CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

23 

 

3) Xaricdən Azərbaycana gətirilən avropa mənşəli mallar, bütün Federasiya üçün vahid olan, RSFSR 



Xalq Komissarları Soveti tərəfindən 14 fevral 1922-ci ildə  təsdiq olunmuş  və 6 iyun 1922-ci ildə düzəlişlər 

edilmiş gömrük tarifinə uyğun olaraq ödənişə məruz qalır. 

4) Bakı yarmarkası zamanı  İrandan Azərbaycan SSR-ə  gətirilən mallar üçün RSFSR XKS-in 

23.04.1922-ci ildən təsdiq etdiyi Asiya ticarəti üzrə gömrük tariflərinə uyğun gömrük ödənişlərinə cəlb edilir. 

5) Digər qonşu ölkələrdən ASSR-ə  gətirilən mallar RSFSR XKS-in 07.07.1922-ci ildə  təsdiq etdiyi 

buraxılış malları üzrə tarif əsasında gömrük ödənişlərinə cəlb edilir. 

6) Dəftərxana, anbar, gerb və liman yığımları ASSR-in gömrük orqanları tərəfindən, RSFSR XKS-in 

müəyyənləşdirdiyi əsaslarla və o miqdarda alırlar. 

7) ASSR-in gömrük orqanları 6-cı  bənddə göstərilənlərdən  əlavə  hər hansı bir yeni yığım dvə ya 

qoyulan normadan artıq yığımı. Federasiya miqyasında razılaşmadan həyata keçirmək səlahiyyəti yoxdur. 

8) Digər Sovet Respublikalarında ASSR ərazisinə gətirilən və ASSR-dən digər Sovet Respublikalarına 

aparılan mallar Ümumi Gömrük orqanı ilə ilkin razılaşdırmadan azaddır, idxal və ixrac mallar gömrük baxışına 

və rüsumların ödənilməsinə məruz qalmır. 

9) ASSR ərazisindən malların xaricə ixracı və xaricdən ASSR-ə idxalı, RSFSR XKS-in 13 mart 1922-

ci il tarixli dekretinə əsasən ya Zaqafqaziya Xarici Ticarət İdarəsinin, yaxud da Rosvneştorqun səlahiyyətlisinin 

icazəsi ilə mümkündür. 

10) ASSR ərazisində mövcud “Tranzit yüklər haqqında Əsasnamə” öz hüquqi qüvvəsini itirmiş hesab 

edilsin. 

11) Bu qərar 1 sentyabr 1922-ci ildən qüvvəyə minir. 

Xalq Komissarları Sovetinin sədri: 

Q.Musabəyov 

Katib 


25.08.1922 

 

Qəbul olunan dekretin bəndlərin göründüyü kimi, ölkənin gömrük siyasəti sahəsindəki bütün 



hüquqları alınaraq Rusiya Federasiyasına verilir. Moskvanın bu siyasəti ötən əsrin 90-cı illərinə qədər davam 

etmişdir. Çox təəssüf ki, Rusiyanın başabəla siyasətçiləri hələ də imperiya təfəkküründən əl çəkə bilmirlər və 

Azərbaycana göstərdikləri iqtisadi və siyasi təzfiqlərin də arxasında məhz bu iddialardan irəli gəlir. 

Həmin dekretdən 3 gün sonra ASSR XKS özünün fövqəladə iclasını keçirir. Həmin iclasın 

protokolunda göstərilir (şəkil 18): 

 

Şəkil 18. 



Protokol №31 

ASSR Xalq Komissarları Sovetinin Fövqəladə İclası  

 

25 


avqust 

1922-ci 


il 

       Bakı şəhəri 

 

İclas aşağıdakı tərkibdə keçirilir: 



 

Sədr yoldaş Q.Musabəyov 

Üzvlər: Vareykis, Sviridov, Bukrov, Qarayev, H.Sultanov, Quliyev və T.Hüseynov yoldaşlar 

İştirak edirdilər: Kirov, P.Çaqin, Xanbudaqov, Frunkin, Ağamalıoğlu, Qasımov, M.Xanbudaqov, 

Konuşkin, Qepşteyn yol. 

Katib: Məmmədzadə 

Dinlənildi: 

1. RSFSR Harkombneştorqun müavini yol. Frunkinin ZSSR və RSFSR-in bütün gömrük siyasətinin 

birləşdirilməsi haqqındakı məruzəsi. 

2. Neft məhsullarına aksiz barədə (məruzəçi Q.Musabəyov). 

Qeyd edildi: 

1. Məruzə  məlumağ kimi qəbul edilsin. Yoldaş Frumkinin təqdim etdiyi dekret layihəsi aşağıdakı 

dəyişikliklərlə qəbul edilsin: 

2-ci bənd: “Narkomaliyyə Narkombueştorqla birgə hazırladığı  və  İttifaq Soveti tərəfindən təsdiq 

olunan xüsusi təlimata əsaslanaraq öz müşahidələrini apara bilər”. 

7-ci bənd: “Yerli xalq komissarları soveti idxal və ixrac yüklərindən  şəhər üçün tutulan yığımların 

alınmasını Gömrük İdarəsinə həvalə edə bilər”. 

9-cu bənd: “Zaqvneştorq və Rosvneştorqa aid olan realizasiya bürolarının icazəsi ilə”. 

Gömrük İdarəsinə tapşırılsın ki, bu dekretin həyata keçirilməsi üçün hazırlıqlara başlasın. 



24 

 

 



İclasın sədri – XKS-in sədri Q.Musabəyov. 

 

Sənədlərdən göründüyü kimi, hələ SSRİ-nin yaradılmamasına baxmayaraq, artıq Rusiya Federasiyası 



bu missiyanı  həyata keçirirdi. Yerlərdən bütün səlahiyyətlər alınaraq mərkəzdə  cəmləşdirilir. Yeni sosialist 

respublikalarına sərbəst gömrük siyasəti yürütməyə icazə verilmirdi. Lakin bəzi istisnalar olurdu. Bu 

istisnalardan biri də ASSR XKS-in 29 may 1922-ci il tarixli 41 saylı dekretidir. Həmin dekret kürüyə qoyulan 

aksiz vergisi ilə bağlıdır. Dekretdə göstərilir ki, ASSR-dən ixrac olunan kürüyə 100% miqdarında aksiz vergisi 

qoyulur. Kürüyə qoyulan aksiz vergisi daxili bazarda satılan kürülərə də şamil olunurdu. 

Kürüyə qoyulan aksiz vergisinə izahat verən Maliyyə Xalq Komissarı (Narkom Fin) N.Tağıyev qeyd 

edirdi ki, Azərbaycanın valyutaya satılan məhsullarından biri də kürüdür. Belə müharibəyə  qədərki dövrdə 

kürünün 1 funtu 2 rubl idisə, artıq 1922-ci ildə o vaxtın qiymətləri ilə bir funt kürü bir milyon rubla satılırdı. 

Bəzən isə bu rəqəm 2 milyon rubla çatırdı. Nəzərə alınsa ki, respublika ildə təxminən 5 min pud kürü istehsal 

edir, onda kürü üzərinə qoyulan 100% aksiz vergisi ildə dövlətə təxminən 200 mld. rubl gəlir gətirər. 

Əslində bu verginin qoyulmasının Azərbaycan üçün heç bir xeyri yox idi. Çünki gömrük orqanlarının 

topladığı gömrük ödənişləri mərkəzləşmiş qaydada idarə olunurdu, yəni bu addım da, Moskvanın xoşuna 

gəlmək üçün atılmışdır. 

1922-ci il sentyabr aynın 25-də Zaqafqaziya Xarici Tİcarət  İdarəsinin tabeçiliyində olan Astara 

gömrükxanası onun tabeçiliyindən alınaraq Bakı Gömrük İdarəsinin tabeçiliyinə verilir. 

1924-cü il dekabr ayının 22-də SSRİ Xalq Komissarları Sovetinin 151/t saylı  əmri ilə Zaqafqaziya 

gömrük idarəsinin adı dəyişilərək “SSRİ Xarici Ticarət Xalq Komissarlığı Baş Gömrük İdarəsinin Zaqafqaziya 

bölməsi” adlandırıldı. 1 yanvar 1925-ci ildən isə Zaqafqaziya gömrük bölməsinin rəisi K.Tavberidzenin əmri ilə 

rayon gömrük müfəttişlikləri ləğv edilir. 

Başqa bir maraqlı arxiv sənədi SSRİ Xarici Tİcarət Xalq Komissarlığı tərəfindən 26 yanvar 1925-ci 

ildə  təsdiq olunmuş Zaqafqaziya SFSR-dəki gömrük təşkilatlarının siyahısıdır (şəkil 19). Bu siyahı ona görə 

qiymətlidir ki, Azərbaycanın son 20 ildə Dağlıq Qarabağla ərazisi ilə bağlı Ermənistanla apardığı mübarizədə 

mühüm tarixi əhəmiyyət kəsb edir. Yuxarıda Azərbaycan Respublikasının sərhəd zastavalarının yerləşməsi ilə 

əlaqədar tərtib olunmuş  xəritə - sxemini vermişdik. Həmin vaxtdan 6 il sonra, yəni Naxçıvan Muxtar 

Respublikası yarandıqdan sonra belə, Ermənistan Respublikasının müstəqil olmasına baxmayaraq həm  İrəvan 

və  həm də Mehri gömrükxanası hüquqi cəhətdən Culfa Gömrükxanasına tabe etdirilmişdir. Ermənistan 

ərazisində isə cəmi 1 gömrükxana - Aleksandrapol (Leminakan) fəaliyyət göstərirdi ki, o da 2 gömrükxanadan 

ibarət idi (Qaraqala və Markarin). Göründüyü kimi cəmi bir hay mənşəli ad vardır. 

SSRİ XTXK-nın təsdiq etdiyi gömrük təşkilatları statusuna görə aşağıdakı kimi idi: 

İrəvan gömrükxanası - II dərəcəli 

Alışar gömrükxanası - III dərəcəli 

Şahtaxtı gömrükxanası - III dərəcəli 

Naxçıvan gömrükxanası - III dərəcəli 

Culfa gömrükxanası - I dərəcəli 

Ordubad gömrükxanası - III dərəcəli 

Mehri gömrükxanası - III dərəcəli 

Mincivan gömrük postu 

Xudafərin gömrük postu  

Cəbrayıl gömrükxanası - III dərəcəli 

Maralyan gömrük postu 

Bəhram-Təpə gömrükxanası - III dərəcəli 

Biləsuvar gömrükxanası - III dərəcəli 

Arus gömrük postu 

Kilvəz gömrükxanası - III dərəcəli 

Astara gömrükxanası - I dərəcəli 

Lənkəran gömrükxanası - III dərəcəli 

Qızıl-Ağac gömrük postu 

Kür-Dili gömrük postu 

Bakı gömrükxanası - I dərəcəli 

(XTK-nın 28.01.1925-ci il 21 saylı əmri ilə təsdiq edilmişdir). 

Siyahıdan göründüyü kimi Azərbaycan  ərazisində 3 birinci dərəcəli gömrükxana - yəni Gömrük 

İdarəsi (Culfa, Astara və Bakı), bir ikinci dərəcəli (İrəvan), 10 üçüncü dərəcəli gömrükxana və 6 gömrük postu 

fəaliyyət göstərmişdir. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə