250
Süleymannan güləşib. Sarı Süleyman özü qağamı şagird gö-
türürmüş ozünə. Deyib gəl mənnən işdə, qağam deyib yox.
Qumarı qoyub gedərdi heç. Ancax düzgün adam idi. Cox düz
danışan olub. Oturardı məsəl evdə, biri vırıb birini öldürüb
qan düşüb, ya məsəl hayatınnan tiryək, xaşxaş tapıblar. Du-
rardı gedərdi 3-4 il iş veriləcək də filankəsə işi bağlıyardı gə-
lərdi. Bir kəlməsiynən davalılar barışardı. Girdiyi qapıda sülh
kəsərdi. Belə kişi idi. Qocu idi də.
Cox namıssı qiryətdi idi. Muharibə vaxtı qağam qa-
cağtutan olub. At veriblər, belinə qatar, beşacılan, tufəng ve-
riblər. Veriblər bi qacağları tuturmuş, muharibədən qacıb giz-
dənənnəri tuturmuş verirmiş təhvil. 3-nü deer tutdum təhvil
verdim bi dənə orden deer vurdular burama. Deer, bi at ve-
riblər mənə qara atdi vallah at deer əlləri üssə qalxır. Biri də
deer ailəsinin az qalıbmış doğmağına, gəldim deer bını güdə-
güdə gördüm deer bı evdədi. Gəldim yavaşca qapını açdım
girdim icəri. Deer dik qalxdı ayağa. Arvadı yaylığını açdı atdı
ayağımın altına kı, sən gəl mənim ailəmi aparma. 3-4 günə
azad olacam. Mənim onnan başqa hec kimim yoxdu. Yetim
adamam. Mən bına gümannıyam. Baxdım baxdım deer, de-
dim insandı dana. Əgər bı gedərsə vətəni qorumağa elə bu da
vətəninin adamıdı də. Deer, dedim mən səni ələ vermərəm.
Amma biz 2 yoldaşıq o da mənnəndi. Adı Mirzədi.
Nəisə üssünnən 4-5 gün kecdi səhər-səhərdi, atı minmi-
şəm. Hələ hava tam işıxlaşmıyıb. Gedirəm deer. Yer də deer əl
naziklikdə buzdu. Atı sürdüm bizdə cay var Adıgözəldi adı.
Helə ora az qalmışdım, gördüm bi dənə atlı qabağında bi arvad
gətirir. Arvad da buracağ tumanının ətəyini, tutub əlində gəlir.
Yer buz, deməynən 3-cə gündü azad olubmuş. Mən də deer
ayrı yerə getmişəm qacağ tutmağa. Bılardan xəbərim yoxdu.
251
Hə bi də gördüm atın qabağında Mirzə. Ayə, bu nədi dedim.
Ağlım başımnan çıxdı. Ayə, bı nağayrır? Gəl ha gəl, gəl ha gəl
gördüm əəəəə bu həmin qadındı. Suyu keçdim. Dedim, əəəə,
bu kişilikdəndi? Bu arvadı neynirsən, sənə deyiblər kişini tut,
bu arvadı neynirsən. Deer, dedi əmi belə başaa dönüm, ayağıın
altında ölum sən də məni bağışda 3 gündü azad olmuşam.
Dedim:
– Ə, sən nə təhər adamsan.
Bunu deer hərbələdim. Qolumun pencəyini belə elədim
ki, əli əlimə dəymısin. Bala Allahın da yanında üzüm ağdı
bəndənin də, pencəyimi belə elədim, dedim bala yapış mənim
əlimnən. Yapışdı burdan deer götdüm atdım atın tərkinə. Ata
bi qırmanc, aman çəkmədi ki, hazır olduğ bunnarın hayatında.
Hey deyərdi bala o uşaxların səsi mənim qulağımnan getmir.
Biri 3 yaşında, biri 2 gündü doğulub. İkisi də nətəri ağlaşır,
mələşir. Uşağın səsi beynimə girdi.
Dedim:
– Tfuuu nəhlət olsun sənə, sən nə yava adamsan.
Bala düş atdan, bıni düşürtdüm.
Mirzə bunu görndə:
– Paşa səni tutduracam dedi.
Getdim deer Masallıya rayona, gördüm ordadı. Gördüm
oturub mənnən döşüyur. Mən əhvalatı olduğu kimi də danış-
dım böyükümüzə. Danışan kimi kişi qalxdı yerinnən hax-tfuu
üzünə. Hec ölürsən? O nədi, əəəə, 2 körpənin sən anasını gəti-
rirsən mənə təhvil verməyə, salaq türməyə o 2 körpəyə kim
baxacaq?
Nəisə qacaxlardan 2-ni tutdum verdim, bunu isə ələ
vermirəm. Deer, dedim səni ələ vermirəm ailəvi, uşağıvı sax-
la. İnan deer, az qalır uzana ayağımın altına. Belə oldu ki, o
252
Mirzə gedir deer ki, Paşa qacaxları görür tutmur. Deer, dedim
ayə mən 4 qacax tutmuşam sən hec bir dənə də tutmamısan.
Deer, yox mən tuta bilmirəm, sən qacırdırsan. Nə isə ikimizi
də tutdular. İkimizə də iş verdilər. 6 il ona verdilər, 5 il mənə.
Getdik türməyə. O orda öldü. Mən isə qayıtdım.
Qağam rəhmətdik öləndə də onnan 1 gün qabaq gedib
bazara. Bazarın icində də hamam var idi. Orda yuyunardı.
Təmizkar idi. Həm də yaraşıqlı idi. Hə gedib hamamda yuyu-
nub gəlib qatığ alıb, deyib arvad bunnan doğa bişirərsən, ar-
vad da səhər durub doğa bişirib. Balığ bişirib. Məscidə də
gedib namazını qılıb, surfanu səriblər, hamı gəlib, gəlin, oğul,
hami oturub yeyiblər günorta. Deyib:
– Hə, arvad hərif haxlıyıb məni. Dur məəm yerimi sal.
Sən görmürsən, mən görürəm. Dur mənim yerimi sal. Arvad
deeb, əşi, özüü itiribsən nədi, deeb sora Molla Yusifi çağır,
uşaxları yığıb yanıma.
Arvad heç bilmiyib kimə deyə. Deer, həmişəki kimi bu-
nun yerini beləsinə saldım, belə baxdı deer gülümsədi. Deer,
dedi arvad dünya görübsən, sən tək, mən də ölü bu yeri kim
döndərəcək? Mən ağzı qibləyə ölüm də, tərsiyə yox. Arvad
deer məəttəl qaldım. Bunun yerin döndərdim üzü qibləyə. So-
yundu, adicə ağ dizzig, ağ köynək geyindi, girdi yerə. Dedi,
molla Yusifi çağır. Çıxdim çölə uşax tapıb molla Yusifə yol-
luyum. Gördüm bıy molla Yusif yolnan gedir. Çağırdım, a ba-
la, sən Allah bura gəl, əminin kefi yoxdu. Gəldi. Kişi dedi,
mənə yasin oxu. Molla dedi, əşi, sən də nə var e, dedi oxu sən
görmürsən, mən görrəm bıdə mənnən üzbəüz dayanıb. Ay
əmi, nədi? Sən görmürsən o hərifi. Yasinin birini oxudu. Əlini
deer, bele eledi ki, birini də oxu. Birini də oxuyanda yarıya
çatmışdı ki, kişi öldü.
Dostları ilə paylaş: |