CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

31 

 

rütbəsinə  məhz K.Heydərov layiq görülmüşdür. Ona Zati-aliləri H.Əliyev cənablarının 17 yanvar 2002-ci il 



tarixli 640 saylı Fərmanları ilə gömrük xidməti general-polkovniki rütbəsi (41 yaş) verilmişdir. O. Azərbaycan 

dövlətçiliyi tarixində bu yaşda general-polkovnik rütbəsini almış yeganə  şəxsdir. Onun rəhbərliyi altında 

gömrük sistemi və infrastrukturu yenidən quruldu. Bütövlükdə gömrük işinin məzmununa yenidən baxıldı. 

İnkişaf etmiş ölkələrin gömrük təcrübəsinin öyrənilməsi, beynəlxalq tələblərə cavab verən gömrük 

qanunvericiliyinin yaradılması və tətbiqi, Azərbaycan Respublikası gömrük xidmətinin digər ölkələrin gömrük 

xidmətləri ilə  sənədlərin və gömrük əməliyyatlarının unifikssiyası (vahid sistemə  gətirilməsi)  əsasında 

yaxınlaşması kimi mühüm prinsiplər bu yeniləşmənin əsasını təşkil etdi. 

Təşkilati tədbirlərlə bir vaxtda dövlətin gömrük siyasətinin də formalaşdırılmasına başlandı. Ölkəninq 

gömrük qnanunvericiliyi təkmilləşdirildi. Azərbaycan Respublikasının “Gömrüu Məcəlləsi” və “Gömrük Tarifi 

haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 

Məcəllədə, gömrük orqanlarının qarşısında qoyulan vəzifələrdən çıxış edilərək, gömrük işinin  əsas 

prinsipləri müəyyənləşdirildi. Məhz gömrük orqanları bu Məcəllənin müddəalarına görə, hüquq-mühafizə 

orqanı statusu aldı. 

Gömrük tarifi və valyuta tənrzimlənməsi haqqında qəbul edilən qanunlar, gömrük orqanlarına valyuta 

nəzarətini həyata keçirmək hüququnu verdi, habelə gömrük rüsumlarının dəqiq hesablanması  və vaxtında 

yığılaraq dövlət büdcəsitnə köçürülməsi tələbini qoydu. 

Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin 27 

oktyabr 1998-ci il tarixli 6 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 

haqqında”  Əsasnamə mühüm yer tutur. Əsasnaməyə görə Dövlət Gömrük Komitəsi Azərbaycan 

Respublikasında gömrük işi sahəsində dövloət siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanıdır. 

Heydər Əliyevin təklifi ilə gömrük siyasətinin strateji məsələlərinin müəyyən edilməsi mərhələsində 

Dövlət Gömrük Komitəsinə önəmli yer verildi. Belə ki, vahid gömrük sisteminin yaradılması; xarici iqtisadi 

fəaliyyətin gömrük-tarif tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi; milli bazarın xarici rəqabətin zərərli 

təsirindən qorunması; keyfiyyətsiz malların idxalının qarşısının alınması; ölkənin iqtisadi təhlükəsizliyinin 

təmin edilməsi; qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının alınması  və aradan 

qaldırılması; Azərbaycan xalqının bədii və arxeoloji sərvətlərinin, intellektual mülkiyyətinin, nadir flora və 

fauna nümunələrinin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması; valyuta əməliyyatlarına mükəmməl nəzarət 

sisteminin yaradılması; müasir mərhələdə gömrük siyasətinin hazırlanması  və s. məsələlərdə Dövlət Gömrük 

Komitəsinə verilmiş səlahiyyətlər Heydər Əliyevin nə qədər uzaqgörən, bacarıqlı və əvəzolunmaz dövlət xadimi 

olmasını bir daha sübut edir. 

Gömrük orqanlarının yaradılmasının beş illik yubileyinə həsr olnmuş təntənəli yığıncaqda Azərbaycan 

Respublikasının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev gömrük sisteminin inkişafı və təkmilləşdirilməsi 

problemlərinə toxunaraq, Dövlət Gömrük Komitəsinin qarşısında duran birinci dərəcəli məsələləri belə 

xarakterizə etmişdir: 

“Azərbaycan müstəqil bir dövlət kimi daim yaşayacaq. Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq 

və inkişaf etdirmək bütün istiqamətlərdə aparılan tədbirlər nəticəsində ola bilər. Bu istiqamətlərdən biri də 

yüksək səviyyəli gömrük xidmətinin yaranmasıdır. Onun üçün bir daha qeyd edirəm, siz dünya təcrübəsindən 

istifadə etməlisiniz. Bizim Azərbaycanda nə gömrük məktəbi, nə gömrük universiteti, nə  də gömrük 

akademiyası olubdur... 

Gömrük işçilərinin əksəriyyəti, cürbəcür ixtisaslar alıbdır. Amma sırf gömrük ixtisası üzrə təhsil alan 

adamlar çox azdır. Siz bu təhsili də  işləyə-işləyə almalısınız. Yəni işləyə-işləyə gömrük elminin və gömrük 

biliklərinin mənimsənilməsi sahəsində özünüzü təhsilləndirirsiniz, təkmilləşdirirsiniz.  Şübhəsiz ki, Gömrük 

Komitəsinin gərək xüsusi iş planı olsun. Gömrük Komitəsinin öz işçilərini təkmilləşdirmək, onlara xüsusi 

gömrük təhsili vermək, onların təcrübəsini artırmaq üçün gərək birillik, ikiillik, üçillik planı olsun və onun 

əsasında siz təhsil işi aparmalısınız. Bu, sihin sahəyə başqa sahələrə nisbətən ən çox lazımdır. Ona görə də siz 

bunu etməlisiniz. 

Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas  şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli 

olsun, öz peşəsini yaxşı  mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, Vətəninə, 

ölkəsinə sadiq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci 

tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. 

Bunları yaratmaq lazımdır. Bu da sizin vəzifənizdir...” (“Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il). 

Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov Azərbaycan Respublikası Prezidenti Heydər 

Əliyev cənablarının bu çıxışını özünün fəaliyyət Proqramı kimi qəbul edərək, bu dahi insanın fikirlərini ardıcıl 

olaraq həyata keçirməyə başladı. 

Prezidentin tapşırığına uyğun olaraq gömrükxanaların maddi-texniki bazası müasirləşdirməklə 

bərabər, milli dildə ilk tədris vəsaitləri hazırlanmağa başlanıldı. Qısa müddət ərzində 4 cildlik “Gömrük işinin 

əsasları” (1998-2000-ci illər), “Azərbaycan gömrük xidməti yeni dünya təsərrüfat münasibətləri  şəraitində” 



32 

 

(1998), “Gömrük işi iqtisadi suverenlik və təhlükəsizlik” (1999), “Gömrük statistikası” (2000), “Gömrük işi və 



iqtisadiyyatın inkişafı” (2002), “Gömrük hüququ” (2002), “Gömrük işi və dünya iqtisadiyyatının inkişafı” 

(2002), “Gömrük işinin təşkili və idarə edilməsi” (2003), “Gömrük ekspertizası” (2003) və “Gömrük işinin 

əsasları” (2004), “Gömrük rəsmiləşdirilməsi” (2006) adlı  dərsliklər, dərs vəsaitləri və  tədris proqramları  nəşr 

olundu. 


Gömrük işinin təşkil edilməsi və gömrük siyasətinin formalaşdırılması ilə bağlı Ümummilli liderimiz 

H.Ə.Əliyevin imzası ilə aşağıdakı sənədlər qəbul edilmişdir: 

 

QANUNLAR 



 

 1. "Gömrük tarifi haqqında" qanunun təsdiq edilməsi barədə( No 1064 / 20.06.1995) 

 2. "BYD Kitabçası  tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" gömrük Konvensiyasının 

təsdiq edilməsi barədə (No 33-IQ / 12.03.1996) 

3. Yoxlama və metroloji attestasiya məqsədilə daşınan normativ sənədlərin, etalonların, ölçmə 

vasitələrinin və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və xüsusi icazələr verilməsindən azad 

edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə (No 171-IQ / 08.10.1996) 

4. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında (No 304 -IQ / 10.06.1997) 

5. Azərbaycan Respublikası Hökumət və Qazaxıstan Respublikası Hökuməti arasında gömrük işi 

sahəsində əməkdaşlış haqqında Sazişin təsdiq edilməsi barədə (No 338-IQ / 26.06.1997) 

6. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə (No 

583-IQD / 11.12.1998) 

7. "Gömrük orqanlarında xidmət haqqında"  Əsasnamənin təsdiq edilməsi barədə (No 768-IQ / 

07.12.1999) 

8. "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə 

olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında" Sazişin təsdiq edilməsi barədə 

(No 793-IQ / 01.02.2000) 

9. "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında gömrük işi 

sahəsində qarşılıqlı əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə 

(No 803-IQ / 08.02.2000) 

10. "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi  şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq 

Konvensiyaya qoşulmaq barədə (No 810-IQ / 11.02.2000) 

11. "Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsədi ilə müvəqqəti idxalının Gömrük 

Konvensiyası"na qoşulmaq barədə (No 813-IQ / 11.02.2000) 

12. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri 

Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, 

partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə 

mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə (No 118-IIQ /03.04.2001) 

13. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri 

Nazirliyi arasında sərhədlərdən qanunsuz keçirilən mədəni sərvətlərin tutulub saxlanması  və qaytarılması 

məsələləri üzrə  əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 119-IIQ / 

03.04.2001) 

14. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri 

Nazirliyi arasında əməkdaşlıq və gömrük sənədlərinin və gömrük təminatlarının qarşılıqlı tanınması haqqında" 

Sazişin təsdiq edilməsi barədə (No 120-IIQ /03.04.2001) 

15. Azərbaycan Respublikası Gömrük orqanlarının tanınma nişanı haqqında (No 134-IIQ /01.06.2001) 

16. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında (No 135-IİQ /01.06.2001) 

17. Tütün və tütün məmuoatı haqqında (No 138-IIQ / 08.06.2001) 

18. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə gətirilən mallara texniki, tibbi, əczaçılıq, 

sanitar, baytar və vitosanitar normaların, qaydaların və  tələblərin tətbiq edilməsi haqqında" Sazişin təsdiq 

edilməsi barədə (No 257-IIQ / 12.02.2002) 

19. "Tərkibində  əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində 

gömrük nəzarəti Qaydaları haqqında" Qərarın təsdiq edilməsi barədə (No 259-IIQ / 12.02.2002) 

20. "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair 

qarşılıqlı inzibati yardım haqqında" Beynəlxalq Konvensiyaya və onun I-X Əlavələrinə qoşulmaq barədə (No 

267-IIQ / 19.02.2002) 

21. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında "Gömrük 

qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə