Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   6   7   8   9   10   11   12   13   ...   115

- Siz ki, şəkli görmüsünüz, - Faş dedi. – Sizin üçün burda gözlənilməz bir şey
olmamalıdır.
Onlar yaxınlaşdılar və Lenqdon əsməcə tutduğunu hiss etdi. Bu onun
indiyədək gördüyü səhnələrin ən dəhşətlisi və ən qəribəsi idi.
Cak Sonyerin cəsədi parket döşəmədə eyni ilə fotoşəkildə əks olunduğu kimi
uzadılmışdı. Cəsədin yanında duran Lenqdon gözlərini qeyri-adi parlaq işığın
təsirindən qıyaraq düşünürdü ki, kurator ömrünün son dəqiqələrini belə qəribə
vəziyyətdə uzanmağa həsr edib.
Sonyer öz yaşına görə çox sağlam görünürdü… və onun əzələli bədəni dərhal
gözə çarpırdı. O, əynindəki paltarı cırıb çıxararaq səliqə ilə döşəməyə sərmiş, sonra
enli dəhlizin düz ortasında kürəyi üstə uzanmışdı. Əlləri və ayaqları geniş açılmışdı,
uşaqların qış vaxtı qardan düzəltdikləri şaxta babanın əlləri kimi. Yox, o,
gözəgörünməz qüvvələrin şaqqalamaq istədiyi çarmıxa çəkilmiş adama daha çox
oxşayırdı.
Sinəsindəki qanlı ləkə güllənin girdiyi yeri göstərirdi. Qan təəccüblü dərəcədə
az çıxmışdı, yalnız kiçicik qara ləkə görünürdü.
Sağ əlinin şəhadət barmağı da qana batmışdı, sanki onu qəsdən yaraya
bulaşdırmışdılar. Doğrudan da, Sonyer ölərkən öz qarnını mürəkkəb, çılpaq qarnını
isə kətan kimi istifadə etmişdi. O, qarnının üstündə sadə bir simvol çəkmişdi:
kəsişən beş düz xəttin yaratdığı beş guşəli ulduz.
Pentakl?…
Qarnının ortasındakı qanlı ulduz meyitə qorxunc görkəm verirdi. Lenqdonun
gördüyü fotoşəkil də dəhşətli idi, amma indi, hər şeyi öz gözləri ilə görməsi onun
həyəcanını getdikcə artırırdı.
O, bunu özü edib.
- Mister Lenqdon? – Faşın qara gözləri ona dikilmişdi.
- Bu pentakldır. – Lenqdon dedi və qalereyanın divarları arasında cingildəyən
səsi qəribə və yad təsir bağışladı. – Yer üzündəki ən qədim rəmzlərdən biridir.
Məsihin mövludundan dörd min il əvvəl yaranıb.
- Bəs mənası nədir?
Bu sual veriləndə Lenqdon həmişə tərəddüd etmişdi. Rəmzin nəyi işarə
etdiyini demək – bu və ya başqa bir mahnının insana necə təsir etdiyini
aydınlaşdırmağa bərabərdir. Axı, eyni musiqini hamı eyni cür qiymətləndirmir. Ku-
kluks tayfasının ağ papağı Birləşmiş Ştatlarda nifrət və rasizm simvoluna
çevrilmişdi, İspaniyada isə bu, xristian dininin qətiyyətini, təmizliyini göstərirdi.
- Eyni rəmzlər müxtəlif şəraitlərdə müxtəlif mənanı ifadə edir, - Lenqdon
ehtiyatla cavab verdi. – Ümumiyyətlə isə, pentakl bütpərəstlərin dini rəmzi olub.
- Şeytana pərəstiş, - Faş başını tərpətdi.
- Yox, - Lenqdon dedi və dərhal anladı ki, sözləri ehtiyatla seçmək lazımdır. Axı,
indi «bütpərəst» və ya «bütpərəstlik» sözləri şeytana ibadət kimi başa düşülür. Bu
isə qətiyyən düzgün deyil. Bu sözün kökü latın mənşəli pagan sözündəndir, mənası


isə «kənd sakinləri» deməkdir. Bütpərəstlər əsasən kənddə və meşədə yaşamışlar,
dini baxışlarına görə politeist olmuşlar, təbiət hadisələrinə ibadət etmişlər. Xristian
kilsəsi isə, «villes», - kənddə yaşayan bu çoxallahlı insanlardan o qədər qorxub ki,
«kənd sakini» mənasını verən «vilain» sözü, «cinayətkar» kimi işlədilib.
- Beş guşəli ulduz, - Lenqdon aydınlaşdırdı, - bu, xristianlıqdan əvvəlki dövrə
aid, Təbiət hadisələrinə ibadətlə bağlı rəmzdir. Qədim insanlar dünyanı iki yerə
bölürdülər – kişi və qadın. Onların eyni sayda tanrı və ilahələri vardı. İn və yan. Kişi
və qadın başlanğıclar balanslaşdırıldıqda dünyada harmoniya hökm sürür. Balans
pozulduqda isə xaos yaranır. – Lenqdon mərhumun qarnını göstərdi: - Pentakl
yerdəki bütün canlıların qadın yarısının simvoludur. Dinləri öyrənən tarixçilər bunu
«müqəddəs qadın başlanğıcı» və ya «müqəddəs ilahə» adlandırırlar. Bu isə, əlbəttə
ki, Sonyerə məlum idi.
- Demək belə çıxır ki, Sonyer öz qarnında İlahə simvolu çəkib?
Bu qəribə də olsa, Lenqdon Faşla razılaşmağa məcbur oldu.
- Daha spesifik interpretasiya da var. Beşguşəli ulduz gözəllik və məhəbbət
ilahəsi olan Veneranın rəmzidir.
Faş döşəmədəki cansız, çılpaq kişiyə baxa-baxa burnunun altında nəsə
mızıldadı.
- İlk dinlər Təbiəti ilahi başlanğıc hesab etmişlər. İlahə Venera və planet
Venera – bu ikisi eyni şeydir. İlahə gecə səmasında öz yerini tutur və onun bir çox
adları mövcuddur – Venera, Şərq ulduzu, İştar, Astarte. Bunların hamısı Təbiətlə və
Ana Torpaqla bağlı olan qüdrətli qadın başlanbıcının rəmzləridir.
Faş nədənsə narahat oldu. Şeytana itaət ideyası başından çıxmırdı.
Lenqdon qərara aldı ki, təfərrüata varmasın və beşguşəli ulduzun ən
heyrətamiz xassəi: onun Venera ilə bağlılığının qrafiki sübutları haqqında heç nə
deməsin. Lenqdon, hələ astronomiya fakultəsinin tələbəsi olarkən öyrənmişdi ki,
Venera planeti hər səkkiz ildən bir göy sferasının böyük çevrəsi üzrə hərəkət
edərkən mütləq düzgün pentakl cızır. Qədim insanlar bu hadisəni qeydə alaraq o
qədər heyrətlənmişlər ki, Venera və onun cızdığı pentaklı kamilliyin, gözəlliyin və
seksual məhəbbətin rəmzləri hesab etmişdilər. Bu hadisəni bayram etmək üçün,
qədim yunanlar Olimpiada oyunlarını hər səkkiz ildən bir keçirərmişlər. Bu gün çox
az adam bilir ki, müasir olimpiadalar Veneranın yarım tsiklinə uyğun gəlir. Daha az
adam bilir ki, beşguşəli ulduzu az qala Olimpiada oyunlarının rəmzi kimi təsdiq
edəcəkdilər, amma son anda onu dəyişdilər: beşguşəli ulduzu beş halqa ilə əvəz
etdilər. Təşkilatçıların fikrincə bu, oyunların harmoniyasını və iştrirakçıların ruhunu
daha yaxşı əks etdirir.
- Mister Lenqdon, - Faş dedi, - görünür, sizin bu pentaklın şeytana da aidiyyatı
ola bilər. Hər halda, sizin amerikan dəhşət filmlərində o, məhz elə bu mənanı
daşıyır.
Lenqdon qaş-qabağını tökdü. Çox sağ ol, Hollivud. Beşguşəli ulduz satanist-
qatillər haqqında çəkilən dəhşət seriallarında virtual şablona çevrilib. Beşguşəli


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə