30
DEPRESSİYA ZAMANI GÖSTƏRİLƏN YARDIMIN
XÜSUSİ ASPEKTLƏRİ
Uşaqlar
1. Depressiyadan əziyyət çəkən uşaq və yeniyetmələrə yardım
göstərən mütəxəssislər, müalicənin aparılmasında valideynlərin
razılığı barədə Azərbaycan Respublikası Qanunvericiliyinə və
Uşaq Hüquqları Konvensiyasına dəqiqliklə riayət etməlidirlər.
2. Uşaq və yeniyetmələr ilə işləyən həkimlər bu yaş dövründə
depressiyanın əlamətlərini müəyyənləşdirməyi bacarmalıdırlar.
Bu əlamətlərə aiddir:
tez-tez baş verən, davamlı kədər hissi və ağlağanlıq;
adətən bu yaş dövrü üçün xas olan təhsilə və ya məktəbdən
kənar fəaliyyətə marağın azalması;
sosial təcrid və ya ünsiyyət çatışmazlığı;
yüksək əsəbilik, qəzəb və düşmənçilik hissi;
tez-tez baş verən somatik şikayətlər;
özünə zərər vermə aktları və intihar haqqında söhbətlər.
3. Uşaqlarda və yeniyetmələrdə depressiyanın inkişafı adətən bu yaş
dövrü üçün səciyyəvi olan psixososial faktorlarla – valideynlər
arasında münaqişə (o cümlədən boşanma), müəllim və
həmyaşıdlarla yaşanan problemlər (o cümlədən məktəbdə olan
rişxənd halları), fiziki, seksual və ya emosional zorakılıq, yaxın
adamın vəfatı, digər məktəbə keçirilmə, somatik psixi pozuntular
ilə əlaqədar olur. Həkimlər uşaq və yeniyetmələrdə olan
depressiyanı müşayiət edən bütün halları dəqiqliklə təhlil
etməlidirlər.
4. Uşaqda yüngül depressiya aşkarlanan zaman dərhal bu barədə
valideynlər məlumatlandırılmalı və depressiyaya səbəb ola
biləcək psixososial faktorları aradan qaldırmaq üçün tədbirlər
həyata keçirilməlidir. Valideynlərə, digər ailə üzvlərinin
təhlükəsizliyini və dəstəyini təmin edərək öz uşaqlarının halını və
davranışını diqqətlə müşahidə etməyi tövsiyə etmək lazımdır.
Gün rejimi (məşğulluq və istirahət daxil olmaqla), düzgün
qidalanma və fiziki fəallıq mövzusunda tövsiyələr verilməlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
31
5. Uşaq və ya yeniyetmədə orta və ya ağır depressiyanın
mövcudluğuna dair şübhələrin olduğu təqdirdə, o, uşaqların psixi
sağlamlığı sahəsində çalışan mütəxəssisin yanına
göndərilməlidir. Uşaqların psixi sağlamlığı sahəsi üzrə
mütəxəssis olmayan həkim (o cümlədən pediatr) uşaq və
yeniyetmələrdə olan depressiyanın müalicəsini müstəqil olaraq
başlaya və ya müalicəni apara bilməz.
6. Orta ifadəli və ya ağır depressiyalı uşaq və yeniyetmələrin
müalicəsində üstünlük medikamentoz deyil, psixoloji müalicə
metodlarına (KBT, İPT, qrup şəkilli terapiya) verilməlidir.
Uşaqlar 11 yaşınadək antidepressant müalicə almamalıdırlar [A].
7. Orta ifadəli və ağır depressiyalı, 11 yaşından böyük uşaqlar 4
həftə ərzində psixoloji müalicədən heç bir müsbət nəticə əldə
etmirlərsə, bu zaman onlara psixoloji müalicə ilə
uyğunlaşdırılmış antidepressantlar təyin edilə bilər [C].
8. Orta ifadəli və ya ağır depressiyadan əziyyət çəkən, 11 yaşından
yuxarı uşaqların müalicəsinin ilkin seçim prepratı Fluoksetindir.
Fluoksetin gün ərzində 10 mq dozada təyin olunmalıdır [B].
Əgər bir həftə ərzində terapevtik effekt yoxdursa, doza daha 20
mq-ə qədər artırıla bilər. Uşaq və yeniyetmələrdə preparatın
sonrakı doza artımı yolverilməzdir.
9. Fluoksetinin təyinindən sonra 4 həftə ərzində gözlənilən effekt
əldə olunmursa, bu zaman preparat digər SİUSİ ilə əvəz oluna
bilər. Yeni preparatın başlanğıc dozası böyük yaşlı şəxsin
dozasının ½-nə ekvivalent olmalıdır [D]. Doza 4 həftə ərzində
böyük adamın orta terapevtik dozasına qədər artırıla bilər. Digər
qrup antidepressantlar uşaq və yeniyetmələrə
təyin
olunmamalıdır.
Ahıl yaşlı insanlar
1. Depressiya ahıl yaş dövründə geniş təsadüf olunur və bu növ
depressiya adətən aşkarlanmır və müalicə olunmur. Yaxın
adamın həyatdan getməsi, sosial təcrid və xroniki sağlamlıq
problemləri ahıl yaşda depressiya yarada və ya onu kəskinləşdirə
bilər. Yaşlı insanlarda ən yüksək depressiya göstəriciləri iflic
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
32
(30%-60%), qan-damar xəstəlikləri (44%), xərçəng (40%),
Parkinson xəstəliyi (40%) və Alsheymer xəstəliyi (20%-40%)
zamanı qeydə alınır [A].
2. Ahıl yaş dövründə depressiyadan əziyyət çəkən insanlar az
hallarda əhvalın enməsindən şikayət edirlər. Onlar əsasən
yuxusuzluq, iştahanın itməsi, yorğunluq, xroniki ağrılar, qəbizlik,
skelet əzələlərində pozuntular kimi somatik xarakterli şikayətlər
səsləndirirlər.
3. Farmakoterapiya və psixoterapiya gənc yaş dövründə olduğu
kimi, ahıl yaş dövründə də effektiv müalicə metodu hesab olunur
[C]. Bununla yanaşı yaşlı insanlar psixoterapiyanın imkanlarını
məhdudlaşdıran koqnitiv pozuntulara malik ola bilər və ya
dərman qəbuluna üstünlük verərək psixoterapiyadan imtina edə
bilərlər.
4. Farmakoterapiya təyin edərkən nəzərə almaq lazımdır:
preparatın metabolizminin ahıl yaşda fizioloji dəyişikliklərə
necə təsir göstərməsini
hazırkı preparatın komorbid pozuntulara necə təsir
göstərməsini
yanaşı gedən xəstəliklərin müalicəsi üçün yaşlı insanların
istifadə etdiyi digər dərmanların hazırkı preparatla nə
dərəcədə uyuşmasını
5. Metabolik proseslərin yaşlı dövrdə yavaşıması plazmada
preparatların səviyyəsini yüksəldə bilər. Bu isə öz növbəsində
terapiyanın minimal dozalardan başlayaraq aramla artırılmasını
və qanda preparatın səviyyəsini nəzarətdə saxlamağı tələb edir [C].
6. Yaşlı dövrdə ilk seçim antidepressantı qaraciyərdə P450 sitoxrom
fermentlərinə təsir etməyən və kardiotoksikliyə malik olmayan
Milnosepramdır [D]. İlkin seçimin digər preparatlarına SİUSİ,
ikinci seçim preparatlarına isə ikili aminlər (Nortriptilin,
Dizepramin) aiddir [A].
7. Digər TSA-lar (üçlü aminlər) antixolinergik effektlər nəticəsində
yaranan deliriumun mümkün inkişafı ilə əlaqədar olaraq yaşlı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |