246
7. YAXIN KEÇMİŞLƏ BAĞLI ƏHVALATLAR
Deməli, çox məşhur məhlədir Qala məhləsi. Dediyim o,
yəni babamın qayınatası, nənəmin atası – ulu babam o dövrdə
elə hey hələ qədim dövrlərdə hansı illər ki, mən bilmirəm bu
Qala məhləsində yaşayb. Adı Mircavad Ağa olub. Mircavad
Ağa bu bölgənin bəyi olubdur, bu bölgəyə, bu kəndə rəhbərlik
edən Mircavad bəy. Nənəm Mircavad bəyin qızıdır. O dövr-
lərdə XVI əsrdə yaşayıbdır Şah İsmayıl Xətai. Şah İsmayıl Xə-
tai öz qoşunları ilə İrana gedəndə onlar gəliblər Mahmudavarda
Qala məhləsində istirahət ediblər. Qala nəyə görə deyilir ora.
Onlar tərəfindən səngər qazıblar o qoşun tərəfindən, hətta divar-
ları kərpiclə hörüblər. İndi o kərpiclər yoxdur. Onlar o vaxtı o
nəslin yəni o dövrdə yaşayan ulu babamın nəslinin məkanı
olubdur o yer. Deməli, o vaxtı onların bir başçısı olubdur da.
Onların gözəl bir qızı olubdur. Həddindən artıq gözəl
olubdur. Şah İsmayıl Xətai indi bilmirəm onun neçə xanımı
olubdur. Buda həmin xanıma vurulubdur. Biri var deyirlər 3-
cü xanımı qalalı olubdur, biri də var deyirlər 7-ci xanımı
qalalı olubdur. Yəni Şah İsmayıl Xətai burada onu kəbin edir.
O qədər qız gözəl olur ki, qızı Şah İsmayıl Xətaiyə qulluq et-
mək üçün gətirirlər meydana yanına və ona vurulur. Hətda
İrana gedəndə o xanımı qoymur axı onlar müharibəyə gedir-
lər. Deyir birdən əldən çıxar, nəsə olar. Yəni ki, hər şey ola
bilər. O xanımı özüylə götürür aparır. Orada qələbə qazandıq-
dan sonra xanımı gətirir özüynən aparır. Həmin o, xanım
mahmudavarlı qız olur. O, nəslin musiqiçilər nəslinin nüma-
yəndəsi olur. Yəni belə şeyləri nənəmdən eşitmişəm. Belə
şeylər olub biz bilmirik uşaqlar bilmirlər. Müasir dövrün
gəncləri bilmirlər. Bu qalalar məhəlləsi yəni onlardan qalıb.
247
* * *
Bu mənim əmim qızıdır. Bunların cahı-cəlalını görmü-
şəm. Fələk belə gətirdi. Xülasə, razılığ verdim gəldilər, mənə
dedilər ki, sən gəlginən camaat səni görsün. Neynən gəlim cı-
rığdı çuxam, yamağlı köynəyim. Əmim arvadı mənə dedi ki,
getməlisən. Dedim, ay bibi mənim əmim arvadın adı Ümni-
sədi dedim, axı mən ora neynən gedim. Paltarım yox, cibimdə
pul yox, bir şey aparam. Dedi əmin deyir ki, getməlidir. Deyir
qanundu. Gəldim köhnə yoldan aşağı düşürəm e ordan arx ge-
dir. Hava qaralıb gördüm. Mənim qaynanam var idi. Demək
istiyirəm bularında mən cahi – cəlalını görmüşəm. İndi gəlib
heç zad. Hava qaralıb qaynanam dedi, əlindəki nədir? Dedim
bax. Gəldik çayı nədə qaynadırdıq aftafada. Qara aftafada, ça-
yı nədə içirdik fincanda. Çaya nəyi atırdıq qəndi yandırırdıq.
Mən neçə dəfə demişəm ki, Allah hər şeyin yaxşısını bilir.
Kamil insan nə qədər səbir eləsə, asan olar. Səbri gərək ola.
* * *
Günlərin bir günündə mən oğlumnan gedirəm bazara.
Evdən çıxıncan bazara qədər mənə salam verdilər. Ağa, salam
əleykim. Uşağ day yığıldı bura. Kinoteatırın yanında dedi:
– Ata, bular sənə niyə salam verir e.
Dedim:
– Oğul, mən oların atalarına salam vermişəm dedi indi
mən olara salam verməliyəm ki, olarında evladları mənə sa-
lam versin.
Sonra dedi ki, ata, sən bu tərbiyəni kimnən almısan?
Dedim:
- Bala, hey yığışardılar həftənin birinci günü məsələn
bizdə idilər, ya bazar günü başladıq söhbət eləməyə mənə de-
248
dilər ki, məsələn Füzuli var e, Xırmandalıda pay atonnan in-
san necə qabiliyyətli olar insan necə tərbiyəli olar. Səhər du-
rurdum düşürdüm arxasıycan görüm bu Füzuli neynir. Gö-
rürdüm Füzuli salam verir, skamekada oturub böyüyü gələndə
durur ayağa belə-belə onun yaxşı xüsusiyyətlərini götürdüm.
Sonra deyirdilər ki, filankəsin oğlu çox tərbiyəsiz uşağdı. Dü-
şürdüm onun dalınca görürdüm o götürüb daş atır. Atam mən-
nən oturub dizbədiz demiyib bunu elə, bunu eləmə. Mən belə
götürmüşəm. Ata dedi məntiq vara burda uşağ idi, beşinci si-
nifdə oxuyurdu. İnsanı paltarnan qarşılayıb kəlləynən yola sa-
larlar. Gözünnən götürəsən yaxşını, pisdən vaz keçəsən. Ma-
sallı masal bəy deyirlər çox şeyə misal çəkirlər.
* * *
Babamgili sürgün eliyiblər. Məmmədəmin deyib ki, sən
o pulları ver mənə, mən qoyum bu toxunulmaz bang deyirlər.
Qoyum onu ora bir vaxt olar sənin nəsillərivə qismət olar. Qa-
yıtsan heç, qayıtmasan qoy pulun əllərə düşməsin. Sənin gələ-
cək nəsillərin qoy o puldan istifadə eləsin. Bu babam bu pulu
verir ona Məmmədəmində buna xəbər verir ki, pulu qoyub
toxunulmaz bangə. İndiyəcən o pul bizə çatmıyıb. O vaxt
bangdə bundan istifadə eliyirmiş axı. O pul batdı.
Mənim xalamgili sürgün eləmişdilər. O vaxtı xalamın
qızılları qalır burda. Məktəb var bu yanda orada paraxot daya-
nır. Nənəm götürür məni qucağına qızıllarıda tikir arxalığına
pramoy praxota, minir praxota. Pramoy Astarxana gedir. Nə-
nəm orada qızılları verir gəlir. Bizim bu kənd bular hamısı
dəniz olub. İndi-indi açığlığ olub.
249
* * *
Kişi danışırdı ki, on iki on beş yaşı olub. Deyir gəldilər
siyahı tutdular. Məscidin böründə kommunist partiyasına ya-
zılardığ. Böyük axund yazıldı, kiçik axund yazıldı. Deyir
gəldilər mənim Ağama dedilər, Ağa səndə yazıl. Dedi mən
yazılmıram və bir dənə Allahın partiyasının üzvüyəm. Nə qə-
dər elədi yoldaşlar yazıl yazılmadı. Gəldim soruşdum ay Ağa
neyçündü, dedi ay bala, dünya dəyişəndən sonra o, partiya
ona qalıb. Gələndən sonra hamısını bir dənə-bir dənə dən-
niyirlər. Tuturlar. O kişi də çox təmiz kişi olub.
* * *
Qağam deyərdi, mən oğruyam, amma baxır nətəri oğru.
Mən omrü boyu kiminsə gedib mal heyvanını oğurruyam, ya
birinin toyuğunu gətirəm uşaxlarıma yedizdirəm omrü boyu
belə şey eləməmişəm. Mən qumaroyniyan olmuşam. Qağamın
yaxşı qardaşdarı olub eeee. Bi qardaşı ölüncən kənd soveti
işdiyib, bi qardaşı kolxoz sədri olub, bi dənə bu qumarbaz idi.
Həm də dələğayı idi. Qumara uduzurmuş. Bi rəhmətdik Abi
kolxoz sədri bunnan yaxın dost olub. Qumara bir yerdə gedil-
lərmiş. Qumar oynıyannar da Səlyandan gəlirlərmiş. Səlyannan
2-3 nəfər gəlib birda qumar oynuyurlarmış, bular udduğunda
dermişdər biz pul istəmirik, bizə cəltik, buğda verin aparağ.
Uduzanda qağam dururmuş ayağa, kolxoz sədri belə göz
eleermiş ki, yəni dimmə. 3-4 dənə siyəzi götür get. Gedirdim
deer ambarın taxtasını cıxardardım, doldurardım, ağzın bağlar-
dım, atardım ciynimə, aparıb atdım o səlyannının arabasına,
sağ ol-sağ ol. Götürüb cıxıb gedərdilər. Mınnan da bitərdi.
Amma and icərdi ki, mən 1 kilo bi adamın bi şeyini
oğurramamışam. Özu də cox quvvalı olub eee qağam. Sarı
Dostları ilə paylaş: |