CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

27 

 

Şəkil 23. 



 

Şəkil 24. 

5) Poçt sərnişin şöbəsi;  

6) Gəmi şöbəsi.  

 

1955-ci ildə gəmi və yük şöbələri birləşdirilərək, vahid gəmi-yük şöbəsinə oldu, məhkəmə - müsadirə 



şöbəsi isə  bəzi funksiyalarını itirərək, qaçaqmalçılığa qarşı mübarizə qrupuna çevrildi. 1956-88-ci illərdə  də 

Bakı gömrükxanasının strukturunda, funksiyalarında, adında və tabeçiliyində bir sıra dəyişikliklər baş 

vermişdir.  

5 may 1964-cü ildə SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə yeni “Gömrük Məcəlləsi” təsdiq 

olunmuş və bu məcəllə 1991-ci ilə qədər fəaliyyət göstərmişdir.  

İlk dəfə olaraq 1989-cu ilin birinci yarısında SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət 

Gömrük Nəzarəti Baş İdarəsinin razılığı və onun əmri (17 saylı, 27 yanvar 1989-cu il) Azərbaycan ərazisində, 

bütün respublikaya nəzarət edən Respublika Gömrük İdarəsi yaradıldı. 

1991-ci ildə SSRİ-nin “Gömrük Məcəlləsi” və “Gömrük tarifi haqqında” qanunları  qəbul olundu. 

Qəbul olunmuş yeni Məcəllənin müddəalarına görə, Dövlət Gömrük Nəzarəti Baş  İdarəsi - Dövlət Gömrük 

Komitəsinə çevrildi. Eyni zamanda Gömrük-Tarif Şurası və narkotik maddələrin dövriyyəsinə qarşı Beynəlxalq 

Koordinasiya (əlaqələndirmə) Şurası yaradıldı.  

18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazandı  və Müstəqillik haqqında Konstitusiya 

aktı qəbul olundu. 

 

 



28 

 

MÜSTƏQİL AZƏRBAYCANIN GÖMRÜK SİYASƏTİ 

 

30 yanvar 1992-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında” 



Azərbaycan Respublikası Prezidentinin 561 saylı  Fərmanı ilə Gömrük Komitəsi yaradıldı. Komitə  əsasən 

keçmiş Azərbaycan Respublikası Gömrük İdarəsinin bazasında yaradılmışdı.  

Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanı  əsasında Azərbaycan Respublikası Nazirlər 

Soveti 1 iyun 1992-ci ildə 301 saylı “Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri” haqqında qərar 

verdi. Bundan sonra NK 19 yanvar 1994-cü il tarixli qərarı ilə Gömrük Komitəsinin məsələlərinin və ona tabe 

təşkilatların siyahısı  həll edildi və onun maddi-texniki bazası yaradıldı. Son verilən bu qərarda Gömrük 

Komitəsinin maddi-texniki təchizat məsələləri ilə yanaşı, yeni gömrük postlarının açılması da öz əksini 

tapmışdır. O zaman Azərbaycan Respublikası Gömrük Komitəsinə Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş 

Gömrük  İdarəsi, 12 gömrükxana, Mərkəzi laboratoriya, avtomobil təsərrüfatı  və  təsərrüfat hesablı 

“Azərterminalkompleks” xarici iqtisadi birliyi daxil idi.  

Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf istiqamətləri iqtisadiyyatımızı xarici müdaxilənin zərərli 

təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyin 

təmin edə biləcək orqanın yaradılmasını, ilk növbədə  təsis edilməli olan dövlət idarəetmə sisteminin aparıcı 

elementlərindən birinin təşkilini labüdləşdirdi. 

Xarici iqtisadi fəaliyyətin dövlət inhisarında saxlanıldığı keçmiş SSRİ-nin tərkibində olmuş 

Azərbaycan üçün bu sahədəki strateji və taktiki tədbirlər tamamilə yeni olmaqla, demək olar ki, sıfır 

səviyyəsindən başlanılmalı idi. Bu tədbirlər kompleks xarakterli olmalı və onların həyata keçirilmə mərhələləri 

müəyyənləşdirilməli idi. Lakin, o zaman Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət nəticəsində köklü 

tədbirlər planının işlənib hazırlanmasına, mütərəqqi və səmərəli gömrük siyasətinin aparılmasına nail olunmadı. 

Ölkə daxilində  və dövlət sərhədlərində  iş qabiliyyətli gömrük orqanları  şəbəkəsinin yaradılması  və onların 

texniki təminatı, gömrük xidməti kadrlarının hazırlanması, gömrük qanunvericiliyinin hazırlanması, qəbul 

edilməsi və tətbiqi, gömrük işçilərinin sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi. 

Müstəqil Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsinin birinci sədri Maqsud Məmmədov 

(30.01.1992, 562 saylı  fərman) olmuşdur. Daha sonra isə Tofiq Kərimov (04.06.1992, 825 saylı  fərman), 

İbrahim Vəliyev (05.10.1992, 692 saylı fərman) və Tahir Əliyev (30.07.1993, 693 saylı fərman) olmuşlar. 

Azərbaycan Respublikası 24 sentyabr 1993-cü ildə Müstəqil Dövlətlər Birliyinə daxil oldu. 

Respublikamız MDB-nin yaratdığı iqtisadi ittifaqa üzv olsa da, Gömrük İttifaqına daxil olmamışdır (Dövlət 

Gömrük Komitəsi 13 mart 1992-ci ildə imzalanmış “Gömrük şurası haqqında Əsasnaməyə qoşulmaqdan imtina 

etmişdir). 

Azərbaycan MDB üzvi kimi 1995-ci ilin 10 fevral tarixində Alma-Atada imzalanmış “MDB 

ölkələrinin gömrük qanunvericiliyinin əsasları haqqında” sazişə qoşulmuşdur. Buna əsas səbəb isə MDB 

Nizamnaməsinə (1992) görə “üzv ölkələrə eyni qanunvericilik bazasına malik olmalıdırlar” bəndidir. 1997-ci il 

25 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”nin 

əsasını da məhz həmin sazişdəki müddəalar təşkil edir. AR Beynəlxalq təşkilatlardan Ümumdünya Ticarət 

Təşkilatında müşahidəçi statusunda, Ümumdünya Gömrük Təşkilatında isə daimi üzv statusunda iştirak edir. 

Sonuncu təşkilatda ölkəmizi DGK təmsil edir. DGK ÜGT-nin Maliyyə Komitəsinin (1998) və Siyasi Şurasının 

(2000) üzvüdür. 

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin uyğun olaraq Dövlət Gömrük Komitəsi Azərbaycan 

Respublikasının beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər 

dövlətlərlə beynəlxalq hüquq normalarına uyğun sazişlər, protokollar və memorandum layihələri 

hazırlanmasında yaxından iştirak edir.  

1992-ci ildən bu günə  qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 

Azərbaycan Respublikasında dövlətin xarici və daxili siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin 

həyata keçirilməsi sayəsində Komitənin beynəlxalq əlaqələri daha da genişlənmiş və keyfiyyətcə yeni səviyyəyə 

çatmışdır.  

Komitənin ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərə üstünlük verməsi gömrük sisteminin 

təkmilləşdirilməsində öz bəhrəsini verir.  

Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan 

respublikaları və Ukrayna gömrük orqanları ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 

sazişlər imzalanmışdır. MDB Gömrük Xidmətləri Rəhbərləri  Şurası  çərçivəsində  və  İqtisadi  Əməkdaşlıq 

təşkilatına üzv olan ölkələrlə çoxtərəfli sazişlər mövcuddur. Böyük Britaniya və  Şimali  İrlandiya Birləşmiş 

Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardım 

haqqında memorandum 7 iyul 1997-ci il tarixdə imzalanmışdır.  

DGK MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərlər Şurasının iclaslarında fəal iştirak edir. 

Bunun nəticəsidir ki, MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərləri  Şurasının 20-ci iclası Bakı 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə