Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   25   26   27   28   29   30   31   32   ...   115

bundan əvvəl Arinqarosa öz inamının gələcəyi üçün narahatlıq keçirirdi. Bundan
sonra, Allahın köməyi ilə, hər şey başqa cür olacaq.
Müqəddəs intervensiya.
Əgər bu gün Parisdə hər şey plan üzrə getsə, onda tezliklə o – Arinqarosa, onu
xristian aləminin ən qüdrətli insanına çevirəcək şeyi əldə edəcək.
XXIII FƏSİL
Sofi «Mona Liza»nın saxlanıldığı kiçik Sal de Eta zalının hündür taxta qapılarının
qarşısında təngnəfəs halda dayandı. İçəri girməmişdən əvvəl ixtiyarsız olaraq iyirmi
yard aralıda procektorun işıqları altında döşənməyə uzanmış babasının cansız
cəsədinə tərəf baxdı.
Sofini günah hissi qarışıq kədər bürüdü. Son on il ərzində bu adam barışmaq
üçün dəfələrlə ona əlini uzatmışdı, amma o, bunu rədd etmişdi. Məktublar
açılmamış vəziyyətdə kamodun yeşiyində idilər – onun babası ilə görüşmək
istəməməsinin lal şahidləri. O, mənə yalan danışıb! O, məndən eyiblərini gizlədib!
Mən nə etməliydim? O, babasını öz həyatından çıxarmışdı. Tamam və birdəfəlik.
İndi budur, babası ölüb və onunla qəbirdən danışmağa cəhd edir.
«Mona Liza»…
Sofi ağır ikilaylı qapını itələdi. Qapı taybatay açıldı. O, bir neçə saniyə
hərəkətsiz halda astanada dayanıb, düzbucaqlı formasında olan kiçik zala baxdı.
İçəri tutqun qırmızımtıl işıqla işıqlandırılmışdı. Sal de Eta muzeydə olan çox az
dalanlardan biri idi və Böyük Qalereyanın ortasında yerləşən, hər tərəfdən qapalı
yeganə tikili idi. Qapı ilə üzbəüz divarda Bottiçellinin böyük əsəri asılmışdı. Onun
altında, parıldayan parket döşəməyə qoyulmuş səkkizguşəli divan sanki, çoxsaylı
tamaşaçıları Luvrun ən qiymətli eksponatına baxmazdan əvvəl oturub bir qədər
dincəlməyə çağırırdı.
Bu zaman Sofi anladı ki, mühüm bir detal çatışmır. Qara işıq. O yenə babasının
uzandığı yerə baxdı. Ətrafda polislərin istifadə etdiyi müxtəlif alətlər səpələnmişdi.
Əgər «Mona Liza» yerləşən zalda babası nəsə bir yazı yazıbsa, güman ki, bunu
xüsusi «görünməz» markörlə edib.
Sofi özünü toplayıb cinayət baş verən yerə tərəf addımladı. Babasına
baxmamağa çalışaraq, alətlər olan qutunu eşələdi və kiçik ultrabənövşəyi fənəri
tapdı. Onu sviterinin cibinə qoyub geriyə, Sal de Etanın taybatay açılmış qapılarına
tərəf tələsdi.


Və astanadan içəri keçmişdi ki, dəhlizdə addımda səsləri eşidildi. Səs
yaxınlaşırdı. Burda kimsə var! Elə bu an qırmızımtıl yarıqaranlıqda insan fiquru
göründü.
- Siz burdaymışsınız! – Robert Lenqdon xırıltılı səslə pıçıldadı.
- Robert, axı mən dedim ki, siz yubanmadan muzeydən getməlisiniz! Əgər
Faş…
- Siz harda idiniz?
- Fənərin dalınca getmişdim – o dedi və əlindəki fənəri göstərdi. – Əgər babam
mənə məlumat yazıbsa, onda…
- Qulaq asın, Sofi! – Lenqdon onun mavi gözlərinə baxdı. – Bu, P.S. hərfləri sizə
bir şey deyirmi? Bu hərflərin sizin üçün nəsə bir mənası varmı?
Sofi səslərinin bütün qalereyada əks-səda verməsindən ehtiyatlanaraq
Lenqdonun qolundan tutub kiçik zala çəkdi, sonra qapıları sakitcə örtdü.
- Axı, mən sizə bunu demişəm. Bu, Prinsessa Sofi sözünün baş hərfləridir.
- Hə, bilirəm, amma bu hərflərə başqa bir yerdə rast gəlməmisiniz ki? Bəlkə,
babanız bu hərflərdən daha nədəsə istifadə edirmiş? Məsələn, deyək ki,
monoqram şəklində?
Sual Sofini təəccübləndirdi. Robert bunu necə tapıb? Sofi doğrudan da bu
hərfləri monoqram şəklində görmüşdü. Bu onun doqquz yaşı tamam olan ərəfədə
baş vermişdi. O, babasından gizli olaaraq evi axtarmışdı ki, ona çatacaq hədiyyələri
tapsın. O vaxtdan Sofi gizli şeyləri sevmirdi. Maraqlıdır, babam bu dəfə mənə nə
hazırlayıb? O, şkafların və kamodların yeşiklərini ələk-vələk etmişdi. Bəlkə də,
mənim istədiyim gəlinciyi alıb? Əgər belədirsə, onu harda gizlədib?
Bütün evi axtardıqdan sonra, heç nə tapmayan Sofi toxunulmaz yerə –
babasının yataq otağına baş çəkdi. Özünə ürək-dirək verib, qapını sakitcə açdı və
otağa girdi. Bura girmək ona qəti surətdə qadağan edilmişdi, amma babası bu vaxt
aşağıda, qonaq otağındakı divanda yatırdı.
Yalnız bircə dəfə baxım – vəssalam!
Oğru-oğrun böyük şkafa yaxınlaaşan Sofi paltar yığılmış rəfləri axtardı. Heç nə
yoxdur. Sonra çarpayının altına baxdı. Yenə heç bir şey yoxdur. Büroya yaxınlaşıb
qutuları növbə ilə çəkib baxdı. Əgər nəsə gizlədibsə, onda burdadır! Amma
sonuncu, ən aşağıdakı qutuda gəlinciyə oxşar nəsə yox idi. Axırıncı qutuda qara
paltar qoyulmuşdu. Sofi babasının bunu geydiyini heç vaxt görməmişdi. Paltarı
kənara itələdi və birdən qutunun küncündə nəsə parıldadı. Qızıl! Əvvəlcə ona elə
gəldi ki, bu, zəncirli cib saatıdır. Amma babası heç vaxt belə saat taxmırdı. Və
birdən Sofi bunun nə olduğunu anladı, ürəyi möhkəmcə döyündü.
Boyunbağı!
Sofi onu ehtiyatla qutudan çıxardı. Və gördü ki, onun bir ucundan brilyantlarla
bəzədilmiş qızıl açar asılıb. O, əvvəllər belə açardan heç yerdə görməmişdi. Açarlar
adətən yastı və qıraqları çıxıntılı olur. Bu isə üçbucaq formada eninə kəsiyi olan
silindrik formalı açar idi və üstü xırda çökəklərlə dolu idi. Ucunda isə qeyri-adi, hər


tərəfi bərabər olan və «plyus» işarəsinə oxşayan xaç vardı. Xaçın düz ortasında
qəribə bir simvol vardı: bir-birinə dolaşan çiçəyə oxşayan iki hərf.
- P.S. – o, diqqətlə baxaraq pıçıldadı. Bu nə deməkdir?
- Sofi! – babası onu çağırdı. O, qapıda durmuşdu.
Sofi diksinərək çevrildi və açarı əlindən yerə saldı. Açar cingiltiylə döşəməyə
düşdü. Sofi babasına baxmağa cürət etmirdi.
- Mən… mən ad günümə alınmış hədiyyəni axtarırdım, - Sofi etdiyi hərəkətin
yaxşı olmadığını anlayaraq dedi.
Babası qapıda dayanıb susurdu. Sonra qəmgin-qəmgin ah çəkib:
- Açarı qaldır, Sofi. – dedi.
O, babasının dediyinə əməl etdi.
- Sofi, başqa insanların özəl həyatlarına hörmət etmək lazımdır. – Babası onun
bərabərində əyildi və ehtiyatla onun əlindəki açarı aldı. – Bu sadə açar deyil. Əgər
sən onu itirsəydin…
Babasının sakit səsindən Sofi özünü daha da pis hiss etdi. Babası ona
acıqlansaydı, daha yaxşı olardı.
- Bağışla məni, baba. Mən çox utanıram. – O susub yenidən dilləndi: - Mən
sadəcə düşündüm ki, boyunbağı – ad günümə hədiyyədir.
O, bir neçə saniyə Sofiyə baxdı.
- Yenə təkrar edirəm, Sofi, çünki bu çox mühümdür. İnsan başqalarının özəl
həyatına hörmət etməlidir. Sən bunu yaxşıca öyrənməlisən.
- Bəli, baba.
- Bu haqda sonra danışarıq. İndi isə bağda gülləri sulamaq lazımdır.
Və Sofi tapşırığı yerinə yetirməyə tələsdi.
Səhəri gün o, babasından hədiyyə almadı. O, dünənki hərəkətindən sonra
buna heç ümid də etmirdi. Bütün gün ərzində babası ona yaxınlaşmadı, hətta ad
gününü də təbrik etmədi. Sofi qəmgin olub yatmağa getdi. Çarpayıya uzandıqda
birdən balışın üstündə açıqca gördü. Sözü də sadə yox! Tapmaca yazılmış açıqca. O
gülümsədi. Mən bilirəm, bu nədir! Babam, Milad bayramının səhəri də belə
etmişdi.
Oyun! «Sərvəti tapmalı» adlanır!
Sofi tapmacanı tezliklə həll etdi. Cavab onu evin başqa tərəfinə apardı. Burda
o, daha bir tapmaca yazılmış açıqca tapdı. Bunu da həll edib üçüncü açıqcanı
axtarmağa başladı. Beləliklə o, bütün ev boyu gəzib bir-bir tapmacaları həll etdi və
nəhayət, axtarışlar onu yenidən yataq otağına gətirdi. Sofi cəld pilləkənlərlə qalxıb,
otağa girdi və birdən dayandı. Otağın ortasında əl yerinə bant vurulmuş qırmızı
rəngli velosiped vardı. Sofinin heyrətdən ağzı açıla qaldı.
- Bilirəm, sən gəlincik istəyirdin, - babası dedi. O küncdə dayanıb gülümsəyirdi.
– amma mən düşündüm ki, bu sənin daha çox xoşuna gələcək.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə