CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

29 

 

şəhərində keçirilmişdir. Dövlət Gömrük Komitəsi Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası  əsasında 



vahid gömrük tarifinin işlənib hazırlanması, gömrük rüsumlarının alınması, tətbiq edilməsi, malların mənşə 

ölkəsinin təyin edilməsini, gömrük məqsədləri üçün malların qiymətləndirilməsi də daxil olmaqla MDB üzvü 

olan ölkələrin gömrük siyasətinin əsas istiqamətləri üzrə təkliflərin hazırlanıb təqdim edilməsini təmin edir.  

DGK, həmçinin gömrük orqanları üçün kadrların hazırlanması, avtomatlaşdırılmış informasiya 

sistemi, gömrük statistikası, beynəlxalq əməkdaşlıq sahələrində MDB gömrük xidmətləri ilə əməkdaşlıq edir.  

BMT-nin İnkişaf Proqramı ilə Memorandum imzalanmışdır. 

ÜGT ilə bir Memorandum və bir niyyət protokolu imzalanmışdır. 

Ümumdünya Gömrük Təşkilatlarının Baş Katibi Mişel Danenin müraciət məktubuna  əsasən 

Azərbaycan Respublikası “Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında 

Beynəlxalq Konvensiya”ya qoşulmuş və bu Konvensiya Milli Məclisdə ratifikasiya olunmuşdur.  

2001-ci ilin yanvarından Azərbaycan bu konvensiyaya qoşulan 101-ci dövlətdir.  

DGK Tasis proqramı  çərçivəsində Avropa Gömrüyü ilə  sıx  əlaqələr yaradılması barədə intensiv iş 

aparır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Avropa Gömrüyü, Tasis proqramı  çərçivəsində 

Alman Gömrüyü ekspertləri tərəfindən Dövlət Gömrük Komitəsinin  əməkdaşları üçün narkotiklərin müəyyən 

edilməsi, riskin təyin edilməsi, yükün nəzarətdən keçirilməsi və  gəmilərin yoxlanılması, Hava və  Dəniz 

limanlarında, dəmir yolunda, gömrük sənədlərində  nəqliyyat vasitələrinə  nəzarətə dair, nəzəri və praktiki 

seminarlar təşkil olunmuşdur.  

Avropa  İttifaqının Tacis proqramı üzrə Azərbaycan Respublikasının milli və dövlətlərarası 

proqramları  və Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqram çərçivəsində (1996-ci il oktyabr) 

Daşkənd  şəhərində Avropa Gömrüyü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında Tasis 

proqramı çərçivəsində “Təhsil”, “İdarəetmə və Təşkil” Layihələri üzrə müqavilələr imzalanmışdır və layihələrdə 

nəzərdə tutulanlar mərhələlərlə həyata keçirilir.  

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına həsr edilmiş Beynəlxalq Konfransa hazırlıq üçün 

Bakı  şəhərində keçirilən iştirakçı dövlətlərin işçi qruplarının üzvlərinin iclasında gömrük əməliyyatları  və 

sənədləşdirilmənin aparılması üzrə  Əsas Sazişin texniki əlavəsinin layihəsi hazırlanmışdır. DGK Avropa-

Qafqaz-Asiya dəhlizinin inkişaf etdirilməsi üzrə imzalanmış “Çoxtərəfli Əsas Saziş”in gömrük prosedurası və 

sənədlərin işlənməsi üzrə texniki əlavədə  nəzərdə tutulan müddəaların icrası ilə  əlaqədar tədbirlərin həyata 

keçirilməsi işini davam etdirir.  

Bu baxımdan da Ümumdünya gömrük Təşkilatının Siyasi Komissiyanın 44-cü dekabr sessiyası öz 

fəaliyyəti dövründə ilk dəfə olaraq 5-8 dekabr 2000-ci il tarixində Bakı  şəhərində keçirildi. Sessiyanın işində 

dünyanın 26 ölkəsindən gəlmiş 70-dən çox nümayəndə iştirak etmişdir. ÜGT ilə bir Memorandum və bir niyyət 

protokolu imzalanmışdır. 

MDB məkanında ilk dəfə olaraq Siyasi Komissiyanın dekabr sessiyasının Bakıda keçirilməsi

ölkəmizin dünya təsərrüfat sisteminə inteqrasiya olunmasını sürətləndirmək, qədim “İpək yolu”nun bərpası 

Xəzər dənizi hövzəsinin enerjidaşıyıcılarını neft kəmərləri layihələrinin gerçəkləşdirilməsi sahəsindəki regional 

iqtisadi əməkdaşlış imkanlarını genişləndirmək və Azərbaycanın xarici iqtisadi əlaqələrinin tənzimlənməsində 

səmərəli fəaliyyət göstərən mexanizmlərin qurulmasına köməklik etməklə  bərabər, ölkəmizin gömrük 

fəaliyyətinə verilən yüksək beynəlxalq qiymətdir. 

 

 



30 

 

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASININ 



GÖMRÜK SİYASƏTİ 

 

ÜMUMMİLLİ  LİDER HEYDƏR  ƏLİYEVİN dövlət başçısı kimi gömrük siyasəti sahəsindəki 



faliyyətini iki mərhələyə bölmək olar: 

1. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi; 

2. 1993-2003-cü illəri əhatə edən müstəqillik illəri. 

Azərbaycanın dövlətçilik tarixində xüsusi rolu və yeri olan H.Əliyev 14 iyul 1969-cü ildə Kommunist 

Partiyası  mərkəzi Komitəsinin 1 katibi seçildikdən sonra qısa müddət  ərzində ciddi addımlar atıldı. Məhz 

Heydər  Əliyevin hakimiyyətə  gəlişindən sonra gömrük işi sahəsində uzun müddət  ərzində hökm sürən qeyri-

millilərin bu sahədəki hokmranlığına çox ustalıqla son qoyuldu. Belə ki, onun təkidi ilə ilk dəfə olaraq gömrük 

orqanlarına rəhbər vəzifəsinə azərbaycanlılar təyin olunmağa başlandı. Qısa müddət  ərzində Azərbaycanda 

fəaliyyət göstərən hər üç gömrükxananın (Bakı, Astara və  Culfa)    rəisi azərbaycanlı olmağla bərəbər, milli 

kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərildi. Tezliklə qeyri-azərbaycanlılıarı milli kadrlar 

əvəz etməyə başladı.  

Gömrük işi sahəsinə diqqətini artıran H.Əliyev Azərbaycanın gömrük tarixini araşdırtdı və ölkəmizdə 

ilk gömrkxananın açılmasının 175 illiyinin qeyd olunması barədə Azərbaycan Kommunist Partiyası  Mərkəzi 

Komitəsi Bürosunun  31 mart 1981-ci il tarixli qərarını imzaladı.  

Azərbaycan KR MK Bürosunun 6 saylı Protokolunun 5 paraqrafı "Bakı gömrükxanasının 175 illiyi iəl 

əlaqədar tədbirlər haqqında" adlanırdı (şəkil 24). Qərarda göstərilirdi:  

1. Bakı gömrükxanasının 1982-ci ilin fevral ayıyda Bakı şəhəri istimayyətinin Bakı gömrükxanasının 

175 illiyinə həsr olunmuş təntənəli yubiley keçirilməsi xaqqındakı qəbul edilsin (təklif Bakı gömrükxanasının 

rəisi 111 dərəcəli gömrük xidməti müşaviri E.M. Zülfüqarzadənin imzası ilə Azərbaycan KP MK-ya 18 vevral 

1981-ci ildə 759 saylı qeydiyyatla daxil olmuşdur).  

Azərbaycan KR MK-nın Bakı şəhər komitəsi təntənəli tədbirlərin hazırlanması və keçirilməsinə lazımi 

köməklik göstərsin. 

2. Bakı şəhər İcrayyə komitəsi Bakı gömrükxanasının binasının fasadına "Bakı gömrükxanası. 7 fevral 

(25 yanvar) 1807-ci ildə yaradılmışdır" sözləri yazılmış xatirə lövhəsi quraşdırsın. 

3. Azərbaycan KP MK-nın Xarici əlaqələr şöbəsi Bakı gömrükxanasının və 3-5 nəfər gömrük işçisinin 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunması barədə təkliflər hazırlasın. 

 

Şəkil 24. 



 

 

4. Bakı gömrükxanasına tapşırılsın ki, 1 yanvar 1982-ci ilə qədər Bakı gömrükxanası haqqında şəkilli 



broşur hazırlasın və Dövlətnəşrkom onu çap etsin. 

5. Dövlət Teleradio Komitəsi, respublika qəzetlərinin redaksiyaları Bakı gömrükxanasının işinə həsr 

olunmuş materiallar hazırlasın və çap etsin. 

6.  Azərbaycan SSR Nazirlər Soveti Bakı gömrükxanasının yubiley tədbirlərinin keçirilməsi ilə bağlı 

maliyyə və təsərrüfat məsələlərinə baxsın və həll etsin.  

Bu Qərarda diqqətdən kənarda heç nə qalmamışdır. Tarixi faktın vaxtında aşkarlanması  və qeyd 

olunması Heydər  Əliyevin müstəsna xidmətidir ki, bu il Bakı gömrükxansının 200 illiyinin qeyd olunmasına 

hüquqi baza yaradılmışdır. Bir tarixi anı da qeyd etmək lazımdır ki, 25 ildən sonra həmin yubileyin təntənəli 

keçirilməsi xoşbəxtliyi Ulu Öndərin Ləyaqətli davamçısı, Onun varisi və  oğlu, Azərbaycan Respublikasının 

prezidenti İLHAM ƏLİYEVƏ qismət olur.   

Marqlıdır ki, H. Əliyevin Qərarın altındakı imzası ikinci dəfə hakimiyyətə gələndən sonra da olduğu 

kimi qalmışdır. Bu isə Onun öz prinsirlərinə sədaqətin nişanəsidir. 

1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış gərginliyi aradan qaldırmaq, ölkəni parçalanmaqdan 

qurtarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, ölkənin müstəqilliyini və suverenliyini itirmək təhlükəsini 

aradan qaldırmaq, ümumiyyətlə, Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısını almaq üçün xalqımız 

öz böyük oğlunu Heydər Əlirza oğlu Əliyevi ikinci dəfə hakimiyyətə təkidlə dəvət etdi. 

Ölkədəki problemləri zərgər dəqiqliyi ilə bir-bir həll edən möhtərəm H.Əliyev cənabları, 1995-ci ildən 

başlayaraq gömrük orqanlarının işinin yenidən qurmağa başladı.  Əvvəlcə Dövlət Gömrük Komitəsinin 

rəhbərliyini dəyişdirdi. Bu seçim çox uğurlu oldu. Dövlət Gömrük Komitəsinə Heydər  Əliyevin 17 yanvar 

1995-ci il tarixli 295 saylı  Fərmanı ilə  təyin olunan Kəmaləddin Fəttah oğlu Heydərov Ümummilli Liderin 

rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin gömrük sistemini yenidən qurdu və onu dünya standartları 

səviyyəsinə gətirib çıxartdı. Onun bu xidmətləri Xalqımızın Lideri Heydər Əliyev cənabları tərəfindən dəfələrlə 

yüksək qiymətləndirilmişdir. Azərbaycanın gömrük tarixində ilk dəfə olaraq gömrük xidməti sahəsində general 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə