Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   24   25   26   27   28   29   30   31   ...   115

yuxu kimiydi. Mən, polis tərəfindən təqib olunan qaçağam. Luvrun pəncərəsindən
az qala tullanacaqdım. Yox, bu sadəcə vəhşilikdir!..
Sonyerin tərtib etdiyi anaqramlar başından çıxmırdı və Lenqdonu dəhşətli
maraq bürümüşdü ki, Sofi məşhur əsərin yanından nə tapacaq. Sofi tamamilə əmin
idi: babası istəyib ki, bu məşhur əsərə bir də baxsın. Məqbul interpretasiyadır,
lakin lenqdonu başqa paradoks narahat edirdi.
Postskriptum. Robert Lenqdonu tapmalı.
Sonyer onun adını döşəməyə yazmış, onu axtarmağı Sofiyə məsləhət
görmüşdü. Amma nə səbəbə? Sadəcə anaqramları açmaqdan ötrümü?
Güman etmirəm.
Axı, Sonyer hardan bilirdi ki, Lenqdon anaqramları açmaqda məharətlidir. Biz
onunla bir dəfə də olsun görüşməmişik. Bundan başqa, Sofi aydınca dedi ki, o,
Lenqdonun köməyi olmadan da anaqramları aça bilər. Məhz Sofi birinci tapdı ki,
döşəmədəki rəqəmlər Fibonaççi ardıcıllığıdır. Onun tez bir zamanda ismarıcın
qalan hissəsini açmasına şübhə ola bilməzdi.
Sofi anaqramları özü açmalı idi, indi Lenqdon buna tamamilə əmin idi. Bəs
Sonyer onun adını nə üçün yazmışdı, niyə onu tapmağı məsləhət bilmişdi? Bunda
məntiq varmı?
Niyə məhz mən? Lenqdon dəhlizlə addımlayaraq düşünürdü. Sonyer nəvəsinə
ünvanlanmış ölümqabağı ismarıcında niyə məni tapmağı yazmışdı? Sonyerin
fikrincə, mən nəyi bilirdim?...
Birdən Lenqdon yerində donub qaldı. Tələsə-tələsə ciblərini eşələdi və kağızı
çıxardı. Və Sonyerin yazısının sonuncu sətrinə baxdı.
P.S. Robert Lenqdonu tapmalı.
Birinci iki hərf…
P.S.
Elə bil, onu cərəyan vurdu. O, hər şeyi xatırladı – Sonyerin simvollarla
maraqlanmasını, incəsənətdəki rəmzlər üstündə işləyərkən özünün topladığı
çoxillik təcrübəsini – hər şeyi. Aydınlıq! Nəhayət, hər şey üst-üstə düşür! Bu gecə
Cak Sonyerin etdiyi işlərin hamısının izahı tapıldı!
Lenqdon öz kəşfinin nəticələrini götür-qoy etdi. Sonra cəld çevrilib geriyə
addımladı.
Vaxt çatacaqmı?
Bu, mühüm deyil.
Bütün tərəddüləri özündən uzaqlaşdıran Lenqdon pilləkənə tərəf qaçdı.


XXII FƏSİL
Oturacaqların birinci sırasının yanında dizləri üstə oturmuş Saylas özünü dua
edirmiş kimi göstərirdi. Ancaq gizlicə və çox diqqətlə kilsənin içindəki əşyalara
baxırdı. Sen-Sülpis öz zamanının əksər kilsələri kimi, nəhəng latın xaçı formasında
tikilmişdi. Onun mərkəzi hissəsi baş mehraba aparırdı. Burda isə trapsent adlanan
ikinci, daha qısa olan hissə ilə kəsişirdi. Bu kəsişmə günbəzin düz altında yerləşirdi
və kilsənin ürəyi… onun ən müqəddəs və mistik hissəsi hesab olunurdu.
Bu gün yox, Saylas düşündü. Sen-Sülpis öz sirlərini tamam başqa yerdə
gizlədir.
O, sola və aşağı, oturacaqların qurtardığı trapsentin cənub hissəsinə baxdı.
Onun qurbanları buranı demişdilər.
Odur!
Yarıqaranlıqda, boz mərmər döşəməyə bərkidilmiş cilalı misdən olan nazik
zolaq parıldayırdı… qızılı xətt, xətkeşdə olduğu kimi hissələrə bölünmüşdü.
Qnomon. Günəş saatlarının göstərici-çubuğu belə adlanır. Bütpərəstlər ondan
astronomik cihaz kimi istifadə edirmişlər. Bu məşhur zolağa baxmaq üçün
dünyanın hər yerindən turistlər, alimlər, tarixçilər Sen-Sülpisə gəlirdilər.
Qızıl gül xətti.
Saylas, ondan sağ tərəfdə olan, döşəmədəki bu mis zolağı yavaş-yavaş
nəzərdən keçirdi. Və ona elə gəldi ki, bu xətt kilsə memarlığının simmetriyasını
pozur. Bu xətt sanki, baş mehrabı yaralayırdı və gözəl sifəti eybəcərləşdirən çapığa
oxşayırdı. Zolaq prestolu iki yerə bölürdü, sonra kilsənin eni boyunca keçib
trapsentin şimal küncündə qurtarırdı. Burda isə kilsə üçün tamamilə gözlənilməz
olan tikili vardı.
Qədim Misir abidəsi olan nəhəng daş sütun.
Qaranlıqda parıldayan Qızıl Gül xətti burda, doxsan dərəcə altında şaquli
istiqamətdə çevrilib daş sütunun üstünə yapışaraq onun piramida formalı təpəsinə
doğru otuz üç fut hündürlüyə qalxırdı və burda gözdən itirdi.
Qızıl Gül xətti, Saylas düşündü. Cəmiyyətin üzvləri guşəli daşı Qızıl Gül xəttinin
yanında gizlətmişdilər.
Bu axşam, bir az əvvəl, Saylas guşəli daşın Sen-Sülpis kilsəsində gizlədildiyini
Ustada deyəndə, o, buna şübhə etmişdi. Onda Saylas əlavə olaraq bildirmişdi ki,
cəmiyyətin bütün üzvləri eyni yerin adını çəkmiş və bütün kilsə boyu uzanan mis
zolaqdan danışmışdılar. Ustad ah çəkmişdi! «Sən Qızıl Gül xətti barədə deyirsən!»
Sonra o, Saylasa kilsənin unikal memarlıq xüsusiyyətindən danışdı: daşa
bərkidilmiş mis zolaq şimaldan cənuba yönəlmiş ox üzrə kilsəni iki yerə bölür. Bu,
qədim günəş saatlarına oxşayır. Mis zolaq nə vaxtsa kilsənin yerində olmuş
bütpərəst məbədindən qalmadır. Cənub divardakı deşikdən düşən günəş şüaları
bir gün dönümündən o biri gün dönümünə (gün dönümü – Günəşin göy
ekvatorunun ən uzaq elliptik nöqtəsindən keçməsi vaxtı; bu hadisə ildə iki dəfə


olur: yayda iyunun 22-də və qışda dekabrın 22-də) qədər keçən vaxtı qeydə alaraq
bu xətt üzrə yerini dəyişir.
Şimaldan cənuba doğru uzanmış zolaq Qızıl Gül xətti adlanır. Əsrlər boyu
Qızılgül – bələdçilik simvolu hesab edilib və xəritələrdə öz əksini tapıb. Demək olar
ki, hər xəritədə təsvir olunmuş Qızılgül kompası şimal, şərq, cənub və qərbin harda
yerləşdiyini göstərir. O, əvvəllər «küləklər Qızılgülü» adı ilə tanınırdı və otuz iki
küləyin istiqamətini göstərirdi. Bunların səkkizi əsas, səkkizi yarımçıq, on altısı
dördüncü dövrdəndir. Dairə şəkilli diaqramla təsvir olunmuş bu otuz iki ədəd
kompas oxları otuz iki ləçəkli Qızılgülün ənənəvi təsvirinə uyğun gəlir. İndiyə qədər
bu əsas naviqasiya cihazı Qızılgül kompası kimi tanınıb. Burda şimal istiqamət oxla
işarə edilib. Bu simvolu həm də fleur-de-lis (heraldik zanbaq – Frans.) adlandırırlar.
Qızılgül xətlərini qlobusda meridian və ya uzunluq adlandırırlar – bu Şimal
qütbündən Cənub qütbünə çəkilmiş xəyali xətdir. Bu Qızılgül xətləri sonsuz sayda
çoxdur, çünki qlobusun istənilən nöqtəsindən Şimal və Cənub qütblərini
əlaqələndirən meridian keçirmək olar. Qədim naviqatorlar yalnız bir məsələdə
mübahisə edirdilər: bu xətlərdən hansını Qızılgül xətti adlandırmaq olar, başqa
sözlə, bunlardan sıfırıncı meridian hansıdır?
İndi sıfırıncı meridian Londonda, Qrinviçdə yerləşir.
Amma bu, həmişə belə olmayıb.
Sıfırıncı meridianın Qrinviçdən keçməsini qəbul etməmişdən əvvəl, bu
meridian Parisdən, düz Sen-Sülpis kilsəsindən keçirdi. Və döşəməyə bərkidilmiş
mis zolaq yer kürəsinin baş meridianının bir vaxtlar məhz burdan keçməsinə
sübutdur. 1888-ci ildə bu şərəfi Qrinvçin Parisdən oğurlamasına baxmayaraq, ilk
Qızılgül xətti indiyə qədər burda saxlanılıb.
- Deməli, əfsanələr yalan deyil, - Ustad Saylasa dedi. – Boş yerə demirlər ki,
guşəli daş «Qızılgül işarəsi altında» yerləşir.
Saylas dizləri üstdən qalxmayaraq kilsəni gözdən keçirdi və ətrafı dinşədi. Ona
elə gəldi ki, yuxarıdan, eyvandan zəif səs eşidildi. O, bir neçə saniyə yuxarıya tərəf
baxdı. Heç kim yoxdur.
Mən təkəm.
O, ayağa qalxdı, üzünü mehraba çevirib üç dəfə xaç vurdu. Sonra sola dönüb
parıldayan mis zolaq boyunca daş sütuna tərəf addımladı.
Bu anlar avialaynerin şassisi Romadakı Leonardo da Vinçi aeroportunun eniş
zolağına toxundu və yüngül təkan kresloda mürgüləmiş yepiskop Arinqarosanı
ayıltdı.
- Benvenuto a Roma (Romaya xoş gəlmisiniz – ital.) – dinamiklərdən səs
eşidildi.
Arinqarosa kreslodan qalxdı, sutanasının qırışlarını düzəldib çox nadir hallarda
özünə rəva bildiyi təbəssümlə gülümsədi. O, bu səfərə çıxdığına şad idi. Çox uzun
müddət idi ki, evdə oturmuşdu. Bu gün oyun qaydaları dəyişilib. Cəmisi beş ay


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə