Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   16   17   18   19   20   21   22   23   ...   115

XIV FƏSİL
- Lenqdon hardadır? – Faş kabinetə girib soruşdu və siqaretindən yaxşı bir qullab
götürdü.
- Hələ də tualetdədir, ser, - leytenant Kolle ekrana baxıb dedi.
- Batqına düşüb ki… - Faş mızıldadı.
Əmin olmaq üçün Kollenin çiyinləri üstündən monitora baxdı. Qırmızı nöqtə
yerindəydi və yanıb-sönürdü. Faş Lenqdonun orada nə etdiyini gedib yoxlamaq
istəyini güclə boğdu. Ümumiyyətlə, izləmə obyektinə hərəkətlərində maksimum
sərbəstlik vermək yaxşıdır ki, onda şübhə oyanmasın. Lenqdon öz istəyi ilə geri
qayıtmalıdır. Amma artıq on dəqiqə keçib.
Çox uzun vaxtdır.
- O bəlkə, izlənildiyini bilib? – Faş soruşdu.
Kolle başını buladı:
- Çətin. Tualetdə kiçik yerdəyişmələr müşahidə olunur, deməli cihaz hələ onun
üstündədir. Əgər o, cihazı tapsaydı, onu atar və qaçmağa çalışardı.
Faş qol saatına baxdı:
- Çox gözəl. Onda gözləyək.
Amma şübhələr onu boğurdu. Bu axşam Kolle hiss etmişdi ki, kapitan çox
gərgindir. Bus ə onun xasiyyətinə uyğun deyil. Adətən soyuqqanlı və səbrli olan
Faş, bu gün çox emosional idi. Deyəsən, onun üçün bui şin xüsusi əhəmiyyəti vardı.
Bu təəccüblü deyil, Kolle fikirləşdi. Şübhəli şəxsi həbs etmək Faşa hava və su
kimi lazımdır. Bu yaxınlarda Nazirlər Kabineti və kütləvi informasiya vasitələri Faşın
aqressiv taktikasını, bəzi xarici ölkələrin səfirlikləri ilə onun daimi toqquşmasını,
onun idarəsinin yeni texnologiyaya xeyli vəsait xərcləməsini kəskin tənqid
etmişdilər. Bu gün ən yeni texnologiyaların köməyi ilə amerikalının həbs olunması
bu tənqidçilərin ağzını uzun müddət yumardı. Və bu, Faşa bir neçə il də öz işi ilə
məşğul olmağa kömək edər, sonra isə şərəflə istefaya çıxar və çox yüksək
məbləğdə təqaüd alardı. Bu yüksək təqaüd ona çox lazım idi, Kolle düşündü.
Şayiələrə görə, Faş bir neçə il bundan qabaq varını-yoxunu yeni texnologiyaların
inkişafı ilə məşğul olan bir şirkətə sərmayə qoymuş, amma qəpiyinə qədər itirmiş,
müflis olmuşdu. Faşsa yaxşı yaşamağı arzulayanlardan biri idi.
Eybi yox, onların hələ vaxtı var. Doğrudur, Nevenin müdaxiləsi bir az maneçilik
törətmişdi, amma bunlar xırda şeylərdir. İndi o gedib, Faş isə əsas kartını hələ
oynamayıb. Hələ Lenqdona deməyib ki, onun adı döşəmədə, cəsədin yanında
yazılıb. P.S.Robert Lenqdonu tapmalı. Bu dəlili ona göstərəndə, amerikalının
reaksiyasının necə olacağını təsəvvür etmək olar.


- Kapitan! – agentlərdən biri Faşı çağırdı. – Düşünürəm ki, siz bu zəngə cavab
versəniz yaxşı olar. – o, əlində telefon dəstəyini tutmuşdu və sifəti həyəcandan
ağarmışdı.
- Kimdir? – Faş soruşdu.
Agent üzünü turşutdu:
- Kriptoqrafiya şöbəsinin direktoru.
- Nə deyir?..
- Sofi Neveyə nəsə olub, ser.
XV FƏSİL
Vaxtdır.
Saylas qara «audi»dən düşdü, gecə küləyi onun rahat sutanasını şişirtmişdi.
Külək tez-tez istiqamətini dəyişirdi. Qarşısında duran məsələnin güc yox, acıl və
cəldlik tələb etdiyini bilirdi. Buna görə də, avtomatik tapançasını maşında qoydu.
On üç patronlu «pekler və kox» markalı tapançanı Ustad vermişdi ona.
Allah evində ölüm saçan silahın yeri yoxdur.
Bu, gecə vaxtı kilsənin qarşısındakı meydan boş idi, yalnız meydanın axırında
bir neçə tineycer gec qalmış turistlərə öz mallarını – keramikadan düzəldilmiş
suvenirləri nümayiş etdirirdi. Gənc qızların kövrək fiqurları Saylasa yaxşı tanış olan
həvəs hissini oyadırdı. Amma bu istək dərhal boğulurdu: bir ehtiyatsız hərəkət – və
ucluqlu sarğı dərhal onun belinə batıb ağrıdırdı. Həvəsi dərhal yoxa çıxırdı. Saylas
artıq on il idi ki, bütün istək və ləzzətlərdən özünü məhrum etmişdi, hətta
onanizmlə də məşğul olmurdu. «Yol»un qanunu belə idi. O bilirdi ki, «Opus Dei»
naminə çox şeydən imtina edib, amma bunun əvəzinə çox şey əldə edəcəyinə
əmin idi. Pəhriz müddətini gözləmək o qədər də çətin deyildi. O, hətta pəhriz
saxlamağına sevinirdi də! Bu, onun əvvəllər yaşadığı yoxsulluğun, həbsxanada əzab
çəkdiyi seksual canatmanın yanında çox yüngül sınaq idi.
Andorradakı dustaq həyatından sonra ilk dəfə Fransaya qayıdanda Saylas hiss
etdi ki, köhnə və dəhşətli xatirələrini canlandıran doğma torpaq onu yenidən
sınağa çəkir. Sən yenidən doğulmusan, o, öz-özünə dedi. Bu gün Tanrıya xidmət
günah işlətməyi, qətl törətməyi tələb edirsə, bunları etməlisən. Çünki bunları Allah
xatirinə edirsən və əvəzində mükafatlandırılacaqsan.
Sənin inamının ölçüsü – dözə biləcəyin ağrının miqdarı qədərdir. Ustadı belə
demişdi ona. Ağrının nə olduğunu Saylas yaxşı bilirdi və Ustadına sübut etmək
istəyirdi ki, Ali iradəni yerinə yetirməkdən onu heç nə saxlaya bilməz.


- Hago la obra de Dios (Mən Allahın buyruğunu yerinə yetirirəm – ispan.) –
Saylas pıçıldadı və kilsənin girişinə tərəf addımladı.
İri qapıların kölgəsində dayanıb dərindən nəfəs aldı. Onun nə etməli olduğunu
və onu içəridə nələrin gözlədiyini yalnız indii başa düşdü.
Guşəli daş. O, bizi məqsədimizə çatdıracaq.
Və ağappaq əlini qaldırıb qapını üç dəfə döydü.
Bir dəqiqə sonra rəzələrin cırıltısı eşidildi. Nəhəng qapı açıldı.
XVI FƏSİL
Maraqlıdır, - Sofi düşündü, - onun Luvrdan çıxmadığını Faşın anlaması üçün nə
qədər vaxt lazımdır? Lenqdon onun dediklərindən çox təsirlənmişdi və Sofi
professoru bura çağırıb ona informasiya verməklə növbəti dəfə düz hərəkət edib-
etmədiyindən şübhələnmişdi.
Axı mən, başqa nə edə bilərdim ki?
O, əlləri və ayaqları açılmış şəkildə, döşəməyə uzadılmış babasını xatırladı. Nə
vaxtsa o, Sofi üçün hər şey demək idi, amma bu gün, Sofi birdən anladı ki, bu
adamın ölümünə çox da təəssüflənmir. Cak Sonyer çoxdan onun üçün yadlaşmışdı.
Sofinin iyirmi iki yaşı olanda babası ilə münasibətləri pozulmuşdu və bu, bircə
saatın içində baş vermişdi. On il bundan əvvəl. Sofii, həmin mart axşamı,
gözlənildiyindən bir neçə gün əvvəl, oxuduğu universitetdən, İngiltərədən evə
qayıtmış və babasının etdiyi əməlin üstünə qəfil çıxmışdı. O, nə ilə məşğul idi… Sofi
bunu görməməli idi və kaş ki, heç vaxt görməyəydi. Bu səhnə indi də onun gözləri
qarşısından getmir.
Əgər öz gözləri ilə görməsəydi, heç zaman buna inanmazdı.
Hər şeyi çarəsizcə izah etməyə çalışan Sonyerin sözlərinə əhəmiyyət
vermədən, Sofi dəhşət içində, utandığından qızarmış halda əşyalarını götürüb evi
dərhal tərk etmişdi. Və rəfiqəsi ilə birlikdə kiçik bir mənzil kirayələmişdi. O, and
içmişdi ki, gördüklərini heç vaxt, heç kimə deməsin. Babası onunla barışmağı çox
istəmişdi, məktublar göndərmiş, hər şeyi aydınlaşdırmaq üçün onunla görüşməyə
yalvarmışdı. Amma belə bir hərəkəti necə anlamaq olar? Sofi yalnız bir dəfə cavab
vermişdi, xahiş etmişdi ki, onu narahat etməsin. Babasına zəng etməyi və onunla
camaat arasında görüşməyi qadağan etmişdi. Sofi qorxurdu ki, babasının etdiyi
hərəkətin mənası lap dəhşətli olsun.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə