Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   11   12   13   14   15   16   17   18   ...   115

- Demək, belə çıxır ki, sonra səfirlik bizim idarənin Kriptoqrafiya şöbəsi ilə
əlaqə saxlayıb?
- Yox, ser, - Sofi sakit və qətiyyətlə cavab verdi, - Mən sizinlə əlaqə yaratmaq
istəyərkən növbətçiyə zəng etdim. Orda dedilər ki, mister Lenqdon üçün xəbər var.
Həm də xahiş etdilər ki, əgər mən sizinlə görüşə bilsəm, bu xəbəri çatdırım.
Faş üz-gözünü turşutdu. Ağzını açıb nəsə demək istəyirdi ki, Sofii Lenqdona
tərəf çevrildi.
- Mister Lenqdon, - o, cibindən bükülü kağız vərəqini çıxararaq dedi, - bu,
səfirliyin telefon nömrəsidir. Onlar yubanmadan zəng etməyinizi xahiş etdilər. – O,
vərəqi uzadaraq Lenqdonun gözlərinə mənalı baxışlarla baxdı, - Mən kodu kapitan
Faşa izah edənə qədər, mütləq zəng edin.
Lenqdon kağızı açdı. Paris nömrəsi, qarşısında da bir neçə rəqəm.
- Sağ olun, - o, təşvişə düşdüyünü hiss edərək dedi, - Bəs, mən telefon hardan
tapım?
Sofi cibindən mobil telefonunu çıxarmaq istədi, lakin Faş işarə ilə onu
dayandırdı. O, indi lava və kül püskürməyə hazır olan Vezuvi vulkanına oxşayırdı.
Gözlərini Sofidən ayırmadan öz mobil telefonunu Lenqdona uzatdı.
- Bu xəttə heç kim qulaq asa bilməz, mister Lenqdon. Zəng edə bilərsiniz.
Faşın belə kəskin reaksiyası və bu mehriban qadına qəzəbi Lenqdonu
təəccübləndirmişdi. O, telefonu kapitandan aldı. Faş dərhal Sofini kənara çəkib
onunla sakitcə söhbətə başladı. Bu kaptitan yavaş-yavaş Lenqdonun xoşuna
gəlmirdi. Kağızdakı rəqəmlərə baxa-baxa o, nömrəni yığmağa başladı.
Siqnallar eşidildi.
Bir siqnal… iki… üç…
Dəstəkdə şıqqıltı eşidildi.
Lenqdon səfirlikdəki operatorun səsini eşidəcəyini gözləyirdi, amma
avtocavablayıcı işə düşdü. Qəribədir, lentə yazılmış səs ona tanış gəldi. Hə, əlbəttə!
Bu, Sofi Nevenin səsidir.
- Boncour, vous etes bien chez Sophie Neveu, - qadın səsi eşidildi. – Ce suis
absente pour le moment, mais…(Sabahınız xeyir, siz Sofi Neveyə zəng etmisiz. İndi
o, evdə yoxdur, amma… - frans.)
Lenqdon çaşqın halda Sofiyə tərəf döndü:
- Miss Neve, bağışlayın, siz mənə…
- Yox, nömrə düzdür, - Sofi tələsərək onun sözünü kəsdi, - sadəcə olaraq,
səfirlikdə məlumatların avtomatlaşdırılmış qəbulu sistemi quraşdırılıb. Siz
informasiyanı əldə etmək üçün giriş kodunu da yığmalısınız.
- Amma… - Lenqdon təəccüblə dedi.
- Sizə verdiyim kağızda üç rəqəm də var.
Lenqdon ağzını açıb demək istəyirdi ki, siz səhv etmisiniz, amma Sofi acıqlı və
xəbərdaredici baxışlarla onu süzdü. Onun yaşıl gözləri deyirdi: Heç bir sual vermə!
Nə deyirlərsə, onu da et!


Tamam çaş-baş qalan Lenqdon kağıza yazılmış üç rəqəmi də yığdı: 4-5-4.
Avtocavablayıcı dərhal susdu, sonra Lenqdon fransızca danışan daha bir
elektron səs eşitdi:
- Sizin üçün bir yeni məlumat var.
Yəqin ki, 4-5-4 rəqəmi Sofi evdə olmadıqda məlumatları qəbul etmək üçün
daxil olma kodu idi. Mən bu qadına aid olan məlumatları qəbul etməliyəm?
Lenqdon fırlanan lentin xışıltısını eşitdi. Nəhayət, xışıltı kəsildi, maşın işə
düşdü. Lenqdon diqqətlə qulaq asırdı. Və yenə Sofinin səsi eşidildi.
- Mister Lenqdon, - o, pıçıltı ilə deyirdi, - Bu xəbərə heç bir reaksiya verməyin.
Sadəcə qulaq asın, vəssalam. Sizin həyatınız təhlükədədir. Xahiş edirəm, bütün
göstərişlərimi yerinə yetirin.
X FƏSİL
Saylas, onun üçün xüsusi gətirilmiş qara rəngli «audi»nin sükanı arxasında oturub
Sen-Sülpis kilsəsinə baxırdı. Hündür binadan səmaya iki qüllə – zəng qüllələri
ucalırdı. Binanın aşağı və yuxarı hissələrini yarıqaranlıqda vəhşi və gözəl heyvanın
qabırğasına oxşayan dayaqlar bəzəyirdi.
Bu vəhşilər guşəli daşı Allahın evində gizlətmişdilər. Cəmiyyət növbəti dəfə
özünün yalançılar və kafirlər kimi məşhur reputasiyasını təsdiqləmişdi. Saylas daşı
tapıb onu Ustada verməyə və çox-çox əvvəllər məlun bütpərəstlərin inam əhlindən
nəyi oğurladıqlarını öyrənməyə tələsirdi.
Bu tapıntı «Opus Dei»ni daha da qüdrətli edəcəkdi.
Saylas «audi»ni kilsənin qarşısındakı boş meydanda saxlayıb mühüm tapşırığı
yerinə yetirməmişdən əvvəl həyəcanını yatırmaq və fikrini cəmləmək üçün
dərindən nəfəs aldı. Bu gün səhər «nəfsin öldürülməsi» ritualını yerinə yetirdiyi
üçün enli kürəyi hələ də ağrıyırdı. Amma bu ağrını xilas edilmiş ruha verilən
mükafatla müqayisə etmək olardımı?..
Buna baxmayaraq xatirələr ona əzab verirdi.
Nifrətdən azad ol, - Saylas öz-özünə dedi. – Sənin əleyhinə gedənləri bağışla,
Rəbim.
Sen-Sülpis kilsəsinin daş qüllələrinə baxa-baxa, Saylas keçmişi yada
xatırlayarkən onu bürüyən nifrət hissi ilə mübarizə aparmağa çalışırdı. Və özünü
gənc vaxtlarında düşdüyü həbsxanada görürdü. Bunu xatırlayanda həmişə


əsəbləşirdi, sanki indii, elə bu dəqiqə çürümüş kələmin iyrənc qoxusunu, insan
sidiyinin iyini, ölümü hiss edirdi. Sanki, Pireney küləklərinin vıyıltısına qarışmış
çarəsiz fəryadları, atılmış, gərəksiz insanların sakit hıçqırıqlarını eşidirdi.
Andorra, - o düşündü. Və əzələlərinin necə gərildiyini hiss etdi.
Bu, bəlkə də inanılası deyildi, amma məhz orda, İspaniya ilə Fransa arasında
itib-batmış kiçicik ölkədə, soyuqdan titrədiyi bu daş torbada ancaq bir şeyi –
ölməyi istəyirdi. Və məhz orada Saylas xilas edildi. Əlbəttə, o vaxt, bunu o,
anlamırdı.
İldırım çaxdı və işıq oldu.
«O vaxt onun adı Saylas deyildi, yox, qoy indi də valideynlərinin ona qoyduğu
adı xatırlamasın. Yeddi yaşı olarkən evdən getmişdi. Sağalmaz içki düşgünü olan
atası təzə doğulan uşağın – oğlunun albinos olduğunu görüncə qəzəblənmişdi.
Bundan sonra uşağın anasını xəyanətdə ittiham edərək daim döyürdü. Oğlan
anasını müdafiə etməyə çalışanda, o da vəhşicəsinə döyülürdü.
Bir dəfə axşam anası o qədər döyülmüşdü ki, döşəməyə yıxılıb qalmış və uzun
müddət ayağa qalxmamışdı. Oğlan cansız bədənin yanında durmuş və birdən onu
dözülməz günah hissi çulğamışdı.
Bütün bunlar mənim ucbatımdandır!
O vaxt, onun kiçicik bədəninə sanki demonlar hakim olmuşdu. O, mətbəxə
keçib böyük bıçağı götürmüş və sanki yuxudaymış kimi hərəkət edərək
sərxoşluqdan huşunu itirmiş atasının xoruldadığı yataq otağına getmişdi. Oğlan,
heç bir söz demədən, bıçağı atasının kürəyinə saplamışdı. Ağrıdan qışqıran atası
qalxmaq istəmiş, lakin oğlan dəhşətli fəryadlar kəsilincəyə qədər onu bıçaqla
vurmuşdu.
Sonra isə oğlan, bu dəhşətli evdən qaçmışdı. Amma Marselin küçələri
qonaqpərvər deyildi. Xarici görkəminin qəribə olmasının ucbatından özü kimi
avaraların yanına gedə bilmirdi. Xaraba qalmış fabrikin zirzəmisində tək-tənha
gecələdi, oğurladığı meyvələrlə və çiy balıqlarla qarnını doldurdu.
Camaşırxanalardan götürdüyü köhnə curnallar onun yeganə yoldaşı oldu. Onları
oxumağı özü öyrəndi. Vaxt keçdi, o böyüdü. On iki yaşı olarkən, yaşca ondan azca
böyük avara bir qız onun yeməyini oğurlamağa çalışmış və küçədə onu ələ salaraq
gülmüşdü. Onun yumruq və təpiklərindən qız az qala canını tapşırmışdı. Onu zorla
qızdan ayırmış polislər ultimatum verdilər: ya Marseldən rədd olub getməlidir, ya
da azyaşlılar üçün həbsxanaya düşməlidir.
Belə olduqda oğlan Tulona köçdü. İndii yoldan keçənlərin baxışlarında
mərhəmət və iyrənmə yox, əsil qorxu görürdü. Yanından keçən insanların
pıçıltılarını aydınca eşidirdi. Kabusdur, - onun ağ dərisinə dəhşətlə baxan adamlar
deyirdilər. Şeytanın gözləri kimi qıırmızı gözləri olan kabus!
O da özünü bir dəniz limanından başqasına qaçan görünməz, şəffaf kabus kimi
hiss etməyə başlamışdı.
Sanki, insanlar onu görmürdülər.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə