CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

17 

 

9. Bakı 



10. Duvanı 

11. Ələt 

12. Kür Burnu (Kür Kosa) 

13. Sara adası 

14. Lənkəran 

15. Şıx-Ağac 

Vaxtilə Azərbaycan Respublikasının sərhəd məntəqələri açdığı yerlərdə təxminən 80 il sonra Dövlət 

Gömrük Komitəsinin rəhbərliyi gömrükxana və gömrük postları açdılar. 

Gömrük işinin təşkilini daha da yaxşılaşdırmaq üçün Azərbaycan Respublikası gömrük işçilərinin say 

tərkibi artırıldı.  Ştat cədvəlinə görə 1920-ci ildə gömrük işçilərinin sayı 336 nəfərə çatdırıldı. Yeni smetada 

gömrük işçilərinin  əmək haqları  nəzərə çarpacaq dərəcədə artırıldı.  Əgər 1919-cu ildə gömrük yoxlayıcısının 

aylıq  əmək haqqı 5880 rubl idisə, 1920-ci ilin ştat cədvəlində  məvacib 3 dəfədən çox artırılıb 18000 rubla 

çatdırılmışdır. 3-cü dərəcəli nəzarətçinin əmək haqqı isə 12125 rubldan 30 min rubla çatdırılmışdır. 

II dərəcəli gömrükxana rəislərinin əmək haqqı 12750 rubldan 30 min rubla, III dərəcəli gömrükxana 

rəislərinin məvacibi isə 10466 rubldan 25400 rubla çatdırılmışdır. Gömrük postlarının rəislərinin əmək haqqı isə 

9432 rubldan 24 min rubla çatdırılmışdır. Bütün bunlardan başqa ilk dəfə olaraq Azərbaycan Dəniz yolu 

xəttində Xaçmaz, Saqırı (Sığırlı), Yevlax, Hacıqabul və  Gəncə stansiyalarında xüsusi gömrük nəzarətçiləri 

ştatları (Müfəttiş, 2 nəfər - aylıq  əmək haqqı 34 800 rubl, 5 nəzarətçi - aylıq  əmək haqqı 30 000 rubl və 10 

gömrük yoxlayıcısı - aylıq əmək haqqı 18000 rubl) ayrıldı. 

1920-ci ilin fevral ayının 26-da Maliyyə Nazirliyi Azərbaycan ərazisindən tranzit keçirilən xalçalara 

gömrük rüsumları müəyyən etdi. Bu Azərbaycan Respublikasının 23 aylıq fəaliyyəti ərzində Hökumətin gömrük 

işinin təşkili və idarə edilməsi sahəsində son qərarı oldu. Çünki təxminən iki aya yaxın müddətdən sonra, dövlət 

çevrilişi nəticəsində hakimiyyət kommunistlərin əlinə keçdi. Lakin qısa müddət ərzində hakimiyyət çox şərəfli 

bir yol keçdi və ölkənin iqtisadi inkişafı sahəsində kifayət qədər lazımlı  Qərar, Sərəncam və Qanunlar qəbul 

etdi. Bir məsələni qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının 1918-20-ci illərdə yürütdüyü iqtisadi 

siyasət haqqında, arxiv sənədləri əsasında ilk dəfədir ki, bu qədər ətraflı məlumat verilir. Milli tariximizin qısa 

bir kəsiminə azacıq da olsa işıqlandıra bildiksə, bu şərəf bizlərə yetər. 

1919-cu ilin martında F.Xoyski hökuməti istefa verdikdən sonra, N.Yusifbəyli Baş nazir (14 aprel 

1919) oldu. Nəsib bəy parlamentdə hökumətin yeni proqramı ilə  çıxış edərək, digər sahələrlə yanaşı qonşu 

dövlətlərlə ilk iqtisadi əlaqələr yaradılmasını da xüsusi qeyd etmişdir. Lakin 1920-ci ilin Aprel inqilabı bu 

siyasətin başa çatdırılmasına imkan vermədi. 

 

 




18 

 

AZƏRBAYCAN SOVET SOSİALİST RESPUBLİKASININ 



GÖMRÜK TARİXİ 

 

28 aprel dövlət çevrilişindən sonra Rusiyanın Azərbaycana olan marağı yenidən gündəmə  gəldi. 



Maraqlısı odur ki, indiyə qədər bəzi tarixçilər bizdə belə fikir formalaşdırmışdılar ki, guya hakimiyyətə gələn 

kommunistlər Azərbaycanı Rusiyaya təhvil veriblər. Lakin Rusiya Dövlət İqtisad Arxivindən (əvvəllər Oktyabr 

İnqilabı adına Mərkəzi Dövlət Arxivi, sonra isə SSRİ Xalq Təsərrüfatının Mərkəzi Dövlət Arxivi adlanırdı) əldə 

etdiyimiz materiallar bunun əksini deyir (Fond 413, siyahı 14, qorunma vahidi 68). 

23 avqust 1920-ci ildə Moskvaya Xarici Ticarət Komissarına göndərilən gizli teleqramda deyilirdi: 

 

1728/28 151 



Azərbaycanda yaranmış  vəziyyəti xəbər verirəm. Hakimiyyətə  gələnlər sərbəst xarici ticarət siyasəti 

yürüdür və  Qərbi Avropa firmaları ilə Rusiyanı  xəbərdar etmədən müqavilə bağlayırlar. Bu halda qiymətli 

xammal olan neft məhsulları, pambıq, yun və s. çox asanlıqla düşmənlərimizin  əlinə keçəcəkdir.  İlkin olaraq 

Azərbaycan Dəniz yoluna daxil olan Yalama stansiyasını Rusiyanın Petrovsk stansiyasının tabeçiliyinə vermək 

lazımdır ki, biz Rusiyanın vahid ticarət siyasətini yürüdə bilək. Bu məqsədlə Rostov Baş Gömrük İdarəsinin 

əməkdaşı Bakı gömrükxanası ilə danışıqlar aparmaq və  vəziyyəti yerində araşdırmaq üçün iyul ayının 9-dan 

Bakıdadır. 

 

Qarçakov     1630 



 

Teleqramdan göründüyü kimi Rusiya Azərbaycanın iqtisadi məkanına sahiblik etmək istəyirdi. 2 

sentyabr 1920-ci ildə Gömrük Nəzarəti Baş İdarəsinin rəis əvəzi Polikovun Xarici İşlər Komissarlığının iqtisadi-

hüquq şöbəsinə göndərdiyi sorğuda (№1015/II) deyilirdi: 

Gömrük Nəzarəti Baş İdarəsi Sizdən xahiş edir ki, Azərbaycan hansı şərtlər çərçivəsində Rusiya Sovet 

Federativ Respublikasının tərkibinə daxildir. 

Xarici İşlər Xalq Komissarlığının İqtisadi-hüquq şöbəsinin müdirir Paşukanisin cavabında göstərilirdi: 

Sizin 2.IX.1920-ci il tarixli 1015/II saylı sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan RSFSR-in 

tərkibinə daxil olmayıb (10 sentyabr 1920, №2034/pr.). 

Bakıya göndərilən Cənub Gömrük Dairəsinin müfəttişi A.S.Snejkovun 6.IX.1920-ci il tarixli Raportu 

(daxil olma №1338) Rusiya siyasətinin əslində necəliyinə dəlaoət edir. Raport 3 səhifədən ibarət olduğu üçün 

ixtisarla Sizlərə təqdim edirik. 

 

Raport 


 

16 iyul tarixli 946 saylı göndəriş  əsasında Bakıya gəldim və Azərbaycan Respublikası Gömrük 

İdarəsinin rəisi A.T.Qolovuya ilə tanış oldum. O bildirdi ki, Maliyyə Komissarlığının razılığı olmadan gömrük 

təşkilatı Cənub Dairəsinin tabeçiliyinə keçə bilməz. Sonra mənim müraciət etdiyim Maliyyə Komissarı Tağıyev 

elan etdi ki, Azərbaycan Hökuməti ASSR müstəqnil Respublika hesab edir, Federasiya ilə deyil Sovet Rusiyası 

ilə dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verir. Nazir bildirdi ki, Rusiya Xalq Komissarları 

Sovetinin (XKS) sədri V.Lenin Azərğaycan XKS-in sədri N.Nərimanova həm  şifahi  şəkildə, həm də 

Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə bağlı göndərdiyi teleqramda bu barədə söz vermişdir 

(Raporta teleqramın surəti əlavə olunur). 

.... Öyrəndim ki, Xarici Ticarət Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi yoldaş Qarçakov İrana 

gedərkən N.Nərimanovla görüşüb. O mənə dedi ki, Azərbaycanın nümayəndə heyəti Hüseynovun rəhbərliyi 

altında Moskvaya yola düşmüşdür. Onlar qayıtdıqdan sonra N.Nərimanov öz fikrini bildirəcək. Səhərisi gün 

Maliyyə Xalq Komissarı Tağıyev mənə xəbər göndərdi ki, Bakını tərk edə bilərsiniz. Çünki ASSR müstəqil ölkə 

kimi Rusiya tərəfindən tanınıb. Mən Qarçakovdan xahiş etdim ki, o XKS sədri N.Nərimanovdan Azərbaycan 

hökümətinin bu məsələ ilə bağlı mövqeyini yazılı  şəkildə  tələb etsin. Lakin Qarçakov bu təklifi yersiz hesab 

etdi. 


Vaxtın uzanmasından istifadə edərək Azərbaycanın gömrük təşkilatları, onların tərkibi və  fəaliyyət 

xarakteri və  s.  kimi  tələb olunan məlumatları topladım ki, Azərbaycan təşkilatları  cənub dairəsinin tərkibinə 

daxil edildikdə təkrar gəlməyə ehtiyac olmasın və təşkilata sirkulyar göstərişlər verərkən bütün səhvlər istisna 

olunsun. 

...  Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirilməyib, daimi olaraq toqquşma və  hərbi 

müdaxilə baş verir. Bundan əlavə, Azərbaycana məxsus Naxçıvan qəzasız ermənilərin nəzarəti altında olan 

ərazilər arasında adam xatırladır və  mərkəzlə  əlaqəsi Ermənistanda olan diplomatik nümayəndəlik vasitəsi ilə 

həyata keçirilir.  




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə