218
Qibləyə düz dayan!..
Deyir günlərin bir günü o vaxt Masallıda birinci katib
işləyən Əlövsət Baxışov maşınla Masallıdan üzü Lənkəran is-
tiqamətinə gedirmiş. Birdən görür ki, atını buğda zəmisində
otaran bir qoca yol qırağında namaz qılır. Raykomun birinci
katibi maşını saxlatdırıb kişiyə yaxınlaşır. Təmkinini pozma-
dan namazın başa çatmağını gözləyir. Namazını qurtaran kimi
üzünü qocaya tutub deyir:
– Ay dayı, sən qibləyə düzgün dayanmamısan.
Qoca deyir:
– Bala, 40 ildir namaz qılıram, həmişə də qibləyə belə
dayanmışam.
Raykom katibi gülümsünüb:
– Dayi, sən qibləni bu gün səhv salmısan, – deyir və kişi-
yə zəmidə otlayan atı göstərir. Bax, bizim qibləmiz kimi, həm
də o atın ayaqları altında taptalanan çörək də müqəddəsdir.
Qoca üzrxahlıq eləyir. Və Baxışov ona birinci katib ol-
masını bildirmədən xüdahafizləşib yoluna davam edir.
Ya Sibir görürəm, ya da qəbir...
Tuthatut zamanı qorxu-hürkü camaatın qanına o qədər
işləmişdi ki, hətta müharbədən 5– 6 il ötəndən sonra da adam-
lar hər an sürgünə göndərilmək təlaşı ilə yaşayirdılar. Sibir sö-
zü xalq arasında “gedər-gəlməz” mənasında ifadə olunurdu.
Belə deyirlər ki, bizim Muğan kəndlərinin birində müharibədən
şikəst qayıtmış bir nəfər aclıq illərində kolxoza sədrlik edirmiş.
Təkqıc sədr özüylə cəbhədən “qənimət” gətirdiyi durbinlə kol-
xoz idarəsinin pəncərəsindən kəndin anbarına, fermasına və ən
çox da qəbiristanlığına baxmağa vərdişkar imiş...
219
Günlərin bir günü sədr adəti üzrə yenə gah fermanı, gah
anbarı, gah da qəbiristanlığı “seyr” edirmiş. Bu zaman kolxo-
za baş çəkməyə gələn raykom katibi onun kabinetinə daxil
olur. Eşitdiyi yavaş ayaq səslərindən mühasibin gəldiyini
zənn eləyən kolxoz sədri halını pozmadan durbinlə “nəzarə-
tini” davam etdirir. Bu mənzərəyə bir xeyli tamaşa edən katib
sakitcə soruşur ki, bəs, ay yoldaş sədr, de görüm baxdığın o
yerlərdə nə görürsən?..
Sədr arxaya dönmədən cavab verir ki, vAllah, bu gün
hara baxıram, ya Sibir görürəm, ya da qəbir.
Katib soruşur ki, bu nə sözdür, ay sədr?
Sədr birdən dönüb katibi görür, saymazyana verdiyi ca-
vaba görə boğazı quruyur. Qərəz, özünü ələ alıb, deyir ki, ay
yoldaş katib, həmişə bizim kənd qəbristanlığında adam çox
olardı. Yəni camaat acından ölənləri dəfn edirdi. Amma ba-
yaqdan baxıram, deyəsən bu gün kənddə ölən yoxdur, deməli,
bu adamlar ya anbarı çapıblar, ya da fermanı... Bu da o de-
məkdir ki, mən bədbəxtin oğlunu Sibir gözləyir...
Elə bu dəmdə kəndin kuryeri tövşiyə-tövşiyə içəri girir.
Təngünəs deyir ki, bəs, ay sədr, camaat anbarı çapıb, buğdanı
da kəl arabaları ilə Üçdaş dəyirmanına aparıblar.
Sədr deyir:
– Day de ki, evin yıxıldı, o buğdanı toxumluq saxlamış-
dım.
Sonra üzünü raykom katibinə tutub yazıq-yazıq dillənir:
– Deyirəm axı, bayaqdan hara baxıram, ya Sibir görü-
rəm, ya da qəbir!..
220
Dəvəni hürkütməyin
Günlərin bir günü bir arvad olur, bir kişi. Lotular yığışır
deyir ki, a kişi, sənə bir iynə vuracuğ hardasa o iynənin vaxtü
10 saat olacağ, sənə bu qədər pul verəcüy, səni aparıb kəfin-də-
fin eliyib basduracuğ. Qəbrün üstünə seyrək bir torpağ səpəcüy.
Sonra qalx-çıx qırağa. Bədəbəd olanda qalx çıx kef elə özün-
çün, nə isə kişini basdırırlar. Zəvvar yolnan gedirmiş, fatihə
vermək üçün dayanır. Həmişə zəvvar gedər, zəvvarın qabağın-
da dəvə olar. Dəvənin boynunda zınqırov olar. Bu kişinin dər-
manının vaxtı qutarır, bu kişi ayılanda qalxır, başını çölə çıxa-
randa dəvə hürküb qaçır. Kişini basdıranda qəyiş bərabəri bas-
dırırlar. Qadını isə sinə bərabəri basdırılır. Sual verirlər, nə
üçün? Ona görə ki, kişi kişidir, qadını da namus məsələsinə
görə dərin filan basdırırlar. Zəvvarlar görür ki, basdırılan xort-
duyub gəlir. Başdıyırlar onu döyməyə. And içir mənu vurmu-
yun mən xortdamamışam filan, üstü-başı qan içində gəlir evə.
Karvan çıxır gedir. Bunu arvadı səliqə-səhmana salır. Deyir ki,
sizə bir məsləhət eliyim. Yolnan gedən dəvəni hürkütməyin.
Əgər dəvəni hürkütsüz, sizün də başuza bu haqq-hesab gələcək.
Atın tapılması
Bir kişinin atını gecə həyətdən oğurlayırlar. Malı-qarası
da yoxmış. Ağlıyırmış. Bir atdı kişi yolnan gedirmiş. Soruşur:
– A kişi, nədi sənə kim toxunub, nə hadisə baş verib ki,
sən ağlayırsan.
Diir:
– Mənim bir dənə atım var idi. Ailəmi onnan idarə eli-
yirdim. Məsələn, Masallıdan alıb, Lənkaranda satırdım. Masal-
221
lıdan alıb, Cəlilabadda satırdım. Çörək pulu eliyirdim. Beş baş
ailəyük. Uşağlarım acından qırılacağ. Gecə atımı oğurlayıblar.
Deyib:
– Bir-iki gün döz. Sənin atuu, İrana keçirsələr də, mən
onu qaytartdırıb gətizdirərəm.
Deməy üç gün çəkib, bu adam haralı imiş. Diyib bu gü-
nə çatdıra bilmədim, axşama sənin atuu gətirib çatdıracam.
Bu kişi çox gözdiyib. Görüb at gəlmədi. Səhər durub görüb
ki, atı bağlıyıblar ağaca. Belənçiy adamlar olub. Minnətsiz atı
tapıb gətiriblər.
Demə qocalmısan
Bizdə ”Keçi məməsi”, ”Dərnəgül” o vaxtının oyun ha-
vaları idi. O vaxtı bizdə zurnenan çalardılar. Bi Aşığ Abdulla
var idi. Gözəl zurnaçı idi. Yaşdaşmışdı. Bizdə bir-birinin ar-
dınca 12-13– dənə hava oyniyan cayıl var idi. Nə hava çalur-
dun, ocürnə də oynıyırdı. Nə hava çalurdun, o cürnə də oy-
nıyırdı. Ussa zurnanı saxladı, ona dedi:
– Nəsir!
Dedi:
– Bəli.
– İki sutka oynasan, mən zurnanı çalacam.
Zurnaçının pirani vaxtında dedi:
– Məni apara bilmirlər. Təzə zurna çalan var. Bı gəlir,
helə bıralıdı, yaxın talış kənddəridi. Gəlir axunun yanına. Diir
issirəm toba eliyəm, day zurnaçılığ eləmiyəm. Axun diyir sə-
nin çalduğun alət hardadı.
Diyir:
Dostları ilə paylaş: |