Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   15   16   17   18   19   20   21   22   ...   115

O, başını tərpətdi. Sözlər və rəqəmlər yaddaşında əbədi həkk olunmuşdu. Sofii
pıçıldayaraq dedi:
- Təəssüf ki, siz mətnin hamısını görməmisiniz. Orada dördüncü sətir də var
idi. Faş bunun fotoşəklini çəkib, sonra isə, siz gəlməmişdən əvvəl, qəsdən silmişdir.
Lenqdon bilirdi ki, markörün maye mürəkkəbini silmək çətin deyil, amma başa
düşə bilmirdi ki, Faş niyə əşyayi-dəlilin bir hissəsini məhv edib?
- Faş, sadəcə olaraq, istəmirdi ki, siz axırıncı sətir haqqında bir şey biləsiniz. Ən
azından sizi divara dirəyənə qədər.
Sofi cibindən fotoşəklin kompüterdə çap olunmuşunu çıxarıb açdı.
- Bir az əvvəl, bu axşam Faş cinayət yerindən çəkilmiş bütün şəkilləri bizim
şöbəyə göndərdi ki, şifrəni aça bilək, Sonyerin ölümündən qabaq nə demək
istədiyini aydınlaşdıraq. Bu, döşəmədə yazılmış tam mətnin şəklidir. – O, kağızı
Lenqdona uzatdı.
Lenqdon baxdı və gözlərinə inanmadı. Döşəmənin mətn yazılmış hissəsinin iri
planda fotoşəkli. Axırıncı sətri görəndə Lenqdon diksindi.
13-3-2-21-1-1-8-5
Div nar idol an od iç!
O zalim an!
P.S. Robert Lenqdonu tapmalı.
XIII FƏSİL
Lenqdon bir neçə saniyə Sonyerin şəkildən görünən postskriptumuna baxdı.
Robert Lenqdonu tapmalı. Başı gicəlləndi, sanki ayağının altından yer qaçdı. Sonyer
postskriptumda mənim adımı yazıb? Yox, bu ağlasığan deyil!..
- İndi başa düşdünüz, - Sofi soruşdu, - Faş sizi niyə bura çağırıb və sizdən niyə
şübhələnir?
Hələlik Lenqdon bir şeyi anlamışdı: o, Sonyer şifrəli mətn yazınca, qatilin adını
yazsaydı, daha asan olardı, - deyəndə, Faş nə üçün özündən razı halda baxmışdı…
Robert Lenqdonu tapmalı.
- Axı, Sonyer bunu nə üçün yazıb? – o heyrətləndi. Pərişanlığı və çaşqınlığı
qəzəblə əvəz olunmuşdu. – Mən Cak Sonyeri niyə öldürməliydim?
- Səbəb faşa aydın deyil. Amma o, sizinlə söhbəti lentə yazdırıb ki, bəlkə nəsə
tapdı.
Lenqdon ağzını açdı, amma heç bir söz demədi.


- O, özündə miniatür mikrofon gəzdirir, - Sofi aydınlaşdırdı, - bu mikrofon
cibindəki ötürücüyə qoşulmuşdur. Və bütün radiosiqnallar kuratorun kabinetində
yerləşmiş komanda postuna ötürülür.
- Yox, bu mümkün deyil, - Lenqdon mızıldandı, - Bir də ki, mənim alibim var.
Mühazirədən dərhal sonra mən mehmanxanaya getmişəm. Bunu qapıçı da təsdiq
edə bilər. Ondan soruşsunlar.
- Faş artıq soruşub. Onun ifadəsində bildirilir ki, siz nömrənin açarını təqribən
on birin yarısında götürmüsünüz. Qətlin törədildiyi vaxt dəqiq təyin olunub. Qətl
on bir radələrində baş verib. Deməli, siz mehmanxanadan nəzərə çarpmadan çıxa
bilərdiniz.
- Yox, bu sadəcə dəlilikdir! Faşın sübutu yoxdur!
Sofinin gözləri təəccübdən böyüdü, sanki o, soruşmaq istəyirdi: necə yəni
yoxdur?
- Amma, mister Lenqdon, sizin adınız döəşəməyə cəsədin yanında yazılıb.
Bundan başqa Sonyerin gündəliyində sizinlə görüşəcəyi barədə yazılıb. Və
görüşəcəyiniz vaxt qətlin baş verdiyi vaxtla üst-üstə düşür. Bəli, sizi nəzarətə
götürmək üçün Faşın kifayət qədər əsasları olub. Həm də sorğu-sual aparmaq
üçün, - o, əlavə etdi.
Lenqdon indi başa düşdü ki, vəkilsiz keçinə bilməyəcək.
- Mən bunu etməmişəm.
Sofi ah çəkdi:
- Mister Lenqdon, bu, sizin üçün Amerika teleserialı deyil. Fransada qanun
cinayətkarları deyil, polisləri qoruyur. Təəssüf ki, konkret bu halda üstəlik kütləvi
informasiya vasitələrinin də reaksiyasını nəzərə almaq lazıımdır. Cak Sonyer
Parisdə çox məşhur və hörmətli insan idi, onu çoxları sevirdi. Ona görə də onun
qətli sabah bir nömrəli xəbər olacaq. Və Faşa təzyiq edəcəklər ki, mətbuat üçün
bəyanat versin, bunun üçün o, heç olmasa bir nəfər şübhəli şəxsin saxlanılmasında
maraqlıdır.
Lenqdon küncə sıxıldığını anladı.
- Bəs, siz bunları niyə mənə deyirsiniz?
- Ona görə ki, mister Lenqdon, mən sizin günahkar olmadığınıza əminəm. –
Sofi birdən başını çevirdi, sonra yenə düz onun gözlərinə baxdı, - Bir də ona görə
ki, bir az da mənim günahım ucbatımdan siz bu işə düşmüsünüz.
- Bağışlayın, başa düşmədim… Belə çıxır ki, Sonyerin mənim adımı yazmasında
siz günahkarsınız?
- Yox, o sizi ələ verməyib. Sadəcə səhv olub. Döşəmədəki yazı – mənə
ünvanlanıb.
Lenqdon eşitdiklərini heç cür anlaya bilmirdi.
- Bağışlayın?
- Döşəmədəki yazı polis üçün nəzərdə tutulmayıb. O, bunu mənə yazıb.
Düşünürəm ki, o, həmin dəqiqələrdə tələsdiyindən, polisin gözündə bunun necə


anlaşılacağının fərqinə varmayıb. – O, bir qədər susdu. – Rəqəmli kodun heç bir
mənası yoxdur. Sonyer bunu sadəcə ona görə yazıb ki, istintaqa kriptoqraflar da
cəlb edilsin. Həm də ona görə ki, onun ölümünü ən tez bilənlərdən biri də mən
olum.
Lenqdonun başı gicəlləndi. O, Sofinin ağlının yerində olub-olmamasını ayırd
edə bilməsə də, ən azından onu dəqiq bilirdi ki, bu qız ona kömək etmək istəyir.
«Robert Lenqdonu tapmalı» postskriptumu… O, bunu əmr kimi, kuratorun ölüm
öncəsi son iradəsi kimi qəbul edib və Robert Lenqdonu axtarıb.
- Nədən bilirsiniz ki, o, bu müraciəti sizə ünvanlayıb?
- «Vitruvian insanı» - o cavab verdi. – Leonardo da Vinçinin işlərinin içərisində
mənim ən çox sevdiyim əsər budur. O, da bundan istifadə edib ki, mənim
diqqətimi çəkə bilsin.
- Dayanın. Belə çıxır ki, kurator sizin zövqünüzə bələd idi?
O başını tərpətdi:
- Bağışlayın. Gərək hər şeyi ardıcıl deyəydim. İş ondadır ki, Sonyer və mən…
Burda Sofi susdu. Lenqdon onun səsində kədər və təəssüf duydu. Yəqin ki, Sofi
və Cak Sonyerin hansısa xüsusi münasibətləri varmış. Lenqdon qarşısındakı gözəl
qadına baxdı və xatırladı ki, Fransada yaşlı kişilərin əksəriyyətinin gənc məşuqələri
olur. Amma bu, Sofi Nevenin xarakterinə heç uyğun gəlmirdi.
- Biz on il əvvəl ayrılmışdıq, - Sofi pıçıltı ilə dedi. – Və o vaxtdan bəri
danışmırdıq. Amma bu gün, Sonyerin öldürüldüyünü şöbəyə zəng edib bildirəndə,
sonra da şəkillər göndəriləndə mən dərhal başa düşdüm: o, bu müraciəti mənə
edib.
- Ona görə ki, «Vitruvian insan»ı təsvir edib?
- Bəli. Bir də ki, - P.S.hərfləri.
- Postskriptum?
O, başını buladı:
- Xeyr. Bu, mənim inisialımdır.
- Axı, sizin adınız Sofi Nevedir.
O, baxışlarını aşağı dikdi:
- P.S. mənim ayamamdır. Biz birlikdə yaşayanda o, məni belə çağırırdı. – O,
yüngülcə qızardı. – Prinsessa Sofinin qısa forması.
Lenqdon bilmirdi ki, nə desin.
- Axmaqlıqdır, mən başa düşürəm. O, məni çox-çox əvvəllər belə çağırırdı.
Mən hələ balaca uşaq idim…
- Deməli, siz çoxdan bir-birinizi tanıyırdınız?
- Bəli, həm də çox yaxından tanış idik. – Onun gözləri yaşardı. – Cak Sonyer
mənim babamdır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə