Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   7   8   9   10   11   12   13   14   ...   115

ulduzlar digər demonik simvollarla yanaş satanistlərin yaşadığı evlərin divarlarını
bəzəyir. Lenqdon beşguşəli ulduzun məhz bu mənada göstərilməsindən bərk
hirslənirdi, axı əvvəllər beşguşəli ulduz xeyrin rəmzi olub.
- Sizi əmin edirəm ki, - o dedi, - kinoda nə görməyinizə baxmayaraq, beşguşəli
ulduzun demonik interpretasiyası tarixi nöqteyi nəzərdən qətiyyən doğru deyil.
Qədimdə o, qadın başlanğıcının rəmzi sayılırdı. Əlbəttə ki, min illər keçdikcə
simvolların bəzilərinin mənası tamamilə təhrif olunub. Hətta bunun üstündə qan
da tökülüb.
- Mən başa düşmürəm…
Lenqdon Faşın qalstukundakı sancağa baxdı və sözlərinin düzgün başa
düşülməyəcəyindən ehtiyatlandı.
- Kilsə, ser. Bir qayda olaraq, rəmzlər dəyşilməz olur, lakin pentaklın mənası
Roma katolik kilsəsi tərəfindən ilkin vaxtlarda dəyişdirilib. Bu, bütpərəstliyin məhv
edilməsi və kütlələrə xristianlığın qəbul etdirilməsi ilə bağlı Vatikanın apardığı
kampaniyanın bir hissəsi idi. Və kilsə bütpərəstliyin müqəddəs rəmzlərinişər
simvolları kimi qələmə verərək onların tanrı və ilahələrinə qarşı aktiv mübarizə
aparırdı. Belə hallar adətən böyük dəyişikliklər, sarsıntılar dövründə baş verir. –
Lenqdon dedi. – İstənilən yeni qüvvə mövcud simvolları dəyişməyə, gözdən
salmağa, əvvəlki mənasını təhrif etməyə, hətta məhv etməyə çalışır. Bütpərəstlik
və xristianlıq arasında gedən mübarizədə birincilər uduzdu. Poseydonun üçbaşlı
əsası şeytanın yabasına çevrildi, müdrikin şiş papağını cadugərlər qoydu. Beşguşəli
Venera ulduzu isə şeytanın rəmzi oldu. – Lendon ara verdi. – Təəssüf ki, hətta ABŞ
hərbi idarəsi də beşulduzdan istifadə etdi; indi bu, müharibənin baş rəmzidir. Biz
beşguşəli ulduzu qırıcı təyyarələrimizin üstünə çəkirik, generallarımızın
poqonlarına yapışdırırıq. Və əlvida sənə, ey məhəbbət və sevgi ilahəsi.
- Maraqlıdır, - Faş dedi və döşəmədəki cəsədə baxdı. – bəs, meyidin vəziyyəti?
Bu sizə bir şey deyirmi?
Lenqdon çiyinlərini çəkdi:
- Bu cür vəziyyət sadəcə beşguşəli ulduzla müqəddəs qadın başlanğıcının
əlaqəsini bir daha qeyd etmək üçündür.
- Bağışlayın, anlamadım…
- Bu, replikasiya adlanır. Simvolun təkrar edilməsi – onun mənasını
qətiləşdirməyin ən sadə üsuludur. Cak Sonyer istəyib ki, onun cəsədi beşguşəli
ulduza oxşasın. Bir pentakl yaxşı, ikisi isə əladır.
Faş uzun müddət Sonyerin əllərinə, ayaqlarına və başına baxdı, sonra
celelənmiş saçlarını sığalladı.
- Maraqlı analizdir, - o dedi. Və ara verdikdən sonra əlavə etdi: - Bəs, nə üçün
o soyunub? – Faş bu sözləri deyərkən, çılpaq, yaşlı kişi bədəninin onda ikrah hissi
doğurduğundan sifətini turşutdu, - Nə üçün paltarlarını çıxarıb?
Yaxşı sualdır, Lenqdon düşündü. Şəkli görəndə, o özü də buna
təəccüblənmişdi. Yəqin ki bu, çılpaq insan bədəninin seksuallıq ilahəsi Veneraya


yaxınlığına bir işarədir. Müasir incəsənət kişi ilə qadının fiziki ittifaqının Venera ilə
assosiasiya yaratdığını qeyd edir, cinsi xəstəliklərdən söhbət düşəndə «venerik»
(zöhrəvi) sözünün «Venera»dan yarandığını bilmək üçün heç də linqvist-etimoloq
olmaq lazım deyil. Amma Lenqdon bu mövzunun dərinliklərinə getmək istəmədi.
- Mister Faş, mən sizə deyə bilmərəm ki, nə üçün Cak Sonyer qarnının üstündə
bu simvolu çəkib, deyə bilmərəm ki, niyə bu qəribə pozada canını tapşırıb. Amma
əminliklə deyə bilərəm ki, Sonyer kimi insan, beşguşəli ulduza ilahi qadın
başlanğıcının simvolu kimi baxa bilərdi. Rəmzləri öyrənən tarixçilər və alimlərə
beşulduzla müqəddəs qadınlıq arasındakı əlaqə yaxşı məlumdur.
- Əla. Bəs, öz qanını mürəkkəb kimi istifadə etmək?
- Yəqin ki, sadəcə onun əlinin altında yazmağa bir şey olmayıb.
Faş susdu, sonra dedi:
- Şəxsən mənə elə gəlir ki, o, öz qanından ona görə istifadə edib ki, polisi
məhkəmə-tibbi ekspertiza aparılmasına məcbur etsin.
- Bağışlayın?
- Onun sol əlinə baxın.
Lenqdon Sonyerin çiynindən biləyinə qədər ağappaq qoluna baxdı, amma bir
şey görmədi. Meyidin o biri tərəfinə keçib əyildi və heyrətlə kuratorun barmaqları
arasındakı fetr ucluqlu markörə (böyük flamaster) baxdı.
- Biz cəsədi tapanda, bu, Sonyerin əlində idi, - Faş dedi. Lenqdonun yanından
keçib açılıb-yığılan stola yaxınlaşdı. Stolun üstündə müxtəlif alətlər, naqillər,
elektron əşyalar vardı. – Sizə dediyim kimi, - o, stolun üstündəki əşyaları götürərək
dedi, - biz cinayət yerində heç bir şeyə toxunmamışıq. Bu tip qələmlər sizə
tanışdırmı?
Lenqdon markörün üstündəki yazını oxumaq üçün bir az da əyildi.
STYLO DE LUMİERE NOİRE
O, təəccüblə Faşa baxdı.
Xüsusi fetr ucluqlu bu cür markörlərdən görünməyən işarələr qoymaq üçün
muzeyin əməkdaşları, restavratorlar və polislər istifadə edirdilər. Belə qələmlər
spirtlə qarışdırılmış fluoressent mürəkkəblə yazırlar. Yazını isə ancaq qaranlıqda
oxumaq mümkün olurdu. Muzeyin əməkdaşları bu markörlərlə restavrasiyası
gərəkli olan əsərlərin çərçivələrini işarələyirdilər.
Lenqdon qalxdı, Faş isə lampaya yaxınlaşıb onu söndürdü. Qalereya qaranlığa
qərq oldu.
Birdən-birə «kor olmuş» Lenqdon özünü narahat hiss etdi. Lakin gözləri
qaranlığa öyrəşdikcə, qırmızımtıl işıqda Faşın siluetini gördü. Faş əlində qırmızı-
bənövşəyi işıq verən xüsusi cihazla ona yaxınlaşdı.
- Bəlkə də, bilirsiniz, - Faş dedi, - polis cinayət yerində qan və digər izlər
axtararkən bu cür işıqlardan istifadə edir. İndi siz biləcəksiz ki, biz necə
təəccübləndik… - o, lampanın işığını meyidə tərəf çevirdi.
Lenqdon baxdı və diksindi.


Ürəyi bərk döyünürdü. Meyidin yanında parket döşəmədə hərflər parıldayırdı.
Kuratorun son sözləri. İşarələrə baxa-baxa Lenqdon hiss edirdi ki, bu hadisəni
bürüyən duman get-gedə qatılaşır.
O, gördüyünü bir də oxuyub Faşa baxdı:
- Lənət şeytana, bu nə deməkdir?
- Müsyö, bu suala məhz siz cavab verməlisiniz.
Yaxında, kuratorun kabinetində, Luvra indicə qayıtmış leytenant Kolle yazı
stoluna bərkidilmiş qulaqasma qurğusuna tərəf əyildi. Ona qəzəbli gözlərini
zilləmiş, robota oxşar orta əsr cəngavərinin fiquru olmasaydı, Kolle özünü daha
rahat hiss edərdi. O, qulaqcıqları tapıb köçürmə sisteminin bərk diskinə girişdə
səsin səviyyəsini bir daha yoxladı. Hər şey normal işləyirdi. Mikrofonlarda heç bir
nasazlıq yox idi.
Le moment de verite («Həqiqət anı» - frans.), o düşündü.
O, gülümsəyərək gözlərini yumdu və Böyük Qalereyanın divarları arasındakı
son söhbətə ləzzətlə qulaq asmağa hazırlışdı.
VII FƏSİL
Sen-Sülpis kilsəsinin ikinci mərtəbəsində, xordan sol tərəfdə sadə bir mənzil
yerləşirdi. Kasıb mebelli və daş döşəmələi iki otaq rahibə Sandrin Billə məxsus idi.
Onun rəsmi rezidensiyası yaxınlıqdakı monastırda yerləşirdi. Amma o, kilsənin
sakitliyini daha çox xoşlayırdı. Və burda özünü rahat hiss edirdi, yumşaq yataq
dəsti ilə təmin olunmuşdu, telefon əlinin altındaydı, həmişə isti yeməyi vardı.
Rahibə Sandrin bacı kilsənin təsərrüfat müdiri idi, daha dəqiq desək, kilsənin
fəaliyyət göstərməsi üçün lazım olan qeyri-dini sahələrlə məşğul idi. Təmizlik işləri,
əşyaların lazımi qaydada saxlanılması, xidmətçiləri işə götürülməsi, kilsə
bağlandıqdan sonra binanın mühafizəsi, ərzaqların, o cümlədən şərab və priçastiye
ayinini icra etmək üçün kinə həblərinin sifarişi – onun vəzifəsinə aid olan işlərin
tam olmayan siyahısını belə idi.
Telefon zəng çalanda, o, artıq yatağa uzanıb yatmışdı. Dəstəyi qaldırıb zorla
dilləndi:
- Soeur Sandrine. Eglise Saint-Sulpice.
- Salam, bacı, - kişi fransızca cavab verdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə