Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   14   15   16   17   18   19   20   21   ...   115

açıblar, amma bunun o qədər əhəmiyyəti yox idi, əsas qapıları məhkəmə polisi
idarəsindən olan agentlər mühafizə edirdi. Lenqdon aradan çıxa bilməzdi.
- Mən mister Sonyerin kabinetinə baş çəkməliyəm, - Faş dedi. – Ora gələrsiniz,
mister Lenqdon. Biz mütləq bəzi məsələləri müzakirə etməliyik.
Lenqdon başını tərpətdi və qaranlıqda gözdən itdi.
Faş çevrilib əks istiqamətə tərəf hirslə addımladı. Dəmir hörməyə çatıb, onun
altından sürünüb keçdi, Böyük Qalereyadan çıxdı və cəld dəhlizi keçib Sonyerin
kabinetinə girdi.
- Sofii Neveni binaya buraxmağa kim icazə verib? – O, hədə-qorxu gələrək
soruşdu.
İlk dillənən Kolle oldu:
- O, girişdəki mühafizəçilərə dedi ki, kodun şifrəsini açıb.
Faş ətrafa baxdı.
- O gedib?
- Bəs o, sizinlə deyil?
- Yox, o getdi. – Faş qaranlıq dəhlizə baxdı. Güman ki, Sofinin əhvalı
pozulduğundan kabinetə, uşaqların yanına dönməyib.
Faş düşündü ki, çıxışdakı mühafizəçilərə zəng edib Sofini buraxmamağı
tapşırsın və onu bura gətirtsin. Amma sonra qərara aldı ki, lazım deyil. İndi bu qızla
məşğul olmağın vaxtı deyil. Daha mühüm işlər var. Agent Neve ilə sonra məşğul
olarıq, o düşündü. Faş qəti qərara almışdı ki, onu işdən qovdursun.
O, fikirli-fikirli Sonyerin stolunun üstündəki miniatür cəngavərə baxırdı. Sonra
Kolleyə dedi:
- Siz onu izləyirsiz?
Kolle cavabında başını tərpətdi və kompüterin ekranını Faşa tərəf çevirdi.
Mərtəbəli planda yanıb-sönən qırmızı nöqtə görünürdü, siqnal «TOİLETTES
PUBLİQUES» kimi qeyd olunmuş yerdən gəlirdi.
- Yaxşı, - Faş dedi və siqaret yandırdı. Sonra dəhlizə tərəf getdi, - Mən zəng
etməliyəm. İzləyin ki, Lenqdon tualetdən başqa bir yerə getməsin.
XII FƏSİL
Lenqdon Böyük Qalereyanın axırına tərəf addımlayırdı. Onun başı gicəllənirdi.
Sofinin qəribə xəbəri nəyi bildirirdi? Dəhlizin sonunda qapılarına işarələr vurulmuş


tualet otaqları göründü və o, divarlarında italyan rəsm əsərləri asılmış, bir-biri ilə
kəsişən çoxlu dəhlizin yanından keçdi.
Lendon kişi tualetinin qapısını tapıb içəri girdi və işığı yandırdı.
Otaq boş idi. O, çanağa yaxınlaşıb üzünə soyuq su vurdu ki, fikrini cəmləyə
bilsin. Çanağın üstündə parlaq flüorsent işıqlar yanırdı, otaqdan ammiak qoxusu
gəlirdi. Lenqdon kağız dəsmalla üzünü qurulamağa başladı və birdən qapı cırıldadı.
O, cəld çevrildi.
Sofii Neve içəri girdi, onun yaşıl gözlərində qorxu vardı.
- Allaha şükür, siz burdasınız! Bizim vaxtımız, demək olar ki, yoxdur.
Lenqdon Məhkəmə Polisi Baş İdarəsinin şifrələrin açılması üzrə mütəxəssisinə
çaşqın-çaşqın baxdı. Bir neçə dəqiqə bundan əvvəl onun verdiyi məlumata qulaq
asarkən, Lenqdon düşünürdü ki, bu qadın, sadəcə dəlidir. Lakin intuisiya deyirdi ki,
Sofi Neve onunla səmimidir. Bu məlumata reaksiya verməyin. Sadəcə qulaq asın.
Siz təhlükədəsiniz. Mənim bütün tapşırıqlarımı yerinə yetirin. Lenqdon Sofinin
məsləhətlərinə əməl etməyi qərara aldı. Faşa dedi ki, onun yaxın dostunun qəzada
xəsarət alması xəbəri gəlib və o, mütləq təcili olaraq ABŞ-a qayıtmalıdır. Sonra da
əlavə etdi ki, o, tualetə getmək istəyir.
İndi isə Sofi yaxında idi, onunla üzbəüz dayanmışdı. Və flüorsent lampaların
insafsızcasına parıldayan işığında onun sifətini yaxşıca süzdü və qətiyyətli, güclü bir
qadının üzündə yumşaq, hətta incə cizgilərin olduğunu görüb təəccübləndi. Yalnız
baxışları iti və diqqətli idi, ümumiyyətlə o, Renuarın portretlərindəki xanımlara
oxşayırdı. Azca dumanlı olsa da, təsirli obraz, sadəliyin sirlə əhatə olunduğu süfət
cizgiləri…
- Mən sizi xəbərdar etmək istədim, mister Lenqdon – Sofii dedi. – Xəbərdar
etmək istədim ki, siz sous surveillance cachee. Sizi çox diqqətlə izləyirlər. – Səs,
kaşı divarlı boş otaqda rezonans yaradırdı.
- Axı…niyə? – Lenqdon soruşdu. Sofi telefonda buna aydınlıq gətirmişdi, amma
o, bunu qızdan şəxsən eşitmək istəyirdi.
- Çünki, - o, daha da yaxınlaşaraq dedi, - siz qətldə şübhəli bilinən ilk
adamsınız.
Lenqdon bunu eşitməyə hazır idi, amma bu sözlər növbəti dəfə ona absurd
kimi göründü. Əgər Sofiyə inansaq, onu Luvra rəmzlər üzrə mütəxəssis kimi yox,
şüdhəli şəxs kimi çağırmışdılar. Və o, özü də bilmədən, güc strukturlarının sorğu-
sual obyektinə çevrilmişdi. Onun əsəblərinin dözməyəcəyi və hər şeyi etiraf
edəcəyi ümidi ilə polis onu şübhəli şəxs kimi cinayət yerinə çağırmış və ona
müxtəlif suallar vermişdi.
- Pencəyinizin sol cibində bir görün nə var, - Sofi dedi. – Onların sizi gözdən
qoymadııqlarına sübut.
Cibimə baxım? Lenqdona elə gəldi ki, o, çox da ağıllı oyunun obyekti deyil.
- Bəli, baxın, baxın.


Lenqdon əlini tvid pencəyinin sol cibinə soxdu. Cibini silkələdəi və heç nə
tapmadı. Lənət şeytana, bu nə axmaq zarafatlardır? Bəlkə, bu Sofi özündə deyil?
Amma birdən onun barmaqları nəyəsə toxundu. Nəsə bərk və balaca bir şey.
Əşyanı barmaqları ilə tutub cibindən çıxartdı və baxmağa başladı. Bu, qol
saatlarının batareyası ölçüsündə, düymə formasında metallik disk idi. O, indiyə
qədər belə şey görməmişdi.
- Bu nədir…
- Xüsusi izləmə cihazıdır, - Sofi cavab verdi. – Qlobal peyk sistemi vasitəsi ilə
obyektin hərəkəti haqqında məhkəmə polisinin monitoruna daim siqnal ötürür.
Yer kürəsinin istənilən nöqtəsində hər hansı bir insanın yerini plyus-minus iki fut
dəqiqliklə təyin etmək istifadə olunur. Demək, siz elektron nəzarət altındasınız.
Onu sizin cibinizə isə mehmanxanaya gələn agent qoyub.
Lenqdon mehmanxana nömrəsindəki səhnəni xatırladı. O, tələsik duş qəbul
edib geyinmişdi, agent isə onun xidmətində duraraq tvid pencəyi ona uzatmışdı.
Mister Lenqdon, indi bayırda soyuqdur, agent demişdi. Paris baharı mahnılardakı
kimi deyil. Belə də Lenqdon ona təşəkkür etmiş və pencəyi geyinmişdi.
- Mən telefonla bu əşya haqqında sizə heç bir şey demədim. Qəsdən. Yoxsa,
onu Faşın gözləri qarşısında cibinizdən çıxarardınız. Bunu tapmağınızı o,
bilməməlidir.
Lenqdon nə deyəcəyini bilmirdi.
- Bu əşya ilə sizi ona görə mükafatlandırıblar ki, qaçmayasınız. – Sofi bir az
susduqdan sonra davam etdi: - Ümumiyyətlə, onlar elə hesab edirdilər ki, siz
qaçmağa çalışacaqsınız. Bu isə onların şübhələrini daha da artırardı.
- Axı, mən nə üçün qaçmayılam? – Lenqdon hirsləndi, - Mən ki, günahkar
deyiləm!
- Faş isə başqa cür düşünür.
Lenqdon əsəbi halda zibil vedrəsinə tərəf addımlayıb əlindəki əşyanı atmaq
istədi.
- Yox, lazım deyil! – Sofi onun əlindən tutdu. – Qoy cibinizdə qalsın. Əgər
atsanız, siqnal hərəkət etməyəcək və cihazı tapdığınızı anlayacaqlar. Faş bir səbəbə
görə ondan kənarlaşmanıza icazə verib: o, bilir ki, monitorda sizi izləyə biləcək.
Əgər o, şübhələnsə ki, siz cihazı tapmısınız… - Sofi fikrini tamamlamadan susdu.
Lenqdonun əlindən diski alıb, onun pencəyinin cibinə qoydu. – Qoy, cibinizdə
qalsın. Heç olmasa müəyyən vaxta qədər.
Lenqdona üşütmə gəldi.
- Axı, Faş nədən qərara gəlib ki, Cak Sonyeri mən öldürmüşəm?
- Məncə sizdən şübhələnmək üçün əsaslı səbəblər var, - Sofi cavab verdi. –
Sizin bilmədiyiniz bir dəlil var. Faş hələlik onu sizdən saxlayır.
Lenqdon heç bir şey anlamayaraq Sofiyə baxırdı.
- Sonyerin döşəməyə yazdığı mətn yadınızdadırmı?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə