CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

35 

 

8. R.X.Mirzəyevə gömrük xidməti general-mayoru rütbəsinin verilməsi haqqında (No 644 / 



17.01.2002) 

 

 



 

1. İndi H.Əliyevin adını daşıyan Binə hava limanının tikilməsi. Burada gömrük işi dünya standartları 

səviyyəsində qurulmuşdur; 

2. Naxçıvanda beynəlxalq standartlara cavab verən hava limanının tikilməsi və orada müasir tələblərə 

cavab verən gömrük işinin təşkili; 

3. Bakı, Naxçıvan, Biləsuvar, Astara, Xaçmaz, Tovuz, Lənkəran, Qusar, Qazax və Balakəndə müasir 

standartlara cavab verən gömrük orqanlarının binalarının və keçidlərinin tikilməsi və ya rekonstruksiyası; 

4.  İran  İslam Respublikası  və Türkiyə Cümhuriyyəti ilə  sərhədyanı vizasız gediş-gəliş üçün sazişin 

imzalanması; 

5. Qəzet kağızlarının əlavə dəyər vergisi və gömrük rüsumlarından azad edilməsi; 

6. Ölkəyə gətirilən qəzet və jurnalların əlavə dəyər vergisindən azad olunması; 

7.  İran  İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Astara-Astara dəmir yolunun 

çəkilməsinə razılığın alınması; 

8. Gömrük sisteminin təmərküzləşməsi, vahid uniforma və digər atributların hazırlanıb, qəbul 

edilməsi; 

9. Dövlət Gömrük Komitəsinin dünya arenasında özünəməxsus yer tutması və Ümumdünya Gömrük 

Təşkilatında aparıcı gömrük orqanlarından birinə çevrilməsi

10. Azərbaycan sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı gördüyü tədbirlərin nəticəsində 

qaçaqmalçılığın və narkotik vasitələrin ölkə ərazisindən keçirilməsinin tamamilə qarşısının alınması; 

11. Gömrük terminallarının yaradılması; 

12. Mütərəqqi gömrük siyasətinin formalaşdırılması; 

13. MDB məkanında ən yaxşı, müasir texniki təchizatı olan gömrük sisteminin yaradılması; 

14. Dövlətin mühüm atributlarından biri olan gömrük sisteminə sərbəst fəaliyyətin qazandırılması və 

onun mühüm ideologiyaya çevrilməsi; 

15. Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin qorunması sahəsində Dövlət 

Gömrük Komitəsinin mühüm nailiyyətlər qazanması. 

 

 



36 

 

İLHAM ƏLİYEV VƏ AZƏRBAYCANIN 



XXI ƏSR GÖMRÜK SİYASƏTİ 

 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev  demişdir: "Müstəqillik bizim üçün ən böyük 



sərvət, ən böyük dəyərdir. Ancaq müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, əbədi, dönməz etmək 

daha çətin işdir. Azərbaycanın  müstəqilliyi o deməkdir ki, biz müstəqil siyasət  aparırıq. Biz  Azərbaycan 

xalqının milli  maraqlarını  müdafiə edirik. Bu maraqları hər şeydən üstün tuturuq və istər  xarici siyasət, istərsə 

də daxili siyasət, iqtisadi, sosial siyasət olsun, biz bütün sahələrdə siyasətimizi özümüz müəyyən edirik. Bunu 

etmək üçün, müstəqil  ölkə kimi yaşamaq və müstəqilliyin bəhrəsini görmək üçün mütləq iqtisadi güc lazımdır. 

Biz bu iqtisadı gücu yaradırıq". 

Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş gömrük siyasətini 

onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanı işıqlı gələcəyə və nurlu sabahlara 

inamla aparan, bütün Qafqazın lideri, İlham Əliyev cənabları çox uğurla həyata keçirir. 

İ.Əliyev cənablarının gömrük işinin inkişaf etdirilməsi sahəsində xüsusi xidmətləri vardır. Belə ki, 

onun imzaladığı 5 mart 2004-cü il tarixli 598 saylı  sərəncamı ilə  təsdiq edilən “Azərbaycan Respublikasının 

Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə  əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik 

aktlarına dəyişikliklər və  əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun” X BƏNDİNƏ 

GÖRƏ, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə edilən dəyişikliklər və əlavələr nəticəsində gömrük 

orqanlarına gömrük işi sahəsində cinayətlər haqqında işlər üzrə istintaq aparmaq səlahiyyəti verilmişdir. Bu o 

deməkdir ki, gömrük orqanları gömrük işi sahəsində baş vermiş cinayətlərin istintaqını özü aparacaqdır. 

Gömrük orqanları, bu səlahiyyəti qazanmaqla gömrük siyasətini bütünlüklə  həyata keçirən yeganə dövlət 

orqanına çevrilir. Bu isə gömrük işi sahəsində baş verən cinayətlərin qarşısının alınmasında və aradan 

qaldırılmasında “hüquqi inqilab” deməkdir. 

18 may 2004-cü ildə Azərbaycan Dövlət Gömrük Komitəminin təşəbbüsü ilə Dünya Gömrük 

Təşkilatının Brüssel şəhərindəki iqamətgahının qabağında “Dədə Qorqud” abidəsinin açılışı oldu. Abidənin 

açılılında Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz H.Əliyevin ləyaqətli davamçısı  İlham 

Əliyev, DGT-nin baş katibi Mişel Dane və Oljas Süleymanov çıxış etdilər. 

“Dədə Qorqud” abidəsinin Avropanın “siyasi paytaxtı” olan Brüssel şəhərində qoyulması  həm 

ümummilli liderimiz H.Əliyevin müvafiq fərmanının icrası, həm də Azərbaycan Respublikası prezidenti 

İ.Əliyevin Azərbaycanın milli sərvətinə olan xüsusi hörmətinin bariz nümunəsi kimi başa düşülməlidir. 

Mərasimdən sonra DGT-nin iqamətgahında Dünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikasının 

Dövlət Gömrük Komitəsi arasında niyyət protokolu imzalandı. Azərbaycan prezidenti İlham Əliyev imzalanma 

mərasimində iştirak edirdi.         

Azərbaycanın gömrük tarixində ilk dəf 

ə məhz İ.Əliyevin sərəncamı ilə (28.01.2005, 605 saylı) gömrük orqanlarında çalışan 3 nəfər "Vətənə xidmətə 

görə" ordeninin üçüncü dərəcəsilə, 29 nəfər isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə  təltif 

olunmuşlar.  

Nəinki Azərbaycan gömrüyünün, hətta bütün hüquq-mühafizə sisteminin ən gənc general-mayor 

rütbəsi (31 yaş) də  İLHAM  ƏLİYEV cənablarının 28 yanvar 2005-ci il tarixli 604 saylı  Sərəncamı ilə DGK 

sədrinin müavini Səfər Mehdiyevə verilmişdir. Azərbaycanın  ən gənc general-leytnant rütbəsi də hal-hazırda 

Dövlət Gömrük Komitəsi sədrinin 1 müavini olan S.Mehdiyevə verilmişdir (23.01.2006, 1238 Saylı Sərəncam). 

Bu XX1 əsrdə Azərbaycanı  işıqlı  gələcəyə  uğurla aparan, Zati-aliləri  İLHAM  ƏLİYEV cənablarının gömrük 

orqanlarının fəaliyyətinə  xüsusi önəm verməsindən və  gömrük sisteminə olan böyük hörmətindən irəli gəlir.  

Gömrük işinin təşkil edilməsi və gömrük siyasətinin formalaşdırılması ilə bağlı Azərbaycan 

Respublikasının Prezidenti İlham Heydər oğlu  Əliyev cənablarının imzası ilə  aşağıdakı  sənədlər qəbul 

edilmişdir: 

 

FƏPMANLAR   



 

1. Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarının qüvvədən düşməsi və Azərbaycan 

Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə  təsdiq edilmiş "Azərbaycan 

Respublikası Dövlət Gömrük Komitəsi haqqında  Əsasnamə"yə  dəyişiklik edilməsi barədə (No 962 / 

23.10.2003) 

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna əlavə edilməsi haqqında (No 60 

/ 06.05.2004) 

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna əlavə  və  dəyişiklik edilməsi 

haqqında (No 84 / 30.06.2004) 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə