CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

19 

 

...  Gürcüstanla sərhəddə 8 gömrük təşkilatı var ki, bu da yetərlidir. 



... Təşkilatın  şəxsi heyəti qanedici deyil. Bakı gömrükxanasından başqa, bütün gömrük təşkilatları 

əsasən tatarlardan ibarətdir ki, bunlar da başqa qurumlara xidmət etməyəcəklər. 

Gömrük təşkilatlarında işlər rus dilində aparılır. Rusiya Gömrük Nizamnaməsi rəhbər götürülsə  də, 

gömrük tariflərində çoxlu dəyişikliklər edilmişdir. Bu islahat ölkəyə çoxlu gəlir gətirir ki, nəticədə iqtisadi 

çətinliklər aradan qaldırıla bilər. 

... 1920-ci il üçün gəlir və  xərclərin smetası, daxil olan gömrük rüsumları, mal dövriyyəsi, gömrük 

təşkilatlarının miqdarı və tərkibi barədə məlumatlar 6 əlavədə təqdim olunur. 

 

Podpolkovnik 



   A.Snejkov. 

6 sentyabr 1920-ci il.   

Rostov-Don şəhəri. 

 

Raportdan göründüyü kimi, Moskva canişinini narahat edən digər gömrükxanalarda çalışanların 



əksəriyyətinin türk olmasıdır. Düzdür, o türk yerinə tatar okəlməsi işlədir, bu da mərkəzin həyata keçirdiyi 

siyasətin nəticəsidir. Türklə tatarı eyniləşdirməkdə əsas məqsəd rusların tatarlara olan genetik nifrətinin, türklərə 

də şamil edilmək istəyi ilə bağlıdır. 

Digər mühüm bir məsələ N.Nərimanovla bağlıdır. Bizim bəzi "milli" tarixçilərimiz" onu Azərbaycanın 

maraqlarını satmaqda, Rusiyaya işləməkdə ittiham edirlər. Amma bu gizli raport bu iddianın yalan olduğunu 

üzə çıxarır.  

Eyni zamanda Naxçıvanla bağlı hissədə xüsusi diqqətə layiqdir. Belə ki, Naxçıvanın Azərbaycana 

məxsusluğunu qeyd etməklə  bərabər, onun blokada da olduğunu və Ermənistanla sərhəddə tez-tez 

toqquşmaların baş verdiyini bildirir. Həmin tarixdən 70 il sonra da Naxçıvan blokadaya düşüb və 17 ildir ki

Ermənistan tərəfindən terrora məruz qalır. Bütün bu çətinliklərə baxmayaraq Naxçıvan düşmən qarşısında 

nəinki baş əyməyir, əksinə, bu torpağın qəhrəman övladları xalqımızın nə qədər qürurlu və mərd olduğunu hər 

gün haylara sübut edir. 

Bu Reportdan sonra Xarici Ticarət Komissarlığının cənub Gömrük Dairəsi  İdarəsindən Moskvaya 

çoxsaylı teleqramlar göndərilmişdir. Bunlardan biri 9 sentyabr 1920-ci il tarixli 1558 saylı teleqramdır: 

Baş Gömrük Nəzarəti  İdarəsinə BGNİ-nin bu ilin 6.VII tarixli "Azərbaycanın  İran və Gürcüstanla 

sərhədində gömrük nəzarətinin təşkil edilməsi barədə"" 1385 saylı  qərarı ilə A.S.Snejkov Bakıya ezam 

olunmuşdur. 

... 22 iyulda 1007 saylı məlumatımda A.Snejkovun raportunun surətini də BGNİ-nə göndərmişəm. Bu 

raportdan görünür ki, Azərbaycanın indiki Hökuməti nəinki federasiyaya meyllidir, əksinə, gömrük məsələləri 

ilə bağlı Sovet Rusiyasından tamamilə ayrılmaq istəyirlər. Ona görə  də, Moskvada Azərbaycan nümayəndə 

heyəti ilə iqtisadi müqavilənin bağlanması haqqında razılıq alınmasa, onda Azərbaycanla sərhədə Qızıl Ordunun 

qüvvələrini çəkmək və Petrovsk gömrükxanasını gücləndirmək lazımdır. 

... Aşağıdakı yerlərdə gömrük nəzarəti yaratmaq lazımdır: Temir-Xan-Şure; Kaşkarçay dərəsi;  İlisu-

Sarıbaş; Murkam; Car; Katex; Balakən. 

Sonra yenə də məlumat verəcəm. 

 

Dairənin rəisi:  



P.Andreyev   

Komissar:  

V.Karpenko 

Rostov-Don, Nikolski dön. 20. 

 

Bu cütlüyün sonrakı  təklifləri daha təhlükəli və araqarışdırıcıdır. Həmin ilin 22 sentyabrında 



göndərdikləri 1692 saylı teleqramda deyilirdi: 

9 sentyabr 1558 saylı  məlumatıma  əlavə olaraq, mühüm praktiki əhəmiyyətə malik bir məsələni 

diqqətinizə çatdırıram. 

Bu Azərbaycanla münasibətləri həll etməyə kömək edəcəkdir. 

Vladiqafqaz dəmir yolu idarəsindən sorğu ilə (17.09.1820, №2403) aldığımız məlumata görə 

Azərbaycandan çıxarılan yüklər Petrovsk dəmir yolu stansiyası vasitəsi ilə həyata keçirilir. 

C.Q.Qorçakov  İrandan qayıdarkən mənə bildirdi ki, dəmir yolunun bu hissəsi Azərbaycan tərəfinə 

Markovun (əgər səhv etmirəmsə  Nəqliyyat Xalq Komissarı L.Trotskinin müavinidir) şifahi razılığı  əsasında 

verilib. Həmin hissə Bakı  şəhərinin 14 verstliyində olan Biləcəri stansiyasında qurtarır. Bu isə "Yalama" 

stansiyasından 163 verst təşkil edir. İndi federasiyaya daxil olmaq istəməyən yeni yaranmış bir dövlətə bu qədər 

güzəşt edilmişdir. 

.. . Markovun belə bir səlahiyyəti varmı? 

...   Bizim üçün 2 sual aydınlaşdırılmalıdır: 



20 

 

1) Azərbaycan Rusiya Sovet Federativ Sosialist Respublikasına onun bir tərkib hissəsi kimi daxil 



olmaq istəyirmi?  

2) Yoxsa müstəqil qalmaq istəyirlər?  

Əgər ikinci halı seçirlərsə, onda Azərbaycana verilən dəmir yolu qanundurmu? 

Siz  şantajın miqyasına baxın. Ölkə  ərazisinin böyük bir hissəsinin ilhaqını sanksiyalaşdırmaq 

istəyirlər. Çox təəssüf ki, bu təhdidlər qısa müddət  ərzində öz nəticəsini verdi. Hələ tam möhkəmlənməmiş 

Azərbaycan Respublikasının rəhbərliyinin başqa seçim şansı yox idi. 

30 sentyabr 1920-ci il tarixli 354/1262/II saylı  məktubda göstərilirdi ki, Azərbaycan RSFSR-in 

tərkibinə daxil olmasa da, Azərbaycanla vahid gömrük sərhədinin müəyyənləşdirilməsi ilə bağlı iqtisadi ittifaq 

haqqında saziş imzalanmışdır. Odur ki, cənub Gömrük Dairəsi təcili olaraq Azərbaycanın İran və Gürcüstanla 

olan sərhədlərində gömrük nəzarəti təşkil etsin. Azərbaycanı fakt qarşısında çıxılmaz vəziyyətə salaraq 

30.IX.1920-ci ildə həm Saziş, həm də Hərbi-iqtisadi müqavilə imzalanır (Fond 413: Siyahı 14; saxlanma vahidi 

68; vərəqə 11 və 12). 

 

RSFSR vƏ ASSR HökumƏtlƏri arasında xarici ticarƏt mƏsƏlƏlƏri üzrƏ 



Saziş 

 

1. Başqa dövlətlərlə olan bütün iqtisadi əlaqələr, kənd təsərrüfatı  və  sənaye məhsullarının ixracı  və 



satışı, həmçinin xarici mal və  məmulatların Rusiyadan idxalı, iqtisadi xarakterli müqavilələrin bağlanması 

RSFSR XTXK tərəfindən müəyyənləşdirilmiş üsusi prinsip və qaydalar əsasında icra olunmalıdır. 

2. Zaqafqaziya, İran və Türkiyə ilə ticarət münasibətlərini qurmaq Azərbaycan Respublikasının Xarici 

Ticarətinə (Vneştorq) həvalə olunur, bu ölkələrlə mal mübadiləsinə neftdən başqa, Azərbaycanda olan qalan 

mallar cəlb oluna bilər. 

Daxili istifadə  və mal mübadiləsi üçün neftin miqdarı RSFSR XKS və XTXK-nın razılığı ilə 

razılaşdırılır. 

3. Azərbaycanın digər ölkələrlə  hər cür ticarət müqavilələri və sazişləri RSFSR XTXK ilə ilkin 

müzxakirə və razılaşmadan sonra gündəmə gələ bilər. 

4.  İdxal-ixrac planı üzrə bütün əməliyyatlara görə qarşılıqlı hesablaşmalar  əməliyyat ilinin sonuna 

qədər həyata keçirilməlidir. 

5. RSFSR Xarici Tİcarət Xalq Komissarlığı ASSR XKS-də özünün həlledici səsə malik olan 

Səlahiyyətli Nümayəndəsini təyin edir. 

 

30 sentyabr 1920-ci ildə Moskvada 2 nüsxədə imzalanır. 



 

RSFSR Hökuməti adından 

  ASSR 

Hökuməti adından  



Qeorgi Çiçerin          

 

 



B.Şahtaxtinski 

 

 



Həmin gün Moskvada bir müqavilə də imzalanır (həmin fond - vərəqə 13). 

Rusiya vƏ AzƏrbaycanın HƏrbi-İqtisadi İttifaqı haqqında MüqavilƏ 

 

Bir tərəfdən RSFSR-nin Hökuməti, digər tərəfdən ASSR Hökuməti - Rusiya və Azərbaycanın 



zəhmətkeş kütləsinin ümumi maraqlarını  nəzərə alaraq, ümumi düşmən-imperialist burjaziyaya qarşı  ağır 

mübarizədə qələbə qazanmaq üçün iki qardaş respublikanın bütün qüvvələrini birləşdirmək üçün bu müqaviləni 

bağlamaq qərarını  qəbul edir və  səlahiyyətli nümayəndələrini ayırır: RSFSR Hökuməti adından - Xarici İşlər 

üzrə Xalq Komissarı Qeorqi Vasiliyeviç Çiçerin; ASSR Hökuməti adından - Ədliyyə Xalq Komissarı Behbud 

Şahtaxtinski. 

Səlahiyyətləri daxilində aşağıdakıları razılaşdırdılar: 

1. Rusiya və Azərbaycan öz aralarında hərbi və maliyyə-iqtisadi ittifaq yaradırlar. 

2. RSFSR və ASSR hökumətləri qısa müddət ərzində aşağıdakı sahələri birləşdirsinlər:  

1) hərbi təşkilatlar və hərbi komandanlıq;  

2) xalq təsərrüfatı və xarici ticarət üzrə orqanlar;  

3) təchizat orqanları;  

4) dəmiryol nəqliyyatı və poçt-teleqraf təşkilatları;  

5) maliyyə. 

3. Birləşmənin forma və qaydaları hər iki hökumətin xüsusi razılığı ilə müəyyənləşdirilir. 

4. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və xüsusi ratifikasiyaya ehtiyac yoxdur. Hər iki 

tərəfin səlahiyyətliləri imzaları və möhürləri ilə bu müqaviləni təsdiqləyirlər.  




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə