilər 2 butulka, yol 



üçün lazım ola bilən qədər ev əşyaları. Göstərilənlərdən artıq olanlar müsadirə ediləcək. 

Ölkə  sərhədindən 30 verst aralı sahədə  hərəkət azaddır. Nazirliyin razılığı olmadan bu zonaya 

keçirilən bütün mallar qaçaqmalı kimi müsadirə olunacaq. 

Bu qəbildən olan malların 30 verstlik sərhəd zolağında saxlanması  və ya daşınması yalnız yerli 

administrasiyaya bəyan etdikdən sonra mümkündür. 

Ölkənin sərhədləri boyu yerləşən gömrükxanalarda gömrük işinin daha da yaxşılaşdırılması üçün 

Maliyyə Nazirliyi lazımi işləri görürdü. Belə ki, 17 avqust 1919-cu ildə Nazirliyə daxil olan 451 saylı məktubda 

Bakı, Akstafa, Balakən və Yalama gömrükxanalarına lazım olan tərəziləri (həm kiçik və  həm də böyük) və 

kerosin lampalarını (4 ədəd “Çudo”) almaq üçün 33 min rubl kredit tələb olunurdu. Lakin Hökumət daha fərqli 

qərar qəbul etdi. 

Azərbaycan Respublikası Hökumətinin 8 sentyabr 1919-cu ildə  qəbul etdiyi qərardan çıxarışda 

göstərilirdi: 

 

Azərbaycan Respublikası Hökumətinin 08.09.1919-cu il qərarından 



Çıxarış 

 

Dinlənildi: 



Akstafa, Bakı, Yalama və Balakən gömrükxanalarına lazım olan 26 min rubl dəyərində  tərəzi və 

lampaların alınmasından ötrü 1919-cu ilin xərclər smetasında dəyişik edilməsi haqqında Maliyyə Nazirinin 

məruzəsi. 

Qərara alındı: 

Maliyyə nazirinə Bakı, Akstafa, Yalama və Balakən gömrükxanalarının xərclər smetasına aşağıdakı 

dəyişiklər edilsin: 

1) BĞakı gömrükxanasının 1919-cu il xərclər smetasına, 2 tərəzi almaq üçün 4000 rubl; 

2) Akstafa gömrükxanasına 2 tərəzi və “Çudo” lampası almaq üçün xərclər smetasına 7750 rubl; 

3) Yalama gömrükxanasına 1 tərəzi və 2 “Çudo” lampası almaq üçün xərclər smetasına 6500 rubl; 

4) Balakən gömrükxanasına 2 tərəzi və 1 “Çudo” oampası almaq üçün xərclər smetasına 7750 rubl. 

Ştampda 13 sentyabr 1919-cu il, giriş nömrəsi 7894 göstərilmişdir. 

Sənədlərdən göründüyü kimi Hökumət 33 min rubl kredit ayırmaq əvəzinə, daha səmərəli yolu seçmiş 

və 7 min rubl artıq xərcdən qaça bilmişdir. 

8 sentyabr 1919-cu il tarixli başqa bir qərarla Azərbaycan Hökuməti Akstafa gömrükxanasında 

müsadirə olunmuş xam parça Ticarət, Sənaye və Maliyyə Nazirliyinin sərəncamına verilmişdir. Müsadirə 

olunan 184 top (5527 arşın) parça Maliyyə, Nəzarət və Ticarət, Sənaye və  Ərzaq Nazirliklərinin işçilərinə 

satmaq üçün xüsusi komissiya vasitəsi ilə verilmişdir. Qərarda göstərilir ki, satışdan əldə olunan bütün vəsait 

Akstafa gömrükxanasının sərəncamına verilməlidir.  

Azərbaycan Respublikasının Hökuməti ölkənin iqtisadi dayanıqlığını  təmin etmək, daxili bazarını 

qorumaq və ölkəyə lazım olan malların qanunsuz çıxarılmasının qarşısını almaq sahəsində əməli işlərini davam 

etdirirdi. 29 oktyabr 1919-cu ildə  tərtib olunmuş Azərbaycanın sərhəd mühafizəsinin sxematik xəritəsi çox 

önəmlidir (şəkil 15). 

Birincisi, bu xəritə-sxemdə Azərbaycan Respublikasının həmin tarixə olan sərhədləri öz əksini 

tapmışdır. İkincisi, bu xəritə-sxemin ölkəni qonşu ölkələrlə, xüsusən də Ermənistan və Gürcüstanla olan sərhəd 

dəqiqləşdirilmələrində çox vacibdir. Nəzərə alsaq ki, Ermənistanın işğal etdiyi ərazilər yaxın tarix baxımından 

tamamilə Azərbaycan sərhədləri daxilində idi. Xəritə-sxemdəki  şərti işarələr  əsasında Gürcüstan, Ermənistan, 

İran və sahil zonasındakı açıq və qapalı  sərhəd zastavalarının və  nəzarət dəstələrinin məntəqələrini 

müəyyənləşdirmək olar. 

Gürcüstan sərhədi boyu olan sərhəd məntəqələri aşağıdakılardır: 

Açıq məntəqələr 

1. Mazımçay 

2. Podarçay 

3. Souxçay 

4. İlginçay 

5. Bostim-Binə 

6. Çardaxlı 

7. Muğanlı 

8. Podar 

9. Lələli 

10. Almalıq 




16 

 

11. Gakürlü 



Bağlı məntəqələr, yəni açılması planlaşdırılanlar 

1. Qaraca Mirli 

2. Tarl-Delan  

3. Karaskım 

4. Aşağı Bayramlı 

5. Mula-Kulu 

6. Poylu 

7. Salahlı 

8. Aslanbəyli 

9. Qırmızı körpü 

 

Maraqlı olan odur ki, Ermənistanla sərhəd boyu bütün sərhəd məntəqələri bağlı  şəkildə  nəzərdə 



tutulmuş, yəni sərhədboyu heç bir gömrükxana və gömrük postunun açılmaması  qərara alınmışdır. Sərhəd 

məntəqələri açılacaq kəndlərə diqqət yetirsək, onda bir çox məsələlər aydınlıq gətirə bilərik. Belə ki, indi 

Ermənistanla sərhəddə olan Kəmərli kəndi o zaman daha çox içəridə olmuşdur. 

Ermənistanla sərhəd boyu aşağıdakı məntəqələr yerləşirdi: 

1. Kəmərli 

2. Parazlı 

3. Qızıl Hacılı 

4. Əksi-Barı (Əskipara) 

5. Çaxmaxlı 

6. Hətəmağalı 

7. Əlibəyli 

8. Yuxarı Ağdam 

9. Aşağı Ağdam 

10. Eldar 

11. Şınıx-Ayrum 

12. Dilican 

13. Palad-Ayrum 

14. Mixaylovka 

15. Aşağı Saratovka 

16. Quşçu Dərəsi 

17. Böyük Məzrə 

18. Alagöl 

19. Arpa 

Xəritə-sxemdən göründüyü kimi, Naxçıvan Azərbaycandan ayrı deyildir və Ermənistanın  İranla heç 

bir sərhədi yoxdur. General-qubernatorluq isə  Şuşa  şəhərində yerləşirdi. Naxçıvanın Türkiyə ilə  sərhədində 

Nuraşen (indiki Sədərək) məntəqəsi var idi. 

İranla sərhəd boyu aşağıdakı məntəqələr var idi: 

1. Alışarı 

2. Şahtaxtı 

3. Nehrəm 

4. Yayıcı 

5. Ordubad 

6. Culfa 

7. Əlidərə 

İranla sərhədboyu Bartazdan Astaraya qədər 25 məntəqə yerləşirdi ki, bunların çoxunda 

gömrükxanalar və gömrük postları nəzərdə tutulmuşdur. 

Xəzər dənizinin sahili boyu isə şimaldan cənuba qədər aşağıdakı mənbələr: 

1. Məhərrəmkənd 

2. Mixaylovka 

3. Qızıl-Burun 

4. Giləzi 

5. Yaşma 

6. Buzovna 

7. Abşeron 

8. Zığ 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə