206
Pişik gəldi
Arvad ərinə şikayət edir ki, bir oğru pişik onu zinhara
gətirib. Kişi deyir ki, sabah evdəyəm, pişik evə gəlsə, onu mə-
nə göstər, öldürüm, canın qurtarsın.
Günorta yeməyi vaxtı pişik oğrun gəlib qapı ağzında
pusquda durur. Arvad: – Bu yer talış mahalıdır, pişik də talış
dilindən özgə bir dil bilməz, zənni ilə talışca deyil, türkcə
ərinə deyir ki, pişik gəldi ha.
Şübhə yox ki, pişik səs eşidib aradan çıxır. Amma “pi-
şik gəldi” məsəli qalır. Kənddə bir gizli xəbəri digərinə çatdır-
maq üçün bir rəmz-zarafat kimi “pişik gəldi” deyirlər. Bu
zərb məsəl də belə yarandı.
Gələr ahu bu kəməndə...
Mahmudavarda özündən razı, təkəbbürlü adamlar barə-
sində Səmədxan Talışinskiyə sual verəndə bir avaz üstündə
deyərmiş:
– Gələr ahu bu kəməndə,
Hələ bəd havadır, qoy getsin.
Mirzəmmədin qocalığı
Sovetleşmədən qabaq İrandan bir dəstə quldur-basqınçı
Mahmudavara gəlib gecə ikən Qazı Məmmədəlinin evinə bas-
qın edib vəzndən yüngül, qiymətdən baha əşyaları götürüb
aradan çıxırlar. Bunu eşidən Həmidi Mirzəmməd dostlarını
cəm edib izə düşür, quldurlara yetir, silahlı toqquşmada on-
lardan birini öldürür, qalanları oğurladıqları əşyaları qoyub
207
qaçırlar. Mirzəmməd quldurların oğurladıqlarını, qiymətli
əşyaları olduğu kimi gətirib Qazı Məmmədəliyə qaytarır.
Qorxaq kişi
Cütcü Yusif kişi arvadından bərk qorxarmış, arvadla
kəlmə kəsə, bir söz deyə bilməzmiş. Günlərin birində bəlkə
də ömründə birinci dəfə cürət edib, ağız açıb arvada deyir ki,
acmışam, mənə yemək ver. Arvad özünü eşitməzliyə qoyub
qışqırır Yusifin başına:
– Tez ol, nə dedin, təkrar elə, nə deyirsən?
Yusif qorxusundan tez sözünü dəyişib deyir:
– Baltanı ver, meşəyə gedirəm.
Arvad baltanın yerini Yusifə göstərib deyir:
– Get özün götür.
Baltanı götürüb kənddən uzaqlaşan Yusif arvadının səsi-
ni eşitmədiyinə yəqin olandan sonra bir təpənin başına çıxır,
üzünü kəndə tutub guya arvadına deyir:
– Yemək istəyirdim ey, balta ilə meşəyə odun yarmağa
yox.
Erkək kartof
Xanıbəy yemək istəyir, arvadı deyir ki, yeməyə heç nə-
yimiz yoxdur, əkməyə saxladığımız kartofa da dəymək ol-
maz. Xanıbəy kartof adını eşidib dərhal bir şey fikirləşir, ar-
vaddan soruşur:
– Kartofların erkəklərini dişilərindən ayırıb ya yox?
Arvadı təəccüblənib deyir:
– Kartofun da erkəyi-dişisi olar?
208
Xanıbəy arvadını inandırmağa çalışaraq deyir:
– İri kartoflar erkək – artmayan, xırda kartoflar dişi artıb
çoxalan olur.
Beləliklə, iri kartofları ayırıb seçir, arvada verir, bişirib
yeyirlər.
Qatıq dağılar – yeri qalar,
Ayran dağılsa, nəyi qalar?
Ötən əsrdə Mahmudavar xanlarının nəslindən olan Səki-
nə xanımın əri həbs olunmuşdu. Onun iki oğlu atasız böyü-
yürdü. Səkinə xanım qardaşı Yaranaldan (General İbrahimbəy
Talışinski) xahiş edir ki, özünün general rütbəsindən istifadə
edərək ərini buraxdırsın. Çünkü çar hökuməti generallara ildə
bir dəfə bir nəfəri həbsdən azad etmək hüququnu vermişdi.
General bacısının xahişini qəbul edir, əvəzində Səkinə xanıma
məxsus olan Şonəkon meşələrini ondan istəyir. Yaranalın iki
qızı varmış, oğlan varisi yox imiş. Səkinə xanım özünün iki
oğlu olmasını, qardaşının isə oğlan varisi olmamasına işarə
edərək, onun artıq-tamahını görüb deyir:
– Qatıq dağılar, yeri qalar,
Ayran dağılsa, nəyi qalar?
Övladın arzusu
Tövlə təmizləməkdən, mal-davar otarmaqdan, heyvan-
lara qulluq etməkdən bezikən bir övlad Allaha yalvarır ki, bu
heyvanları öldürsün, bəlkə canı bu əzab-əziyyətdən, xoşlama-
dığı bu işdən qurtara. Bir azdan fikirləşir ki, heyvanlar ölsə,
atası təzələrini alar, yaxşısı budur ki, Allah atasını öldürsün.
Üz qoyur bu arzu ilə Allaha yalvarmağa.
209
Həsənqulu pəhləvanı yıxdı, sonra...
Mir Abdulla bəyin toyuna gələn Lənkəran şəhərindən
xanın pəhləvanı sayılan bir güləşçi öz gücünü, əzələlərini nü-
mayiş etdirərək, yerli cavanları güləşə dəvət edir. Onunla heç
bir kəs güləşməyə cürət etmədiyi bir anda kəndin güclü-qa-
mətli cavanlarından biri Həsənqulu onunla güləşir və pəhlə-
vanı bir göz qırpımında yıxır yerə. Xan da, pəhləvan da pərt
olurlar. Həsənquluya ikinci dəfə güləşmək təklif edirlər. O isə
güləşmək istəmir. Hədə-qorxu gəlib deyirlər ki, əgər sən gü-
ləşməsən, xanın pəhləvanını yıxdığına görə səni tutub Lənkə-
ran qazamatına salacaqlar. Həsənqulu güləşmək əvəzinə, qa-
çıb meşəyə, orada üç gün gizlənir ki, birdən onu tutub həbs-
xanaya salarlar.
Bunların arvadları ilə kim yatır?
Mahmudavar mollaları bir dəfə Lerikə hüzrə gedir, ora-
da gecələməli olurlar. Yer-yatağın azlığındanmı, qonaqların
çoxluğundanmı, cüt-cüt yatmaq təklif olunur. Amma bu mol-
laların əksəri cüt yatmağa razı olmur, deyirlər ki, biz cüt yat-
mağa öyrənməmişik. Bu yerdə Molla Qulamhüseyn deyir:
– Bilmirəm, bu dəyyusların arvadları ilə kim yatır də.
Bizim ağzımızda qatıq çalmayıblar ki?
Lənkərandakı bir hüzrdən yük maşınında qayıdan molla-
lardan bir qismi Mahmudavarda düşür. Molla Əli Axund görür
ki, Molla Qulamhüseyn Axund hüzr sahibi tərəfindən qoyul-
muş zənbili də götürüb yerə düşdü, əlacsızlıqdan belə deyir:
Dostları ilə paylaş: |