234
türüb atıb göyə. Evə girir, görür ki, arvad tapşırıbmış ki canı-
nı. Deeb zalımın qızı öləcəymiş. Allahı da özümnən yaman
elədim ki. Bax hadısə belə olub.
İt yalağı
41-ci ildə bizim atamız müharibəyə getdi. İki bacı qal-
düy. Acdığ bi yannan, yalavajdığ bi yannan. Anamın atası bi-
zi saxladı. Nənəm bi gün:
– İt yalağınnan su içərəm, oğlum sağ-salamat müharibə-
dən qayıtsün, it yalağınnan su içərəm.
Bəli, atam müharibədən sağ-salamat qayıtdı. 42-ci ildə
yaralandı, gəldi. Nənəm getdi molla yanına. Dedi:
– A molla, mən bu cür boyun almışam.
Molla qəyitdi dedi:
– Ana, boyun almısan əcəb eləmisən. Ged benamaz olan
qadınnan əyləş, xörəy ye, bu oldu sənin itün.
Anam da getdi o deyəni elədi.
Molla Hüseynlə erməni
Molla Hüseyn Bakinin Binə qəsəbəsində olurmuş. Bi
dəfə sovet dövründə, hüzür məclisinə erməni gəlir. Erməni
diyir:
- Sizin ağə əfəndüzi mən pərt eliyəcəyəm.
Müsəlmanlar deyir:
- Pərt eliyə bilməzsən.
Diyir:
- Ağə əfəndi!
- Bəli!
Diyir:
235
– Niyə müsəlmanlər öləndə onun ayıb olmasın dalına
pambıq təpirlər.
Diyir:
– Pambığı təpürüy ki, nəcis olsə, kəfənə dəyməsün.
Diyir:
– Bəs sən erməni burda neynirsən?
Diyir:
– Mən müsəlmanlərnən işçi yoldəşəm. Hüzür düşdü gəl-
dim.
Diyir:
– Bizim Peyğəmbər meyraca gedəndə yoli düşdü behiş-
də, gördi burdə bir erməni var.
Dedi:
– Bura müsəlmanin yeridü, sən burda neynirsən?
Erməni dedi:
– Mən, dindar, mömin müsəlmannan qonşu idim. O,
ölmişdi, mən onun dalindən girdim qarninə. O düşdi behişdə,
məndə onun qarnindən sıpbədən düşdim behişdə.
O vaxdən Peyğəmbər qayıdandan sonra dedi:
– Müsəlmanlar öləndə onlarin dalinə pambıq təpün,
qoy ermənilər gəlib girməsün.
Axundun müəllimə cavabı
Sorə bir müəllim deyir:
– Axund əmi!
Deyir:
– Bəli!
Deyir:
236
– Dolu gəldi, möminlərün, müsəlmanların, seyidlərün
təğinə dəydi, bizikinə dəymədi.
Molla Hüseyin üç dəfə müəllimə dedi:
– Cavəb versəm kefinə dəyməz?
Diyir:
– Xeyr!
Diyir:
– Heç görübsən ki, dabağ gələndə eşşəyə, donuza dəyə?
Dabağ gələndə, fəqir heyvanatə dəyər. Qoyinə, quziyə dəyər.
Elə öz pulunu ver də
Qış günlərinin biri idi, onda da belə idi ki, camaat top-
laşardı bir yerə. Mənim atam da yaşlı olduğundan ancaq bizə
toplaşırdılar. Mənim bir yeddi, səkkiz yaşım var idi, bəlkə də
bir az da aşağı olardı. Bu peç filan yoxudu, camaat ocaq başı-
na yığışardı. Ocaq başı da belə idi ki, bunun normal vəziyyəti
üç adamlıqdı. Mən də uşaq olduğumdan xeyli kənarda, evdə
belədi ki, üç beşə, dörd beşə otaqdı. Bir saat ikiyə qalmışdı,
hələ dağılışmamışdılar. O vaxt da noxud qaynadırdılar. Tele-
vizor zad yoxudu, noxud qaynadırdılar, boranı qaynadırdılar.
Həm də bular söhbətə şirinlik qatardı. Bizim bu dağların, talış
dağlarından gələn girdəkan varddı, girdəkanlar da bərk olardı,
çox möhkəm girdəkanı var idi.
Bir səs gəldi, Allah cəmi ölənləri rəhmət eləsin, ev sahi-
bi çıxdı səsə. Gördü, indi rəhmətə gedib Yavər kişi, nə isə,
bunun belə bir işi olur ki, guya bunu vəzifəyə dəvət eliyirlər,
bunun da nə bilim yüz manatı olur, nətər deyirlər, beş yüz
manat pul lazım olur buna. Deyillər ki, səhər səkkizdə beş yüz
manatı versən, səni götürəcəyik işə, yox yubatsan, bir başqa-
237
sını götürəcəyik. Buna belə deyiblər. Bu da çox and-aman
eliyir ki, əşi, yüz manatı alın qalanın da nə vaxtsa düzəldib
gətirrəm. Deyirlər yox, sabah səhər-səhər gətirməlisən beş
yüz manatı. Belə oldu ki, bu da gəldi məclisə çıxdı, indi məc-
lisə təzə adam gəlib dənə, görüşdülər elədilər. Bu dedi, mənə
təcili pul lazımdı səhər verəcəm. Verəcəm də, bir işə görə ora
verəcəm, biri də sənə qaytaracam. Düzdü, təhsili yox idi, ama,
dünya görüşü var idi. Dedi:
– Vallah, əmi, arxayın ol, sənin pulunu qaytaracam.
Sora qağam çox and-aman elədi, əşi, belə demə, səhər
sən ona pul aparacaqsan da! Daha mənim pulumu hardan
verəcəksən?!
Dedi:
– Yox əmi, başladı and içməyə ki, Allah haqqı, imam
haqqı pulu qaytaracam. Gecə də saat üçdü.
Rəhmətlik kişi dedi:
- Quk qulu qu, səhər açıldı, Yavər ver pulu!
Dedi:
- Oğul yalan danışma, belə, yaraşığlı yalan danış. Denən
iki günnən sora verəcəm, beş günnən sora verəcəm, ya nəsə
satıb verəcəm. Sən elə deyirsən! Doğurdan da pulun varsa, sə-
hər verəcəysənsə, elə öz puluu verdə. Daha mənim pulumu
niyə verirsən?!
Beş yumurtalıq yasin
Günlərin bir günü kətdə bir yaşlı qadın, Xanımcahan ad-
lı bir arvad, o günlərdə daha belə idi dənə, inək süd vermir-
disə, ya xəstəlikdənmi, ya hansısa səbəbdən, belə olur ki, bu-
nun inəyi hürkür, sağmağa qoymur. Gəlir dua yazdırmağa.
Dostları ilə paylaş: |