Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   2   3   4   5   6   7   8   9   ...   115

Lenqdonu həyəcan bürüdü. Doğrudan da, o və hörmətli Cak Sonyer
mühazirədən sonra görüşməli idilər, lakin kurator gəlib çıxmamışdı.
- Bəli. Siz hardan bilirsiniz?
- Onun stolüstü təqvimində sizin familiyanızı oxuduq.
- Ümid edirəm, ona bir şey olmayıb.
Leytenant nəfəsini çəkdi və aralıqdan «Polaroid»lə çəkilmiş şəkli göstərdi.
Fotoqrafiyanı görən Lendonu soyuq tər basdı.
- Şəkil bir saat əvvəl çəkilib. Luvr muzeyində.
Lenqdon adamı dəhşətə salan şəkildən gözlərini ayırmadan hirslə dedi:
- Axı bunu kim edə bilər?
- Elə biz də bunu aydınlaşdırmaq istəyirik. Dini simvollar sahəsindəki biliyinizi
və Sonyerlə görüşmək istədiyinizi nəzərə alaraq, ümid edirik ki, bu işdə bizə kömək
edəcəksiniz.
Lenqdon gözlərini şəkildən ayırmırdı. Onun həyəcanı qorxuyla əvəzləndi.
Dəhşətli təsvirdir, lakin iş təkcə bunda deyil. O, bu səhnəni bir dəfə də hardasa
görmüşdü. Bir il əvvəl Lenqdon meyid şəkli almışdı və o vaxt da ondan kömək
istəmişdilər. Bundan iyirmi dörd saat sonra, az qala, həyatı ilə vidalaşacaqdı, özü
də Vatikanda. Yox, bu şəkil tamam başqadır, lakin oxşarlıq var.
Leytenant saatına baxdı:
- Kapitan gözləyir, ser.
Amma Lenqdon onu eşitmirdi. Gözlərini şəkilə zilləyib dayanmışdı.
- Bax, simvol burdadır, bir də ki, meyid elə qəribə…
- O zəhərlənib? – agent soruşdu. Lenqdon başını tərpətdi və leytenanta baxdı:
- Sadəcə təsəvvür edə bilmirəm ki, bunu kim edə bilər…
Agent qaşqabağını tökdü:
- Mister Lenqdon, siz məni başa düşmədiniz. Şəkildə gördüyünüz… - burda o,
tutuldu. – Qısası, müsyö Sonyer özü-özünə qəsd edib.
II FƏSİL
Saylas adlı albinos kişi axsaya-axsaya «Rits» otelindən təxminən bir mil aralı ryu-
Labryuyer küçəsində yerləşən qırmızı kərpicdən tikilmiş gözəl villanın qapılarından
içəri girdi. Ombasında gəzdirdiyi insan saçlarından hörülmüş çıxıntılı sarğı dərisinə


batıb ağrıtsa da, ürəyi sevinclə dolmuşdu. Bəs nə, o, Allaha şərəflə xidmət etmişdi.
Ağrı, yalnız xeyrə idi.
O, villaya girdi, qızarmış gözləri ilə vestibülə baxdı. Sonra, yatmış yoldaşlarını
oyatmasın deyə, sakitcə pilləkənlərlə qalxmağa başladı. Onun yataq otağı açıq idi,
burda kilidlər qadağan edilmişdi. İçəri girib qapını örtdü.
Otaq sadə idi – taxta döşəmə, şam ağacından düzəldilmiş kamod, küncdə
yatmaq üçün qoyulmuş pambıq döşək. Saylas burda qonaq idi, ancaq Nyu-
Yorkdakı evi də bu hücrəyə oxşayırdı. Allah mənə sığınacq və məqsəd verib. Bu gün
Saylas hiss edirdi ki, borclarını qaytarmağa başlayıb. Tələsik kamoda yaxınlaşıb,
aşağı yeşiyi çəkdi və mobil telefonu götürüb nömrəni yığdı.
- Bəli? – kişi səsi eşidildi.
- Ustad, mən qayıtdım.
- Danış! – telefondan amiranə səs eşidildi.
- Dördünün də işini bitirdik. Böyük usta və üç qulluqçusu…
Dəstəkdən bir müddət səs gəlmədi, sanki həmsöhbət Allaha dua edirdi.
- Belədirsə, yəqin ki, informasiyanı əldə etmisən?
- Dördü də etiraf etdi. Bir-birindən xəbərsiz.
- Sən də onlara inandın?
- Dördü də eyni şeyi dedi. Bu təsadüf olmaz.
Həmsöhbətin dəstəkdən həyəcanlı səsi eşidildi:
- Əla! Mən qorxurdum ki, cəmiyyətin əsas şərtlərindən olan gizlilik üstün gələr.
- Amma, ölüm qorxusu – güclü motivdir.
- Beləliklə, mənim şagirdim, bilmək istədiyimi de, artıq.
Saylas anlayırdı: qurbanlarından aldığı informasiya bomba kimi partlayacaq.
- Ustad, onların dördü də əfsanəvi guşəli daşın – clet de voute-nin olduğunu
təsdiqlədilər.
O, xəttin digər ucundakı şəxsin nəfəsini necə çəkdiyini aydınca eşidir, ustadını
bürümüş həyəcanı hiss edirdi.
- Guşəli daş. Məhz biz düşündüyümüz kimi. Əfsanəyə görə cəmiyyət clet de
voute və ya guşəli daş xəritəsini yaratmışdı. Bu, üstündə işarələrlə cəmiyyətin sirri
yazılmış daş lövhə idi… Bu informasiya o qədər güclü və lazımlı idi ki, onun
qorunması cəmiyyətin varlığının mənasına çevrilmişdi.
- İndi isə, daş bizdəykən, yalnız son addım qalıb, - Ustad dedi.
- Buna düşündüyünüzdən də yaxınıq. Guşəli daş burdadır, Parisdə.
- Parisdə? İnanılası deyil! Hətta o qədər sadədir ki.
Saylas keçən axşamın hadisələrini ona danışdı. Dörd qurbanın hər birinin
ölümlərindən bir neçə saniyə əvvəl cəmiyyətin sirrini açaraq öz şərəfsiz həyatlarını
necə xilas etmək istədikləri haqqında məlumat verdi. Hər biri Saylasa eyni şeyi
demişdi: guşəli daş Parisin qədim kilsələrinin birində – Eqliz de Sen-Sülpisdə, çox
qapalı bir yerdə gizlədilib. – Allahın evində! – Ustad heyrətləndi. – Onlar bizi ələ
salmağa necə cürət ediblər?!


- Onlar bununla əsrlərdir ki, məşğuldur.
Ustad susdu, sanki qələbə anından ləzzət almaq istəyirdi. Sonra dedi:
- Sən bizi Yaradana böyük xidmət göstərdin. Biz yüzillərlə bu saatı gözləmişik.
Sən mənim üçün bu daşı tapıb gətirməlisən. Yubanmadan. Bu gün! Yəqin ki, bunun
qiymətinin böyük olduğunu bilirsən?
Saylas anlayırdı, amma Ustadının tələbini yerinə yetirmək qeyri-mümkün idi.
- Bu kilsə möhkəmləndirilmiş qala kimidir. Xüsusən də gecələr. Mən ora necə
girə bilərəm?
Ustad, sonsuz hakimiyyət və nüfuza malik bir adamın qətiyyətli səsilə, bu işi
necə edəcəyini ona anlatdı.
Saylas dəstəyi asdı və həyəcandan bədəninin necə gizildədiyini hiss etdi.
Bir saat, öz-özünə xatırladı, Allah evinə girməmişdən əvvəl, mərhəmətli
Ustadın repitimya (repitimya – dini cəza, pəhriz – S.B.) üçün ona verdiyi vaxt. Mən
ruhumu bu gün etdiyim günahlardan təmizləməliyəm. Həm də, onun bu günkü
günahları xeyirxah məqsədlərlə edilmişdi. Allahın düşmənlərinə qarşı müharibə
əsrlərlə sürüb. Bağışlanılmaq təmin olunub.
Lakin, bunlara baxmayaraq, Saylas bilirdi: günahların bağışlanması qurban
tələb edir.
O, pərdələri çəkib soyundu və otağın ortasında diz çökdü. Sonra gözlərini
endirib ombasına sarıdığı çıxıntılı sarğıya baxdı. «Yol»un həqiqi davamçılarının
hamısı bu sarğıdan – hərəkət edərkən dəriyə bataraq Həzrət İsanın əzablarını
xatırlatmağa kömək edən metal çıxıntılı kəmərdən bağlayırdılar. Ağrı həm də
şəhvani hissləri cilovlamağa kömək edirdi.
Bu gün Saylas öz kəmərini qərara uyğun olaraq iki saatdan artıq bağlamasına
baxmayaraq başa düşürdü: bu gün xüsusi bir gündür. Və o, kəmərdən yapışıb lap
bərk sıxdı, daha dərinə batan çıxıntıların ağrısından büzüşdü. Gözlərini yumdu və
təmizlənmə gətirən bu ağrıdan həzz almağa başladı.
Ağrının yalnız xeyri var, - Ustadlar Ustadı Xose Mari Eskriva atanın müqəddəs
mantrasından olan bu sözləri Saylas ürəyində dedi. Eskrivanın 1975-ci ildə
öldüyünə baxmayaraq, onun işi yaşayırdı, onun müdrik sözlərini yer kürəsindəki
minlərlə sadiq qulluqçular pıçıldayırdılar, xüsusən də «cismin keyləşdirilməsi» adlı
müqəddəs ritualı yerinə yetirmək üçün diz çökən zaman.
Sonra Saylas çevrilib döşəmənin üstündəki səliqə ilə bükülmüş xırda düyünləri
olan ciyəyə baxdı. Düyünlər qanla ləkələndiyindən qızarırdı. Daha kəskin
təmizləyici ağrı hiss etməkdən ötrü Saylas qısaca dua oxudu. Sonra ciyənin bir
ucundan tutub kürəyinə vurmağa başladı. Düyünlər dərini deşdiyindən ağrıdan
ikiqat olmuşdu, Saylas. Yenə vurdu, bu dəfə daha qüvvətlə. Və uzun müddət özünü
düyünlü kəndirlə döydü.
- Castigo corpus meum (öz cismimi cəzalandırıram – lat.)
Və nəhayət, kürəyindən qan axdığını hiss etdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə