242
bina qulağ asmır. Deer, əəə, onu mənə satun uşağlar. Cibində
nəbilim 2 dirhəmnən, tümənnən nə varsa verib bı pışiyi alır.
Sora da pışiyi bıraxır gedir evinə. Səhəri görür adə qapısında
15-20 uşaq hərənin qoltuğunda da bi pişik. Şeyx pişik alır.
Üçgünlük möhlət
Bir növbəti məhərrəmliydə, yəni 1932-ci ilin qışında,
babam gedər Bərcan kəndində mollalığ eliyər. Məhərrəmliyin
aşura günü qutarar, babam xəstələnər. Lap pis vəziyyətdə
olar, gətirəllər Bərcana. Orda da ölər. Ordan da Alaşara, çün-
kü orda bının qohumları var. Gətirəllər qohumlarına. Onun bi
qardaşı ordan evlənib, olara. Ordan xəbər eliyəllər ki, gəlün
kişi rəhmətə gedib.
Atamgil araba zad götrəllər, əmiləri zadı bı kişinin atası,
başqaları, yığışallar gedəllər babamı gətirməyə.
Rəhmətdiy atam onda cavanmış, evlənmişmiş. Atam yol-
da görər ki, atasının səsi gəlir, bı su istiyir. Deer, adə, bı öl-
mişdi axı, bı nətər olur danışır.Yığışıllar, adə, bı kişi dirildi ki,
gətirəllər su zad verəllər bına, istiyəllər verməsinnər atam de-
yər yox verün, doyuncan su verəllər mına. Gələr evə. Evdə de-
yər ki, məni dikəldün. Əmilərimi çağırun 1-ci bının babasını
çağırar, sora qaynatasını çağırar, hamını yığar, uşağlarıynan
görüşər, qucağlaşar, öpüşər. Deər ki, qulağ asun mənə, molladı
özü də biyaz savaddı kişiymiş. Deeb ki, mən Allahdan 3 gün
icazə almışam, mən ölmişdim Bərcanda, məni arabaya qoyan-
da Allahdan isdədim ki, İlahi, mənə 3 gün möhlət ver, gedim
əmilərimnən, balalarımnan görüşüm sora canımı alarsan. Allah
mənim duamı eşidib, gəldim mən saba yox, birgün ölməliyəm.
243
Gedün tədarüküzü görün. Heç də narahat olmeon. Mən deerəm
bı sözi sizə. Həqiqətdə də belə olub 3-cü günü də ölüb babam.
Allah istədiyinizi verdi
Bizim babamız Alməmmədin 9 qızı olub, 4 oğlu. Əvvəl
onun övladı olmıyıb. Oğul övladı olmıyıb, qızı olub – 6 qız
olub. Bi dənə dağdan katib var imiş azərbaycannı. Deyər Kər-
bəlayı, sənin heç oğul övladən yoxdu məgər? Deeb:
– Xeyr, yoxdu.
Deeb:
– Gələn səfər gələndə mənim bi dənə bacım var, onu
gətirəcəm səninçün.
Gəlir bu onunla evlənür. Birinci ili olar qız, 7 qurban kə-
səllər, 2-ci olar qız, 8 qurban kəsəllər. 3-cu ili deyər ki, mən
gedirəm nahara, gəlləm qurbannarı kəsəm. Dağdan da adam
gəlmişmiş. Görəy qızımızın nəyi oldu? Axir bı oğlan doğacağ.
Alməmməd gəlib görüb kəsmeeblər, 12-ni kəsmişmiş, xəbər
verib arvad içəridən ki, ay balam, Allah issədigüüzü verdi.
Deməli oğlan oldu. Arvad bının adını qoyub Şirməmməd.
Balığ istəmə
Günnərin bir güni keçmiş adamlar yiyən olub də, hamısı
hər şey. İndi ya yaz olub, ya da payız. Yağışlı haveymış. Ba-
lığ da həməşə yağışda olar. Arvad deyər ki, bala deyəsən ha-
valar yağışdıdı indi balığ olar ha. Əkbər kişi başa düşər ki, ar-
vadın göölü balığ issiyir. Fikirrəşib, Allah, mən nağayrım nə-
yi satım? Neyneem? Meşə evin qırağındadu. Masallıda da o
vaxtı çörəyçilər, nabatçılar zaddar varmış. Olar odun alar-
244
mışdar. Gedər bi yaxşı şələ odun düzəldər, səviyyəli, çox mə-
səl 5 manatdısa, biyaz da iri eliyir ki, aparar satar, gələr baza-
ra. Gennən balığçılara fikir verər, görər orda yaxşı iri bi saz
balığ var. Amma bi kişi onu danışdırır. Qulağ asır görür ki,
balığı bu kişiyə deyir iki abasıya, kişi deyir, yooo mən bına
bir abası verirəm. Kalba Əkbər deyir ki, mən ürəyimdə dua
elerdim ki, ay Allah o kişi almıyeydi onu, mən bını aleydim.
O kişi almır. Helə balaca o kişi o yana dönən kimi bı qaçır
deer ki, neçiyə deersən, deer 2 abasıya. Çıxardır pulu verir,
balığı alır. Bı dəmdə o kişi qayıdır geri. Deer:
– Ədə, sağır, yetim, sən mənim pılım ola ola, varım
dövlıtim ola ola, o balığı almadım, sən yetim o balığı aldın.
Kalba Əkbər gör ona nə deyir:
– Sənin də anon sənnən balığ istəsə, sən də o qiymətə də
olsa, alardun. Mən anamın xatirinə alam o balığı. Anam balığ
istiyib, neçiyə desə, allam o balığı mən onunçün.
O çörəyi elə Allah o ananın üzünə verir də. Elə helə də
deyillər ki, soralar elə o çörəyi də yeyir. Cünki soralar o çox
dölətdənib, varranıb.
Söyləyicilər:
Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni
kəndi.
Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi.
Muxtar Gənciyev, doğum tarixi 1951, təhsili ali, Ərəb kəndi.
Həsən Əhədov, doğum tarixi 1935, təhsili ali, Həsənli kəndi.
Vasif Alışov, doğum tarixi 1953, təhsili orta, Həsənli kəndi.
Musarza Mirzəyev, Mahmudavar kəndi, B., 1997
Nurəddin Ədiloğlu, doğum tarixi 1958, təhsili ali, Xırman-
dalı kəndi.
245
Ağaverdi Novruzov, doğum tarixi 1940, təhsili orta, Ərkivan
kəndi.
Hikmət Xəlilov, doğum tarixi 1977, təhsili ali, Köçəkli kəndi.
Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili 7-illik, Ərkivan
kəndi.
Yavər Abbasov, doğum tarixi 1937, təhsili orta, Gəyəçöl kəndi
İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, Seybətin kəndi
Əli Əlişov, doğum tarixi 1938, təhsili ali, Köhnə Alvadı kəndi.
Mədinə Həsənova, doğum tarixi 1941, təhsili 7-illik, Xır-
mandalı kəndi.
İmran Nəzərov, doğum tarixi 1940, təhsili ali, Hişkədərə
kəndi.
Hacı Əlihəsən, doğum tarixi 1939, təhsili orta ixtisas, Ərki-
van kəndi.
Muxtar Muxtarov, doğum tarixi 1944, təhsili ali, Həsənli kəndi.
Bulqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta, Xırman-
dalı kəndi.
Toplayanlar:
Füzuli Bayat (Gözəlov)
Qurban Əliyev
Çiçək Əfəndiyeva
Dostları ilə paylaş: |