Демо Сонэ Плайбажк



Yüklə 5,52 Mb.
Pdf görüntüsü
səhifə42/240
tarix26.01.2018
ölçüsü5,52 Mb.
#22585
1   ...   38   39   40   41   42   43   44   45   ...   240

~ 92 ~ 

 

Türkl



ərin  əlində  olmalıdır»  şüarı  ilə  çıxış  edirlər. Onlar bu fikirlərini 

əsaslandırmaq  üçün  bir  neçə  arqument gətirirlər. Onlara görə  Azərbaycan 

Iranın  tərkib hissəsidir və  onun Ouzey hissəsi ruslar tərəfindən  işğal 

edildiyind

ən indi o da Irana birləşməlidir.  Iranın  bütövlüyünün  və 

dövl


ətçiliyinin sahibi Türklərdir və bu tarix yenidən bərpa edilməlidir. Bu fikri 

ir

əli sürənlər Iran hökumətində təmsil olunan bir çox məşhur ziyalı və siyasət 



adamları,  Iran  iqtisadiyyatında  əsas rol oynayan iri sahibkarlar və  bir qrup 

tacirl


ər təbəqəsi olan Türklərdir  ki, onlara Mərkəzçi və  ya daha doğrusu, 

x

əyali  Irançılar  deyilir.  Bunlara  cavab  olaraq  bildiririk  ki,  tutaq  ki,  Türklər 



Irana tam hakim oldu. B

əs sonra? Farslar, ərəblər, kürdlər, bəluclar buna razı 

olarlarmı? Və ya Elçibəyin dediyi kimi: «Biz onların üzərində ağamı olmaq 

ist


əyirik? Yox, biz müstəmləkəçiliyin,  şovinizmin  nə  olduğunu  görmüşük. 

Müst


əmləkəçilik,  şovinizim  həmin  xalqın  özünü  faciəyə  aparır…  Bu bizə 

lazım  deyil…  Bizə  öz  azadlığımız,  öz  müstəqilliyimiz yetər. Biz fars 

şovinizminin əleyhinəyik, farsların yox». 

Yararsız  hədəflər bizi müqəddəs  ideallardan  yayındırmamalıdır. 

Az

ərbaycan xalqı ayağa qalxıb öz azadlığını qazanmalı, öz torpaqlarına sahib 



çıxmalı, öz dövlətini qurmalı və demokratik cəmiyyətə doğru irəliləməlidir. 

Başqa  bir  qrup  Irançılar  da Iranda millət deyil, insan amilini əsas 

götür

ərək Iranda demokratik bir rejimin hakimiyyətə  gəlməsinə, bütün 



xalqlara b

ərabər haqlar verilməsinə  tərəfdar olan beynəlmiləlçi  Irançılardır. 

Bunlar qan etibaril

ə  farslarla  qaynayıb  qarışmış,  qohumluq  münasibətləri 

yaratmış,  Iranın  ictimai  siyasi-həyatında  iştirak  edən  bir  qrup  ziyalı,  vaxtilə 

solçu h


ərəkatlarda içtirak etmiş markisistlər və mücahidlərin bir qismini təşkil 

ed

ən metislərdir. 



Bu iki qrup bir-birl

ərinin tam əleyhinə olduqlarına baxmayaraq hər ikisi 

d

ə  Güney Azərbaycanın  Irandan  ayrılıb  tam  müstəqil dövlət  qurmalarının 



əleyhinədirlər.  Əgər birinci qrup bu və  ya digər dərəcədə  Iranda və 

Az

ərbaycanda yaşayan Türklərin mənafeyini müdafiə edir və Iran deyil, sanki 



x

əyali Turan dövləti yaratmaq istəyirlərsə, ikincilər demokratiya pərdəsi 

altında tamamilə fars şovinizminə xidmət edirlər. 

H

ər iki qrupu tənqid edən Elçibəy göstərir ki: «Bu tamamilə  yanlış 



baxışdır… Bu gün Iran-Azərbaycan birliyini ortaya atanlar xalqı aldadırlar… 

O vaxt da Az

ərbaycan və başqa Türk dövlətləri Sovet Ittifaqının tərkibindən 

çıxanda  Türk-Slavyan  birliyinin  yaranmasını  təklif edənlər  vardı.  Bu,  baş 

tutan iş deyil». 

M

əlumat üçün onu da bildirək ki, vaxtilə Lenin də Türk-Slavyan birliyi 



t

əklifini bəyənmiş və sonda Türk sosyalistlərini aldatmışdı. 




~ 93 ~ 

 

Başqa bir qrup isə Güney Azərbaycanın tam müstəqilliyini tələb edir və 



bu yolda f

əaliyyət göstərir. Bunlar təklif edirlər ki, Güney Azərbaycan 

m

əsələsinə  tarixi dərslərdən nəticə  çıxararaq  millətin pəncərəsindən baxmaq 



lazımdır. Bu qapalı pəncərə isə yalnız tam müstəqilliyə açılmalıdır. 

Elçib


əy  bütün  bu  qrupların  irəli sürdüyü fikir və  mülahizələrin 

mahiyy


ətini  şərh etdikdən sonra belə  bir qərara gəlir ki: «Mən mü\stəqillik 

fikirini üstün tuturam… 

Güneyin  azadlığı  mənim  idealımdır…  Məsələnin 

birc


ə  yolu var: Güney Azərbaycan Dövlətinin  yaranması!…  Azərbaycan 

müxalif


əti, AXC bütövlükdə  bir təşkilat  kimi  Azərbaycanın  Güneyinin 

azadlığı,  özünün  tam  müstəqil dövlətini  yaratması  uğrunda  mübarizə  aparan 

bir t

əşkilatdır.  Bu  mübarizəni  aparmışıq,  aparırıq,  aparacağıq  da… 



Az

ərbaycanın  Güneyi  Irandan  ayrılıb  müstəqil  olmalı  və  iki müstəqil 

Az

ərbaycan dövləti birləşib Bütöv Azərbaycana çevrilməlidir… Mən əminəm 



ki, Güneyli soydaşlarımız öz gücləri ilə öz haqlarını alacaqlar. Azərbaycanın 

Bütövlüyü is

ə  gələcək problemdir. Bu çox böyük prosesdir.  Tez-gec 

Az

ərbaycanın hər iki hissəsinin ayrı-ayrı müstəqil dövlətlər olaraq birləşməsi 



beyn

əlxalq aləmdə, BMT-də, başqa təşkilatlarda müzakirə ediləcək… Bu gün 

bu m

əsələ gündəliyə gətirilməlidir. 



Mövcud siyasi-inzibati bölünm

əni qəbul etməyən, Vətəni öz ruhunda və 

m

ənəviyyatında  birləşdirən  çağdaş  Azərbaycan  Türkü  artıq  təkcə  Güneyi, 



yaxud Quzeyi yox, Bütöv Az

ərbaycanı  Vətən  sayır  və  Bütöv Azərbaycana 

sahib çıxmağı düşünür. Gedəcəyimiz yol da məhz budur. Böyük millətimizi 

Müst


əqil, Demokratik və Bütöv Azərbaycana aparacaq bu yol ilk mərhələdə 

Az

ərbaycanın Güneyinin Istiqlaliyyətindən keçir». 



Heç şübhəsiz ki, Elçibəyin də dediyi kimi Azərbaycanın Güneyi özü öz 

müq


əddəratını təyin edəcək. Ona heç kimin, nə Qərbin, nə mücahidlərin, nə də 

şahın  oğlunun  muxtariyyət vədləri və  nə  də  kosmopolit  Irançı  metislərin 

«demokratik rej

im»  xülyaları  lazımdır.  Güney  Azərbayucana müstəqillik 

lazımdır. Tarixi siyasi şərtlər və dünyada gedən siyasi proseslər də bunu diktə 

edir. Mövcud v

əziyyət  istiqlalçıların  xeyrinə  inkişaf  etməkdədir. Bu gün 

Güney Az


ərbaycanın ən aparıcı təşkilatları istiqlalçı təşkilatlardır. Onların əsas 

ideologiyası milliyətçilikdir. Belə təşkilatlardan biri məhz Güney Azərbaycan 

Milli H

ərəkatıdır. 



Güney Az

ərbaycanda  istiqlalçı  qüvvələr Milli Hərəkatın  dinamizmini 

t

əşkil  edirlər. Hərəkatın  əsas  gücü  istiqlalçı  qüvvələrdir. Ona görə  də 



istiqlalçılar  Azərbaycan Türk kimliyini qəbul edən və  bu yöndə  mübarizə 

aparan bütün t

əşkilatlarla, o cümlədən də Azərbaycanın Muxtariyyətini tələb 

ed

ən siyasi təşkilatlarla iş birliyində olmalıdırlar. Çünki əslində bu qüvvələr 




Yüklə 5,52 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə