CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   2   3   4   5   6   7   8   9   ...   32

 

 



 

AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ GÖMRÜK TARİXİ (28 MAY 1918-Cİ İLDƏN 

28 APREL 1920-Cİ İLƏDƏK) 

 

Azərbaycan Xalq Cümhuriyyəti (ADR) hakimiyyətə  gəldikdən sonra gömrük işinin təşkilində ciddi 



dəyişiklik baş vermədi. Azərbaycan Demokratik Respubllikasının (1918-1920-ci illər) vaxtında bu sahədə 

konkret bir iş görülməsə  də, dövlətçilik baxımından bütün siyasi addımlar atılmışdı. Bütün vergi siyasətinə 

maliyyə naziri Nəsib bəy Yusifbəyli rəhbərlik etmişdir. 

Yalnız gömrük idarəsi Maliyyə Nazirliyinin tabeçiliyinə verilmiş  və  dəftərxana işlərində müəyyən 

dəyişiklik edilmişdir. Belə ki, əgər 1918-ci ilin mart ayında tərtib olunan dəftərxana materialları 9-cu şəkildə 

göstərilən qovluqda cəmləşdirildisə, artıq 19 avqust 1918-ci ildə bu materiallar yeni qovluqda toplanırdı (şəkil 

10). Düzdür qovluğun üstündə Maliyyə Nazirliyinin adı rus dili ilə bərabər ərəb qrafikası ilə azəri türkcəsində 

də yazılmışdır. Amma yenə sənədləşmə rus dilində aparılmışdır. Bu bəlanın əsas səbəbi isə əvvəlki dövrlərdə 

yerli kadrların qəsdən hazırlanmaması  və hüquqi bazanın ancaq rus dilində olması idi. Eyni problemlə 

Azərbaycan müstəqilliyin ilk illərində də qarşılaşmışdır. 

Azərbaycan Xalq Cümhuriyyəti (ADR) hakimiyyətə  gəldikdən sonra gömrük işinin təşkilində ciddi 

dəyişiklik baş vermədi. Yalnız gömrük idarəsi Maliyyə Nazirliyinə tabe edilmiş  və  dəftərxana işlərində 

müəyyən dəyişiklik baş vermişdir. Belə ki, əgər 1918-ci ilin mart ayında tərtib olunan dəftərxana materialları № 

şəkildə göstərilən qovluqda cəmləşdirilərsə, artıq 19 avqust 1918-ci ildə bu materiallar yeni qovluqda toplanırdı 

(şəkil  11). Düzdür, qovluğun üstündə Maliyyə Nazirliyinin adı Rus dili bərabər  ərəb qrafikası ilə azəri 

türkcəsində  də yazılmışdır. Amma yenə  də  sənədləşmə rus dilində aparılmışdır. Bu bəlanın  əsas səbəbi isə 

əvvəlki dövrlərdə yerli kadrların qəsdən hazırlanmaması və hüquqi bazanın ancaq rus dilində olması idi. Eyni 

problemlə Azərbaycan müstəqilliyin ilk illərində də (1991-1996-cı illər arası) qarşılaşmışdı. 

ADR hakimiyyəti ilk aylarında mövcud vəziyyəti araşdırmaq, problemlərlə tanış olmaq, ölkənin milli 

maraqlarına uyğun olan iqtisadi siyasət formalaşdırmaq, gömrük vergi və rüsumlarına yenidən baxmaq, yeni 

gömrükxanalar və gömrük postları açmaq, ölkənin Rusiya, Gürcüstan və Ermənistan olan dövlət sərhədlərini 

nəzarətə götürmək, gömrük orqanı  işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq, ölkədən çıxarılan milli 

sərvətlərin və tarixi əsərlərin qaçaqmalçılığının qarşısını almaq, keçmişdən miras qalmış üsul-idarəni 

dəyişdirmək, ölkənin dünya ölkələri tərəfindən tanınmasını  təşkil etmək, milli maraqlara cavab verən 

qanunvericilik bazası yaratmaq, sərhəd zastavalarını artırmaq və onları milli kadrlarla təmin etmək, ölkədaxili 

hərcmərcliyi aradan qaldırmaq, dövlət büdcəsinin formalaşdırılması üçün yeni mənbələr tapmaq, ölkənin 

müstəqilliyini qorumaq üçün milli ordunu formalaşdırmaq, müstəqill milli şüur və milli ideologiyanın 

yaradılması üçün milli konsepsiyalar hazırlamaq və s. məsələlərlə məşğul olmağa başladı. Problemlərin çoxluğu 

və çətin həll olması ilk vaxtlar ciddi çətinliklər yaratsa da, tədricən məsələlər bir-bir həll edilməyə başladı. 

Dövlət gömrük işinin təşkili və idarə edilməsi ilə bağlı bəzi tədbirləri həyata keçirməyə qərar verdi. 

Belə ki, dövlət orqanlarının tapşırığı ilə Azərbaycanın gömrük işinin təşkili ilə bağlı arayışlar hazırlandı. Belə 

arayışların birini sizlərə təqdim edirik. 

 

 

Dövlət Nəzarəti İdarəsinin direktoruna  



İdarənin baş müfəttişi Vasiliyevin 

 

Raportu 



 

Sizin Zati-alilərin bu ilin 27 yanvarda verdiyimiz tapşırıq əsasında Gömrük idarəsində şəxsən oldum. 

Araşdırma apardım və aşağıdakıları çatdırmağı özümə şərəf bilirəm: 

1) Azərbaycan Respublikasının sərhədləri heç kəs tərəfindən qorunmur və qaçaq malın keçirilməsi 

üçün tam şərait vardır; 2) sərhədi qorumağa heç kim yoxdur və  hələ ki, onun qorunması üçün heç bir tədbir 

görülməyib; 3) Azərbaycan Hökumətinin yarandığı gündən indiyə  qədər qaçaq mal tutulması hadisəsi qeydə 

alınmayıb; 4) gömrük orqanının  şəxsi heyəti yalnız gömrükxanaların yerləşdiyi  ərazilərdə gömrük baxışı 

keçiriblər; 5) deyilənlərə görə, Azərbaycan Hökuməti sərhəd xidmətini təşkil etmək üçün 400 nəfər  şəxsi 

heyətdən ibarət 3 atlı alayı təşkil etmək istəyir, lakin hansısa tədbirin görülməsi barədə heç bir məlumat yoxdur. 

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Gömrük İdarəsi Rəisinin izahatına görə, Hökumətin qərarı ilə 

onun funksiyaları əlindən alınmışdır. O yalnız gömrük müfəttişi qismində fəaliyyət göstərir. 

 

31 yanvar 1919-cu il. Bakı şəhəri. 



 


10 

 

Şəxsən Baş müfəttiş Vasiliyev imzaladı. 



İmzanı təsdiq edirəm. 

Gömrük orqanlarının işinin düzgün təşkil olunmadığı  və onların  şəxsi təhlükəsizliyinin təmin 

olunmadığı barədə digər bir arxiv sənədində ətraflı məlumat vardır. İndi də həmin sənədlə tanış olaq: 

 

Maliyyə Nazirliyi 



Ümumi şöbə. 

8 fevral 1919. 

№549 

Bakı ş. 


Cənab Daxili İşlər Naziri 

 

Gömrük İdarəsinin rəisi tərəfindən imzalanmış müraciətdən görünür ki, gömrükxanalara basqınlar və 



oğurluq halları çoxalmışdır. Dövlətin maraqlarını qorumalı olan gömrük işçiləri, əliyalın silahlı dəstələrə qarşı 

heç bir müqavimət göstərə bilmədiklərinə görə, vəzifələrini icra etməkdən imtina edirlər. 

Xahiş edirəm yuxarıda göstərilənləri nəzərə alıb, görüləcək tədbirlər barədə Bizə də məlumat verin. 

Məktubun altında əlyazması ilə qeyd olunub ki, 1918-ci ilin 25 dekabrında Zaqatala gömrükxanasına 

basqın edilmiş, soyğunçuluq və oğurluq adi hala çevrilmişdir.  

Sərhədlərin qorunmasının təşkil olunmaması, gömrük işçilərinin təhlükəsizliyinin təmin edilməsi 

sahəsində müvafiq tədbirlərin görülməməsi, qaçaqmalçılığın çoxalmasına təkan verir. Ölkədən qaçaq yolla 

çıxarılan neft məhsulları Ermənistana və Gürcüstana keçirilir. Burada bir haşiyə çıxmaq istəyirəm. Keçən əsrin 

əvvəllərində  və axırlarında iki dəfə müstəqillik  əldə edən ölkəmiz qonşu Ermənistanla bağlı eyni səhvə yol 

vermişdir.  

İkinci dəfə buraxılan səhv, sovet ideologiyasının bizlərə aşıladığı kosmopolit vətən sevgisi və ADR-in 

tarixi ilə tanış olmamağımızdır. Çünki həmin tarixi dəqiq bilsəydik düşmənimizi yaxşı tanıyar və ona qarşı 

mübarizəmizi apara bilərdik.  

Sənədin surətini sizlərə  təqdim edirik (şəkil 12). Gömrük İdarəsi tərəfindən Maliyyə Nazirliyinə 

ünvanlanan (08.03.1919, №1457) müraciətdə göstərilir ki, Ərzaq Nazirliyi və  Gərcə Quberniyasının 

əməkdaşları ilə birlikdə yaradılan komissiyanın üzvləri müəyyən etdik ki, Akstafa gömrükxanasından 

Ermənistana və Gürcüstana qaçaq yolla, Qazax ərazisindəki aralıq yollarla kerosin keçirilir (çox təəssüf ki, 

keçən əsrin 90-cu illərində də Ermənistana və Gürcüstana neft məhsulları eyni məntəqədən, ancaq sisternalarla 

keçirilirdi. Sovet ideologiyasının millətimizə vurduğu ən böyük ziyanı burada görmək olur. Bu səhvlərimizdən 

dərs almağın vaxtı çatmayıbmı? Haylar bizə daha nə kimi pisliklər etməlidilər ki, bir ayılaq - müəllif). 

Əgər adi vaxtlarda, gündəlik tələbat üçün Akstafa stansiyasına hər ay 2 sisterna kerosin və yarım 

vaqon neft gəlirdisə, 198-ci ilin dekabr ayında 37 min pud (təxminən 7 sisterna) 1919-cu ilin yanvar ayında isə 

42 min pud (təxminən 8 sisterna) kerosin gətirilmiş, hamının gözü qabağında bidonlara boşaldılmış və dəvələrə 

yüklənərək naməlum istiqamətdə aparılmışdır. 

Həyat  şəraitinin çətinləşdiyi indiyi zamanda bu bəla ilə mübarizə aparmaq həddən artıq çətindir. 

Diqqəti cəlb edən digər məsələ isə, Akstafaya mühafizənin rəisinin qardaşı Muradovun ünvanına göndərilmiş 

900 pud düyüdür. Bu düyünün hara aparıldığını müəyyən etmək mümkün olmadı... 

Şərhə ehtiyac görmürük. 

Məhz gömrük işçilərinin bu yoxlamasından 2 gün sonra Azərbaycan hökuməti 10 mart 1919-cu ildə 

göndərdiyi 258 saylı sürklyar poçt teleqramında deyilir: 

Neft məhsullarının daşınması  və ixracı haqqında mövcud qaydaların ləğv olunması ilə bağlı, dəmir 

yolu ilə maşınların tənzimlənməsi Bürosunun hazırladığı AR Nazirlər Sovetinin 26.02.1919-cu ildə təsdiq etdiyi 

neft məhsullarının daşınması  və ixracı qaydaları 12 martdan qüvvəyə minir. Aşağıdakı qaydalar dəqiq yerinə 

yetirilməlidir: 1) neft məhsulları ixrac etmək istəyənlər Ticarət və  Sənaye Nazirliyindən icazəni 3 nüsxədə 

almalıdır: nüsxələrdən biri Gömrük İdarəsinə, ikincisi Neft sənayeçiləri Qurultayının  Şurasının Bürosuna, 

üçüncüsü isə Azərbaycan Dəmir Yolu İdarəsinin dəmir yolu daşınmalarını  tənzimlənməsi Bürosuna təqdim 

olunur; 2) malgöndərən neft sənayeçiləri Qurultayının  Şurasının razılığını aldıqdan sonra, göndərilən yükün 

miqdarını, alıcının ünvanını  və  təyinat stansiyasının qeyd olunduğu  ərihə ilə  dəmir yolu daşınmalarının 

tənzimlənməsi Bürosuna müraciət etməlidir; 3) Büro ərizəni qeyd etməli və yük göndərənə yazılı  şəkildə 

növbəsinin vaxtı haqqında məlumat verməlidir; 4) növbəsi çatdıqda Büro stansiya rəisinə vaqon və ya sisternin 

doldurulması üçün yer barədə göstəriş verir; 5) bu göstərişi alan stansiya rəisi vaqon və sistern doldurulduqdan 

sonra, təyinat məntəqəsinə göndərir. 

Surəti  İstilik Sənayesi,  Ərzaq, Maliyyə  Nazirliklərinə, Neftsənayeçilərinin Qurultay Şurasına, Baş 

Gömrük İdarəsinə və Poylu gömrükxanasına göndərilir  




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə