Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   19   20   21   22   23   24   25   26   ...   115

- O tullandı! – Kolle dəstəyə bağırdı. – Düyməcik Karuzel meydanında dayanıb!
Tualetin pəncərəsinin düz aşağısında! Hərəkət etmir! İlahi! Lenqdon özünə qəsd
edib, deyəsən.
Faş onun sözlərini eşidirdi, amma heç cür reaksiya vermirdi. O, qaçmağa
davam edirdi. Deyəsən, bu dəhlizin sonu yoxdur. Sonyerin cəsədinin yanından
ötüb Qalereyanın axırında işıq yandığını gördü. Sirenanın səsi daha da güclənirdi:
- Dayanın, gözləyin! – Kollenin həyəcanlı səsi yenidən eşidildi. – O, hərəkət
edir! İlahi o, sağdır! Lenqdon hərəkət edir!
Amma Faş bu sonsuz dəhlizlərə lənət oxuya-oxuya qaçmağa davam edirdi.
- Lenqdon, daha sürətlə hərəkət etməyə başladı! – Kolle həyəcanla bağırdı. –
Meydanda hərəkət edir. Belə, dayanın!.. O, sürətini artırdı. O, çox sürətlə hərəkət
edir!
Budur, irəlidə tualetlərin qapıları göründü. Radiotelefondan gələn səs
siqnalizasiyanın uğultusundan eşdilməz oldu.
- Deyəsən, o, maşındadır! Bəli, o, maşındadır. Mən bilmirəm…
Kollenin səsi siqnalizasiyanın uğultusunda batdı. Faş isə tapançanı hazır
vəziyyətdə tutub kişi tualetinə girdi. Qulaqbatırıcı vıyıltıdan üzünü turşudub içəriyə
boylandı.
Kabinələrdə heç kim yoxdu. Əl-üzyuyanlar olan otaqda da heç kəs yox. Faşın
gözlərin tualetin pəncərələrinə sataşdı. Şüşə sındırılmışdı. O, qaçıb başını çölə
çıxartdı. Lenqdon aşağıda deyildi. Şübhəli şəxsin bu addımı atacağına Faş inana
bilmirdi. Axı, insan belə hündürlükdən tullanarsa, şübhəsiz ki, zədə ala bilər.
Nəhayət, siqnalizasiyanı ayırdılar və Kollenin səsi yenə də eşidildi:
- … cənuba tərəf hərəkət edir… sürətlə… Karuzel körpüsü ilə Sena çayını keçir!
Faş sol tərəfə baxdı. Karuzel körpüsü ilə hərəkət edən qoşqulu-treyler idi.
Avtomobil Luvrdan cənuba doğru irəliləyirdi. Qoşqu tentlə örtülmüşdü. Faş, bu
səhnəni təsəvvür edəndə diksindi belə. Yəqin ki, yük maşını bir az əvvəl qırmızı
işıqda, düz pəncərənin altında dayanıb, bu əclaf da bundan istifadə edərək
tullanıb.
Ağılsız riskdir, Faş düşündü. Axı Lenqdon, qoşquda tentin altında nə olduğu
bilmirdi. Birdən orda polad borular olaydı? Ya da sement? Hətta zibil də ola bilərdi.
Qırx fut hündürlükdən tullanmaq? Yox, bu dəlilikdir!
- Düyməcik yerini dəyişir! – Kollenin səsi eşidildi. – Sen-Pere körpüsünə tərəf
istiqamətlənir!
Treyler, doğrudan da, sürətini azaldıb sağa, körpüyə tərəf buruldu. Qoy olsun,
Faş gözdən itməkdə olan yük maşınına baxaraq düşündü. Artıq Kolle binanın
ətrafında növbə çəkən agentlərlə ratsiya vasitəsi ilə əlaqə saxlayıb treylerin dalınca
düşməyi əmr etmişdi. Nə olursa, olsun…
Oyun qurtardı, deyə Faş düşündü. Bir neçə dəqiqədən sonra treylerə çatıb
dayandıracaqlar. Lenqdon heç yerə qaça bilməz.
O, tapançanı kobura qoyub, tualetdən çıxdı və Kolle ilə əlaqə saxladı:


- Maşın gətirin. Həbs olunan vaxt onun yanında olmaq istəyirəm.
Faş cəld əks istiqamətdə yeriməyə başladı və Lenqdonun bu cür riskə əl
atmasından təəccübləndi. Bir də ki, burda heç bir təəccüblü şey yoxdur. O qaçıb.
Deməli o, günahkardır.
Lenqdon və Sofi Qalereya ilə tualetə giriş arasındakı arakəsməyə söykənərək
qaranlıqda dayanmışdılar. Onlar təzəcə gizlənmişdilər ki, Faş əlində tapança
onların yanından ötüb tualetlərin birinə girdi.
Son altmış saniyəni Lenqdon sanki, dumanda keçirmişdi.
O, tualet otağının ortasında durub və törətməyi cinayət yerindən qaçmağa
imtina edirdi. Sofi isə güzgülü şüşəyə və siqnalizasiya naqillərinə baxırdı. Sonra o,
aşağı baxıb, yerə qədər olan məsafəni gözəyarı bilməyə çalışırdı.
- Siz, mənim köməyimlə burdan çıxa bilərsiniz, - o dedi.
Nə kömək? – Lenqdon düşündü və aşağı baxdı.
Küçədə, düz pəncərənin aşağısında, qırmızı işıqda qoşqulu treyler dayanmışdı.
Qoşqunun korpusu göy rəngli vinil örtüklə örtülmüşdü ki, yük görünməsin.
- Amma, Sofi, mən tullana bilmərəm. Bu…
- Düyməciyi Verin.
Lenqdon cibindən kiçik metal diski çıxardı. Sofi onu alıb əl-üzyuyana tərəf
qaçdı. Sabun parçasını götürdü, düyməciyi onun üstünə qoyub elə sıxdı ki, sabuna
bərk yapışsın.
Sonra sabunu özünü itirmiş Lenqdona verib əl-üzyuyanın altından zibil
vedrəsini çıxardı. Lenqdon nəsə demək istəyirdi ki, birdən o, pəncərəyə tərəf
qaçıb, vedrə ilə şüşəyə möhkəm zərbə vurdu. Şüşə sındı.
Və sirenanın qulaqbatırıcı vıyıltısı eşidildi.
- Sabunu ver! – Sofi qışqırdı. Lenqdon sabun parçasını ona uzatdı.
Sofi pəncərədən aşağı əyilib nişan aldı. Hədəf kifayət qədər böyük idi və
muzeyin divarlarından təxminən on yard məsafədə yerləşirdi. Sarı işıq yananda
Sofi qolaylanıb sabun parçasını aşağı tulladı.
Sabun hədəfə çatdı, vinil örtüyün kənarına düşdü və yaşıl işıq yandıqda treyler
yerindən tərpənən kimi aşağıdakı yarığa yuvarlandı.
- Təbrik edirəm, - Sofi dedi. Lenqdona yaxınlaşıb onun əlindən tutdu və qapıya
tərəf dartdı. – Siz, indicə Luvrdan qaçdınız.
Onlar Faşın yaxınlaşdığını görüb qaranlığa çəkildilər.
İndi, siqnalizasiyanın vıyıltısı kəsildikdən sonra Lenqdon başqa səslər də
eşidirdi. Sirenaları qoşulmuş polis maşınları Luvrdan hərəkətə gəlmişdilər. Polis
gedir! Faş da, yəqin ki, onlarla bir yerdədir.
- Burdan təxminən əlli metr aralıda ehtiyat çıxış var, - Sofii dedi. – Nə qədər ki,
mühafizə burda deyil, muzeydən çıxa bilərik.
Lenqdon başını tərpətməklə cavab verdi. Sözlərə ehtiyac yox idi. Qısa tanışlıq
ərzində o, bu gənc qadının ağlına bələd olmuşdu.


XIX FƏSİL
Sen-Sülpis kilsəsi əsassız olaraq Parisdə ən ekssentrik tarixi abidə hesab
olunmurdu. Misir ilahəsi İsidanın qədim məbədgahının xarabalıqları üstündə
tikilmiş bu kilsə memarlıq cəhətdən məşhur Notr-Dam kilsəsinin kiçildilmiş surəti
idi. Bu müqəddəs ocağa bir çox məşhur insanlar baş çəkmişdilər – burda baptistlər,
markiz de Sad, şair Bodler olmuşdu, burda Viktor Hüqonun toyu keçirilmişdi. Kilsə
məktəbində, bura gələn insanların əksəriyyətinin ortodoksal baxışlardan uzaq
olduqları barədə sənədlər yığılmışdı. Bir vaxtlar bura müxtəlif gizli təşkilatların
görüş yeri olmuşdu. İndi isə Sen-Sülpis qaranlığa qərq olmuş, sakitliyə
bürünmüşdü. Məbədin fəaliyyət göstərdiyinin yeganə əlaməti axşam messasından
havaya hopmuş buxur ətri idi. Sandrin bacı Saylası binanın içərisinə apardı. Saylas
onun həyəcanlı olduğunu hərəkətlərindən və yerişindən hiss edirdi. Əlbəttə ki,
Saylas buna təəccüblənmədi. O, özünün qeyri-adi görkəminin insanlarda təşviş
doğurmasına çoxdan alışmışdı.
- Siz amerikalısınız? – Sandrin bacı soruşdu.
- Anadan fransız doğulmuşam, - Saylas cavab verdi. – İspaniyada rahibliyə
girmişəm, indi isə Ştatlarda oxuyuram.
Sandrin bacı başını tərpətdi. O, mehriban baxışlı, bəstəboy qadın idi.
- Siz heç zaman bizim kilsəni görməmisiniz?
- Bunu demək olar ki, günah hesab edirəm.
- Gündüzlər kilsə daha gözəl görünür.
- Buna əminəm. Sizə isə, bu gecə vaxtı kilsəyə baxmağa imkan yaratdığınıza
görə çox-çox minnətdaram.
- Abbat xahiş etdi. Aydındır ki, sizin çox nüfuzlu dostlarınız var.
Onların nə qədər nüfuzlu olduqları haaqqında sənin heç anlayışın da yoxdur,
Saylas düşündü.
Sandrin bacının arxasınca gedən Saylas kilsənin asketikcə bəzədilməsinə
heyrətləndi. Rəngli freskalı, qızılı mehrablı, oymalı, naxışlı Notr-Dam kilsəsindən
fərqli olaraq bura soyuq və sadə idi. Bu cəhətdən Sen-Sülpis ispan kilsələrinə
oxşayırdı. Dekorun yoxluğu sahəni geniş göstərirdi. Saylas tavana dayaq olan ağac
dirəklərə təəccüblə baxırdı və ona elə gəldi ki, çevrilmiş nəhəng və qədim gəminin
içindədir.
Tamamilə yerində olan bənzətmədir, o düşündü. Cəmiyyətin gəmisi çevrilib
uçuruma gedəcək. Saylas işə girişməyi səbirsizliklə gözləyirdi, amma Sandrin
Bacının burda olması maneçilik törədirdi. Bu balaca qadını o dünyaya göndərmək


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə