CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

25 

 

Gömrük işinin təşkili ilə əlaqədar SSRİ-nin qəbul etdiyi ilk böyük sənət 25 oktyabr 1924-cü ildə SSRİ 



MİK Prezidumımın tərəfindən təsdiq edilmiş “SSRİ-nin Gömrük Nizamnaməsi” idi. Bu Nizamnamə SSRİ MİK 

və XK Sovetinin 6 fevral 1925-ci ildə təsdiq edilmişdi. 

SSRİ Xarici Ticarət Xalq Komissarlığı 2 fevral 1925-ci il tarixli 22 saylı  qərarı ilə Gömrük 

İdarələrinin vahid ştat cədvəli təsdiq olundu. 

Yeni ştat cədvəlinə görə gömrük idarələrinin strukturu aşağıdakı kimi olmalı idi: 

Gömrük İdarəsi: 

1. Tarif şöbəsi 

2. Smeta-hesablaşma şöbəsi 

3. İnzibati-təsərrüfat şöbəsi 

4. Statistika şöbəsi 

5. Operativ-məhkəmə şöbəsi 

6. Qaçaqmalçılıqla mübarizə üzrə şöbə 

7. Nəzarət şöbəsi. 

Xarici Ticarət Xalq Komissarlığının 02.02.1925-ci il 22 saylı əmri əsasında XTK-nın İşlər İdarəsinin 

27 və 40a saylı əmrləri ilə yerlərə icra üçün göndərilmişdir. 

SSRİ-nin Yeni Gömrük Nizamnaməsi 53 maddədən ibarət idi. Birinci maddədə deyilirdi: 

Maddə 1. SSRİ-nin bütün ərazisində gömrük işinin idarəçiliyi Xarici Tİcarət Xalq Komissarlığına 

məxsusdur. Öz vəzifələrini icra etmək üçün Baş Gömrük İdarəsi və digər təşkilatlar və onların yerli idarələri

habelə xüsusi Əsasnamə ilə fəaliyyət göstərən Gömrük-Tarif Komitəsinin vasitəsi ilə həyata keçirir. 

Əsasnamədə göstərilir ki, SSRİ Konstitusiyasının (1924-cü ildə  qəbul olunmuşdur) 49 və 51-ci 

maddələrinə görə xarici ticarət sahəsində dövlətin inhisarçılıq siyasətini nəzərə alaraq XTX Komissarlığı 

yaradılır. Bu komissarlığın əsas vəzifələri - bütünlükdə Sovet İttifaqının qismən isə onun ayrı-ayrı hissələrinin 

(yəni respublikaların - red.) maraqlarını  nəzərə almaqla, İttifaqın xarici ticarət  əlaqələrini inkişaf etdirmək 

sahəsində ümumi tədbirlər planı hazırlamaq və həyata keçirmək və gömrük siyasəti məsələlərini hazırlamaqdır. 

XTXK-nin tərkibinə xalq komissarında üzvü olduğu Kollegiya və Baş Gömrük İdarələri daxil idi. 

XTXK-nin nəzdində Gömrük-Tarif Komitəsi və Qaçaqmalçılığa qarşı mübarizə üzrə  Mərkəzi 

Komissiya fəaliyyət göstərəcəkdi. Baş Gömrük İdarəsinin vəzifələrinə aşağıdakılar daxil idi: 

1) gömrük orqanlarının təşkili və idarə edilməsi; 

2) gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələr və konvensiyaların hazırlanmasında iştirak etmək; 

3) gömrük tarifinin hazırlanması; 

4) qaçaqmalçılığa qarşı mübarizə tədbirlərini hazırlamaq və həyata keçirmək; 

5) gömrüklə əlaqədar bütün qanun və təlimatların icrasına nəzarət; 

6) gömrük statistikasının aparılması. 

İkinci maddədə deyilirdi ki, müttəfiq respublikalardakı gömrük orqanlarının fəaliyyətinə, həmin 

respublikaların XKS-in nəzdindəki XTX Komissarlığı  nəzarət edir. Müttəfiq respublikanın XTXK-nın 

səlahiyyətinə aşağıdakılar aid edilirdi: 

1) gömrük işi ilə əlaqədar mərkəzdən göndərilən qanun və qərarların icrasına nəzarət; 

2) respublikanın bütün gömrük orqanlarını təftiş etmək; 

3) gömrük orqanları ilə digər yerli orqanlar arasındakı narazılıqları lazımi qaydada həll etmək; 

4) respublika miqyasında qaçaqmalçılığa qarşı mübarizə tədbirləri hazırlamaq. 

Gömrük Nizamnaməsi SSRİ MİK Rəyasət Heyətinin qərarı ilə təsdiqləndi. 

Qərarda deyilirdi: 

1. SSRİ MİK-nın 25.10.1924-cü il qərarına əsasən SSRİ-nin Gömrük Nizamnaməsi qüvvəyə minsin. 

2. “SSRİ  və Müttəfiq Respublikaların Cinayət qanunvericiliyinin əsasları” haqqında qanunun (SSRİ 

Qanunlar toplusu, 1924, №24, 6.205) 3-cü maddəsinə  əsasən müttəfiq respublikaların  İcrayyə Komitələri 

qaçaqmalçılığa qarşı mübarizə tədbirləri ilə bağlı cinayət məcəlləsinə müvafiq maddələri əlavə etsinlər. 

3. SSRİ MİK-in Rəyasət Heyətinin 12.12.1924-cü ildə qəbul etdiyi SSRİ-nin Gömrük Nizamnaməsi, 

yerli gömrük orqanlarına daxil olduğu gündən hüquqi qüvvəyə malik olur. 

Gömrük Nizamnaməsinin qüvvəyə minməsi ilə əlaqədar olaraq RSFSR XKS-in qəbul etdiyi qərarlar 

qüvvədən düşmüşdür. Eyni zamanda Gömrük Məcəlləsi də qəbul olundu. Yeni Məcəllə isə gömrük işi ilə bağlı 

bütün səlahiyyətlər vahid mərkəzdə  cəmləşdirildi. Ümumiyyətlə, Mərkəzin yürütdüyü siyasətin  əsas məqsədi 

milli kadrların yetişdirilməsinə mane olmaq, milli sərvətlərdən  əldə olunan gəlirləri mənimsəmək, yerlərdə 

gömrük işini bütünlüklə nəzarətə götürmək, milli olmayan kadrları rəhbər vəzifələrə təyin etmək və s. idi.  

Sizə bir neçə  sənədi təqdim edirik. Birinci sənəd 11.04.1927-ci il tarixli AK (b) firkəsinin Mərkəzi 

Komitəsinin tam məxfi qərarıdır (şəkil 20). 

Sənədə diqqətlə baxsanız görərsiniz ki, orada cəmi 2 başlıq azəri türkcəsidir. Vəzifədən çıxarılanda, 

vəzifəyə gətirilən də, təqdim edən də tamamilə başqalarıdır. 



26 

 

 



Şəkil 20. 

 

 



İkinci sənəd AKP (b) MK Prezidumunun 03.08.1927-ci il tarixli 93 saylı Protokoludur (şəkil 21).  

 

Protokol №93 



 

1. İştirak edirlər: MK RH-nın üzvləri - Ağaverdiyev, Qarayev, Q.qasımov, N,Rzayev  

AKP (b) MK-nın üzvləri - Əsəd Qarayev, Məmmədxanov, Mir Salayev  

Qəzet redakatoru - Trinis 

MK-nın şöbə müdirləri: Avakyan, Baskakov, Qlebov, Qolçsev, Müzəfər, Şlemova 

 

Şəkil 21. 



Sədr: yoldaş Qarayev 

Dinlənildi: Azərbaycan Gömrük İdarəsinin rəisi barədə (müh. yol. Qarayev)  

Qərara alındı: a) Zəqafqaziya Baş Gömrük İdarəsinin təklifi ilə Freyman Zaqafqaziya BGİ-nin 

sərəncamına göndərilsin. 

b) Freymanın əvəzinə Azərbaycan Gömrük İdarəsinə yoldaş Sumbatov rəis təsdiqlənsin. 

c) Bu məsələ təsdiq üçün Zaqafqaziya ÜKP (b)-yə göndərilsin. 

 

Gördüyünüz kimi mərkəz bir qeyri-türkün əvəzinə başqa bir erməni göndərir. İclasda iştirak edən AKP 



(b) MK-nın şöbə müdirindən yalnız biri müsəlmandır. Bu siyasət sonrakı illərdə də davam edib. Sizlərə heç bir 

şərh vermədən laha 2 sənədi təqdim edirik. Bunlardan biri 02.11.1928-ci ildə MK-ya ünvanlanmış teleqram 

(şəkil  22), digəri isə 14.09.1932-ci ildə MK-ya ünvanlanmış başqa bir teleqramdır (şəkil 23). Aradan 4 il 

keçməsinə baxmayaraq Mərkəzin siyasətində heç bir dəyişikliyin olmadığını sizlər də şahidi oldunuz. 

Məhz Moskvanın yürütdüyü siyasətin nəticəsi idi ki, Azərbaycanın gömrük orqanlarında 

yaradılmasından keçən 120 il ərzində heç nə dəyişilməmişdi. Əmin olmağınız üçün Bakı gömrükxanasının 22 

sentyabr 1928-ci il tarixinə olan şəxsi heyətinin siyahısını təqdim edirik (şəkil 24). 

Bu siyahıda işçilərin milliyyəti ilə bərabər, onların sosial mənşəyi də göstərilib. 39 nəfər şəxsi heyətin 

cəmisi 7-si türkdür ki, onlardan da 3-ü kuryer, biri hesabdar, biri dəftərxana şöbəsinin müdiri (içərilərində ən 

böyük vəzifəsi olan da elə bu şəxsdir - müəllif.), biri inspektor, biri isə ekspeditordur. Məhkəmə müsadirə 

şöbəsində bir nəfər də türk yoxdur. Mühasibat şöbəsindəki 11 nəfərdən biri türkdür. Çalışan 7 nəfər türkdən 4-ü 

bilavasitə  İnzibati-təssərüfat  şöbəsində çalışır. Həmin  şöbənin isə gömrük işinin təşkili və idarəedilməsi ilə 

bağlılığı  ən sonuncu yerlərdən birini tutur. Rusiya İmperiyasının siyasətində bu xətt ötən  əsrin 70-ci illərinə 

qədər davam etmişdir. 

İlk “Gömrük Məcəlləsi” 1928-ci ildə hazırlanmış  və  qəbul olunmuşdur. Həmin vaxt bütünlükdə 

gömrük işlərinə 23 fevral 1922-ci ildən fəaliyyət göstərən Gömrük Tarif Komitəsi rəhbərlik edirdi.  

1929-cu ildən gömrükxanaların fəaliyyəti Mərkəzi  İcraiyyə Komitəsinin və Xalq Komissarları 

Şurasının 19 dekabr 1928-ci il tarixli müvafiq qərarı ilə tənzimləndi və əsas məsələlər kimi aşağıdakılar nəzərdə 

tutulurdu:  

a) sərhədi keçən sərnişinlərin, baqajların, yüklərin və  nəqliyyat vasitələrinin müayinəsi və onların 

buraxılması;  

b) xarici ticarət inhisarçılığı haqqında qanunun yerinə yetirilməsinə faktiki nəzarət;  

 

Şəkil 22. 



 

 

c) qaçaqmalçılığın müəyyən edilməsi və tutulması; qaçaqmalçılıq barədə işlərin həll edilməsi;  



ç) yük və sərnişinlərin dövlət sərhədini keçdiyi anda gömrük rüsum və yığımlarının hesablanması və 

tutulması. 

 

1946-cı ilin əvvəlində Bakı gömrükxanasının strukturu genişləndirildi və aşağıdakı kimi oldu:  



1) Ümumi şöbə;  

2) Mühasibat;  

3) Məhkəmə - müsadirə şöbəsi;  

4) Yük şöbəsi;  

 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə