Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   20   21   22   23   24   25   26   27   ...   115

onun üçün bir içim su qədər yüngül idi. Amma o, yalnız çıxılmaz vəziyyətdə gücdən
istifadə edəcəyinə and içmişdi. Bu qadın Tanrı məbədinin xidmətçisi idi, cəmiyyətin
bu kilsəni seçməsi və guşəli daşı burda gizlətməsi onun günahı deyildi. Başqalarının
gizlətdiyi günaha görə onu cəzalandırmaq lazım deyil.
- Bacı, mən doğrudan da, narahatam ki, sizi bu gecə vaxtı yuxudan ediblər.
- Eybi yoxdur. Axı, siz Parisdən gedəcəksiniz. Bizim kilsəni görməmək düz
olmaz. Sizin memarlıq yoxsa tarix sahəsinə marağınız var?
- Bacı, ümumiyyətlə, mənim bütün maraqlarım yalnız dini müstəvidədir.
O, mehribanca gülümsədi:
- Bu, təbii ki, belə də olmalıdır. Sadəcə ona görə soruşdum ki, ekskursiyanı
nədən başlayaq?
Saylas gözlərini mehrabdan çəkmirdi.
- Ekskursiya lazım deyil. Siz, onsuz da mənim üçün vaxtınızı itirmisiniz, bacı.
Sonrasına mən bir təhər özüm…
- Narahat olmayın. – o dedi. – Mən yerimdən qalxmışamsa…
Saylas dayandı. Onlar oturacaqların ön cərgəsinə çatdılar, mehraba on beş
yard qalmışdı. Saylas bütün bədəni ilə bəstəboy qadına tərəf çevrildi və onun
qırmızı gözlərinə baxan rahibənin necə diksindiyini gördü.
- Kobudluq etmək istəməzdim, bacı. Amma bilirsiniz, mən Allahın evində
ekskursiyadakı kimi gəzməyə alışmamışam. Ulu Yaradanımıza təklikdə dua
etməyimə etiraz etməzsiniz, yəqin ki…
- Hə, əlbəttə, - Sandrin bacı cavab verdi. – Mən arxa skamyaların birində
oturub gözləyərəm.
Saylas yumşaq, amma ağır əlini onun çiyninə qoyub dedi:
- Sizi yuxudan etdiyimə görə, onsuz da özümü günahkar hesab edirəm. Burda
qalıb məni gözləməyiniz artıqdı. Gedin yatın. Mənsə istədiyim kimi sizin kilsənizi
gəzərəm, sonra da çıxışı özüm taparam.
Rahibə narahat oldu:
- Siz əminsiniz ki, özünüzü tərk edilmiş kimi hiss etməyəcəksiniz?
Tamamilə əminəm. Bir də ki, dua etmək sevincdir, elə bir sevinc ki, bunu heç
kimlə bölmək lazım deyil.
- Özünüz bilərsiniz.
Saylas əlini onun çiynindən götürdü.
- Gecəniz xeyrə qalsın, bacı. Tanrı sizi qorusun.
- Sizi də. – Sandrin bacı pilləkənə tərəf addımladı. – Ancaq xahiş edirəm ki,
çıxanda qapıları möhkəm örtün.
- Mütləq. – Saylas onun pilləkənlərlə necə qalxdığına baxdı. Sonra çevrilib dizi
üstə çökdü və bədəninə batan çıxıntıların ağrısını hiss etdi.
Mənim mərhəmətli və qüdrətli Tanrım, bu gün görəcəyim işi Sənin naminə
edirəm…


Sandrin bacı mehrabdan yuxarıda durmuşdu və dizi üstə dayanmış, əynində
sutana olan rahibi qaranlıqda güdürdü. Onu bürümüş dəhşət – ona qaçmaq,
qaçmaq lazım olduğunu deyirdi. Bəlkə, bu sirli qonaq, - o düşündü, - haqqında
əvvəlcədən ona deyilmiş həmin o düşməndir? Bəlkə, uzun illər öncə içdiyi Andı
məhz bu gün yerinə yetirmək lazım gələcək. Amma hələlik o, burda, qaranlıqda
qalmağı və sirli qonağın hər bir addımını izləməyi qərara aldı.
XX FƏSİL
Arakəsmənin kölgəsindən çıxan Lenqdonla Sofi Böyük Qalereyanın boş dəhlizləri
ilə yanğın zamanı istifadə olunan pilləkənə tərəf getdilər.
Lenqdon addımlayır və eyni zamanda bir tapmaca barədə düşünürdü. Sirli
hadisələr düzümündə bu, yeni dönüş onu çox narahat edirdi. Məhkəmə polisinin
kapitanı qətli mənim boynuma yıxmağa çalışır. Nə üçün?
- Necə fikirləşirsiniz, - o dedi, - bəlkə döşəmədəki yazını Faş özü yazıb?
Sofi çevrilmədən:
- Yox, bu, ola bilməz, - dedi.
Lenqdon isə əmin deyildi.
- Axı o, dəridən qabıqdan çıxır ki, məni həbsxanaya salsın. Bəlkə o, mənim
adımı əlavə edib ki, buna bir dəlil olsun?
- Axı nə? Fibonaççi ardıcıllığı? Postskriptum? Da Vinçinin hoqqaları və
simvolizm? Yox, bunu ancaq mənim babam edə bilər.
Lenqdon anlayırdı: o, haqlıdır. Axı, tapmacanın açarı olan bütün bu rəmzlər,
təkcə bir əlin işinə oxşayır – beşguşəli ulduz, da Vinçinin məşhur rəsmi, ilahə
simvolu, hətta Fibonaççi ardıcıllığı. Simvolların ardıcıl dəsti, alimlər belə deyərdi.
Bütün bunlar bir-birilə sıx bağlıdır.
- Bir də, bu günkü zəng, - Sofi dedi. - Axı o, deyirdi ki, mənə çox mühüm olan
nəyisə danışmaq istəyir. Əminəm ki, Luvrun döşəməsindəki ismarıc – mənə çox
mühüm nəyisə çatdırmaq üçün babamın son cəhdidir. Məhz nəyi çatdırmaq
istəyirmiş – bunu tapmaq üçün yalnız siz mənə kömək edə bilərsiniz!
Lenqdon qaşlarını çatdı. Div nar idol an od iç! O zalim an! Yox, bu sətirlər onun
üçün tamam anlaşılmaz idi. O, bunların mənasını başa düşməkdə gücsüz idi,
bundan Sofinin və onun həyatı asılı olsa belə. Bu müəmmalı sözləri gördükdən
sonra keçən hər dəqiqədə hər şey daha da mürəkkəbləşirdi.
- Çıxış yaxındadır, - Sofi dedi.


- Siz necə düşünürsünüz, babanızın ismarıcındakı rəqəmlər – sətirlərin
mənasını açmaq üçün açar ola bilərmi? – Bir dəfə Lenqdon qədim əlyazmanı
araşdırarkən burdakı epiqrafın şifrələndiyini görmüşdü. Əlyazmada müəyyən
sətirlər sonrakı sətirlərin şifrəsini açmaq üçün kod idi.
- Mən bütün günü bu rəqəmlərin üstündə baş sındırdım. Cəm, bərabərlik,
törəmə. Heç nə alınmır! Riyazi nöqteyi-nəzərdən bu rəqəmlər necə gəldi seçilib.
Kriptoqrafik olaraq mənasız bir şeydir.
- Amma bu rəqəmlər, Fibonaççi ardıcıllığının bir hissəsidir, axı. Bu, adi təsadüf
ola bilməz.
- Bəli bu, təsadüf deyil. Fibonaççi ardıcıllığından istifadə etməklə, babam sanki,
siqnal ötürüb mənə. Hə, qalan yazılar da bir siqnaldır! Yazının ingiliscə yazılması,
bədənini mənim sevdiyim rəsmə oxşatması, beşgüşəli ulduz. Bütün bunlar mənim
diqqətimi cəlb etməkdən ötrüdür.
- Bəs, pentakl sizə nə deyir?
- Hə, bu haqda mən sizə danışa bilməmişdim. Beşguşəli ulduz hələ uşaq
vaxtdan mənimlə babam arasında xüsusi işarə olub. Biz kartla taro oynayırdıq,
mənim əsas kartım həmişə pentakl dəstindən olurdu. Əminəm, babam bu kartı
bilərəkdən mənə ötürürdü. O vaxtdan pentakl bizim aramızda xüsusi məna dayışır.
Lenqdon təəccübləndi. Onlar taro oynayırmışlar? Bu, orta əsrlərdən qalma
kart oyununda gizlicə olaraq o qədər bidətçi simvolları vardı ki, Lenqdon öz yeni
əlyazmasında hətta bu barədə bir başlıq da yazmışdı. İyirmi iki kartla oynanılan
oyunlar «Qadın-papa», «İmperatriçə» və «Ulduz» adlanırdı. Taro kartlar Kilsəyə
zidd olan və onun qadağan etdiyi dünyagörüşü gizlicə yaymaq üçün əvvəllər bir
vasitə kimi düşünülmüşdü. İndi kartların mistik xüsusiyyətlərindən əsasən
falabaxanlar istifadə edirdilər.
Taro kartlarında əsas dəst qadın başlanğıcının ilahi məğzini göstərmək üçün
istifadə olunurdu, Lenqdon düşündü. Yenə də hər şey beşguşəli ulduza gedib çıxır…
Onlar yanğın zamanı istifadə edilən pilləkənə gəlib çıxdılar və Sofi pilləkən
meydançasının qapısını ehtiyatla açdı. Bu dəfə siqnalizasiya işə düşmədi. Tmuzeyin
yalnız xarici qapıları siqnalizasiya ilə təchiz olunmuşdu. Onlar dar pilləkənlərlə
aşağı düşməyə başladılar.
- Sizin babanız, - Lenqdon dedi, - beşguşəli ulduz haqqında danışanda,
təsadüfən İlahəyə pərəstiş yaxud Katolik kilsəsinin qadağanları barədə bir söz
demirdi ki?
Sofi başını buladı:
- Məni başqa bir şey daha çox maraqlandırırdı. «İlahi tənasüblər» riyaziyyatı,
PHİ ədədi, Fibonaççi ardıcıllığı və sair.
Lenqdon təəccübləndi:
- Babanız sizə izah etdimi ki, PHİ ədədi nədir?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə