226
lah. Bir dənə barza götürüb, deyib əhsən, bərəkəllah. Bı çatıb va-
liyə. Deyib, hə, bildim, nə deyir bı. Bına bir dənə üzüy bağışdı-
yıb, qəşəng, qiymətli, üstü brilyantlı üzüy. Gəlib burdan oğurru-
yublar. Bizim Masallıdan. O da tərk elədi buranı çıxdı getdi.
Səni çöllərə salaram…
O, burda toyda olub. Səlyannan bir müğənni gəlib. Mi-
rislam Abdullayev başqa, Mirislam Rəfiyev başqa. Səlyannı
buna deyib, oxuyaram, səni ağladaram. Bir dənə zəminxarə
oxuyub səlyanlı. Bu deyib, mən də sənə oxuyaram, səni çöl-
lərə salaram. Bu da bir dənə Mirzə Hüseyn segahı oxuyub,
səlyanlı qavalını götürüb çıxıb gedib.
Namazda dombalan aşdı var?
Bizdə bir Zirvəli kişi olub bizdə. Allah rəhmət eləsin.
Bizdə bir oğlan vardı, Allahqulu. Böyuk adam olub, iş ada-
mıydı, getdi rəhmətə. Bının qaynanası da çox dindar adam
olub. Yardımlı deyilən rayon var bizdə. Ordan bir sail gəlir,
dilənçi gəlir. Gələr axşam düşər bulara.
Deyər ki:
– Qardaş, sən namaz qılansan?
Deyər ki:
– Hə, qılanam.
Deyir:
– Onda namaz qılansansa, mənə qonağsan.
Arvada deyər:
– Düş bir dənə beçə kəs.
Kəsər, bozbaş bişirər, yeyəllər, eliyəllər. Sora namaz
vaxtı qalxallar ki, namaz qılsınnar. Gələn bu kişi durar bunun
227
arxasında ki, görməsin. Bu nəğayrır, bu elə deyir, yox, bu
məni alladır. O rüküt ki, var, namaza gedirsən, bu dombalıb-
mış aşağı belə. Bu aşar. Deyər:
- Ə, qardaş, namazda dombalan aşdı var? Deməli, sən
namazı bilmirsən. Deyib, dur çıx mənim öyümnən.
İncil deyil, boranıdı
Bir dənə də qonağ gələr, bu lap qədimdə olub, həmən
kişi də getdi rəhmətə. Bizdə incil deyillər. Bizdə də yetişir.
Bu boranı var e, balqabaq deyillər. Bu boranı da mirəd elə
şeydi ki, dırmaşır incil ağacına. Deyər:
– Qonağ, dur gedək bir dənə incil yeyəy həyətdə.
Çıxallar ağaca. Bı da boranını görmüyüb, bilmir nədi.
Deyər:
– Qonağ, mən bir yeddi – səkkizini yemişəm a.
– Deyir:
– Ə, nətər yeyərsən, mən birin yeyə bilmirəm. Deyər, ə,
incil döyül e, boranıdı. Bax, bu olub, həqiqi olub.
Talış qızı
Bir dənə də talış qız gəlib bıra. Gəlin gəlib. Çox avam
imiş. Rəhməttiy Böyükağanın anası. O vaxtı kitayskı batare-
yalar çıxardı, basardun knofkanı, qalardı yana-yana. Qonşuda
da toy imiş. Oğluna deyər ki, Xəlil mənə bir şey ver, işığ, zad
yoxuydu da, o vaxtı. Xəlil batareyanın knofkasını basar, verər
buna. Gedər, baxar toyuğa-cücəyə. Başdıyar üfləməyə. Bata-
reyanı üfləməyə. Gələr deyər, Xəlil, axı bu sönmür. Deyər,
avam oğlunun qızı avam, bunun knofkasını çək də, sönəcəy.
228
Təvəkkülün neft quyusu
Birdən xəbər tutullar ki, Seybətinnən neft çıxır. Təvək-
külgilin həyətinnən neft çıxır. Camaat hamısı yığışdı ki, Tə-
vəkkül oldu Zeynalabdin Tağıyev, həyətinnən neft çıxır. Bizdə
də dövlətdə qanun var da. Torpağın 5 m-si sənindi, sərvət döv-
lətindi, kim olur olsun. Millət də deyir ki, Təvəkkül varrı
olacağ. Bir nəfəri məzəyçün gətirər orda quyu qazar, traktorist
də ora salyarka tökübmüş traktornan. Gətirər iki vedrə salyar-
kanı boşaldar quyunun içinə. Dayı, Bakıdan Nazirliydən gəldi-
lər, Geologiyadan gəldilər, gördülər yox, bu həqiqi neft döyül.
Gic sənsən
Birda bi Məhəmmədtağı adlı kişi var idi, mənim atamın
əmisi idi o. Evladı zadı yox idi. O helə belə gəzən adam olub,
yaxşı dostları var idi bütün kəndlərdə, rayonlarda. O vaxtı ma-
şın az olan vaxtı, müharibədən bir az sorakı illərdə. Deməli, bı
kişi o qonşu kəndlərin birində bel satardı, bel sapı, lapatkasapı.
Aparır satır orda yavaş-yavaş çıxır yola. Ancaq orada bının
qabları da varmış, kisələri də, kisələri bağleeblar belə, gəlir ya-
vaş-yavaş. Onda görür daldan bi ataraba gəlir. Əl eliyir atara-
baçı saxleer, bıda oturur. Arabaçı xəbər alır ki, haralısan deer
ki, Masallıdan. Deer, əəə, gij talışlardansan ki. Bı kişiyə acığ
gedir, amma dinmir. Talış olmasa da arabaçının sözü ona bərk
toxuner. Deer, indi sənə sübut eliyərəm mən gijdiyimi.
Bir az gedənnən sora bı atarabaçı yenə diç qalmır deer
ki, bi nədi kisələr nə aparirsan ? Deer:
– Bala, bi kisə xiyardı, bi kisə yelpənəy.
Atarabaçı deer:
229
– Nə danışırsan sən, xiyar yelpənəy eyni şeydi də.
Deer:
– Ə nə danışırsan hələ bilmirsən ki, yelpənəy ayrı şeydi,
xiyar ayri.
Xüləsə, bı kişi bina xiyrnan yelpənəyin fərqin deyir.
Deer, xiyar üstü tikannıdı, yelpənəy isə şumaldu.
Arabaçı deer:
– Eeeee başun xarabdı sənin.
Gedillər yolnan görür ki, qırağda ana potuğ oturub. Po-
tuğ camış balasına deellər bizim tərəfdə. Ala-bıla, axı camış
ala olmur tək-tək qaşqası-zadı olur. Deer:
– Ədə, ora bax nə göyçək potaxordı.
Deer:
– Nə potaxor görmeersən o camış balasıdı?
Deer:
– Hə də ona potaxor deyillər.
Deer:
– Ə, necə yəni?
Deer:
– Ə, bilmirsən danaxor nədi, potaxor nədi?
Deer ki, bala inəynən camış ciftələşəndə camış dişidirsə,
o potaxor doğar, amma inəy dişidirsə, ona deyəllər danaxor.
Sən gijsən ee, ay gij dağlı. Sən bilmirsən, bı bını yenə sıxış-
dırır. Biyaz gəlillər bəri.
Kişi fikirrəşir ki, bına bir əməlli dərs verim.
Deer:
– Ay bala ey, sən bilərsən neçə adamnan mənim mü-
bahisəm olub, bi telfun ağacı, biri deer 500 metrədi, biri deer
300 metrədi, biri deer 1000 metrədi.
Deer:
Dostları ilə paylaş: |