Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   22   23   24   25   26   27   28   29   ...   115

evlərinin qapısına gül səbəti qoyurlar). Bahar bayramı… Öz gözəlliyini göstərmək
üçün Təbiət yenidən canlanır. Sehrli, mistik «İlahi proporsiya» bizə qədim
zamanlardan miras qalıb. İnsan sadəcə Təbiətin qanunları ilə yaşayır, ona görə də
incəsənət – Allahın yaratdığı gözəlliyin insan tərəfindən imitasiya edilməsi
cəhdidir. Deməli, məşğələlərimiz zamanı «İlahi proporsiya»nın incəsənətdə istifadə
olunmasına çoxlu nümunələr görsək, təəccüblənməyin.
Sonrakı yarım saat ərzində Lenqdon, da Vinçinin, Albrext Dürerin,
Mikelancelonun və digər rəssamların əsərlərinin slaydlarını tələbələrə göstərir və
sübut edir ki, onların hər biri öz kompozisiyalarını yaradarkən «İlahi proporsiya»ya
ciddi əməl ediblər. Lenqdon, bu sehrli ədədin memarlıqda da, yunan
Parfenonunun, Misir piramidalarının, hətta BMT-nin Nyu-Yorkdakı binasının
quruluşundakı mövcudluğunu nümayiş etdirir. PHİ – Mosart sonatalarının,
Bethovenin 5-ci simfoniyasının, həmçinin Bartolun, Debüssinin və Şubertin
əsərlərinin strukturunda da mövcuddur. Lenqdon onlara deyir ki, PHİ ədədindən
Stradivari də öz unikal skripkasını düzəldərkən istifadə edib.
- Yekunda, - Lenqdon deyir və lövhəyə yaxınlaşır, - yenə də simvollara
qayıdaq… - Təbaşiri götürür və beşguşəli ulduz çəkir. – Bu simvol, sizin bu semestr
tanış olacağınız ən qüdrətli obrazlardan biridir. Bunun adı pentaqramdır. Qədimdə
onu pentakl adlandırırdılar. Əsrlər boyu bir çox mədəniyyətlərdə bu simvol eyni
zamanda ilahi və sehrli hesab edilib. Kim deyə bilər, nə üçün?
Riyaziyyatçı Stetner əlini birinci qaldırır:
- Çünki, pentaqramı çəkərkən xətlər avtomatik olaraq «İlahi proporsiya»ya
uyğun gələn seqmentlərə bölünür.
Lenqdon başını tərpədir:
- Afərin. Bəli, beşguşəli ulduzda xətti seqmentlərin nisbəti həmişə PHİ ədədinə
bərabərdir. Onun üçün bu simvol «İlahi proporsiya»nın ən dolğun ifadəsidir. Məhz
bu səbəbdən beşguşəli ulduz həmişə kamillik və gözəllik simvolu olub, ilahə və
müqəddəs qadın başlanğıcı ilə assosiasiya təşkil etmişdir.
Auditoriyadakı bütün qızlar gülümsündü.
- Bir şey idə qeyd etmək istəyirəm. Bu gün biz Leonardo da Vinçidən az da olsa
bəhs etdik, amma semestr boyunca bu mövzuya kifayət qədər vaxt ayıracağıq.
Sübut edilmişdir ki, Leonardo da Vinçi qadın başlanğıcla bağlı olan qədim dinlərin
pərəstişkarı olub. Sabah, sizə onun «Sirli axşam yeməyi» adlı məşhur freskasını
göstərəcək və sübut etməyə çalışacağam ki, bu əsər, müqəddəs qadın başlanğıcına
pərəstişə ən maraqlı nümunələrdən biridir.
- Siz zarafat edirsiniz? – kiminsə səsi eşidilir. Şəxsən mən həmişə «Sirli axşam
yeməyi»nin İsa haqqında olduğunu hesab etmişəm.
Lenqdon hiyləgərcəsinə göz vurur:
- Siz heç təsəvvür edə bilməzsiniz ki, simvollar bəzən hansı yerlərdə gizlənir!
- Tez olun! – Sofi onu tələsdirdi. – Nə olub? Biz demək olar ki, çatmışıq.


Lenqdon xatirələrindən ayrıldı, başını qaldırıb gördü ki, dar və pis işıqlanmış
pilləkəndə dayanıb. Gözlənilməz kəşf onu həddən artıq çaşdırmışdı.
Div nar idol an od iç! O zalim an!
Sofi gözlərini ondan çəkmirdi.
Bu qədər sadə? Bu ola bilməz, Lenqdon düşündü.
Burda, Luvrun yarıqaranlıq pilləkən və keçidlərində, PHİ ədədi və Lenardo da
Vinçi haqqında düşünərkən, Lenqdon gözlənilmədən Sonyerin sirli ismarıcının
şifrəsini açmışdı.
- Div nar idol an od iç! O zalim an! – o, ucadan dedi. – Mən şifrəni açdım!
Bundan sadə bir şey yoxdur!
Sofi dayandı və təəccüblə ona baxdı. Şifrəni açıb? Bu sətirlərin üstündə o özü
bütün axşamı baş sındırsa da, kodu tapa bilməmişdi. Həm də ki, o, bunu heç də
sadə hesab etmirdi.
- Siz özünüz dediniz ki, - Lenqdon həyəcandan titrəyən səsilə dedi. – Fibonaççi
ardıcıllığı rəqəmlər müəyyən qaydada düzüldükdə məna kəsb edir. Başqa cürə bu –
sadəcə riyazi cəfəngiyyatdır.
Onun nə demək istədiyini Sofi anlamırdı. Fibonaççi ardıcıllığındakı ədədlər?
İndiyə qədər o, əmin idi ki, bu ədədlər kriptoqrafiya şöbəsini sadəcə işə cəlb etmək
üçün nəzərdə tutulub. Deməli, babamın məqsədi başqa imiş? O, cibindən kağızı
çıxarıb yenidən baxdı.
13-3-2-21-1-1-8-5
Div nar idol an od iç! O zalim an!
Bəs, bu ədədlər nədir?
- Təhrif olunmuş Fibonaççi silsiləsi – açardır, - Lenqdon kağızı onun əlindən
alaraq dedi. – Ədədlər ismarıcın qalan hissəsinin şifrəsini açmaq üçün işarədir. O,
qəsdən ardıcıllığı pozub. Bununla işarə edib ki, bu cür yanaşma mətnə də aiddir.
Div nar idol an od iç! O zalim an! Bu sətirlərin heç bir mənası yoxdur. Nizamsız
hərflər düzümüdür.
Sofi Lenqdonun nə düşündüyünü ani olaraq tutdu.
- Siz hesab edirsiniz ki, bu ismarıc… anaqramdır? – O, düz Lenqdonun
gözlərinin içinə baxdı. – Hərfləri qəzetdən kəsilmiş məktub kimi?
Lenqdon Sofinin bədbinliyini hiss edir və başa düşürdü ki, bu nə ilə
əlaqədardır. Yalnız çox az insanlara məlumdur ki, bir vaxtlar əyləncə kimi dəbdə
olan anaqramlar zəngin tarixə malikdir və simvolizmlə əlaqədardır.
Mistik təlim olan kabbala məhz anaqramlara əsaslanırdı: qədim yəhudi
dilindəki sözlərdə hərflərin yerini dəyişir və yeni məna tapırdılar. İntibah dövrünün
fransız kralları anaqramların sehrli gücünə o qədər əmin idilər ki, hətta sarayda
xüsusi olaraq «kral anaqramistləri» vəzifəsini yaratmışdılar. Bu anaqramistlər
mühüm sənədlərdəki sözləri analiz edərək ən doğru qərarı tapmalıydılar. Romalılar
isə anaqramm təlimini are maqna adlandırırdılar.
Lenqdon Sofinin yaşıl gözlərinə baxdı.


- Babanızın yazdığı sözlərin mənası həmişə qarşımızda olub. O, bizə kifayət
qədər açar və işarə qoyub ki, bunu başa düşək.
Lenqdon bu sözləri deyə-deyə pencəyinin cibindən diyircəkli qələmi çıxarıb
sətirdəki hərflərin yerini dəyişdi. Div nar idol an od iç! O zalim an!
Və aşağıdakı sözlər alındı:
L(e)onardo da Vinçi! Mona Liza!
XXI FƏSİL
Mona Liza…
Pilləkəndə dayanmış Sofi təəccübündən donub qaldı, elə bil, Luvrdan tezliklə
qaçmaq lazım olduğunu unutmuşdu.
Tapmacanın sadəliyi onu heyrətə salmışdı. Axı, Sofi mürəkkəb kriptoqrafik
analizlər aparmağa öyrəşmiş təcrübəli mütəxəssis idi və sözlərlə primitiv oyunlar
onu az maraqlandırırdı. Amma görünür, maraqlanmaq lazım imiş. Axı o, özü də
uşaqlıqda, xüsusən ingiliscə olan anaqramlarla az məşğul olmamışdı.
Babası, onun ingiliscə düzgün yazması üçün anaqramlardan istifadə edirdi. Bir
dəfə o, «planet» sözünü yazmış və demişdi ki, bu sözdəki hərflərdən doxsan iki söz
düzəltmək olar. Və Sofi bu sözləri tapmaq üçün düz üç gün ingiliscə lüğəti əlindən
yerə qoymamışdı.
- Sadəcə, təsəvvür edə bilmirəm ki, - Lenqdon kağıza baxaraq dedi, - sizin
babanız ölümünə bir neçə dəqiqə qalmış bu qədər dəqiq anaqramı necə qura bilib.
Sofi bunu bilirdi. O xatırladı ki, incəsənətin və sözlərdən oyun düzəltməyin
həvəskarı olan babası, lap çoxdan məşhur əsərlərin adlarından anaqram tərtib
etməklə əylənirdi. Bu azmış kimi, Sofi hələ balaca qız olarkən, hətta bir anaqram
üzündən xoşagəlməz hadisə də baş vermişdi. Sonyer hansısa amerikan incəsənət
curnalına müsahibə vermişdi və «kubizm» adlı modernist hərəkata öz etirazını
bildirmək üçün Pikassonun «Les Demoiselles d’Avignon» şedevrini anaqramla
«Vile meaningless doodles» adlandırmışdı. («Les Demoiselles d’Avignon» -
«Avinyon qızları»; anaqram: «Vile meaningless doodles» - «Mənfur düşüncəsiz
boşboğazlar»). Bu heç də Pikassonun pərəstişkarlarının xoşuna gəlməmişdi.
- Ola bilər ki, babam Mona Lizanın anaqramını çoxdan tərtib edib, - Sofi dedi. –
Və həmin an bundan kod kimi istifadə etməyə məcbur olub.
O diksindi: elə bil ki, uzaqlardan babasının səsini eşitdi.
Leonardo da Vinçi!
Mona Liza!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə