24
İntihar təhlükəsi və ya xəstənin öz tələbatlarına etinasız
yanaşması
Ağır və ya psixotik depressiya
12 həftə ərzində müalicənin rezistentliyi
Pasiyentin alkohol və narkotik maddələrdən istifadəsi
Maniakal epizodun mövcudluğuna dair məlumatların əldə
olunması ilə əlaqədar ilkin diaqnozun dəyişdirilməsi
Şəxsiyyət pozuntusu daxil olmaqla komorbid psixi
pozuntunun mövcudluğu zamanı
İlkin tibbi yardım şəraitində arzu olunan nəticənin əldə
edilməsinin mümkünsüzlüyü zamanı
2. İlkin səhiyyə sisteminin həkimi mütəxəssis yanına göndəriş
verərkən depressiv pozuntunun davamlılığı, ağırlıq dərəcəsi və
dinamikası, intihar tendensiyaları və ətrafdakılara təhlükə, davam
edən və öncədən aparılan müalicə haqqında məlumat təqdim
etməlidir. Bundan əlavə mütəxəssisdən tələb olunan yardımı da
qeyd etmək lazımdır (konsultasiya, ilkin səhiyyə sistemində və ya
hospitalizasiya daxil olmaqla psixiatrik müəssisədə ümumi
müalicə).
İXTİSASLAŞDIRILMIŞ YARDIM SİSTEMİNDƏ
DEPRESSİYASI OLAN PASİYENTLƏRİN
MÜŞAHİDƏSİ VƏ MÜALİCƏSİ
Pasiyentlərin müayinəsi
1. İxtisaslaşdırılmış tibbi yardım sistemində işləyən həkim-psixiatr
əvvəlcədən diaqnozu qoyulmuş depressiyanı təsdiq və ya inkar
etmək üçün dəqiq, hərtərəfli müayinə aparmalıdır.
2. Həkim-psixiatr ilkin olaraq depressiya diaqnozu qoyulmuş
xəstələri çoxprofilli xəstəxananın ixtisaslaşdırılmış şöbəsində,
ixtisaslaşdırılmış psixiatrik müəssisədə və ya digər tibbi
müəssisələrdə konsultativ yardım qaydası üzrə müayinədən
keçirə bilər.
3. İlkin depressiya diaqnozu qoyulmuş xəstələrin müayinəsi özündə
Hamilton Reytinq Cədvəlinin (Əlavə 2) istifadəsi ilə
depressiyanın simptomlarının qiymətləndirilməsini, intihar
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
25
təhlükəsini, həmçinin depressiya ilə yanaşı gedən psixososial
faktor yükünü və pasiyentin şəxsi xüsusiyyətlərini birləşdirir.
4. Həkim-psixiatr depressiv pozuntunun depressiya ilə müşayiət
olunan digər psixi pozuntulardan differensial diaqnostikasını
həyata keçirməlidir. Həkim ehtiyac duyulduqda pasiyenti EEQ,
KT, NMR daxil olmaqla laborator və ya instrumental müayinəyə
göndərməlidir.
5. Həkim-psixiatr öncəki müayinənin bütün aspektlərini, o
cümlədən dozaların adekvatlığını (eyniliyini), dərman
preparatlarının qəbul qaydasını və həmçinin də təyin olunmuş
müalicə qaydasına pasiyentin nə dərəcədə riayət etməsini
dərindən araşdırmalıdır.
6. İxtisaslaşdırılmış qeyri-psixiatrik müəssisələrdə depressiyası olan
xəstələrin müayinəsi və müalicəsinin təşkili həkim-psixiatrın
nəzarəti altında həyata keçirilməlidir.
7. Depressiv pozuntusu olan xəstələrin xəstəxanada yerləşdirilməsi,
müalicənin ən son tədbiri kimi ən minimal müddətə və ən
məhdud şərtlərlə həyata keçirilməlidir.
Yalnız psixotik depressiyadan əziyyət çəkən, özünə və ya
ətrafdakılara zərər törətmək təhlükəsi olan, həmçinin tələbatlarına
özlərinə ziyan verəcək dərəcədə etinasız yanaşan xəstələr
hospitalizə edilə bilərlər.
Psixotik
depressiya
1. Psixotik simptomları olan depressiya yüksək intihar təhlükəsi
ilə əlaqədardır olduğundan, müalicənin stasionarda keçirilməsi
labüdlüyünü nəzərdə tutur [C]. Psixotik depressiyalı xəstələrin
stasionardan kənar müşahidə və müalicəsi zamanı bütün
təhlükəsizlik tədbirlərini təmin etmək (özünə və ətrafdakılara
zərər yetirə biləcək vasitələrə nəzarət daxil olmaqla) və xəstənin
gündəlik vəziyyətinin monitorinqini həyata keçirmək lazımdır.
2. Psixotik simptomlar əhval-ruhiyyənin enməsinə (özünü
təqsirləndirmə sayıqlamaları, ipoxondrik, nihilistik məzmunlu
münasibət, xəstənin davranışını qınayan hallüsinasiyalar) uyğun
ola və ya depressiv affektlə əlaqədar olmaya da bilərlər [A].
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
26
3. Psixotik depressiyası olan xəstələr bir preparatdan ibarət olan
monoterapiyadan çox, antipsixotik preparatın antidepressantlarla
kombinasiyasına daha müsbət reaksiya verirlər. İlkin seçimin
antipsixotik preparatlarına, ənənəvi neyroleptiklərdən fərqli
olaraq daha yüksək təhlükəsizlik profilinə malik olan atipik
neyroleptiklər aiddir [C]. Psixotik depressiyalar zamanı standart
terapevtik dozalarda antidepressantla Risperidonun
kombinasiyasının effektivliyinə dair sübutlar mövcuddur [C].
Risperidonun ən çox təsadüf edilən əlavə təsiri iştahanın və
bədən çəkisinin artmasıdır. Bu əlamətlərin monitorinqini
keçirmək və ehtiyac duyulduqda pəhriz və fiziki məşqlər tövsiyə
edilməlidir.
4. Çox vaxt psixotik depressiyanı müşayiət edən psixomotor
həyəcan zamanı əsas terapiyaya məhdud müddətə benzodiazepen
trankvilizatorlarını ( Diazepam, Klonozepam, Alprozolam və ya
Lorazepam) əlavə etmək lazımdır [C]. İstisna hallarda sedativ
təsirli neyroleptik preparatlardan (Sulpirid, Levomepromazin,
Haloperidol) da istifadə etmək olar.
5. Dərmanların inyeksion yolla daxil edilməsi üstünlüklərinə dair
sübutlar yoxdur. Ona görə də inyeksiya üsulundan yalnız o
hallarda istifadə etmək lazımdır ki, psixotik depressiyası olan
pasiyentin təyin olunmuş terapiyanı qəbul etmək üçün digər
üsulu olmasın (TSA-nın inyeksion formaları da mövcuddur).
6. Müalicənin birinci həftəsi ərzində psixotik simptomların
reduksiya əlamətləri müşahidə edilmədikdə, neyroleptikin
dozasının effekt əldə edənə və ya əlavə təsirlərin meydana
gəlməsinə qədər tədricən (üç günərzində) artırılması gərəkdir
[D]. Antidepressant və neyroleptiklərlə birgə terapiyaya rezistent
olan xəstələrin müalicəsinə Litium duzlarının əlavə edilməsi
daha məqsədəuyğundur [B].
7. Psixotik depressiyada neyroleptiklərin qəbulunun optimal
müddəti təyin olunmamışdır. Psixotik və depressiv simptomların
tam reduksiyasından sonra bir ay ərzində dozanı tədricən
azaltmaqla neyroleptikın qəbulunu dayandırmaq lazımdır [D].
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |