230
– A kişi, 50 metrədi.
Deer:
– Ola bilməz, sən heç ölçü bilmirsən ki...
Deer:
– A kişi, 50 metredi də.
Deer:
– Onda düş ölç də bi şey döör ki.
Bı deer hə. Deer, onda gala sən ciloyu tut atdarı sür.
Deer, bala, mənim qulağım da ağır eşidir, araba sürməyi də bil-
mirəm. Bını örgədir ki, ciloyu əlində belə tut, düz tut, düz
tutson, bi dayanmalıdı, yaxud da düz getməlidi, sağa, sola bını
çək, bını çək. Bı örgədir təfsilatıynan düşür. Deer, gütdüm, gut-
düm hansı telfun yola yaxındı orada saxlamadım. Elə ki, o
birilərinə çatdım deer dedim, hə düş olç. Elə ki, bı düşdü atdan,
atdarı bi qamçıladım. Bı indi gedib ölçməyə. Hərdən baxır mə-
nə gorür araba gedir də. Ha yavaş-yavaş, atdarı tərpətdim, deer
bi qaldı. İndi qışqırır daldan deer demişəm axı karam. Bı indi
söyür məni. A kar kopoyoğlu, saxla. Baxmıram deer bına. Atın
bı cilovunu cəkirəm at yolun bı cinahına gılir. O ciloyun çəki-
rəm, o yolun qirağına gedir. Ta bını 1 km. qaçırtdım, gördüm
lap ölür, yaxşı döyi ayıbdır, axı. Həm də Göytəpəyə yaxınnaşı-
ram, axı. Saxladım arabanı deer dedim ki, bala, mən araba sür-
məyi də bilmirəm, qulağım da eşitmir, gəldi oturdu.
Deer dedim ki, bırda bına mən desəm, məni vırıb zad
eliyər. Pirişivə girəndə bildim ki, burda daaa adam zad var də.
Dedim:
– Bala, sən mənə 3-4 dəfə dedin ki, gij talış, gij talış. İn-
di gic talış mən oldum, ya sən oldun. Gic sənsən ki, at-arabo-
yun cilovun da verdün məəm əlimə, özün də ləhliyə-ləhliyə
qaçırsan dalımca.
231
Orandlıların öküzü
19-cu əsrin axrlarında bırda kəndxuda olub, Kərbəlayi
Rəhim adında. Bu indi kəndimizin dalında Meşəkənd var, tə-
zə Alvadıynan bizim kəndin arasında. O Meşəkənd əvvəl oba-
lardı, orda olannar Orandlılardı – Lerikin Orand kəndinnən
köçüb gələnnərdi. Olar bir az yaxşı aparmeblar özzərini. Bi-
zim mal-qaraya ziyan vırıb, camaatın əkinnərinə zadına. Hətta
iş ora gəlib ki, kətdən oğurruğ da eleblər mal-qaradan. Bı söz
çatar Kabla Rəhim kişiyə. Yığıb, o bilir də bı işin kim öh-
dəsinnən gələ bilər. Deer:
– Gedirsüz, o vaxtı Orandlıların belə bi qaydası olub, iş
öküzü, oba öküzü deyərdilər. Hə deer ki, gedirsüz bir dənə zi-
yan vurmadan, itdərinə də daş atmamağ şərtiynən o öküzzəri
gətirəcəysüz. Amma gətirib mənə təhvil verəcəysüz.
Camaat 3-5 nəfər gedər, geceynən həmin o oba öküzünü
gətirəllər. Orannının da dediyim kimi varı əmlakı odu. Səhər
ayılallar biləllər iş nə yerdədi və başa düşəllər ki, bını ancaq
Alvadılar eliyər. Bizim zada ancağ Alvadılı gələ bilər. Gələllər
bı kişinin yanına. Kişi boyun çəkməz. Atnan gələllər öz də.
Qəsdən bıları yubadar, uşağlara gizzincə xəbər yolluyur ki, ge-
din bıların atdarın da oğurroun. Bilara deyəllər ki, bizdə belə
şey yoxdu, çıxın gedin bırdan. Bılar çıxar qırağa görəllər ki, at-
dar da yoxdu. Əslində inanallar ki, öküzzər bılarda yoxdu.
Gedəndə atdarın da yox olduğunu görəndə, qayıdallar
təzədən dala. Kərbəlayı da bilər ki, bılar işi başa düşdü. Gələr
deyər gedün. Atdaruz da ordadu, öküzüvüz də. Tooğumuza da
daş atmıyasuz. Sizi da köçürtmürəm bırdan, əgər özüvüznən
bacarmasoz, özxoşuvuza köçün bırdan. Ağsaqqallar deerlər
ki, olar aparıllar öküzzərin bırdan lakin o ki, oğırrığı dəb eli-
232
yən, adət eliyən adamlar köçür bırdan. Həmin bı Orandlılar
qalır bırda, olar doğrulardı qalır. Oların özdərinin dili var, ta-
lış dilinə oxşar dildi, bir az kobuddur.
Ona zərərdi
Bi kişi olur, bının bi gözü kor olur. Vaxt olur, sora o biri
də tutulur. Məsələn, bozbaş bişirillər yağlı-zaddı, deer, yo,
kişinin gözünə zərərdi olmaz ona, yeyə bilməz. Vermillər ona.
Məsəl, bi gün plov bişirillər, yo, yo kişiyə zərərdi olmaz ona.
Helə-helə məsəl, cücə kəsillər, katlet eliyillər evdi də indi. Yo-
yo olmaz ona, gözünə zərərdi. Kişi yazıx əlin belə eliyir ki, bi
şey tapsın qoysun ağzına, iyi gəlir, axı. Tappır. Əşi, sənnik dööl,
səən gözəə zərərdi yemə. Kişi də günnərin bir günü başdıyır
qalxır. Ay başııza daş düşsün, məən hər şey gözümə zərərdi diyə
niyə məə yemək vermirsiz, axı, mən acınnan öldüm.
Çörəyə and içmə
Şərəfədən bi məllim var idi. Sözünə qulağ asanımız yox
idi. Qətiyyən. Otururduğ aşağı məktəbdə, otduğumuz yerdə
başdıyırdığ fit verməyə. Hə, hə kimdi fit verən? Dəlisiz?
Kimdi fit verən? Oğlannar fit vermirdi axı, qızdar fitdiyirdi.
Məllimin də adı Yunus idi. Sinifdə Salman adında itoynadan
biri vardı. Teez o Salmanın bi xasiyyəti var idi deerdi:
– Yunus məllim, Allah haqqı biz fit vermirik.
Bunu deyib tez çıxırdi partanın üstünə. Məktəbin damı-
na da qamış döşəmişdilər. Aralarından qurt-quş düşürdü. Sal-
man da ora beblə, bi parça cörək qoymuşdu. Çörəgi götürür-
dü, məllim, bı çörəg haqqı biz dəyildik fit verən. Çörəyi qo-
yurdu ora, tez partadan gupp atdanırdı yerə. Yunus məllim də:
233
– Sən nağayrırsan? Sən nağayrırsan? Tərbiyəsizzər. Be-
lə tərbiyəsizziy olar?
– Məllim, ta deersən fit verillər and içirəm dana çörəgə.
O çörəyi ordan heç kimin götürmək ixtiyarı yox idi.
Allaha güllə atma
Bir gün bu kəntdə Xansuvar kişi olub, onun anası xəstə
olur, sağalmır, özü də payız fəsli olur, get gedə qadının vəziyyəti
daha da ağırraşır, indı bılar hazırraşırrar ki, bir azdan keçinəcəy
fılan. Bu tərəfdən də yağış başdıyır yağmağa, deer, ədə, bı da
vaxt tapdı yağmağa. İndi öləcəy qalacuğ belə. Neyniyim, nağay-
rım, deer bura bax, diyəsən bekarçılığdı ya. Mən bırda dərd
çəkirəm, sən diyəsən qəsdən yağışı mənim başıma tökürsən?
Bının da bi dənə dayandoldurum tüfəngi var imiş, götürür tüfən-
gi çıxır bayıra. Tutur yuxarı Allaha atır gulləni, paart. Qayıdır
geri görür ədə, ana öldi ki, bı tərəfdən də yağış lap da şid-
dətləndi. İndi, xəbər vermək istiyir anasına ki, ana, Allaha güllə
atmışam deyəsən yaralanıb, balaları da ağlıyır odu bax suyu da
tökülür. Onda görür ki, ana da ölüb. Deer, ədə, bu öləcəydi, elə
nahağ yerə mən Allahı da özümə yaman elədim.
Kommunist qəzetindəki variant
O vaxtı bını kəmnist qəzetinin qirağında dərc eləmiş-
dilər, adə Şamıyan savxozda, Mişkəmi adlı kənd var, vaxtilə
olar Allaha güllə atıb. Əslində hadisə belə olub ki, o vaxt biz-
dərdə belə bi adət varıdı ki, gəlin gətirəndə və yaxud da bi-
rinin ölüsü öləndə olar kəddə gullə atardılar göyə. O bayaq
cın, şeytan deyirdiz aaaa hə bax oları qovmaqdan ötrü. Bının
da anası qocadı da, indi gedib özünnən, bı da indi tüfəngi gö-
Dostları ilə paylaş: |