Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   18   19   20   21   22   23   24   25   ...   115

Amerika hökuməti sizin hüquqlarınızı müdafiə edəcək. Mən isə, sizin qətldə iştirak
etmədiyinizi sübut etməyə çalışacam.
Deyəsən, Lenqdon onun sözlərinə inanmamışdı.
- Qətiyyən mümkün deyil! Faşın silahlı mühafizəsi bütün giriş və çıxışlarda var.
Biz qaçmağa cəhd edəndə güllə atmasalar belə, qaçmağın özü şübhəli görünəcək
və mənim günahkar olduğumu göstərmək üçün daha bir sübut əldə edəcəklər. Siz
Faşa deməlisiniz ki, döşəmədəki yazı sizə ünvanlanıb. Və Sonyerin mənim adımı
çəkməsi faktı ittiham kimi deyil.
- Mən bunu mütləq edərəm, - Sofi tələsik vəd etdi. – Amma siz Amerika
səfirliyində, təhlükəsiz vəziyyətdə olduqdan sonra. Burdan oraya qədər cəmi bir
mil məsafə var, çıxışda mənim maşınım dayanıb. Faşla danışığı burda, Luvrda
aparmaq risklidir. Niyə anlamırsınız? Bu gün Faş hər şeyi edəcək ki, sizin günahınızı
sübut edə bilsin. Və sizin həbs olunmağınızın uzanmasının yeganə səbəbi odur ki,
bəlkə əleyhinizə yeni dəlillər tapıldı.
- Doğrudur. Əgər mən qaçsam, onda onların bu istəyi yerinə yetəcək.
Birdən Sofinin cibindəki mobil telefon zəng çaldı. Bəlkə Faşdır? O, əlini cibinə
salıb telefonu söndürdü.
- Mister Lenqdon, - o dedi, - mən sizə sonuncu sualımı verməliyəm. Bəlkə də,
bundan sizin həyatınız asılıdır. Döşəmədəki yazı sizin birbaşa günahkar olmağınızı
sübut etmir, amma Faş bizim adamlara dedi ki, siz birinci və əsas şübhəli şəxssiniz.
Fikirləşin, bəlkə onun sizi günahkar hesab etməsinin başqa bir səbəbi var?
Bir neçə saniyə susduqdan sonra Lenqdon dilləndi:
- Yox, bilmirəm. Başqa heç bir səbəb görmürəm.
Sofi dərindən nəfəs aldı. Deməli, Faş yalan danışır. Amma onun nəyə görə belə
etməsini Sofi bilmirdi və bunu indi aydınlaşdırmaq çətin idi. Bir şey aydındır! Bezu
Faş nəyin bahasına olur-olsun, Lenqdonu elə bu gün həbsxanaya göndərmək
istəyirdi. Amma Lenqdon Sofinin özünə lazım idi və buna görə də ancaq bir çıxış
yolu qalmışdı.
Lenqdonu mütləq Amerika səfirliyinə çatdırmaq lazımdır.
Sofi pəncərəyə tərəf çevrilib, siqnalizasiya naqillərinə baxdı, sonra yenə də
yerə qədər olan məsafəni hesablamağa çalışdı. Bəli, qırx fut – bu zarafat deyil. Bu
hündürlükdən tullansa, Lenqdonun hər iki ayağı sına bilər. Hələ bu, nikbin
sonluqdur.
Buna baxmayaraq Sofi qərarını verdi.
Robert Lenqdon bunu istəsə də, istəməsə də, Luvrdan qeyb olmalıdır.


XVII FƏSİL
- Bu nə deməkdir? O, cavab vermir? – Faş acıqla soruşdu. – Siz nömrəni düzgün
yığdığınıza əminsiniz? Bildiyimə görə, telefon daim onun üstündə olur.
Kolle artıq bir neçə dəqiqə idi ki, Sofiyə zəng edirdi. – Bəlkə, batareya ölüb?
Bəlkə də söndürüb.
Kriptoqrafiya şöbəsinin direktoru ilə danışdıqdan sonra Faşın sifəti dəyişildi. O,
dəstəyi asıb Kolleyə yaxınlaşdı və təcili olaraq agent Neve ilə rabitə yaratmağı əmr
etdi. Amma onunla danışmaq heç cür mümkün olmurdu. Buna görə də Faş qəfəsə
salınmış şir kimi kabinetdə var-gəl edirdi.
- Şöbədən nə üçün zəng etmişdilər? – Kolle maraqlandı. Faş qəti hərəkətlə ona
sarı çevrildi:
- Dedilər ki, onlar idol an od içlə zalim an arasında heç bir əlaqə tapmayıblar.
- Vəssalam?
- Yox. Bir də bildirdilər ki, rəqəmləri Fibonaççi ardıcıllığı kimi identifikasiya
ediblər və burda da heç bir məna tapmayıblar.
Kolle qaş-qabağını tökdü.
- Onlar bunu demək üçün agent Neveni göndərmişdilər, axı.
Faş başını buladı:
- Neveni onlar göndərməyiblər.
- Nə?!
- Direktor dedi ki, bizdən materialları aldıqdan dərhal sonra, o, bütün
komandanı toplayıb və işə cəlb edib. Agent Neve gəldikdən sonra yalnız Sonyerin
şəkillərinə və koda baxıb, heç bir söz demədən ofisdən çıxıb. Direktor dedi ki, onu
qınamaq olmaz. Babasının şəkilləri agent Neveyə çox pis təsir edib.
- Pis təsir edib? İndiyə qədər meyid şəkli görməyib ki?
Faş bir qədər susduqdan sonra dilləndi:
- Mən bunu bilmirdim, əməkdaşlardan biri deməyincə, heç direktor da
bilmirmiş. İş ondadır ki, Neve Sonyerin nəvəsidir.
Kollenin dili tutuldu.
- Direktor dedi ki, o heç vaxt bu haqda danışmayıb. Ola bilsin, belə məşhur
insanın nəvəsi olmasını bildirmək istəməyib. Təvazökarlıqdan.
Bu şəkillərin ona pis təsir etməsi təəccüblü deyil, Kolle düşündü. Gənc qadının
faciəli surətdə həlak olmuş qohumunun yazısını deşifrə etmək üçün çağırılmasını o,
xoşagəlməz təsadüf hesab edirdi. Amma buna baxmayaraq, Sofinin hərəkətləri
mənasız idi.
- Sonyerin yazdığı rəqəmlərin Fibonaççi ardıcıllığı olduğunu, axı, o, dərhal başa
düşdü. Bura gələn kimi bizə bu haaqda dedi. Şəxsən başa düşmürəm ki, o, niyə öz
kollegalarına demədən şöbədən gedib.
Bunun cavabı kimi Kollenin başına yalnız bir fikir gəldi: Sonyer, bu rəqəmli
kodu döşəməyə o ümidlə yazıb ki, Faş kriptoqrafları, o cümlədən onun nəvəsini də


istintaqa cəlb etsin. Ola bilər ki, yazının qalan hissəsi Sofiyə ünvanlanıb? Əgər
belədirsə, onda hansı hissəsi? Bir də, Lenqdonun bura nə aidiyyatı?
Amma Kolle bu barədə yaxşıca düşünməyə macal tapınca muzeyin sakitliyini
sirenanın səsi pozdu. Böyük Qalereyanın hansı hissəsindəsə siqnalizasiya sistemi
işlədi.
- Həyəcan! – cihazlara baxan agentlərdən biri qışqırdı. – Böyük qalereyada!
Kişi tualetində!
Faş Kolleyə tərəf şığıdı:
- Lenqdon hardadır?
- Hələ də tualetdədir, - o, cavab verdi və monitorda yanıb-sönən qırmızı
nöqtəni göstərdi. – Deyəsən, o, pəncərəni sındırıb! – Kolle düşünsə də, Lenqdonun
bunu edəcəyinə inanmırdı. Parisdə yanğın təhlükəsizliyi qaydaları tələb edirdi ki,
ictimai binalarda on beş metr hündürlükdə yerləşən bütün pəncərələri yanğın
zamanı sındırmaq mümkün olsun. Baxmayaraq ki, Luvrun ikinci mərtəbəsinin
pəncərəsindən tullanmaq özünə qəsd demək idi. Bundan başqa, binanın bu
tərəfində, pəncərənin altında nə kolluq, nə də çəmənlik vardı ki, tullandıqda
zərbəni yumşalda bilsin. Tualetin pəncərələrinin aşağısında meydanın ikitərəfli
hərəkət olan hissəsi yerləşirdi. - İlahi! – Kolle gözlərini monitordan çəkməyərək
çığırdı. – Lenqdon pəncərənin kənarında dayanıb!
Faş koburdan «MR-93» tapançasını çıxarıb, kabinetdən çölə qaçdı.
Kolle çaşqın halda monitora baxırdı. Yanıb-sönən nöqtə pəncərənin qarşısında
donub qalmışdı… Sonra isə binanın perimetrindən kənara çıxdı.
Nə baş verir? Lenqdon hardadır? Pəncərənin qarşısında yoxsa…
- İlahi! – Kolle qışqırdı və yerindən atıldı. Nöqtə muzeyin divarlarından kənarda
idi. Budur o, tərpəndi, sonra binanın divarlarından təqribən 10 yard kənarda
dayandı.
Kolle mausu tərpədib, Parisin xəritəsini ekrana gətirdi. Sonra yardımçı izləmə
sistemini işə saldı. İndi o, nöqtənin dayandığı yerin hara olduğunu dəqiq bilirdi.
Nöqtə daha tərpənmirdi.
Karuzel meydanında donub qalmışdı.
XVIII FƏSİL
Faş Böyük Qalereyanın dəhlizləri ilə qaçarkən Kolle radiotelefon vasitəsi ilə onunla
əlaqə yaratdı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə