Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   17   18   19   20   21   22   23   24   ...   115

Amma Sonyer əl çəkmirdi və Sofinin kamodunda bir yığın oxunmamış məktub
qalaqlanmışdı. Amma, Sonyerin də haqqını vermək lazımdı! O, bir dəfə də olsun
Sofiyə zəng etməmiş və camaat arasında onunla görüşməyə can atmamışdı.
Bu günə qədər.
- Sofi? – Avtocavablayıcıdan gələn səs qocanın idi. – Mən, sənin zəng
etməmək haqqında arzunu uzun müddət yerinə yetirmişəm… və inan ki, bu,
mənim üçün çətin olub. Amma səninlə danışmalıyam. Dəhşətli bir hadisə baş
verib.
Sofinin ürəyi qopdu – uzun illər sonra onun səsini yenidən eşitmək elə qəribə
idi ki… Yumşaq və yalvarışlı səs Sofiyə uşaqlığını xatırladırdı.
- Sofii, xahiş edirəm, qulaq as mənə, - Sonyer ingiliscə danışırdı. O, həmişə,
hələ Sofi uşaq olarkən, onunla ingiliscə danışmışdı. Fransızca məktəbdə
danışarsan. Evdə isə, ingiliscə məşq etmək lazımdı. – Mənə əbədi olaraq acığını
tökməyəcəksən ki. bu illər ərzində sənə göndərdiyim məktubları oxumusanmı?
Doğrudanmı, heç nə başa düşməmisən? – O, bir neçə saniyə susdu. – Biz görüşüb
danışmalıyıq. Elə bu saat, indi. Babana yazığın gəlsin, vaxtından azca bağışla mənə.
Tez zəng et mənə, Luvra. Bizi ciddi təhlükə gözləyir.
Sofi çaşqın halda avtocavablayıcıya baxırdı. Təhlükə? O, nə danışır?..
- Prinsessa… - Babasının səsi titrəyirdi və Sofi bunun səbəbini anlaya bilmirdi. –
Bilirəm, səndən çox şeyi gizlətmişəm. Başa düşürəm, bununla da, sənin mənə olan
sevgini itirmişəm. Amma sənin təhlükəsizliyin üçün belə etmişəm. İndi sən, bütün
həqiqəti bilməlisən. Xahiş edirəm, gəl görüşək. Mən sənin ailən haqqında bütün
həqiqəti danışmalıyam.
Sofi ürəyinin necə möhkəm döyündüyünü hiss etdi. Mənim ailəm haqqında?
Sofinin cəmi dörd yaşı olanda valideynləri ölmüşdü. Maşın körpüdən aşıb çaya
düşmüşdü. Maşında atası və anasından başqa, nənəsi və kiçik qardaşı da
olduğundan, Sofi bütün ailəsini itirmişdi. Bu haqda qəzetdə yazılmış xəbərləri indii
o, qutuda saxlayırdı.
Mənim ailəm! Sofi uşaqlıqda tez-tez gördüyü yuxunu xatırladı. O, öz
valideynlərini gözləyir, bilir ki, onlar tezliklə qayıdacaqlar. Və hər dəfə də bir fikirlə
yuxudan ayılırdı! Onlar sağdırlar! Onlar evə qayıdırlar! Və hər dəfə də yuxu eyni
sonluqla bitirdi, doğma və mehriban üzlər dumanda qeyb olurdular.
Sofi, sənin ailən bütünlüklə həlak olub. Onlar heç zaman qayıtmayacaqlar.
- Sofi, - avtocavablayıcıdan babasının səsi yenidən eşidildi, - mən çox illər
gözləmişəm, sənə bunları demək üçün lazım olan zamanı gözləmişəm. İndii vaxt
çatıb. Luvra, mənə zəng et. Dərhal, mənim səsimi eşidəndən sonra. Bütün gecəni
gözləyəcəm. Biz ikimiz də təhlükədəyik. Sən mütləq bilməlisən ki…
Burda səs kəsilirdi.
Sofi mətbəxin ortasında durmuşdu və bədəninin necə titrədiyini hiss edirdi. O,
babasının dedikləri haqqında düşünürdü və onun başında yalnız bir fikir dolaşırdı.
Bu, yalandır.


Yəqin ki, babası onu görməyi çox istəyir. O, bunun üçün hər şeyi yoxlayıb. İndii
isə…bu. Babasına qarşı nifrəti daha da güclənirdi. Sonra Sofi yenə düşündü: bəlkə
o, ciddi xəstədir və nəvəsini son dəfə görmək üçün hər şeydən istifadə edir. Əgər
belədirsə, onda yaxşı fikirləşib.
Mənim ailəm.
Sofi yarıqaranlıq kişi tualetində idi və babasının gündüz avtocavablayıcıya
dediyi sözlər qulaqlarında cingildəyirdi. Biz ikimiz də təhlükədəyik, Sofi. Mənə zəng
et.
O, zəng etmədi. Hətta bunu ağlına belə gətirmədi. İndi şübhənin yerini kədərli
fkirlər tutmuşdu. Onun babası muzeydə öldürülüb. Ölümündən qabaq döşəməyə
sirli mətn yazıb.
Bu mətn onun üçündür. Buna qəti əmindir.
Sofi bu yazının mənasını başa düşmürdü, amma buna baxmayaraq, əmin idi:
babası bütün yazını şifrələsə də, axırıncı sözlərin ona ünvanlanması fakt idi. Sofidə
kriptoqrafiyaya qarşı sonsuz maraq Cak Sonyerin tərbiyəsi nəticəsində
formalaşmışdı. Babası da müxtəlif şifrələrin, kodların, labirintlərin və söz
oyunlarının fanatı idi. Bəzən bütün istirahət gününü qəzetdəki krossvord və
kriptoqramların həllinə həsr edirdi.
Sofi on iki yaşında başqasının köməyi olmadan «Le mond» da çıxan istənilən
krossvordu həll edə bilirdi. Babası ona ingilis krossvordlarını, müxtəlif riyazi
oyunları həll etməyi və şifrələmənin əsaslarını öyrədirdi. Sofi bütün bu məsələlərin
öhdəsindən çox asanlıqla gəlirdi. O, Məhkəmə Polisi Baş İdarəsində şifrəaçıcı
vəzifəsinə təsadüfən yiyələnməmişdi.
Və bu gün Sofi babasının iki bir-birinə tanış olmayan insan - Sofi Neve və
Robert Lenqdonun adlarını bir koda salmasını professional baxımdan
qiymətləndirməyə bilməzdi.
Amma hansı məqsədlə?
Robert Lenqdonun çaşqın baxışlarından Sofi anlamışdı ki, amerikalının da bu
barədə heç bir təsəvvürü yoxdur.
- Siz, bu gün mənim babamla görüşmək istəmisiniz? – o dedi. – Nə üçün?
Lenqdon özünü tamam itirdi.
- Onun katibəsi zəng edib görüş təyin etdi, amma səbəbini demədi, mən də
soruşmadım. Yəqin ki, fransız kilsələrində bütpərəstlik ikonoqrafiyası barədə
mənim mühazirə oxuyacağımı eşidibmiş, buna görə də mövzuyla maraqlanıb.
Hesab edib ki, görüşüb bu barədə söhbət etmək pis olmaz.
Sofi buna inana bilmirdi. Heç bir əlaqə yoxdur. Bəli, onun babası bütpərəstlik
ikonoqrafiyası haqqında mütəxəssislərdən daha çox bilirdi. Bundan başqa Cak
Sonyer çox qapalı adam idi, amerikalı professorlarla oturub boş-boşuna söhbət
etməzdi. Bəlkə buna ciddi səbəb varmış…
Sofi açıq danışmağı qərara aldı:


- Bu gün gündüz, babam mənə zəng etmişdi. Dedi ki, biz təhlükədəyik. Bu nə
deməkdir, bəlkə, sizin bir fikriniz var?
Lenqdonun göy gözləri həyəcanla baxırdı.
- Yox, amma nə baş verdiyini nəzərə alsaq…
Sofi başı ilə təsdiqlədi. Bu günkü hadisələri nəzərə alsaq, onu idiot hesab
etmək olardı, əgər qorxu hiss etməsəydi. O, güzgülü şüşəsi olan kiçik pəncərəyə
yaxınlaşdı və şüşəyə quraşdırılmış nazik siqnal naqillərinin arasından küçəyə baxdı.
Onlar yerdən 40 fut hündürlükdə idilər.
Sofi ah çəkdi və pəncərədən görünən mənzərəyə baxmağa davam etdi. Solda,
Senanın o biri sahilində, yaxşı işıqlandırılmış Eyfel qülləsi görünürdü. Düz irəlidə –
Triumfal arka. Sağ tərəfdə isə, dairəvi Monmartr təpəsində Sakre-Ker kilsəsinin
incə cizgiləri görünürdü, sanki cilalanmış ağ daş özü işıq saçırdı.
Onlar binanın ən uzaq hissəsində, qərb tərəfində idilər. Bura Karuzel
meydanının gur hissəsi ilə həmsərhəd idi. Gec olmasına baxmayaraq, avtomobillər
hələ də şütüyürdü. Meydanın ensiz trotuarı Luvrun xarici divarına bitişik idi.
Gecələr yük avtomobilləri svetoforda dayanıb yaşıl işığın yanmasını gözləyirdilər.
Onların arxasındakı qırmızı işıqlar Sofiyə sanki göz vururdu.
- Heç bilmirəm, nə deyim. – Lenqdon yaxınlaşıb onunla üzbəüz dayandı. –
Babanız sizə nəsə demək istəyib, bu aydındır. Bağışlayın ki, bu barədə mən sizə
kömək edə bilmirəm.
Sofi pəncərənin qarşısından çəkildi. Lenqdonun səsində səmimi təəssüf
duyulurdu. Onun başına gələn bütün xoşagəlməz hadisələrə baxmayaraq,
doğrudan da kömək etmək istəyirdi. O, müəllim kimi danışır, Sofi düşündü. Sofi
Məhkəmə Polisinin Lenqdon haqqında hazırladığı materialları oxumuşdu. Lenqdon
alim idi, əsil alimlər isə anlaşılmazlığa dözə bilmirlər.
Bizim üçün ümumi olan xarakter, o düşündü.
Sofi əvvəllər şifrə açmaq üzrə mütəxəssis işləyərkən ilk baxışdan mənasız
görünən rəqəmləri deşifrə etməklə pul qazanırdı. Və indi düşünürdü ki, ola bilsin,
Robert Lenqdon özü də bilmədən onun üçün mühüm olan informasiyaya malikdir.
Prinsessa Sofi. Robert Lenqdonu tapmalı. Bundan aydın demək olmaz. Sofiyə vaxt
lazımdır ki, Lenqdonun ona nə verə biləcəyini anlasın. Düşünmək üçün vaxt.
İkilikdə bu sirli hadisəni araşdırmaq üçün lazım olan vaxt. Təəssüf ki, bu vaxt çox
sürətlə qurtarırdı.
O, başa düşdü ki, yalnız bir çıxış yolu var. Gözlərini Lenqdona dikib dedi:
- Bezu Faş sizi hər an həbs edə bilər. Mən sizi muzeydən çıxara bilərəm. Lakin
bir yerdə hərəkət etməliyik.
Lenqdonun gözləri böyüdü.
- Siz, mənə qaçmağı təklif edirsiniz?
- Bu, sizin üçün ən yaxşı yoldur. Əgər Faş sizi həbs etsə, onda bir neçə ay
fransız həbsxanasında qalacaqsınız. Bizim idarə və ABŞ səfirliyi işi məhkəmədə həll
edənə qədər. Lakin, burdan çıxıb özümüzü sizin səfirliyə çatdıra bilsək, onda


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə