Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   26   27   28   29   30   31   32   33   ...   115

Səhəri gün babası ona velosiped sürməyi öyrətdi, yəhərdən tutub onunla
birlikdə cığırda qaçdı. Sofi velosipedi çəmənliyə sürdükdə müvazinətini itirdi və
onlar gülməkdən keçərək çəmənliyə yıxıldılar.
- Baba! – Sofi Sonyeri möhkəmcə qucaqladı. – Açara görə məni bağışla, mən
doğrudan da, xəcalət çəkirəm.
- Bilirəm, əzizim, bilirəm. Səni bağışlamışam, uzun müddət sənə qarşı acıqlı ola
bilmirəm. Babalar və nəvələr həmişə bağışlamalıdırlar.
Sofi anlayırdı ki, bunun haqqında soruşmaq olmaz, amma özünü saxlaya
bilmədi.
- Bəs, o, nəyin açarıdır? Beləsini heç vaxt görməmişəm. Elə qəşəngdir ki!..
Baba uzun müddət susdu və Sofi başa düşdü ki, babası necə cavab verəcəyini
bilmir. Babam heç vaxt yalan danışmır.
- O, bir sandıqçanı açır, - nəhayət Sonyer dilləndi. – Mən orda çoxlu sirlər
saxlayıram.
Sofi dedi:
- Sirlərə nifrət edirəm!
- Amma bunlar mühüm sirlərdir. Vaxt gələcək sən bunları biləcəksən və onlar
mütləq sənin xoşuna gələcək.
- Mən açarın üstündə hərflər və gül gördüm.
- Hə, bu mənim sevdiyim çiçəkdir. Fleur-de-lis adlanır. Bizim bağçada da
bundan var. Ağ rəngdədir, həm də gözəl ətri var. İngiltərədə ona zanbaq deyirlər.
- A-a, bilirəm! Onlar mənim də xoşuma gəlir.
- Onda gəl, belə razılaşaq. – Baba qaşlarını çatdı. – Əgər bu sirri saxlasan, bu
açar haqqında heç zaman, heç kimlə, hətta mənimlə belə danışmasan, gün gələr,
bu açarı sənə hədiyyə edərəm.
Sofi eşitdiyinə inana bilmirdi.
- Doğrudan?
- Söz verirəm. Vaxt gələcək, açar sənin olacaq. Axı, onun üstündə sənin adın
var.
Sofi üz-gözünü turşutdu:
- Yox, baba! Orda iki hərf var – P.S. Mənim adım başqa hərflə başlayır!
Baba səsini qısıb ətrafa baxdı, sanki kiminsə onlara qulaq asıb-asmadığını
yoxlayırdı.
- Sofi, mən dediyim doğrudur. Qulaq as, P.S. – klddur. Sənin gizli inisiallarındır.
Qızın gözləri təəccübdən böyüdü.
- Mənim gizli inisialım var?
- Əlbəttə. Bütün nəvələrin gizli inisialı var, bunları yalnız babalar bilir.
- P.S.?
O göz vurdu:
- Prinsessa Sofi.
Sofi güldü:


- Mən prinsessa deyiləm.
- Mənim üçün prinsessasan.
O gündən babası ilə açar barədə bir dəfə də olsun danışmadı və bundan sonra
Prinsessa Sofi oldu. Sofi xəyala dalaraq susurdu, geri qayıtmayacaq itkinin ağrısı
ona əzab verirdi.
- İnisiallar – Lenqdon ona qəribə nəzərlərlə baxaraq pıçıldadı. – Siz bu hərfləri
əvvəllər hardasa görmüsünüz?
Sofiyə elə gəldi ki, muzeyin qaranlıq dəhlizlərində babasının səsi eşidilir. Sofi,
bu açar barədə heç vaxt danışma. Heç kimlə, hətta mənimlə də. Amma o anlayırdı:
Andı pozmağın vaxtı çatıb. P.S. Robert Lenqdonu tapmalı. Babası istəmişdi ki,
Lenqdon ona kömək etsin. O, istəmədən başını tərpətdi:
- Hə, bu hərfləri mən bir dəfə də görmüşəm. Hələ balaca qız olarkən.
- Harda?
Sofi tərəddüd edirdi.
- Onun üçün çox vacib olan əşyanın üstündə.
Lenqdon onun düz gözlərinə baxdı.
- Sofi, bu çox mühümdür. Bu hərflərin yanında nəsə bir simvol yox idi ki?
deyək ki, fleur-de-lis?
Sofi təəccübündən yerindəcə dondu.
- Hə… amma siz bunu necə bildiniz?
- Mən yüz faiz əminəm ki, babanız gizli cəmiyyətin üzvü olub. Qədim gizli
cəmiyyətin.
Sofi diksindi. O, özü də buna əmin idi. Sofi on illər boyu bu xoşagəlməz faktı
təsdiq edən insidenti unutmağa çalışmışdı. O, ağlagəlməz şeylərin şahidi olmuşdu.
Bağışlanılmaz əməllərin!
- Fleur-de-lis, - Lendon dedi, - P.S. hərfləri ilə birlikdə cəmiyyətin rəsmi
devizidir. Onun gerbidir. Emblemidir.
- Siz bunu hardan bilirsiz? – Sofi soruşdu. Və ürəyində yalvardı: «İlahi, elə et ki,
Lenqdon da bu cəmiyyətin üzvü olmasın».
- Mən bu cəmiyyət haqqında yazmışam, - Lenqdonun səsi həyəcandan
titrəyirdi. – İş ondadır ki, mən gizli cəmiyyətlərin simvollarını öyrənirəm, bu mənim
peşəmin bir hissəsidir. Bu cəmiyyətin adı Prieure de Sion – Sion Prioratıdır.
Fransada yerləşir, bütün Avropanın nüfuzlu insanlarını cəlb edir. Ümumiyyətlə bu,
yer üzündəki qədim gizli cəmiyyətlərdən biridir.
Sofi bu haqda heç zaman eşitməmişdi. Lenqdon indi tələsə-tələsə danışırdı:
- Cəmiyyətin üzvləri arasında dahi şəxsiyyətlər də olub. Bottiçelli, ser İsaak
Nyuton, Viktor Hüqo. – O, sözünə bir qədər ara verib əlavə etdi: - Və Leonardo da
Vinçi.
Sofi diksindi.
- Da Vinçi gizli cəmiyyətin üzvü olub?


- O, hətta 1510 və 1519-cu illər arası cəmiyyətin rəhbəri olub. Güman ki, bir az
da bu səbəbdən sizin babanızın da Vinçinin işlərinə marağı olub. Başqa əsrlərdə
yaşasalar da, onları bir cəmiyyətə aid olmaları birləşdirirdi. Və bütün bunlar Kilsəyə
nifrət, bütpərəst simvollarına, o cümlədən «ilahəyə pərəstiş»lə bir ümumilik təşkil
edir. Sion Prioratında onların ilahə kultuna bağlılıqlarını sübut edən çoxlu sənədlər
də var.
- Siz demək istəyirsiniz ki, bu cəmiyyət bütpərəstlik kultu olan «ilahəyə
pərəstiş»lə bağlı olub?
- Hətta bundan da çox. Amma ən mühümü odur ki, onların qədim sirrin
mühafizləri kimi məşhur olublar. Bu da onları sonsuz dərəcədə qüdrətli edib.
Sofi qulaqlarına inanmaqdan imtina edirdi. Gizli bütpərəstlik kultu? Cəmiyyətə
Leonardo da Vinçi rəhbərlik edib? Bu tamamilə absurd görünürdü. Amma o,
xəyalən keçmişə, on il bundan əvvəlki gecəyə qayıtdı. O gecə babasını qəfil tutmuş,
qəbul olunmaz əməlin şahidi olunmuşdu. Bəlkə də, məhz bu izah edir ki..?
- Cəmiyyətin indiki üzvlərinin şəxsiyyətləri və adları gizli saxlanılır. – Lenqdon
dedi. – Amma sizin uşaqkən gördüyünüz hərflər və çiçək təsviri babanızın bu
cəmiyyətlə əlaqədə olduğunu sübut edir.
Belə çıxır ki, Sofi anladı – Lenqdon onun babası haqda ehtimal ediləndən də
çox bilirmiş. Bu amerikalı ona maraqlı şeylər danışa bilər, amma indi vaxtı deyil.
- Mən onların sizi tutmasına yol vermərəm, Robert. Biz çox şeyi müzakirə
etməliyik! Qaçın! Gedin artıq!
Onun səsi Lenqdona sanki uzaqdan gəlirdi. O, qaçmaq haqqında heç
fikirləşmirdi də. O, indi başqa dünyada idi. Qədim sirlərin üzə çıxdığı dünyada. O
tələsmədən, ləng fırladılan lentdəki kimi, başını çevirib məşhur əsərə baxdı.
Fleur-de-lis… Liza çiçəyi… Mona Liza.
Bütün bunlar bir-birinə necəsə əlaqədar olaraq indi səsi ona çatan sirr
simfoniyası idi. Sion Prioratının və Leonardo da Vinçinin sirləri.
Luvrdan bir neçə mil aralı, əlillər evinin arxasında, yük maşınının özünü itirmiş
sürücüsü avtomatın hədəfi altında dayanıb məhkəmə polisi kapitanının
qəzəblənərək sabun parçasının Senanın qara sularına tullamasını müşahidə edirdi.
XXIV FƏSİL
Saylas başını qaldırıb Sen-Sülpis kilsəsindəki Misir sütununa baxdı. Əzələ və sinirləri
yay kimi dartılmışdı, həyəcandan bütün damarları dilə gəlmişdi. O, kilsədə tək


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə