Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   5   6   7   8   9   10   11   12   ...   115

- Məni əldən düşüncə yu, və mən yenə təmiz olacam, - o yenə dua oxudu. –
Məni öz mükafatınla yu, və mən qardan da ağ olacam.
Saylas indiyə qədər belə ruh yüksəkliyi hiss etməmişdi. O, axırıncı on ildə
«Yol»un bütün qanunlarına riayət edir, günahlarını yumağa, öz həyatını tamamilə
dəyişməyə, əvvəllər etdiyi zorakılığı yaddaşından silməyə çalışırdı. Və bu gün,
qəfildən bütün bunlar geri qayıtdı. İllər uzunu mübarizə apardığı nifrət hissi
yenidən tələbata çevrildi. Sürətlə keçmişinə qayıtması onu çox təəccübləndirirdi.
Və əlbəttə ki, keçmişdə əldə etdiyi təcrübələr, biliklər də yenidən oyanırdı. Onlar
dəhşətli olsalar da və artıq unudulsalar da, indi gərəkli, lazımlı idilər.
İsa bizə sülh…sevgi… öyrədir. O, zorakılığı nəhy etmişdir. Axır zamanlar Saylas
bunu öyrənmişdi və bu sözlər onun ürəyində möhkəm yer tutmuşdu. Amma indi,
Məsihin düşmənləri onun təlimini dağıtmaq, məhv etmək istəyirlər. Kim ki, Allahı
qılıncla hədələyir, qılıncla da öləcək. Sürətli və amansız qılıncdan.
İki min il ərzində Məsihin əsgərləri öz inamlarını onu məhv etmək istəyən
düşmənlərdən qoruyurdular. Bu gün Saylası da bu cərgəyə çağırırdılar. Yaraları bir
az qurumuşdu. Və o, kapyuşonlu uzun sutanasını geyindi. Kobud, qara rəngli
mahudun fonunda ağımtıl saçları və əlləri aydın bilinirdi. Sutanasını iplə bağlayıb,
kapyuşonu başına keçirtdi və güzgüyə yaxınlaşdı. Qırmızı gözləri ilə əksinə baxdı.
Hadisələrin təkər və vintcikləri həyətə gəlmişdi.
VI FƏSİL
Dəmir hörmənin altına soxulmuş Robert Lenqdon Böyük Qalereyanın girişini
gördü. O sanki, sıldırımlı, dibsiz uçuruma baxırdı. Qalereyanın hər iki tərəfində otuz
fut hündürlüyündə çılpaq divarlar ucalırdı, onların yuxarı hissəsi qaranlığa qərq
olmuşdu. Plintuslardakı gecə lampalarının qırmızımtıl işıqları xüsusi məftillərlə
tavandan asılmış da Vinçinin, Titsiananın və Karavaconun əsərlərində bərq
vururdu. Dünyanın ən məşhur rəsm əsərləri, natürmortlar, dini təsvirlər, peyzaclar,
portretlər burda yerləşirdi.
Böyük Qalereyada dünyanın ən məşhur italyan rəssamlarının əsərləri toplansa
da, sərgiyə baxmağa gələnlərin əksəriyyətində elə təsəvvür yaranmışdı ki, bura ən
əsas unikal parket döşəməsinə görə məşhurdur. Diaqonal şəkildə düzülmüş palıd
parketlər həm həndəsi formasına görə adamı heyran edir, həm də optik illüziya


yaradırdı: döşəmə çoxölçülü hörməyə bənzədiyindən sərgiyə gələnlərdə elə
təəssürat yaranırdı ki, onlar hər addımda səthi dəyişən döşəmədə yeriyirlər.
Lenqdon baxışları ilə düşündüyü rəsmi axtardı və birdən ondan bir az aralıda,
sol tərəfdə döşəmədə atılıb qalmış əşyanı gördü. Onun qoyulduğu yer xüsusi polis
lenti ilə əhatəyə alınmışdı. Lenqdon Faşa tərəf döndü:
- Bu nədir… Karavacodur? Bax orda, döşəmədəki?..
Faş baxmadan başını tərpətdi.
Lenqdonun bildiyinə görə bu əsərin qiyməti iki milyon dollar olardı, ancaq tör-
töküntü kimi döşəməyə atılmışdı. – Lənət şeytana, axı onu niyə döşəməyə atıblar?
Onun səsindəki heyrət tonları, deyəsən Faşa təsir etmədi.
- Bu, cinayət törədilən yerdir, mister Lenqdon. Biz özümüz heç nəyə
toxunmamışıq. Rəsmi divardan kurator qoparıb. Bunu ona görə edib ki,
siqnalizasiya sistemini işə salsın.
Lenqdon nə baş verdiyini anlamaq üçün dəmir hörməyə baxdı.
Yəqin ki, kuratora kabinetdə hücum ediblər. O, Böyük Qalereyaya tərəf
qaçmış, divardan rəsmi qopararaq siqnalizasiya sistemini işə salmışdır. Dəmir
hörmə dərhal aşağı düşərək girişi qapatmışdır. Qalereyaya bundan başqa giriş və
çıxış yoxdur.
Lenqdon karıxdı:
- Demək, hücum edəni qalereyada saxlamaq kuratora müvəffəq olub?
Faş başını yırğaladı:
- Yox. Dəmir hörmə onu sadəcə Sonyerdən ayırıb. Qatil burda, dəhlizdə olub
və dəmir hörmənin o biri tərəfindən Sonyerə atəş açıb. – O, indicə altından
sürünüb keçdikləri hörmənin dəmir çubuqlarından birinin üstündəki narıncı
lövhəciyi göstərdi. – Elmi-texniki şöbənin əməkdaşları burda barıt hissəcikləri aşkar
ediblər. O, hörgünün o biri tərəfindən atəş açıb. Sonyer bax burda ölüb,
tənhalıqda.
Lenqdon ona göstəilən fotoşəkilləri xatırladı. Amma onlar deyirdilər ki, kurator
bunu özü edib. O, nəhəng və boş dəhlizə baxdı.
- Bəs cəsəd hardadır?
Faş qalstukunun xaçşəkilli sancağını düzəldib yeridi.
- Yəqin ki, siz bilirsiniz, qalereya çox uzundur.
«Səhv etmirəmsə, - Lenqdon düşündü, - uzunluğu on beş futdur, yəni
Vaşinqtonun abidəsinin hündürlüyünün üç mislinə bərabərdir.» (Corc Vaşinqtonun
abidəsi – Vaşinqtonun mərkəzində 169 metr hündürlüyündə daş sütundur,
«karandaş» adlı ağ mərmərlə üzlənib). Dəhlizin eni də heyrət doğururdu, burda
sərnişin qatarlarının ikitərəfli hərəkəti üçün relsləri asanca yerləşdirmək olardı.
Mərkəzdə, bir-birindən müəyyən məsafələrdə heykəllər və nəhəng mərmər vazlar
qoyulmuşdu, bu da tematik ekspozisiyaları məhdudlaşdırmağa kömək edir və
sərgiyə baxmağa gələnlərin axınını bölərək azaldırdı.


Faş dinmədən, sürətlə dəhlizin sağ tərəfi ilə addımlayırdı, baxışları irəliyə
dikilmişdi. Lenqdon isə bircə saniyəlik də olsa dünyanın nəhəng şedevrlərinə
baxmadan keçməyi sadəcə hörmətsizlik sayırdı.
Belə işıqda nəyəsə baxmaq mümkündürmü, o, fikirləşdi.
Tutqun qırmızımtıl işıq şüaları, ona Vatikanın gizli arxivindəki işlədiyi vaxtları
xatırladırdı, burda o, az qala həyatı ilə vidalaşacaqdı. Bir gündə ikinci dəfə idi ki,
Vittoriyanı xatırlayırdı. Aylarla onun haqqında düşünməmişdi – və birdən, buyur.
Lenqdonun inanmağı gəlmirdi ki, o, cəmisi bir il əvvəl Romada olub; ona elə gəlirdi
ki, o vaxtdan on illər ötüb. Vittoriyadan axırıncı xəbəri dekabrda alıb. Yazmışdı ki,
fizika sahəsində öz tədqiqatlarını davam etdirmək üçün Yava dənizindəki adaya
uçur… Yerin mantiya qatının fluktuasiyasını izləməklə süni peyklərdən istifadəni
araşdıracaq. Lenqdon heç vaxt ağlına da gətirmirdi ki, Vittoriya Vetr kimi qadınla
xoşbəxt yaşaya bilər. Amma onlar Romada görüşəndə ilk dəfəydi ki, yorulduğunu
hiss etdi, həm cismən, həm də ruhən. Onda subay yaşamağın üstünlüyünə və
tənha kişi kimi əldə etdiyi azadlıqlara şübhə oyandı. Və gözlənilmədən həyatında
boşluq hiss etdi, keçən vaxt ərzində isə bu hiss daha da gücləndi.
Onlar qalereyada sürətlə addımlayırdılar, lakin Lenqdon hələlik heç bir cəsəd
görmürdü.
- Doğrudanmı Cak Sonyer bu qədər böyük məsafəni yeriyə bilib?
- Güllə Sonyerin qarnına dəyib. Bu yavaş və çox əzablı ölümdür. O, on beş-
iyirmi dəqiqə ölümlə əlləşib. Görünür, qeyri-adi irədəyə malik insanmış.
Lenqdon hətta təəccübündən dayandı.
- Siz demək istəyirsiniz ki, buraya gəlmək üçün mühafizə xidmətinə on beş
dəqiqə vaxt lazım olub?
- Əlbəttə, yox. Həyəcan siqnalı eşidilən kimi, Luvrun mühafizə xidməti dərhal
hərəkətə gəlib. Amma Böyük Qalereyaya giriş bağlı olub. Mühafizəçilər dəmir
hörmənin yanında durub eşidirmişlər ki, kimsə dəhlizin o başında hərəkət edir.
Amma onun kim olduğunu görə bilməyiblər. Onlar qışqırıblar, haraylayıblar, amma
cavab gəlməyib. Elə hesab ediblər ki, bu adam cinayətkardır, ona görə də
instruksiyaya əməl edərək məhkəmə polisini çağırıblar. Biz on beş dəqiqəyə bura
çatdıq. Sonra dəmir hörməni qaldırmaq mümkün oldu. Mən on nəfərə yaxın silahlı
agent göndərdim. Onlar qarətçini tapmaq üçün bütün qalereyanı axtardılar.
- Və…
- Və heç kimi tapmadılar. – əlini irəliyə uzadıb dedi. – Ondan başqa.
Lenqdon Faşın əli ilə göstərdiyi tərəfə baxdı. Əvvəl ona elə gəldi ki, kapitan
mərmər heykəli göstərir. Amma sonra yaxınlaşaraq o, səhv etdiyini anladı.
Heykəldən otuz yard irəlidə parıltılı ləkə vardı. Qalereyanın qırmızımtıl
yarıqaranlığında ştativə bərkidilmiş lampanın işığı döşəməyə düşərək işıq adacığı
yaratmışdı. Və bu işıq ləkəsinin düz ortasında kuratorun çılpaq cəsədi mikroskopun
altına qoyulmuş həşərat kimi uzadılmışdı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə