214
Şahın ənamını xırdalayıram...
Deyilənlərə görə, seybətinli xanəndə Mir İslam həm də
hazırcavab və zarafatcıl bir adam kimi ad çıxarıbmış. Nəql
edirlər ki, bir dəfə İran şahı Şərqin ünlü xanəndələrini sarayı-
na dəvət edir. Böyük Muğam dəsgahı qurdurur. Məclisə xitam
veriləndə şah bütün xanəndələrə ənam verir.
Mir İslama çatanda:
– Məhrəba! BərəkAllah! – deməklə təşəkkürünü bildirir.
Ertəsi gün bazara alış-verişə çıxan Mir İslam tacirlərdən
hər nə alır, pul vermir, sadəcə “Məhraba!”, “BərəkAllah” de-
yib yola düzəlir... Nəhayət, bir nəfər tacir əsəbləşib soruşur ki,
bu nə sözdür deyirsən?
Mir İslam halını pozmadan deyir:
– Dünən şahınızın mənə verdiyi ənamı xirdalayıram...
Nə isə, bu söhbət şahin qulağına çatır. Xanəndəni tutub
gətirirlər saraya. Şah xəbər alır:
– Bazarda çıxartdığın nə oyundur belə?
Mir İslam deyir:
– Şah sağ olsun, dünən bütün xanəndələrə qiymətli xə-
lətlər, ənamlar verdiniz! Mənə isə “Məhraba!”, “Bərəkallah”
dediniz...
Şahı gülmək tutur. Barmağından fosfor qaşlı üzüyünü
çıxarıb Mir İslama hədiyyə edir. Deyilənlərə görə həmin üzük
zülmət gecədə ətrafa gur işıq salırmış...
Mehtər əhvalatı
Ötənlərdə Mir Cavad bəyin bir mehtəri olur. El arasında
“eyibsiz gözəl olmaz” deyirlər. Taleyi bu mehtərdən eybləri
əsirgəməmişdi: dili pəltək, ayağı axsaq, bir qolu şikəst, üzü
215
çopur, başı da keçəlmiş. Bəy həmişə mehtərə zarafatla deyər-
miş ki, ağa sənə bir qız alacaq, dünya gözəli! Məxləs, bir dəfə
Lənkəranda qonaq olan Cavad bəy həqiqətən də tanınmış
adamlardan birinin qızına elçi düşür. Deyir ki, sənin qızını elə
bir oğlana alıram ki, dünyada tayı-bərabəri yoxdur... Allah-
təala ondan bir dənə yaradıb! Nə isə...
Aldım-verdim olur. Bir gün qız adamı Masallıya – Mir
Cavad bəyə qonaq gəlir. Bağçada çay süfrəsində əyləşən qo-
naqlara mehtər xidmət edirmış.
Bu zaman qonaqlar soruşurlar ki, bəs ay Cavad bəy, bizi
təzə yeznə ilə tanış etməyəcəksən? Mir Cavad bəy qımışır:
– Bəylər, gözünüzün qarşısındakı bu adam yeznədir də!
Qonaqlar peşman olurlar. Əvvəl elə bilirlər ki, Cavad
bəy zarafat edir. Dübarə soruşurlar ki:
– Bə sən deyirdin, dünyada ondan bir dənədir, tayı bəra-
bəri yoxdur?
Mir Cavad bəy deyir:
– Əvvəla, bu tifil də Allah bəndəsidir, ikincisi, bunun
oxşarı olan bir adam tapsanız mən təslim, odur ki, mən sözü-
mün ağasıyam, bəy, bu adamdan dünyada bir dənədir!
“Cahanda kəllə sağ olsun...”
Masallının Ağaşbəyli kənd sakini əzcaçı Əliməmməd
kişi klassik poeziyanın vurğunu imiş. Bir dəfə kolxoz baza-
rında Racinin:
Külahun satgilən, xərc et, tüfeyli olma namərdə,
Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə -
beytini ucadan deyə-deyə gedirmiş. Birdən bəstəboy bir kişi
onu saxlayıb, bədahətən belə deyir:
216
Bir qələt sözdür, külahun sat, külah lazımdı hər mərdə,
Dəxi, mərdanə güşəş qıl, girifdar olma, namərdə.
