Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   2   3   4   5   6   7   8   9   ...   115

Paris Luvrunun yeni girişi muzeyin özü qədər məşhur idi. Onu Çin əsilli
amerikan arxitektoru İ.M.Pe tərəfindən müasir üslubda yaradılmış şüşə piramida
bəzəyirdi. Bu isə ənənəçilik tərəfdarlarının etirazına səbəb olmuşdu. Onlar hesab
edirdilər ki, şüşə piramida İntibah dövrünün üslubuna xələl gətirir. Höte bu tikilini
«donmuş musiqi», Peyin tənqidçiləri isə «sinif lövhəsinə dırnağın qıcırtısı»
adlandırmışdılar. Müasir texnologiya ilə qədim ənənənin qarışığı olan şəffaf,
yetmiş bir fut hündürlüyündəki piramidanın tərəfdarları onu keçmişlə müasir
dövrü əlaqələndirən simvolik həlqə adlandırırdılar. Və əmin idilər ki, bu piramida
ilə bəzədilmiş Luvr üçüncü minillikdə də ləyaqətli yerini tutacaqdır.
- Bizim piramida sizin xoşunuza gəlirmi? – agent soruşdu.
Lenqdon üz-gözünü turşutdu. Deyəsən, fransızlar belə sualları amerikanlara
verməkdən ləzzət alırlar. Əlbəttə ki, sancmaq üçün. Əgər etiraf etsən ki, piramida
xoşuna gəlir, dərhal səni zövqsüz amerikanlara aid edəcəklər. Xoşuna gəlmir
desən, fransızları incitmiş olursan.
- Mitteran cəsarətli və açıq danışan insan idi, - Lenqdon diplomatikcəsinə
cavab verdi.
Deyirdilər ki, Fransanın mərhum prezidenti firon kompleksindən əzab
çəkirmiş. Onun əli ilə Parisə misir daş abidələri və qədim maddi mədəniyyətin
digər nümunələri gətirilmişdi. Fransua Mitteranın Misirə aid olan bütün şeylərə
müəmmalı marağı vardı, ona görə də onu indiyədək Sfinks adlandırırlar.
- Sizin kapitanın adı nədir? – Lenqdon söhbətin mövzusunu dəyişmək istədi.
- Bezu Faş, - agent maşını piramidanın əsas girişinə yönəldərək cavab verdi. –
Lakin biz onu le Taureau çağırırıq.
Lenqdon təəccüblə gözlərini qaldırdı:
- Siz öz kapitanınızı Öküz adlandırırsız?
Bu fransızlarda qəribə həvəs var – insanlara heyvan adı qoymaq!
Agent qaşlarını çatdı:
- Müsyö Lenqdon, siz fransızca etiraf etdiyinizdən də yaxşı bilirsiniz.
Mən fransızca çox pis bilirəm, Lenqdon düşündü, amma Zodiak işarələrinin
ikonoqrafiyasından başım çıxır. Taurus – həmişə öküz olub. Astroloci simvollar
dünyanın hər yerində eynidir.
Agent maşını saxladı və iki fontanın arasında olan piramidanın böyük qapısını
göstərdi.
- Giriş ordandır. Uğurlar, müsyö.
- Bəs, siz mənimlə gəlmirsiniz?
- Əmrə görə mən sizi burda tərk etməliyəm. Mənim başqa işlərim var.
Lenqdon ah çəkib maşından düşdü. Oyun sizindir, qaydaları da həmçinin.
Motor guruldadı və «sitroen» sürətlə uzaqlaşdı.
Maşının sürətlə uzaqlaşan işıqlarına baxan Lenqdon düşündü: Dəvəti qəbul
etməsəm nə olar? Meydanı keçmək, çıxışda taksi tutmaq və otelə yatmağa
getmək? Amma ürəyinə dammışdı ki, bu ideyanın heç bir xeyri yoxdur.


Lenqdon fontanların yaratdığı dumana tərəf addımladı və ona elə gəldi ki,
başqa bir dünyanın astanasına ayaq qoyur. Bu axşamkı bütün hadisələr sanki
yuxuda baş verirdi. İyirmi dəqiqə əvvəl o, mehmanxanada xumar-xumar yatırdı.
İndi isə Sfinks tərəfindən tikilmiş şəffaf piramidanın önündə durub və Öküz ləqəbli
polislə görüşü gözləyir.
Mən Salvador Dalinin rəsmlərinin əsiriyəm, o düşündü.
Və əsas girişə – fırlanan nəhəng qapılara doğru addımladı. Şüşənin arxasındakı
foye zəif işıqlandırılmışdı və deyəsən, adam yox idi.
Bəlkə, şüşəni döyüm?
Maraqlıdır, Lendon fikirləşdi, Harvardın məşhur misirşünaslarından kimsə
piramidanın qapısını döyübmü? O, artıq əlini qaldırmışdı, amma şüşənin arxasında
kiminsə tutqun silueti göründü. Bu adam tələsə-tələsə vintşəkilli pilləkənlərlə
qalxırdı. Qara saçlı, qıvraq və enlikürək olması onu neandertala (neandertal –
paleolit dövrünün adamı – S.B.) oxşadırdı. Qara ikibortlu kostyum enli çiyinlərə
güclə tab gətirirdi. Əyri, qısa ayaqları vardı, lakin yerişindən amiranəlik yağırdı. O,
yeriyə-yeriyə mobil telefonla danışırdı. Qapıya yaxınlaşdıqda söhbətini qurtardı və
işarəylə Lenqdonu içəri çağırdı.
- Mən Bezu Faşam, - Lenqdon fırlanan qapıdan içəri girən kimi o, özünü
təqdim etdi. – Məhkəmə Polisi Baş İdarəsinin kapitanı. – Onun səsi xarici
görkəminə uyğun idi, şüşə tavan altında qətiyyətlə guruldayırdı.
Lenqdon əlini uzatdı: - Robert Lenqdon.
Faşın nəhəng ovucu onun əlini sıxdı.
- Mən şəklə baxmışam, - Lenqdon dedi. – Sizin agent dedi ki, guya Cak Sonyer
özü bunu edib…
- Mister Lenqdon, - Faşın qara gözləri, sanki abnos ağacından düzəldilmişdi, -
sizin şəkildə gördüyünüz, təəssüf ki, Sonyerin etdiyinin az bir hissəsidir.
IV FƏSİL
Duruşundan və hərəkətlərindən kapitan Faş doğrudan da hirsli öküzü xatırladırdı.
Çiyinlərini yüngülcə əyərək inamla addımlayır, böyük çənəsini isə sinəsinə doğru
sıxırdı. Arxaya daranmış qara saçlarına losyon çəkildiyindən par-par parıldayırdı və
enli alnı daha açıq görünürdü. Yeriyərkən qətiyyətlilik yağan qara gözləri yolun hər


bir santimetrini axtarırdı. Yəqin ki, məhz buna görə o, ciddi və bütün məsələlərdə
güzəştə getməyən insan reputasiyasını qazanmışdı.
Lenqdon kapitanın ardınca, Şüşə piramidanın ortasında yerləşən balaca
həyətə aparan məşhur mərmər pilləkənlərlə addımlayırdı. Onlar aşağı düşərək
avtomatlarla silahlanmış məhkəmə polisindən olan iki mühafizəçinin yanından
keçib getdilər. Hər şey aydın idi: kapitan Faşın icazəsi olmadan heç kim bu gün bu
binaya girə və burdan çıxa bilməz.
Onlar aşağı düşməkdə davam edirdilər. Lenqdon həyəcanını çətinliklə
boğurdu. Doğrudur, kapitanla birlikdə olması onu azca sakitləşdirirdi, lakin Luvr
qəbir kimi qəmgin idi. Pilləkən, kinoteatrların girişlərindəki kimi hər bir pilləyə
quraşdırılmış kiçik lampalarla işıqlandırılırdı. Lenqdon addımlarının şüşə tavan
altında necə əks-səda verdiyini eşidirdi. O, başını qaldıraraq, piramidanın şüşə
damından çöldə müxtəlif rəngli fontanların bərq vurduğunu gördü.
- Necədir, xoşuna gəlir? – Faş enli çənəsini qaldıraraq soruşdu.
Lenqdon ah çəkdi, bu oyunlar onun zəhləsini tökməyə başlamışdı.
- Hə, piramida çox gözəldir.
- Elə bil, Parisin sifətinə çapıq vurubsan, - Faş hirslə donquldadı. Bir-sıfır onun
xeyrinə.
Lenqdon anladı ki, bu adamı razı salmaq çox çətindir. Fransua Mitteranın
hamiliyi ilə tikilmiş bu piramidanın 666 şüşə paneldən ibarət olduğunu və 666
şeytan rəqəmi hesab olunduğuna görə sabiq prezidentin əleyhdarları tərəfindən
bu məsələnin tənqid edildiyini və mübahisə doğurduğunu, kapitan bilirmi,
görəsən? – o düşündü.
Lenqdon bu mövzuya toxunmamağı qərara aldı. Onlar daha aşağı düşdülər və
yeraltı vestibülə gəlib çıxdılar. Yarıqaranlıqda buranın həqiqi ölçülərini müəyyən
etmək çətin idi. Əlli yeddi fut dərinliyində yerin altında yerləşən bu yeni tikili
70.000 kvadrat fut sahəni tuturdu və nəhəng mağaranı xatırladırdı. Bura, binanın
yerüstü fasadının sarı-qızılı rənginə uyğun olaraq, sarı torpaq rəngli mərmərdən
naxışlar vurulmuşdu. Gündüz bura işıqlı və adamlarla dolu olurdu. İndi isə burda
atmosfer yumşaq desək, xoşagələn deyildi. Yarıqaranlıq və boşluqda adama elə
gəlirdi ki, soyuq mağaradasan.
- Bəs, muzeyin işçiləri haradadır? – Lenqdon soruşdu.
- En quarantaine (karantində – fr.) – Faş elə tonla cavab verdi ki, elə bil,
Lenqdon onun komandasının hüquqi səlahiyyətlərini şübhə altına almışdı. –
Məlumdur ki, bu gün binaya yad adam girib. Luvrun bütün gecə gözətçilərini
binanın o biri qanadında sorğu-suala çəkiblər.
Lenqdon başını tərpətdi və addımlarını yeyinlətdi ki, Faşdan geri qalmasın.
- Siz, Cak Sonyeri yaxından tanıyırdınızmı? – kapitan soruşdu.
- Biz, ümumiyyətlə tanış deyildik və bir dəfə də olsun, görüşməmişdik.
Faş təəccübləndi:
- Axı, siz axşam görüşməli idiniz?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə