Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   13   14   15   16   17   18   19   20   ...   115

- Mən bu yalnız sizi, Saylası və xəzinəni qorumaq üçün edirəm.
- Xəzinəni?
- Yepiskop, əgər irəli getmək cəhdi, sizi həbsxanaya düşürsə, mənim
zəhmətimi mükafatlandıra bilməzsiniz.
Yepiskop gülümsündü:
- Bəli, bu, belədir. Neynək, bizim arzularımız eynidir! Allah köməyimiz olsun!
İyirmi milyon avro, - yepiskop təyyarənin illüminatoruna baxaraq düşündü.
Dollarla da təxminən o qədər. Bu böyüklükdə xəzinə üçün kiçik mükafatdır.
O, əmin idi ki, Ustad və Saylas onu pis vəziyyətdə qoymazlar. Pul və inam
həmişə güclü səbəblər olub.
XI FƏSİL
- Une plaisanterie numerique? – Sofini iti və qəzəbli baxışlarla süzən Faş dedi. –
Rəqəmli oyun? Sonyerin yazdığı koda sizin professional yanaşmanız belə bayağı
nəticə çıxarmağa imkan verib? Demək bu, riyazi hoqqadan başqa bir şey deyil? –
Faş bu qızın həyasızlığından təngə gəlmişdi. Bura icazəsiz girməyi azmış kimi, indi
də onu inandırmağa çalışır ki, guya Sonyer həyatının son dəqiqələrində öz
məktubunu riyazi hoqqa şəklində yazmağın qayğısına qalıb.
- Bu kod, - Sofii fransızca tez-tez danışırdı, - sadə bir şeydir. Yəqin Cak Sonyer
özü də başa düşüb ki, biz bunu dərhal açacağıq. – O, köynəyinin cibindən kağız
vərəqi çıxarıb Faşa uzatdı, - Bu da onun açması.
Faş yazıya baxdı.
1-1-2-3-5-8-13-21
- Bunu necə başa düşmək olar? – o dedi. – Siz rəqəmləri sadəcə tərsinə
düzmüsünüz, vəssalam?
Sofii gülümsəyərək dedi:
- Bəli.
Faş artıq dözmədi:
- Bilirsiniz nə var, agent Neve, mən bilirəm, bu axmaq işlərlə harda məşğul
olmusunuz, məsləhət görürəm ki, elə oraya da gedəsiniz, özü də dərhal! – O, mobil
telefonu qulağına söykəyərək yaxınlıqda dayanmış Lenqdona fikirli-fikirli baxdı.
Yəqin ki, hələ də amerikan səfirinin məlumatına qulaq asır. Onun sifəti bozarmışdı.
Faş anladı ki, xəbərlər pisdir.


- Kapitan, - Sofi qəsdən saymazyana və lovğa-lovğa dedi. – Sizin indii baxdığınız
rəqəmlər məşhur riyazi silsilədir, vəssalam.
Faş heç vaxt eşitməmişdi ki, dünyada məşhur riyazi silsilələr də var. Həm də
bu Nefenin danışıq tərzi onun heç xoşuna gəlmirdi.
- Bu, Fibonaççi ardıcıllığı adlanır, - o, Faşın əlindəki kağızı göstərib dedi. – Bu,
hər bir həddi özündən əvvəlki iki həddin cəminə bərabər olan silsilədir.
Faş rəqəmlərə baxdı. Doğrudan da, hər bir ədəd özündən əvvəlki iki ədədin
cəminə bərabər idi, amma bunun Cak Sonyerin ölümünə nə dəxli var, onu
anlamırdı.
- Riyaziyyatçı alim Leonardo Fibonaççi bu kəşfi hələ on üçücü əsrdə edib. Və
əlbəttə ki, Sonyerin döşəmədə yazdığı rəqəmlərin Fibonaççinin məşhur silsiləsinin
bir hissəsi olması təsadüfi deyil.
Faş bir neçə saniyə susub Sofiyə baxdı.
- Çox gözəl. Əgər bu təsadüf deyilsə, onda bəlkə, siz aydınlaşdırasız ki, Sonyer
bunu niyə yazıb? Bununla nə demək istəyib? Nəyi nəzərdə tutub?
O çiyinlərini çəkdi:
- Tamamilə heç bir şeyi. İş elə bundadır. Bu, sadəcə kriptoqrafik zarafatdır. Elə
bil ki, məşhur bir şairin sözlərini ixtiyari qaydada düzmüsən. Yalnız bir məqsədlə:
görəsən, sitatın hansı şairdən olduğunu kim tapacaq?
Faş hədə dolu baxışlarla irəliyə addımladı və Sofidən yalnız bir neçə düym
aralıda dayandı.
- Yəqin ki, sizin daha inandırıcı izahınız olacaq?
Sofinin mülayim üzü sərtləşdi.
- Kaptitan, sizin bu gün nə ilə üz-üzə qalmağınızı nəzərə alsaq, düşünürəm ki,
Cak Sonyerin sizinlə sadəcə oynamaq ehtimalını da bilməniz xeyrinizə olardı.
Görünür, sizin başqa fikriniz var. Belə olan halda, Kriptoqrafiya şöbəsinin
direktorunu xəbərdar edəcəyəm ki, daha bizim xidmətlərimizə ehtiyacınız yoxdur.
O, bu sözləri deyib çevrildi və dəhlizin çıxışına tərəf addımladı.
Faş onun qaranlıqda gözdən itməsinə çaşqınlıqla baxırdı. O, deyəsən, dəli
olub? Sofi Neve indicə özünü qətlə yetirdi, peşə nöqteyi-nəzərindən gələcək
karyerasının üstündən xətt çəkdi.
Faş Lenqdona tərəf döndü. O, hələ də həyəcanla telefona qulaq asırdı. ABŞ
səfirliyi. Kapitan Faş bu dünyada çox şeyə nifrət edirdi… Amma bu ölkənin səfirliyi
qədər onu özündən çıxaran nəsə çətin tapılardı.
Faş və amerikan səfiri Parisə gələn amerikalı qonaqların ucbatından tez-tez
əlbəyaxa olurdular. Məhkəmə Polisi Baş İdarəsi demək olar ki, hər gün
narkotiklərdən istifadəyə görə amerikalı tələbələri, azyaşlı fahişələrlə əlaqələrinə
görə ABŞ biznesmenlərini, ictimai mülkiyyətə ziyan vurmağa və mağazalarda
oğurluğa görə amerikalı turistləri həbs edirdi. Bütün bu hallarda ABŞ səfirliyinin
leqal olaraq müdaxilə etmək və günahkarları ölkədən çıxarmaq, onları vətənə


ekstradisiya etmək hüququ vardı. Belə də olurdu. Amma orada cinayətkarları
cinayət məsuliyyətinə cəlb etmirdilər.
Səfirlik isə öz qara işini görməkdə davam edirdi.
Faş bu təcrübəni «məhkəmə polisini axtalama» adlandırırdı. Bu yaxınlarda
«Pari Matç»da karikatura dərc olunmuşdu. Burda Faş amerikalı cinayətkarları
qapmaq istəyən polis köpəyi kimi təsvir edilmişdi. Amma köpək Amerika səfirliyinə
zəncirlə bağlandığından cinayətkarları dişləyə bilmirdi.
Bu gün olmaz, Faş öz-özünə dedi. Hirslənmək lazım deyil, ortada çox böyük iş
var.
Lenqdon telefonu qapatdı. Onun görkəmindən əhvalının korlandığı bəlli idi.
- Hər şey qaydasındadır? – Faş soruşdu. Lenqdon başını buladı.
Yəqin, evdən pis xəbərlər gəlib, Faş qərara aldı və Lenqdondan telefonu
alarkən professorun tərlədiyini gördü.
- Bədbəxt hadisə olub, - qəribə görkəm almış Lenqdon mızıldadı. – mənim bir
dostum… - o susdu və sonra əlavə etdi: - Mən sabah tezdən mütləq evə
uçmalıyam.
Faş, Lenqdonun yalan deməsindən şübhələnə bilməzdi. Amma o, gördü ki,
daha doğrusu hiss etdi ki, nəsə olub. Amerikalının gözlərində qorxu vardı.
- Mən çox təəssüf edirəm, - sınayıcı nəzərlərlə gözlərini Lenqdondan
çəkməyən Faş dedi, - Bəlkə, əyləşsəniz yaxşı olar? – O, dəhlizdəki oturacağı
göstərdi.
Lenqdon çaşqın halda başını tərpətdi və oturacağa tərəf yeridi. Amma birdən
dayandı.
- Mənə tualetə getmək lazımdır, - o, utana-utana dedi.
- Faş duruxdu.
- Tualet… Hə, əlbəttə ki. Gəlin, bir neçə dəqiqə fasilə edək, - o, uzun və
qaranlıq dəhlizin o biri tərəfini göstərib dedi: - Tualet ordadır, kuratorun
kabinetinin arxasında.
Lenqdon tərəddüd edirdi. Sonra isə Böyük Qalereyaya çıxan başqa dəhlizi
göstərib dedi:
- Deyəsən, lap yaxında, bax orda da tualet var.
Lenqdonun haqlı olduğunu Faş anladı. Böyük Qalereyanın sonunda iki tualet
vardı.
- Sizi ötürüm?
Lenqdon başını buladı və getdi.
- Lazım deyil. Mən bir qədər təklikdə qalsam, xeyrimə olar.
Faş bu fikirdən xoşlanmadı. Onu sakitləşdirən isə Böyük Qalereyanın sonunda
çıxışın olmaması idi. Çıxış əks tərəfdə, dəmir hörmə olan yerdə idi. Yanğın
təhlükəsizliyi qaydalarına uyğun olaraq belə böyük binanın ehtiyat çıxışları da
vardı, amma onlar Sonyer siqnalizasiya sistemini işə saldıqdan sonra evtomatik
olaraq bağlanmışdı. Yox, indi güman ki, sistemi ayırıblar, pilləkəndəki əlavə çıxışları


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə