238
Bunu iki variantda deyirlər. Bir variantı belədir ki, rəhmətlik
Yadulla kişi vardı, arvad gedir Yadulla kişinin yanına ki, bəs
ölənlərimə bir yasin oxu. Gedəndə də evdən, o vaxt doğru-
danda pul az işlək idi, beş yumurta götürür evdən gedəndə,
beş yumurta da bir yasin üçün bir az aşağı qiymətdi axı.
Kişi də məcburiyyət qarşısında qalır oxuyur yasini. Ar-
vad da gedir, xüdafizləşirlər. Üstündən bir-iki saat keçmiş,
görürlər pələtlərdə oturub söhbətləşirlər, dokqaz diyək, pələt
diyək. Genə oturub söhbət edəndə, Ağalı kişi oxumağı bilirdi,
məlumdu dərin savad sahibi deyildi, ama, oxumağı bilirdi.
Yadulla kişidən soruşur ki, aravad sizdən gedir nə işdi?
Deyir:
– Bəs belə-belə gəlmişdi ki, yasin oxutmağa.
Deyir:
– Oxudun?
Deyir:
– Əşi, vallah pulu-zadı yox idi, pul-zad gətirməmişdi,
beş dənə yumurta gətirmişdi. Elə o yumurtalara görə oxudum.
Ağalı kişi bunnan tutaşır ki, sən niyə belə eliyibsən? Beş
yumurtaya da yasin oxuyarlar?! Sən yasini nə ucuz eliyib-
sən?! Belə eləmə, düz eləmiyibsən, sən səhv eliyibsən. Çox
mübahisədən sora, Yadulla kişi deyir:
– Ə, nə yapışıbsan mənim yaxamnan, o, mənə beş yu-
murta verdi, məndə ona beş yumurtalıq yasin oxumuşam. Ba-
halı bir yasin oxumamışam. Elə qiymətinə uyğun oxumuşam.
Yol böyüyündür
Yazın pöhrə götürən vaxtı olub, Allah rəhmət eləsin,
atam və onun doğmaca əmisi oğlu var idi. Atam Müfti kişi,
239
əmisi oğlu Zöhrab kişi qonşu Təkdam kəndində, o dövrün məş-
hur ustası, həqiqətən məşhur usta olub, Əli kişi təxminən de-
yirlər otuzuncu illərin ən məhşur ustası olub olara getməli
olurlar. Deyilənə görə, köhnə rayspalkom binasını da Əli kişi
tikmişdi. Bir balaca qohumluğumuz da var. Nəsə o, bir gün
xəstələnir. Elə olur ki, atamla əmisi oğlu üz tutur İstillik deyi-
lən yerə. İstilə bəzən çandığ da deyirlər. Yol olmur, yəqin
müəyyən vaxt keçəndən sora, o bitkilər balaca solandan sora,
bu İstillik üstündən cığır yaranarmış. Elə vaxtmış ki, hələ cığır
yaranmıyıbmış, həmin o yerə gəlib çatırlar ki, addımbaadım
getməy lazım olur. Belə olur ki, yaş böyüklüyünə hörmət kimi
kiçik əmi oğlu böyüy əmi oğluya deyir ki, buyur qabağa geç. O
diyir get, bu deyir get. Sora böyük əmi oğlu deyir:
- Ay Zöhrab, lazım olan yerdə heç böyüyə yol verməyi
gözləmirsən?! İndi nə məni əzizləyirsən?! Sən burdan cəngəl-
liyə salırsan məni ki, yaşda böyüksən, cəngəlliyi mən aça-aça
gedim, sən də mənim dalımca gələsən. Hələ elə ola bilsin ki,
ilandan-zaddan da məni vursun.
Məcidin küsməyi
Məcidin küsməyindən də deyirlər. Molla Məcid olur
bizim kənddə, gətirirlər bunun qabağına süd yeməyi qoyurlar.
Deyir:
- Bu hansı inəyin südüdü?
- Deyirlər:
- Həyətdəki o inəyin südüdü də.
- Bəs o, inək harda otduyub?
Deyirlər, qonşunun bağına girib otduyub.
240
Onnan da səhəri veşin-vüşün nəyi var, palın-paltarların
götürüb çıxıb gedir Təbrizə. Deyir:
– Mən haram otdan yeyib südü sağılan, onnan da yemək
hazırlanan vilayətdə yaşamaram!
Qırx gün gecikibsən
Qurban olduğumdan biri təzə uşağı olmuş bi adama
deyir ki:
– Sən uşağına təlim-tərbiyə verirsən?
Deyir:
– Hə, bu gün başladım.
Deyir:
– Haçağ uşağ anadan olub?
Deyir:
– Qırx gündü.
Deyir:
– Sən 40 gün gecikibsən.
Mənim uşaqlarımı belə şeylərə öyrətməyin
Muşteyid həddinnən artıq savadlı adam olub. Onu birax-
meeblər İraqdan bıra gəlməyə saxleeblar orda. İndi bizdə şı-
fahi söhbətlərə görə, onun fiqh elmi haqqındakı əsərləri Sank-
Peterburqda dərslik kimi istifadə olunub. Elə mükəmməl
adam olub. Məsələn, onun toxnəfsliliyi haqqinda bi söz de-
yim. Bı adam çox ciddi ehtiyac içində yaşamışdır. Lakin onun
evinə bırdan gedənnər onçün hədiyyə aparıblar qəbul etmiyib
hec birini. Hətta belə bi rəvayət deyillər ki, bir dəfə zəvvar
olur gedillər bının evinə. Gedəndə özləriynən çörəy alıllar,
241
pendir alillar, o vaxtı yemiş varmış, yemiş alıllar, qənd, çay,
dügi zad alıllar ki, da bı pıl zad almır qoy mını aparağ. Apa-
rıllar, bı biyaz evə gec gəlir. Elə olur ki, verillər xanımına.
Kişi gəlir evə qonağlarnan görüşür, bəli eldən gəlibsüz
filan xoş gəlibsüz. Söz söhbətdən sora deer sürfə gətirün, sürfə
gətirənnən sora görür sürfədə yemiş, pendir, cörəy, qənd, çay a
bizim evdə bə yoxdı axı hardan oldı? Qonağlar görür ki, bı kişi
durdu keşdi o gözə arvadnan ərəb dilində nə isə danışdı.
Arvadı ərəb imiş də onda, uşağları da ərəbcə bilir. (Məsələn
oğlunun biri Qum şəhərində məllim işdiyir mədrəsədə, hərdən
gedib görüşürəm eliyirəm). Qonağlar elə bilir bi gavara bizim
gəlişimizə narazıdı yəqin nöş biraxıbsan, axı olarda belədi
bıraxmıllar evə, gərək kişi özü ola evdə. (Mənim başıma gəlib
o işdər orda.) Xüləse, bir azdan sora kişi gəlib oturub süfrədə.
Biyazzan sora arvad alahıdan sürfiyə lavaş, şor nələrsə gətirdi,
kişi başın salır aşağı deer, bismillah yeyin. Bı qayda belədi də
müsəlmançılığda ki, yeyənə baxmazzar. Bəli qutarannan sora
ilahi şükür. Deer ki, gəlübsüz xoş gəlibsüz, həməşə gəlün.
Qaldı mənim evimə belə şeyləri gətirmöün, gətirdiyiüz şeyləri
özüüznən aparun. Mənim uşağlarımı bına örgətmöün. Mənim
uşağlarım belə şeyə örgənmeeb. Olar elə lavaş, şor-zad
yeməynən dolanıb və mənim qazancım da helə o qədərdi.
Şeyx pişik alır
Bir gün küçədə gedirmiş bı görür ki, bir dəstə uşağ yı-
ğışıb bı su gölməçəsinin başına birda bir qişqiriğ, hay-küydü.
Gəlir catır görür ki, bi dənə pişiyi salıblar o gölməciyə, bı vı-
rır bi pişiy qaçır, o yana o vırır, pişiy qaçır bu yana, deer, ədə,
ədə, vırmoun nüş öldürürsüz o heyvanı? Görür ki, bu uşağlar
Dostları ilə paylaş: |