Демо Сонэ Плайбажк



Yüklə 5,52 Mb.
Pdf görüntüsü
səhifə46/240
tarix26.01.2018
ölçüsü5,52 Mb.
#22585
1   ...   42   43   44   45   46   47   48   49   ...   240

~ 100 ~ 

 

qurtuluşu  yolunda  biz kimik, niyə  bu günə  qalmışıq,  nə  etməliyik, hardan 



başlamlıyıq, nəyi əsas götürməliyik, hara gedirik, əsas problemlərimiz nədir, 

qurtuluşmuz haradadır və s. kimi fundamental suallara cavab axtaramağa və 

bu suallara bu v

ə ya digər dərəcədə cavab verməyi özünə hədəf seçmişdir. 

Az

ərbaycan Mərkəzli Türk Düşüncə Sisteminə görə “siyasi düşüncələr, 



siyasi, sosial, iqtisadi v

ə tarixi hadisələrin təsiri ilə tez-tez dəyişə bilər. Siyasi 

düşüncələr dəyişdiyi zaman siyasi tələblər də dəyişər. Dünən əhəmiyyətli olan 

bu gün 


əhəmiyyətini itirə bilər və ya əksinə, dünən əhəmiyyətsiz görünən bu 

gün 


əhəmiyyətli ola bilər. Hər bir siyasi dəyişiklik siyasi tələblərə təsir edər və 

onu kökünd

ən dəyişə  bilər.  Çünki sistemli olmayan siyasi tələblər heç bir 

n

əticə  verə  bilməz... Heç bir dövlət də  sistemsiz tələblərdən qorxmaz... 



Sistemsiz t

ələblərlə  insanlar təşkilatlana  bilməzlər. Ona görə  ki, sistemsiz 

t

ələblərin təşkilat  yaratmaq  gücü  yoxdur.  Belə  sistemsiz tələblər siyasi 



prosesl

ərə istiqamət verəcək və onu dəyişdirə biləcək gücə sahib deyil”. Ona 

gör

ə  də  xalqın  ümumi  tələblərini yerinə  yetirə  biləcək Güney Azərbaycan 



Milli H

ərəkatını  istiqamətləndirən  bir  Düşüncə  Sisteminə  ehtiyac duyulurdu 

ki, Az

ərbaycan Mərkəzli  Türk  Düşüncə  Sistemi də  məhz bu ehtiyacdan 



yaranmışdır. 

B

əllidir ki, hər hansı bir düşüncə sisteminə malik olamayan bir xalq və 



ya mill

ət Milli Dövlətə sahib ola bilməz. Sahib olsa belə onu qoruyub saxlaya 

bilm

əz. Arif Kəskin bəyin irəli sürdüyü Azərbaycan Mərkəzli Türk Düşüncə 



Sistemi siyasi 

ədəbiyyatda göstərilməyən,  lakin illərlə  real həyatda özünü 

t

əsdiqləyən İran Mərkəzli Fars Düşüncə sisteminə alternativ olmaqla bərabər, 



m

əhz Azərbaycan Türklərini bir araya gətirə biləcək elmi-nəzəri bir sistemdir 

ki, xalqımızın haralı olduğunu, kim olduğunu, nə istədiyini, nə etməli və necə 

etm


əli suallarını cavablandırmağa çalışır.  

Bu düşüncə sistemi bir nəzəri proqram olaraq həm Azərbaycan xalqının 

yaşadığı  tarixi fəlakətlərinin səbəbini və  həm də  xalqımızın  qurtuluş  yolunu 

göst


ərməyə  çalışır.  Bu  nəzəri fikrə  görə, Azərbaycan Türklərinin  Tarixi 

f

əlakətlərinin  əsas səbəbi  onların  tarix  boyu  Azərbaycan Türk kimliyinin 



yerin

ə farsların düşüncə, duyğu, hərəkat və strateji platformalarını qəbul edib, 

siyasi, sosial, iqtisadi v

ə mədəni enerjilərini farslara sərf etmələridir. Bu nəzəri 

düşüncəyə  görə, Azərbaycanın  qurtuluşu,  Azərbaycanı  mərkəz qəbul edən 

duyğu, hərəkat və strateji platformaya sahib olmaqdan keçir. Bunun üçün Arif 

K

əskin bəyin söylədiyi kimi, ilk növbədə  “Biz Azərbaycanlıyıq,  İranlı 



deyilik”  fikri  düşüncələrə  hakim kəsilməli, siyasi, sosial, iqtisadi, mədəni, 

beyn


əlxalq, geopolitik və  digər sahələrdəki bütün təfəkkür və  baxış 

sistemimizin 

əsas təyinedicisi “Azərbaycan”  olmalı,  Azərbaycanı  mərkəz 



~ 101 ~ 

 

q



əbul edərək harmonik bir bütünlük içərisində  böyüməli, dərinləşməli və 

genişlənməliyik.  

İran  Mərkəzli  Fars  Düşüncə  Sisteminə  alternativ  olaraq  yaradılan 

Az

ərbaycan Mərkəzi  Türk  Düşüncə  Sistemi Azərbaycanı  İranın  bir  parçası 



deyil, konkret 

əraziyə malik bir bütün olaraq qəbul edir. Vətən adlandırdığı bu 

m

əmləkətin - Azərbaycanın sahibi də onun qoruyucusu, uğrunda şəhid olmağı 



özün

ə şərəf bilən Azərbaycan Türkləridir. 

Bir insanın və xüsusilə, bir millətin İki Vətəni ola bilməz. Bir insanı iki 

ana dünyaya g

ətirə bilməz. Güney Azərbaycan insanı bütün tarix boyu özünü 

fars deyil, Türk olaraq q

əbul edib və qondarma İranı deyil, real Azərbaycanı 

özünün V


ətəni sayıb.  Çünki  millətimiz bilib və  bilir ki, vətən milləti təmsil 

ed

ən  insanların  üstündə  yaşadığı,  havasını  udduğu,  suyunu  içdiyi,  onda 



doğulub, onda boya-başa çatdığı, onda əbədiyyətə qovuşduğu məkandır.  

V

ətən millətin və  dövlətin  varlıq  simvoludur.  Vətənsiz bir millətin və 



dövl

ətin var olması mümkün deyil. Millətin bir yerdə yaşaması ancaq Vətən 

üz

ərində  gerçəkləşə  bilər. Bu anlamda Vətən millətin bütün fərdlərini 



birl

əşdirmə gücünə malikdir. Vətən üzərində yaşatdığı insanları birləşdirərək 

onları mədəniyyətin tacı sayılan dövlət qurmağa yönəldir. Bu anlamda Vətən 

milll


əti və dövləti doğuran Anadır.  

Əsrlər boyu eyni ərazidə, bir arada yaşayan insanlar artıq o yeri Vətən 

q

əbul edirlər. Bu ərazinin maddi nemətlərindən yararlanaraq gündəlik 



ehtiyaclarını  ödəyir, bütün qabiliyyətlərini Vətənin  qorunması  və 

çiç


əklənməsinə sərf edirlər. Tarixi, ictimai, mədəni və mənəvi bağlılıqlar da 

buradan 


meydana çıxır.  

V

ətən üzərində millətin hakimiyyət haqqı vardır. Bu hakimiyyətin də ən 



ümd

ə  vəzifəsi Vətənin bütövlüyünü qorumaq və  onun üzərində  yaşayan 

mill

ətin gücü ilə  milləti səadətə  qovuşdurmaqdır.  Vətənimiz böyük 



Türküstanın  bir  parçası  olan  qüzeydə  Dərbənd və  Borçalı-Qarayazı 

mahalından  başlayıb,güneydə  Kəngər (Bəsrə  və  ya Fars)  körfəzinə,  doğuda 

X

əzər dənizindən başlayıb batıda Türkiyəyədək uzanan bir ərazini qapsayan 



50 milyonluq Türkün Ana Yurdu Az

ərbaycandır.  

Bütün  bunları  nəzərə  alan Azərbaycan Mərkəzli  Türk  Düşüncə 

Sisteminin  yaradıcıları  və  tərəfdarları  Güney  Azərbaycan Türklərini 

Az

ərbaycan coğrafı məkanı ətrafında birləşdirməyi, onlara milli istiqlalı əldə 



etm

ək üçün çətin olan doğru yolu göstərməyi, nəyi qorumaq lazım olduğunu, 

dostu v

ə düşməni tanımağı, millətlər arasında öz yerini müəyyənləşdirməyi və 



ən başlıcası, onların nə istəmələrini qarşısına məqsəd qoymuşdur. 


Yüklə 5,52 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə