Dədə Qorqud ● 2015


КОЛИЧЕСТВЕННАЯ СТРУКТУРА МОДЕЛИ МИРА



Yüklə 1,39 Mb.
səhifə2/17
tarix23.10.2017
ölçüsü1,39 Mb.
#6407
1   2   3   4   5   6   7   8   9   ...   17

КОЛИЧЕСТВЕННАЯ СТРУКТУРА МОДЕЛИ МИРА
Резюме

В статье впервые исследуется систематизация атрибутов количес­твен­ной струк­ту­ры модели мифологического мира. Изучая различ­ные структуры моделей мифоло­ги­чес­кого мира, выясняется, что они делятся на две части: настоящий мир и нереальный мир. Мир по вертикали, по меньшей мере, делятся на три части, а по горизонтали, вклю­чая в себя центральную точку опоры расходятся на четыре стороны: восток, запад, север, юг. В мире существует семь основных измерений: 4 (четыре направления земли) + 1 (центр) + 1 (верхний) + 1 (нижний). В статье исследовано в Азер­бай­джано-тюркской ми­фо­­­ло­гии один – сакральное, космогоническое начало, два – дуальное космо­гони­чес­кое на­чало, три – вертикальная структура модели мира, четыре – гори­зон­таль­ная структура мо­де­ли мира, пять - модель мира времени, шесть – вертикальная и гори­зон­тальная модель ми­­ра, семь – тождественная структура модели мира, девять – целост­ность модели, двенад­цать – зооастральная модель мира, сорок – модель медиатив­ного ритуала.



Ключевые слова: мифическая модель мира, сакральные цифры, космогони­чес­кое начало, дуальное космогоническое начало, вертикальная структура модели мира, го­ри­­зонтальная структура модели мира, модель мира времени, вертикальная и горизон­тальная модель мира, зооастральная модель мира, модель медиативного ритуала.
Ümumiyyətlə, təkcə Azərbaycan-türk mifologiyasının deyil, hər bir xalqın mifologiyasının öyrənilməsində sakral sayların tədqiqi mühüm əhəmiyyət kəsb edir. Hər bir ənənəvi mədəniyyət üçün xarakterik olan rəqəmlər vardır. Onların han­sı rəqəmlər olması bir təsadüf olmayıb, həmin mədəniyyətin bazasını təşkil edən mifoloji dünya modeli ilə bağlıdır. Mifologiyada rəqəmlərin xüsusi mövqe­yi vardır. Bunlar dünyanı qavrayışın mühüm vasitəsi kimi çıxış edir. Mifoloji tə­fək­kürün özünəməxsus keyfiyyəti onda ifadə olunur ki, mif dünyanı onun görü­nən, maddi, hissi tərəflərindən qavrayır. Saylar da həmin ilkin qavrama çevrə­sinə daxil olan ünsürlərdəndir. Əşyaların sayılması insan təfəkkürünün inki­şa­fın­da çox bö­yük rol oynamış, onu irəli aparmışdır. Mifologiyada saylar dünyanın yalnız kə­miy­yət baxımından qavranma vasitəsi deyildir. Mifoloji çağ insanı dün­ya­nı rə­qəm­lər vasitəsi ilə yalnız dərk etməmiş, həm də təsvir edərək «model­ləşdir­miş­dir». Başqa sözlə, rəqəmlərin mifoloji dünya modelinin qurul­masında son dərəcə böyük və müstəsna rolu olmuşdur. Kəmiyyət (say) insanın dünyaan­la­mında fay­dalandığı vacib abstrakt anlayışlardan biridir. Rə­qəm­­lərin sakral­laşdırılması yara­nışların mifoloji dərkolunmasında xüsusi əhə­miyyət kəsb etmiş, əmək alətlərinin, istehsal vasitələrinin, məişət əşyalarının, ailə və icma münasi­bət­lərinin, sənət və pe­şələrin, xalq bədii təfəkkürünün, poezi­ya­nın, epik ənənənin meydana gəlmə­sində böyük rol oynamışdır. Say mifoloji sistemlərdə ən geniş yayılmış işarələr toplusudur və keyfiyyət-kəmiyyət, zaman-məkan-miqdar daşı­yıcısı kimi çıxış edir. İnsan özü də işarə-təsvir üsullarından biri kimi xüsusi say kodunun ən mühüm elementinə çevrilir. Başqa sözlə, mifoloji mo­del­lər­də bəşər övladının dünyaya gəl­məsi başqa dünya elementləri ilə müqayisədə müxtəlif rəqəmlərlə qeyd edilir. Mə­sələn, «Avesta»da bütün canlıla­rın altıncısı insandır, deməli, atəşpərəstlik inan­cında insanın sakral say işarəsi «6»-dır. Çin mi­fo­logi­ya­sında isə insan «3»-lə do­ğu­lur və dünya modeli bütövləşir. Öncə gözlə gör­düklərini, sonra isə düşün­dük­lərini cütləşdirməsini bəşər övladının ilk ən böyük elmi kəşfi hesab etmək olar. Günəş – gündüz bir idi, o, ay – gecə ilə qoşalaş­dırıldı və ikini (birin əksini) mey­da­na gətirdi. Yaz girən­dən payızın ortalarınadək olan dövr biri – tanrının insanlara göndərdiyi xoş çağları anladırdı, qış isə onun tərsi, ikiləşməsi, cütləşməsi idi. Xeyir-şər əkizli­yi­nin bünövrəsi məhz iki rəqə­minin kəşfi ilə qoyulmuşdur. Və hər şeyin doğuşu varlıqların əkiz­ləş­məsinin, ikiləşməsinin, əksliklərin qarşılaşdırıl­ma­sının nəticə­sində baş ver­miş­dir. Yer – kişi (Heb, Zevs) göy – qadınla (Nut, Hera), hava-kişi (Şu) su-qadın­la (Tefnut) evlənməklə başqa varlıqları dünyaya gətirmiş­dir. Say­ların təbii sıra­lan­ması dilin dərin qatlarında indi təsəvvür etdiyi­miz şəkildə deyil­di, tamamilə başqa ardıcıl­lıq və anlamda idi. Saylar keyfiyyətcə müxtəlif­cins­li dü­şünülür, onların fövqəl­təbii gücə malikliyi müəy­yən vasitələrlə təsdiqə çalışı­lır, bəzilərinə tam üstünlük verilirdi. Bu mənada dünya xalqlarının hər biri­ni fərq­ləndirib əsas, vacib saydığı saylar mövcud­dur. Rəqəmlərin sakral funksi­yasını müəyyən­ləşdir­mək üçün ulu əcdadın dünya haqqındakı ibtidai təsəv­vür­lə­rinə diqqət yetirmək kifa­yət­dir. Çünki dünyanın mifoloji mənzərəsinin əsas cə­hət­ləri çoxsaylı variant­lar şəklində əksər xalqlarda özünü biruzə verir. Dünya­ya­rat­mada elə parametr­lərdən bəhs açılır ki, bütün hallarda say etibarı ilə sabitliyini qoruyub saxlayır. Mifik dünya modelinin müxtəlif strukturlarını öyrənəndə görürük ki, ilk əvvəl o iki hissəyə bölünür – gerçək dünyaxarü­qü­ladə dünya. Dünya şaquli xətt üzrə ən azı üç hissəyə, üfüqi xətt iləsə mərkəzi dayaq nöqtəsi qatılmaqla dörd istiqamətə ayrılır: şərq, qərb, şimal, cənub. Dünyanın əsas ölçülərinin cəmi yeddidir: 4 (yer üzünün dörd isti­qaməti) + 1 (mərkəz) + 1 (yuxarı) + 1 (aşa­ğı). «Yeddi» sayının geniş yayıl­ma­sının səbəbini məhz dünyanın strukturu­nun parametrləri ilə əlaqələndirirlər. Bəs yerdə qalan saylar necə olsun? Qeyd etmək lazımdır ki, mifik dünya modelində onların hər birinin öz yeri və məna tutumu var: İki – yaşadığımız dünya və o biri dünyadır (yerüstü yeraltı dün­ya­lar). Üç – göy (kosmos) + yerüstü dünya (gerçək dünya) və yeraltı dünyadır (ölü­lər aləmi). Dörd – yer üzünün tərəfləridir.

Çinlilər dünyanı çox hallarda iki rəqəmlə – «beş»«altı» ilə müəy­yən­ləşdirirdilər. «Beş» deyəndə, mərkəzi dayaq nöq­təsi və yer üzünün dörd tərəfi; «Altı» - yer üzünün dörd tərəfi + aşağı + yuxarı. «Altı»nın sistemində istiqamət bil­­dirən anlamlar olduğu kimi qəbul edilsə də, tənzimləyici funksiyasını «mər­kəz» əvəzinə «yuxarı» və «aşağı» hissələr öz üzərinə götürür.

İnsan təbiətdə baş verən hadisələrin arxasında magik qüvvənin dayandığını zənn etməklə yanaşı, bir sıra rəqəmlərin də fövqəltəbiiliyinə inanmış və onları iki qismə ayırmışdır: uğurlu və uğursuz rəqəmlər. Mifoloji təsəvvürlərdə hər ikisi qeyri-adi işlərin törədicisidir. Dünya mifik sistemlərində, xüsusilə xris­tian­lıqda üç dəfə altı rəqəminin təkrarı (666) iblisin gəlişini, üç dəfə səkkizin yanaşı işlənməsi (888) İsus Xristosun yenidən doğuşunu bildirir. Eləcə də iyirmilik say sisteminə daxil olan 13 nəhs rəqəm hesab edilir. Ay təqvimində bir neçə rəqəm – 10, 13, 16, 25 bədbəxtlik, 29 isə uğursuzluq gətirən gündür, qalan hal­larda 13 rəqəminin nəhsliyi deyil, iki müqəddəsliyi – 1-i (tanrı) və 3-ü (dün­yalar) özündə əks etdirən şöhrət rəmzi olmasından bəhs açılır. Göy cisimləri ilə bağlı mifoloji təsəvvürlərdə (astral mifologiyada) sakral rəqəmlər planetlər və rənglər göy cisimləri ilə əlaqələndirilir: bir Günəşin rəmzidir – yaradıcıdır, ki­şidir, işığın, odun təmsilçisidir; iki Aydır - qaranlıq, soyuqluqdur, dağıdıcıdır, qa­­dındır; üç Yupiterdir – ucalıq, böyüklük deməkdir; dörd Urandır – ağılın, müd­rikliyin yayıcısıdır; beş Merkuridir – dövlət simvoludur, sərvət gətirəndir; al­tı Veneradır – məhəbbətin və gözəlliyin qoruyucusudur; yeddi və səkkiz ayrı­lıq­­­da hər hansı bir planetlə bağlanmır; doqquz Marsdır – müharibələrin hami­si­dir.

Müqəddəs rəqəmləri Azərbaycanda ilk araşdıran Y.V.Çəmənzəminlidir. O, 3, 7, 9, 40 rəqəmlərinin mənşəyi məsələsinə toxunmuş və «Məlikməmməd» na­ğı­lından bəhs açanda onların sakrallığına xüsusi diqqət yetirmişdir. Padşahın üç oğ­lunun dünyaya gəlməsi, quyuda üç mağarada üç divin yanlarında üç qız saxlaması, Məlikməmmədin divlərlə 40 gün, 40 gecə güləşməsi, Zümrüd quşu­nun 40 şaqqa ət, 40 tuluq su götürməsi, 40 gün, 40 gecə toy olması epizodlarını mifoloji düşüncənin məhsulları saymışdır. Y.V.Çəmənzəminliyə görə, yeddi sayı o səbəbə müqəddəsdir ki, onda insanın yaşaması üçün zəruri olan və Zərdüşt fəlsəfəsində materialist əsaslarla mənalandırılan, yerə məxsus dörd (torpaq, su, hava, od) və göyə məxsus üç (günəş, ay, ulduz) ən əsas şey birləşmişdir (4+3=7). Rəqəmlərin sakrallaşmasını mifoloji görüşlərlə bağlayan ədib bəzən ziddiyyətli, mübahisəli qənaətlər irəli sürsə də, ümumilikdə problemə düzgün yanaşmışdır. «Türküstanda və türk-tatarların təsiri olaraq rus nağıllarında rast gəldiyimiz 9 rəqəmini bizdə görmürük» hökmü onun folklor materialları ilə hərtərəfli tanış olmaq imkanı tapmaması ilə və xalqımızın ilkin dünyagörüşünün təkcə atəşpə­rəstliyə köklənməsi ideyasını əsaslandırmağa çalışması ilə bağlamaq olar.

Türklüyün Azərbaycanda ancaq dil faktoru tək yaşadığını, özbək və qazax­lar­da isə həm də kökdən gələn adət-ənənə şəklində qaldığını göstərən qənaətləri zərdüştlüyün türk inancına zidd tərəfləri ilə əlaqədar idi, o, məhz bu mənada yazırdı ki, «zərdüşti fəlsəfi və etiqadlardan doğan nağıllarımız yalnız dil etibarilə türkləşmişlər. İrqi rəqəmini nağıllarda işlədən Orta Asiya yalnız dilcə deyil, məzmunca da nağıllara təsir etmişdir...» (2, 50)

«Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi» adlı məqaləsində isə türklüyü həm də ruh, adət-ənənə baxımından lap qədimlərdən özümüzdə daşıdığımız qənaəti irəli sürülür və bildirilir ki, «Hər bir irqin özünəməxsus rəqəmi var: türkün 9» (2, 46). Alim burada özünün əvvəlki hökmünün əksinə çıxaraq təs­diq­lə­yir ki, Azərbaycan türkləri də 9 rəqəmini müqəddəs hesab etmiş və folklorunda geniş işlətmişdir. Ümumiyyətlə, kəmiyyət anlayışlarının meydana gəlməsi ilə bağlı təsəvvürlərə görə, bir kiloqram pambıqla bir kiloqram dəmirin çəkisinin eyniliyi körpə uşağın ağlına çətin yerləşir. O səbəbə ki, pambıqla dəmi­rin həc­mi­nin onun gözündə tamam əks formada görünməsi iki varlığın çə­ki­sinin bəra­bər­liyini anlamağa maneçilik törədir.

Bəşər övladının şüurunun oyandığı ilkin çağlarda da belə olmuşdur. Məsə­lə təkcə onda deyildi ki, başlanğıcda ulu əcdad əqli inkişafı ilə uşaqdan fərqlən­mirdi, həm də sadəcə olaraq bütün topladığı təcrübə, düşüncəsinin istiqaməti, dün­­­yanı dərketmə qabiliyyəti də analoji cəhətdən uşağınkılarla eyni idi. Deməli, in­san saymağı öyrənəndə üzərində hesablama apardığı konkret əşyanı nəzərdə tut­sa da, rəqəmlərin dəyişməsinə deyil, sayılan varlıqların həcminin artmasına diq­­­­­qət yetirmişdir. Ona elə gəlmişdi ki, rəqəmlər çoxalıb-azaldıqca varlıqlar da baş­­qa keyfiyyətə, yaxud hala keçir.

Digər tərəfdən, əşyaların sayının və çəkisinin eyniyyəti zamanı zahiri gö­rü­nüşündə ciddi fərqlər nəzərə çarpırdı. Məsələn, yüz ədəd doğranmış odunla yüz oxun yer tutumunda böyük fərq vardı. Şüuru hələ tam inkişaf etməmiş körpə uşa­­ğa desən ki, bu əşyaların sayı bərabərdir, inanmaz. Yaxud beş atla, beş toyu­ğun yer­ləş­məsi üçün hazırlanan tövlə və hin bir-birindən tamamilə seçilir. Bura­da «sa­kinlərin» sayı eyni olsa da, tutumu, növü, xarakteri, çəkisi, funksiyaları ta­ma­milə başqadır. Deyilənləri daha aydın başa düşmək üçün təbiət hadisələrinin sa­yının eyniliyində onların formasındakı fərqlərin mövcudluğuna nəzər salmaq kifayətdir.

Azərbaycan xalqının mifoloji təsvirlərində tez-tez işlənən bir cümləyə diqqət yetirməklə aydınlıq gətirək: «Üç gün, üç gecə yol getdilər». Burada «üç» bir-birinə əks məfhumların (gün və gecənin) miqdarının eyniliyi bildirilir, lakin fikirdə say tam oxşar şəkildə nəzərə çatdırılsa da (3=3), zaman bölgüsünün tam bə­rabərliyi ilə rastlaşmırıq. Əslində 24 saatlıq bütöv gün fikirdə qoyulduğu şəkildə üç dəfə eyni formada təkrarlanmır: günlərin tərkibindəki «birlər» «iki­lər»­lə zəncirvarı halda qarşı-qarşıya durmaqla (gün-gecə //gün-gecə //gün-gecə) cütləşir. Başqa sözlə, gün tam şəkildə deyil, bərabər hissələrə – gecəyə və gündüzə bö­lünərək sıralanır: Bir gün - bir gecə + bir gün - bir gecə + bir gün - bir gecə = üç gün - üç gecə.

Kəmiyyəti zamana deyil, konkret əşyaya və insana aid edəndə isə fikir də­qiq ifadə olunur. Məsələn, «Çadırda üç qız və üç oğlan oturmuşdu», yaxud «Özü ilə üç oxla üç xəncər götürdü» cümlələrinə diqqət yetirək. Birincidə canlı var­lığın cins üzrə bərabər bölünməsindən, ikincidə isə silahların sayının eyniliyin­dən bəhs açılır. Bu cümlələrdəki iki «üç»ün mütləq bərabərliyi, eyniliyi nəzəri əsas­la özünü doğrultsa da, praktik cəhətdən mümkünləşə bilmir. Başqa sözlə, üç gün dalbadal gündüz, ardınca da üç gün gecə baş verə bilməz. Çünki gecədən son­­ra mütləq gün­düz gəlir və gecə qaranlıqsız (şimal qütbdəki bəyaz, cənubdakı ayaz­lı gecələri nə­zə­rə almasaq), gündüz isə işıqsız mövcud olmur. Əski epik-mifoloji təsəvvürlər ça­ğında Azərbaycanda da ayrı-ayrı saylara müxtəlif xüsu­siy­yətlər aid edilirdi. Bir qrupu xoşbəxtlik gətirən, həm də olduqca xeyirxah işlərə yardım göstərən qüvvə kimi təqdim olunur, digər qrupu isə, əksinə, guya şərin xid­mətində dururdu, bədbəxtliyin mənbəyi, qəddarlığın, fəla­kə­tin, pis əməllərin törədicisi sayılırdı. Beləcə saylar təkcə təbiətə xas əlamətləri deyil, həm də insanlara aid keyfiy­yət­lərin daşıyıcısına çevrilir və nəticədə can­lan­dırılırdı. Göyə baxan ulu əcdad ilk ola­raq qaranlıqda parıldayan ulduzları gör­müş və başa düş­müşdür – onlar o qədər çox­dur ki, sayını, ölçüsünü müəyyən­ləş­dirmək çətin­dir. Və nəhəng göy üzünü han­sısa şərti fiqurlara (bürclərə) böl­məklə daha an­laşıq­lı və iri rəqəm əldə etməyə çalışmışdır. Düşüncədə böyük çox­luğun olduqca kiçik­lik­də yerləşdirilməsi, eləcə də əksinə – hansısa çox kiçik hissəciyin nəhəngdən də nəhəngə çevrilməsi ideyası qam-şamanların və atəşpərəstlik ka­hin­lərinin irəli sür­dükləri sistemlərdə özünə yer almışdır. Qədim qamlar və muğ­lar məhz rəqəm­lərin yardımı ilə, onların mahiy­yə­tindəki saymaq xüsusiy­yə­ti­nə görə dün­ya­nı dərk etmədə böyük sıçrayışlar etmiş­lər. Onlar bütün maddi və mə­nə­vi var­lıq­ların kəmiyyətini əks etdirməyi bacar­maq­la Yaradıcının özünə ya­xın­laşdıq­larını düşünmüşlər. Azərbaycan xalqının etno­genində iştirak edən qədim tayfa­lar­dan biri əhalinin sayını bilməyə cəhd gös­tər­məklə mifik dünya modelinin ya­zı yad­daşına düşməsinə səbəb olmuşdur.

Sakral sayların yozumunun tarixi elmin bünövrə daşları qoyulan çağlardan başlanır. Bizim e.ə. I yüzillikdə yaşamış pifaqorçu Nikomax belə qənaətə gəlirdi ki, təbiətin tam halda, yaxud ayrı-ayrı hissələr şəklində ardıcıllıqla yaratdığı nə varsa, hamısı Yaradıcının bütün varlıqlarla bağlı düşüncəsinə müqabil saylar əsasında müəyyənləşib qaydaya salınmışdır, başqa sözlə, Allah-yaradıcı dünyanı əvvəlcədən düşünüb hazırladığı sxem əsasında sayların təsiri ilə gerçəkləşdir­mişdir, elə sayların ki, hələ mad-diləşməyib, mücərrəddir, eyni zamanda məna və mahiyyətə malikdir. Hər şey – əşyalar, zaman, hərəkətlər, göy üzü, ulduzlar və bütün növdən olan yeni yaranışlar saylara uyğunlaşdırılmışdır. Teoqoniyanın qanunları əsasında hər bir yaranışın yanında bir-birini tamamlayan rəqəmi gös­tər­mək mümkündür: bir – heç bir parametri olmayan nöqtədir; iki – hər hansı iki nöqtəni birləşdirən kəsikdir; üç – düz səthi əks etdirən rəqəmdir, üçbucaqdır; dörd – bütün həcmi təcəssüm etdirən maddi varlıqdır, «tetraedr»dir (riyazi termindir, bütün üzvləri üçbucaqlardan ibarət olan dördüzlü cismə deyilir); beş, altı, yeddi, səkkiz – bir-birinə əks anlamlarda işlənir, o səbəbə ki, onlarda bir sıra nöqtə gerçək dünyadan kənarda yerləşir; doqquz əlçatmaz böyüklükdür, guya Yaradıcının özüdür ki, ya­ranmışların içərisindən çıxmışdır.

«Dünyada nə mövcuddursa, hamısı rəqəmdir!» şüarını irəli sürən pifaqor­çu­­lara görə, sayların ümumi sırasında bəziləri mənası və işlək dairəsi ilə daha əsas­­­dır, bütün varlıqların özülündə durur. Üçölçülü (yəni həndəsi cisim) bütün varlıqlar riyazi zirvəyə çatır – nəticədə «dörd»ü (daxilindəki üç ölçü + varlığın özü) meydana gətirir. Təbiətdən keçən işıq və keyfiyyətlər – «beş»in, canlılıq – «altı»nın, bilik və səadət – «yeddi»nin, məhəbbət və dostluq - «səkkiz»in, müd­rik­lik və bacarıq – «doqquz»un yardımıyla əldə edilir. Mükəmməlləşmənin, tam­laş­­manın son həddi isə «on» sayılırdı. Ona görə də pifaqorçular «on – bütün var­lıqların ən gerçəyi və müqəddəsidir» – deyirdilər. A.Makovelski İon Xiosski­yə (e.ə. V əsr) istinadən yazırdı ki, «Hər şey – üçdən ibarətdir və üçdən bö­yük və ya­xud kiçik mövcudat yoxdur. Çünki hər bir varlığın yetişməsində, bü­töv­ləş­mə­sin­də üçlüyün – ağıl, güc və səadətin rolu var» (9, 112). Ümumiyyətlə, rə­­­qəm­­­­­lərin qeyri-adi gücə malikliyi, magikliyi haqqında müxtəlif səpgili və də­rə­cə­li bu cür baxışlar dünya xalqlarının əksəriyyətində özünə yer tapmışdır. Mü­­əy­yən mərhələdə rəqəmlərin sakrallığına fəlsəfi don geydirib dünyadakı pis-yaxşı bü­tün əlamətlərlə qoşa işlədirdilər. Zoroastrizmdə və qam təsəvvürlərində hər rə­qə­min öz xarakteri olduğu göstərilirdi: Bir - «Avesta»da «ruh və canlılıq» mə­na­sında işlənir. Yazın gəlişi ilə əlaqələndirilir. Təbiətin oyanması, qanın qay­na­ma­sı, torpağın canlanması birlə əlaqələndirilir. İki - ən böyük ədaləti, üç –bü­töv­lü­yü, dörd – ucalığı, yüksəkliyi, beş – ölümsüzlüyü, əbədiliyi, altı – haki­miy­­yəti, yed­di – evliliyi, səkkiz – saflığı, duruluğu, doqquz – odu, on – uğurlu əməli (ya­­radıcılıq fəaliyyətini), on bir – xeyirli düşüncələri, on iki – müqəd­dəs­liyi, on üç – axirəti, dünyanın sonunu bildirirdi. Bundan başqa, rəqəmlərin ma­­gik gücü­nü müxtəlif keyfiyyətlərlə əlaqələndirirlər: bir – iradə, iki – bilik, üç - nikah (kol­­lektiv), dörd – fəaliyyət, beş – inanc, altı – şəhvət və nəfs, yeddi – qə­lə­bə, səkkiz – haqq və ədalət, doqquz – müdriklik, on – xoşbəxtliyin ötüb keç­mə­si, on bir – cəsarət, on iki – günah və qurban, on üç – dahilik və istedad, on dörd – özü­nü­­tərbiyyə, on beş – hərəkətin gücü (magiya), on altı – fəlakət, on yed­­di – doğ­ru­luq və ümid, on səkkiz – böhtan, on doqquz – sevinc və xoşbəxtlik, iyir­mi – oya­nış və dirçəliş, iyirmi bir – uğur, iyirmi iki – uğursuzluq və xəyaldır (10, 36).

Sayların müxtəlif mədəniyyətlərə aid təfəkkür sistemlərində anlamlarına diqqət yetirək (Cədvələ bax).


Rəqəmlər

Sakral

funksİyası

ASTRAL

MÖVQEYİ

Atəşpə­rəst­lər­DƏ

Pİfaqor­çu­larda

Fəlsəfİ məzmu­nu

1

2

3

4

5

6


Bİr

Allah – Yaradıcı

Günəş – yara­dan, kişi, işıq, od

Ruh və canlılıq

Yaradıcı güc / ağıl

İradə


İkİ

İkili dünya (Yuxarı-Aşa­ğı, Yerüstü-Yeraltı)

Ay - qaranlıq, soyuqluq, dağıdan, qadın


Ən böyük ədalət

Kişi və qadın başlanğıcı – doğuş / güc

Bilik


Üç

A) Dünya­nın üçqatı (göy, yerüs­tü, yeral­tı);

B) zamanın üç aspekti (keçmiş, in­di, gələcək)



Yupiter - ucalıq, böyüklük

Bütövlük

Yaradıcının üçlüyü – özü və iki həyat verici başlanğıc / səadət

Nikah (ailə, kollektiv)


Dörd

A) Ünsürlər (su, od, tor­paq, hava) və

B) istiqamət (şərq, qərb, şimal, cənub)



Uran - ağlın, müdrikli-yin yayıcısı

Ucalıq, yüksəklik

Bütövləşmə, tamlaşma

Fəaliyyət


Beş

Yer üzünün dörd istiqa­mə­­ti + dün­ya­nın mər­kəzi

Merkuri – hakimiyyət, sərvət


Ölümsüz-lük, əbədilik

Təbiətdən keçən işıq və keyfiyyətlər

İnanc


Altı

A) Yerlə gö­yün vəhdəti, yaxud iki üç­lüyün birliyi (Gün, Ay, Ul­duz – Göy, Dağ, Dəniz).

B) İnsanlı­ğın yaran­dığı gün



Venera - məhəbbə-tin və gözəlliyin qoruyucu-su

Hakimiyyət

Ruh, canlılıq

Şəhvət və nəfs


Yeddİ

Kosmos - planetlər / Yeddi səyyarə

Ayrılıqda hər hansı bir planetlə bağlanmır

Evlilik

Bilik və sağlamlıq

Qələbə


səkkİz

İsuss Xristosla insanlığın yeni doğuşu

Ayrılıqda hər hansı bir planetlə bağlanmır

Saflıq, duruluq

Məhəbbət və dostluq

Haqq və ədalət


Doqquz


Mütləq böyüklük – bütün dünyaların birliyi

Mars – müharibələrin hamisi

Od

Müdriklik və bacarıq

Müdriklik


On

Vəhdət –dünyalarla Yaradıcının birliyi: (3+3+3)+1

Yoxdur

Uğurlu əməl (yaradıcı-lıq fəaliyyəti)

Mükəlləşmə-nin, tamlaş-manın son həddi

Xoşbəxtli­yin ötəriliyi

Cədvəldən göründüyü kimi, cüzi fərqlər nəzərə alınmazsa, qənaətlərin əksəriyyəti bir-birini tamamlayır.

Sayların fəlsəfənin «predmeti» kimi yanaşanda hər biri ayrılıqda ya müs­bət, ya da mənfi anlamda götürülür. Bu, insanın özünün daxilində iki əks qütb­lü keyfiyyətləri daşıması ilə əlaqələndirilir.

Müqəddəs rəqəmlərin geniş yayılmış yozumlarını Azərbaycan xalqının mifoloji görüşləri əsasında ümumiləşdirəndə maraqlı mənzərəylə rastlaşırıq.



Bir – sakral kosmoqonik başlanğıc. Təkallahlı din sistemlərinə aid mifik dünya modellərində bir qayda olaraq vahid təkcə əsas, birinci element deyil, ümumiyyətlə, tamlıq, kamillik anlamında götürülür. Kainatın özünü də bütöv halda qəbul edib birlə işarələyirdilər. Hər şey birdən ayrılır və bütün fəaliyyəti boyu onun təsir dairəsindən çıxa bilmir. Bu səbəbdən də çox hallarda bir rəqəmi ehtiyatla dilə gətirilirdi. Birdən (Allahdan) bəhs açmağa bir növ yasaq qoyulmuşdu. Qədim yazılı mənbələrdə ondan sakral vasitə kimi nadir hallarda da olsa, istifadə edilirdi. Məsələn, Nizami, ümumiyyətlə, dövründə fəaliyyət göstərən inancları rəqəmlərlə işarələyib şərh edirdi:
Üçlükdən vaz keç, çünki bu boş təsəvvürdür,

İkilikdən də keç ki, bu, ikipərəstlikdir [ikiallahlılıq].

Kişi kimi birlik sapından yapış,



İkiliyi at, üçlüyü isə birə çevir.

Sən o üçün üçlüyündən canını qurtarmayınca,

Vəhdət topunu [kosunu] göylərə ucalda bilməzsən (7, 49).
Bu mətnin heç yerində bəhs açılan inanc sistemlərinin – islam, xristianlıq və atəşpərəstliyin adı çəkilmir, əvvəldən axıradək həmin dinlərə məxsus xüsu­siy­yətlər müvafiq rəqəmlərə şamil edilir. R.Əliyev şairin poemasına yazdığı şərh­də bildirir ki, «Vahid, yəni yeganə Allahdır. Üçlük – xristianlıqdır, onun ina­mı­nı üç allah təşkil edir: ata tanrı, oğul tanrı İsus Xristos (İsa) və ana (Məryəm). İkilik (dualizm) – atəşpərəstliyin əsasını təşkil edir. Onlar dini təbliğ edir ki, allah ikidir: işıq, nur tanrısı – Ahur-Məzd (Hörmüzd) və qaranlıq, fəsad tanrısı Anhro-Manyu (Əhriman)» (4, 304).

Adi danışıqda və folklor ənənəsində «bir» rəqəmi Yaradı-cının əlaməti sa­yı­lır və iki şəkildə təzahür edirdi: a) «Bir» çox hallarda Allah kəlməsi ilə yanaşı işlənirdi. Səcdə və ehtiram göstəriləndə «Bir olan tanrı...» qənaəti dildən düş­mür. Eləcə də imkanlılardan pay umulanda «Bir olan Allah eşqinə! Yardım əlini uzat!» – deyilir. Kimsə başqasına güc tətbiq edəndə yenə «Bir olan Allah eşqinə...» - yalvarışı köməyə çatırdı. b) «Bir» rəqəmi müstəqil işlənir və ayrılıqda sakrallıq xüsusiyyətini özündə əks etdirir: «Bir bölünməzdir» məsəli və «Birin gücü çoxun birliyindədir» atalar sözünün ilkin mifoloji məna tutumu Allahın təkliyinə əsaslanır. Düşüncədə belə bir qənaət formalaşmışdır ki, «Allah var, ancaq gözə­görünməzdir». Bu, hazırda islam inancının dünyabaxışını əks etdirsə də, kökü çox dərin qatlara gedib çıxır. Diqqət yetirsək görərik ki, arxaik söyləmələrin və na­ğılların ilk cümləsində özünə yer alan «biri var imiş, biri yox imiş» təsviri ilk baxışda söz oyununu xatırlatsa da, bütün olmuşların əzəlini nişan verir və əslində iki mülahizəni çatdırmaq məqsədi daşıyır: birincisi, «bir var!» və ikincisi, «bir yoxdur». Təbiidir ki, ibtidai görüşlərdə var olmaq – mövcudluq, daimilik, əbədilik demək idi, yoxluq isə gözəgörünməməzlik kimi anlaşılırdı (bu gün də elə anlaşılır) və hər ikisi birləşəndə ancaq yaradıcılara (qamçılıqda ruhlara, islamda Allaha) xas xüsusiyyət sayılırdı. Allahın əsas nişanələrindən biri məhz «yoxdan var olmaq», yəni heç nə yaranmamışdan qabaq da var olmaq idi. O da təsadüfi deyildir ki, nağıllarda «bir var, bir yoxdu» («biri varmış, biri yoxmuş») qənaətindən sonra «Allahdan başqa heç kəs yox idi» təsdiqi gəlir.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə