210
– Qulamhüseyn, o zənbil sənin üçün yox, Molla Nəcəf-
qulu üçün qoyulub ki, mərhum üçün Yasin oxusun.
Qulamhüseyn gedə-gedə deyir:
– Axund, bizim ağzımızda qatıq çalmayıblar ki? Yasini
mən özüm oxuyaram.
Sən demə, zənbildəki hüzrünə getdikləri mərhumun mi-
ras paltarları imiş. Qulamhüseyn bir gün onları geyib məclisə
gedir. Papaqdan tutmuş ayaqqabıya qədər təzələnən Molla
Qulamhüseyni görən Molla Əli Axund mübarəkbadlıq edir.
Qulamhüseyn deyir ki, bu həmin zənbilin sehridir, hələ
bir çox şeylər evdə qalıb.
Bısk budut
Ağamirzə Ağarzanın əsas məşğuliyyəti ovçuluq, balıqçı-
lıq idi. Mahmudavarda bol olan su tutar-istillərdən çoxlu çəki
tutar, təndirdə bişirtdirib yaxın qəsəbə və şəhərlərə də satmağa
aparardı. Bir gün Port İliçdə şişə çəkilib, təndirdə bişirilmiş
ləvəngi balıq satdığı zaman bir rus qadını ona yaxınlaşır, bu
balıqlardan almaq istəyir. Ağarzadan xəbər alır ki, balıqlarda
bu deşik nədir? Rus dilini bilmədiyi üçün Ağarza bu deşiyin nə
olduğunu qadına başa sala bilmir, təkcə bunu deyir:
– Bısk budut. (Bısk talışca şiş, budut rusca olmuşdur,
deməkdir). Bazarda bu mənzərini müşahidə edən bir mahmu-
davarlı əhvalatı kənd çayxanasında danışır, o gündən rəhmət-
liyin ləğəbi Bısk budut qalır.
Bacıoğludur, aparmaz
Bir mahmudavarlı Lənkəran dəmiryol vağzalından Bakı-
ya gedirmiş. Vağzalda gəzib-dolaşır, ağız dolusu nəql edirmiş
211
ki, lənkəranlılar mənim bacım oğlanlarımdır, çünki bir bacım
burda ərdədir. Kişinin başında qatı açılmamış, qəttəzə bir papa-
ğı varmış ki, hamının nəzərini cəlb edirmiş. Qəfildən biri kişi-
nin başından papağı alıb öz başına qoyur, əvvəl hamı bunu bir
zarafat bilir, mahmudavarlı da özünü o yerə qoymur:
– Bacıoğludur, zarafat edir, – deyir.
Oğru yavaş-yavaş uzaqlaşır, adamlar mahmudavarlını
xəbərdar edirlər ki, kişi, deyəsən, papağın getdi, axı? Mahmu-
davarlı hər dəfə deyir ki, bacıoğludur, aparmaz. Bir də görür-
lər, oğru götürülüb aradan çıxdı. Amma mahmudavarlı hələ
də adamlar içindən bacıoğluna sarı boylanır, qayıdıb gələcə-
yinə ümid edir, eləcə deyir:
– Bacıoğludur, aparmaz.
Beləcə kişi papağını gözgörəsi oğruya verib başıaçıq
kəndə qayıdır.
Vermərəm, nə qədər vurursunuz, vurun.
Bir dəstə mahmudavarlı Murdova ova gedir. Qadağan
zonada ov etdikləri yerdə qoruqçu, qaravulçular bunları yaxa-
layırlar, kimin əlində, əynində nəyi varmış alırlar. Növbə Məş-
hədi Surətin kürkünü birovuz alıb geyinən mahmudavarlıya
çatır, qoruqçular nə qədər əlləşirlər ki, kürkü bundan alsınlar,
gücləri çatmır. Ağac götürüb çırpmağa başlayırlar. Ağac zərbə-
lərindən inildəyən-zarıyan mahmudavarlı elə hey təkrar edir:
– Nə qədər vurursuz, vurun, vermərəm, Məşhədi Surətin
kürküdür.
Bu əhvalatın başqa bir variantı da var, hadisə eynidir,
amma kürkü İnci xalanın adına çıxırlar.
212
Sosialist realizmi
Ədəbiyyatdan dərs deyən bir tələbkar müəllim sovet ədə-
biyyatının əsas yaradıcılıq metodu olan sosialist realizminin
tələbləri və xüsusiyyətlərini daha yaxşı mənimsətmək üçün
dəftərə yazdırır, əzbər öyrənməyi şagirdlərə tapşırır. Evdə
bütün gecəni sosialist realizmi deyib onun xüsusiyyətlərini
əzbərləyən bir şagirdin atası bunu uşaqdan tez əzbərləyir. Çəl-
tikçi-kolxozcu olan ata o gündən kim gəldi, hara gəldi – hər
yerdə: iclasda, məclisdə, çayxanada, çəltik zəmisində, yeri gəl-
di-gəlmədi sosialist realizminin tələblərindən danışır. Adamlar
da o vaxtdan ona sosialist “realizmi ləqəbini” qoyurlar.
Tırkə səlat
Mahmudavarlıların məişətində tez-tez işlətdikləri tırkə
səlat anlayışı – məsəli nə deməkdir? İşlətdiyimiz tırkə səlat
sözü ərəbcə tərki-səlat sözündən alınmışdır, mənası namazı
tərk etmək deməkdir.
Belə bir hədis var. Bir kişi Əba-Əbdüllahdan soruşdu:
– İçki içmək çox pisdir, ya tərki səlat olmaq?
Buyurdu:
– İçki içmək, tərki-səlatlıqdan daha pisdir.
Soruşdu:
– Bilirsən, niyə?
Özü cavab verdi:
– İçki onu bir hala salar ki, Allah izzü cəllini və onu
yaradanı tanımaz.
Çoxları üçün anlaşılmaz bir ifadə olan tırkə səlat sözü-
nün mənası belədir.
213
Kürk götürərsən
Qulamhüseyn kişi Seyid Miri ilə məclislərdə tez-tez
zarafatlaşardılar. Məclislərin birində Molla İbrahim moizə
edirmiş ki, günah işlətmiş seyid peyğəmbər övladları nə cə-
hənnəmə gedər, nə də behiştə. Onları behiştlə cəhənnəm ara-
sında çox soyuq, şaxtalı yerdə saxlayacaqlar... Qulamhüseyn
kişi bu dəmdə Seyid Miriyə xitabən deyir:
– Miri, gedəndə özünlə yaxşı bir kürk götürərsən.
Huşi Xamməd
Ötən əsrdə kəndimizdə Xanməmməd adı ilə huşsuz,
yaddaşsız bir şəxs yaşamışdır. O vaxtdan səriştəsiz, tənbəl,
küt, huşsuz adamları “huşi Xamməd” deyib çağırırlar.
Nüsrətin göy rəngli inəyi
Nüsi (Nüsrət) adında bir kişinin göy rəngli, tez gözə
çarpan, fərqlənən bir inəyi varmış. Özünü gözə soxan, hər
yerdə görünən adama kənddə deyirlər:
– Nüsrətin göy rəngli inəyi.
Yallah Baloğlan
Deyirlər Qafur kişi Baloğlangilə elçiliyə gəlir. Mətləbə
keçib-keçməmiş sözünü bir cümlə ilə bitirir:
– Yallah Baloğlan, sənin qızın, mənim oğlumun olsun
qurtardı-getdi. Bu cür danışıqdan əsəbiləşən Baloğlanın bərk
acığı tutur, elçilik baş tutmur.
Dostları ilə paylaş: |