Məlum olur ki, bu misaraları deyən şəxs lerikli Molla
Qələm axund imiş.
Əliməmməd kişinin atası Şeyx Həsən axund İraqın
Nəcəf şəhərində ali ruhani təhsili alan və şəriət hüququnu ka-
mil bilən alimlərdən idi. Odur ki, Əliməmmədin evə dəvət
etdiyi Molla Qələm axundla doyunca həmsöbət olur, ehtiram-
la onu evində qonaq eləyir.
İtələmə, gedirəm də...
Deyir, işsiz-gücsüz bir kişi hər gün məsciddə ibadət
edəndə, əllərini göyə açıb:
– Ay Allah, mənə çörək yetir! – deyə dua edərmiş.
Bir gün evdən çıxanda arvadı təngə gəlib ona deyir:
– Ay kişi, niyə girinc-giriftar qalıbsan? Get, haranın da-
şını başuva salırsan sal, ancaq evə çörək gətir!
Kişi yenə kor-peşman gəlir məscidə. Dizini yerə atıb,
üzünü göyə tutub:
– Ay Allah, əl məndən, ətək səndən, – deyir. Bura sənin
evindir, vAllahi-billahi yol-yolaqda nə dilənənə çörək verən
var, nə də sülənənə! Ya sən mənim başıma daş sal, ölüm, ya
da bir tikə çörək ver aparım evimə!
Elə bu zaman məscidin divarından qırmızı kərpic par-
çası düşür kişinin başına. Kişi üzüqoylu sərəvəzlənir yerə. Az
sonra özünə gəlib baş-gözünün qanını silə-silə yenə üzünü gö-
yə tutub deyir:
– Allah, bir aydır səndən çörək istəyirəm, bir tikəsini də
vermirsən, bir dəfə başıma daş sal dedim, nə tez eşitdin?!..
217
Deyinə-deyinə qamətini düzəldib, çıxıb gedəndə ayağı
ilişir döşəməyə sərilmiş xalçanın qırağına. Səntirləyib təzədən
üzüqoylu yıxılır yerə. Bu dəfə üzünü göyə tutub hündürdən
acıqlanır ki:
– Ə yekə kişisən, çörək vermirsən, vermə! Başıma daş
salıbsan, hələ bir üstəlik itələyirsən də... İtələmə, gedirəm də...
Alagöz əhvalatı
Nəql edirlər, mollaobalı Sahib Mahmudov kənd toyunda
“Segah” oxuyurmuş. Qarşı tərəfdən, toyxana çadırının deşi-
yindən bir göz kirpik çalmadan heyranlıqla xanəndəyə tamaşa
edirmiş. Bu baxışdan kişinin təbi çuşə gəlir, peşəsi sürücü ol-
sa da bildiyi qəzəlləri, xalq mahnılarını bu toyda daha məha-
rətlə ifa edir. Ən çox da dostu Əlimərdanın qəzəllərini oxu-
yur, “Alagöz”, “Şəhla göz” “Şahanə gözlər” ifadələri ilə zən-
gin nə qədər gözəlləmə var, yağdırır qaynar nöqtəyə – çadırın
deşiyindən boylanan baxışların “sahibəsinə”. Oxuya-oxuya
fikir verir ki, zalımın qızı hər kimdirsə, heç yerindən də qımıl-
danmır. Qərəz, xanəndəyə alagöz gözəli görmək marağı güc
gəlir. “Gözlərinə quzu kəsim, ay ala göz!”– deyib təsnifə xi-
tam verir. Sonra çalğıçılara:
– Əyə, siz bir oyun havası çalın, mən də çıxım, bir ha-
vamı dəyişim.
O vaxtlar kişi məclislərini qadınlar-qızlar toy çadrının
arxasından seyr edərdilər. Sahib özünü verir “Alagöz” səmtə.
Görür ki, həmin yer tövlədi, axura bağlanmış bir buzov dartı-
na-dartına başını söykəyib çadıra, gözünü də həmin deşikdən
zilləyib içəri... Gördüyü mənzərəyə özü qəşş eləyir. Rəhmət-
lik xanəndənin “Alagöz əhvalatı” belə sona çatır.
Dostları ilə paylaş: |